Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ


§2.3. Müəssisənin qeyri-material aktivlərinin idarəolunması xüsusiyyətləri



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

55 


§2.3. Müəssisənin qeyri-material aktivlərinin idarəolunması xüsusiyyətləri 

 

Qeyri-material  aktivlər  də  uçota  məruz  qalır.  Qeyri-material  aktivlərə  qarşı 



sonrakı  şərtlər  mövcuddur.  Belə  ki,  qeyri-material  aktivlərin  fiziki  quruluşu 

yoxdur. Qeyri-material aktivlər də məhsul istehsalında, işin yerinə ye5tirilməsində 

hər  hansı  bir  xidmətin  göstərilməsində  iştirak  edirlər.  Qeyri-material  aktivlərdən 

istehsal prosesində uzun müddət istifadə olunur. Belə ki, qeyri-material aktivlərin 

faydalı istifadə müddəti 12 aydan yuxarıdır. 

Müəssisə  heç  bir  zaman  qeyri-material  aktivlərin  sonradan  satışını  nəzərdə 

tutmur. 

Qeyri-material aktivlər təsərrüfata iqtisadi xeyir gətirir

Müəssisədə  qeyri-material  aktivlərin  mövcucluğu  xüsusi  sənədlərlə 

rəsmiləşdirilir.  

Qeyri-material  aktivləri  müəssisənin  təsərrüfat  fəaliyyətində  uzunmüddəti 

istifadə edilən və ona gəlir gətirən obyektlərdən ibarətdir. Qeyri-material aktivləri 

müəssisənin qeyri-material obyektlərə vəsait qoyuluşudur. Qeyri-material aktivlər 

müəssisənin  sənaye  obyektlərinin  dəyərindən,  intellektual  mülkiyyət  və  başqa 

mülkiyyət hüquqlarından ibarətdir. 



Müəssisənin  qeyri-material  aktivlərinə  daxildir:  müəlliflik  hüquqları;  ticarət 

markaları;  sərvətlərdən  istifadə  hüququ;  patentlər;  lisenziyalar;  müəlliflik 

hüquqları;  ticarət  markaları;  maşınlar  üçün  proqramm  məhsulları;  sənaye 

nümunələri;  model;  dövlət  qeydiyyatı  üçün  haqlar;  firmanın  qiryməti;  əmtəə  və 

firma nişanları və s. 

Qeyri-material  aktivlər  müəssisənin  dövriyyədənkənar  aktivlərinə  (əsas 

vəsaitlər, bitməmiş kapital qoyuluşu, uzunmüddətli maliyyə qoyuluşları) daxildir. 

Tətbiqi  xarakterihə  görə  qeyri-material  aktivlər  əsas  fondlara  oxşayır.  Onlar 

da əsas fondlar kimi uzunmüddət istifadə olunur, müəssisəyə gəlir gətirir və vaxt 

keçdikcə öz dəyərini itirirlər. 

Əsas fondlardan fərqli olaraq, qeyri-material aktivlər aşağıdakı xüsuisyyətlərə 

malikdirlər: 



 

56 


- onların material – əşya quruluşunun olmaması; 

- dəyərinin müəyyən edilməsinin mürəkkəbliyi;\ 

-  onlardan  istifadə  olunan  zaman  mənfəətin  müəyyən  edilməsindəki 

çətinliklər. 

Qeyri-material  aktivlər  faydalı  istifadə  müddətində  müəssisənin  aktivlərinin 

tərkibində  olur  və  qeyri-material  aktivlərin  dəyərcə  qiymətləndirilməsi  tələb 

olunur. 

 

Müəssisələrdə qeyri-material aktivlərin tərkibi və maliyyələĢmə 

mənbələri 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəssisələrdə qeyri-material aktivlərin tərkibinə aşağıdakılar daxil edilmir: 

- müəssisənin işçilərinin iş və intellektual keyfiyyətləri



Qeyri-material aktivləri və onların alınma 

mənbələri 

Qeyri-material aktivlərin 

tərkibi  

Patent  


Lisenziya  

Ticarət markaları  

Əmtəə nişanları  

Torpaqdan istifa-

dəyə görə hüquq  

İstehsal informasi-

yasından istifadə 

hüququ  


Qeyri-material aktivlərin 

maliyyələşmə mənbələri  

Xüsusi vəsaitlər  

Kreditlər  

Və s. Mənbələr  



 

57 


- işçilərin peşəkarlığı; 

- sair keyfiyyətlər. 

Müəssisəyə  daxil  olan  qeyri-material  aktivlər  uçota  götürülür.  Onların  uçota 

götürülməsi və qeyri-material aktivlərin dəyərcə qiymətləndirilməsi tələb olunur. 

Qeyri-material  aktivlərin  qiymətləndirilməsi  onlar  müəssisənin  nizamnamə 

kapitalına  daxil  edilən  zaman  iki  tərəf  arasındakı  razılaşmaya  əsasən  aparılır. 

Qeyri-material aktivlər dünya və daxili bazar qiymətləri əsasında qiymətləndirilir. 

Belə  ki,  qeyri-material  aktivlərin  qiymətinə  onların  alış  qiyməti  və  hazır 

vəziyyətinə  gətirilməsi  ilə  əlaqədar  xərclər  daxildir.  Çox  hallarda  qeyri-material 

aktivlərin  dəyəri  birbaşa  üsul  ilə  müəyyən  edilir.  Lakin,  belə  üsul  ilə 

qiymətləndirmə  mümkün  olmadıqda  qeyri-material  aktivlərin  qiyməti  ekspert 

komissiyasının verdiyi rəy əsasında müəyyənləşdirilirö 

Qeyri-material  aktivlərin  dəyəri  məhsulun  maya  dəyərinə  köhnəlmənin 

hesablanması  yolu  ilə  daxil  edilir.  Köhnəlmə  qeyri-material  aktivin  faydaloı 

istifadə  müddəti  əsasında  müəyyən  edilir.  Müasir  dövrdə  müəssisələr  sərbəst 

qaydada  qeyri-material  aktivlərin  zəruri  istifadə  müddətini  və  amortizasiya 

normasını  müəyyən  edirlər.  Amortizasiya  normasının  hesablanmasında  hər  halsı 

bir metodun (xətti, sürətli və s.) tətbiqi özü də müəssisədən asılıdır. 

Qeyri-material aktivlərin  maliyyəlşmə  mənbələri kapital qoyuluşunda  olduğu 

kimidir. 

Qeyri-material aktivlərin obyektlərinin dəyəri balansda ilk dəfə onların bazar 

dəyəri  ilə  əks  olunur  və  yaxud  qeyri-material  aktivlər  müəssisənin  balansında 

onların alınması və istifadə üçün yararlı vəziyyətə gətirilməsi ilə sərf olunan faktiki 

xərclərin əlavə məbləği kimi əks etdirilir. Belə əlavə xərclərə daxil ola bilər: 

- əlavə işçilərin əmək haqqı; 

- sosial sığorta və sosial təminata uyğuen ayırmalar; 

- material və başqa xərclər. 

Təşkilatın  özü  tərəfindən  yaradılan  qeyri-material  aktivlərin  ilk  dəyəri 

aşağıdakı göstəricilər əsasında müəyyən edilir: 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə