Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

37 


Alınmış 

avadanlıq 

müəssisənin 

balansında 

göstərilir 

və 


ona 

amortizasiya hesablanır 

Avadanlıq  balansa  daxil  edilmir, 

amortizasiya  hesablanılmır  və  ondan 

vergi tutulmur. 

Kreditə  görə  haqq  müəssisənin  öz 

xüsusi  vəsaitindən  verilir,  ona  görə  də 

müəssisə  gəlir  əldə  etməlidir  və  həmin 

gəlirə görə vergi hesablanır. 

Lizinqə  görə  ödəmələr  maya  dəyərinə 

daxil  edilmir,  bu  isə  vergi  ödənilən 

bazanın  azalmasına  səbəb  olur  və 

istehsalın inkişafını stimullaşdırır. 

 

Maliyyə bazarında qiymətli kağızların satışından əldə edilən gəlirlər bir başa 



investisiyaların maliyyələşdirilməsi üçün istifadə edilir. Maliyyə bazarı müvəqqəti 

sərbəst  pul  vəsaitlərinin  istehsal  əhəmiyyətli  investisiyalar  üçün  istifadə  etməyə 

investorlara imkan yaradır. 

Müasir  dövrdə  qiymətli  kağızlar  iri  investisiyaların  həyata  keçirilməsi  üçün 

vəsaitlərin  səfərbərliyə  alınmasına  şərait  yaradır.  Müəssisənin  investisiya 

proqramlarının xarici maliyyələşmə metodunu qiymətli kağızların emissiyası təşkil 

edir. 

Qiymətli kağız, qonun sahibinə əmlak və ya pulda olan pay hüqüqünu verir. 



Qiymətli kağız dividend şəklində sahibinə gəlir gətirir. Qiymətli kağızlara səhmlər, 

istiqrazlar, sadə və köçürmə vekselləri, depozit sertifikatları və s. daxildir. 



Bazar münasibətləri şəraitində investorun borc alınmış maliyyə resursları da 

birbaşa  investisyaların  maliyyələşməsində  iştirak  edir.  Məsələn,  bank  və  büdcə 

kreditləri. Hal-hazırda investorlar tez səmərə verən sahibkarlıq fəaliyyəti sferasına 

kerdit cəlb edirlər. 

Müəssisələrdə  kapital  qoyuluşu  üçün  bank  krediti  aşağıdakı  xərclərə  verilə 

bilər: 


- yeni tikinti, genişlənmə, rekonstruksiya; 

- maşın və avadanlıq alınmasına; 

- müştərək müəssisələrin təşkilinə. 

Bazar  münasibətləri  şəraitində  investisiyanın  yeni  metodlarından  birin  lizinq 

təşkil edir. 

Lizinq  –  sahibkarlıq  fəaliyyətinin  bir  növüdür.  Lizinq  –  investisiyanın 

maliyyələşmə mənbələrində xüsusi kapitalının payının azalmasına şərait yaradır. 




 

38 


Lizinq – istehsal xarakterli maşın, avadanlıq, nəqliyyat vasitələri, qurğu və s. 

uzun müddətə icarəyə verilməsini (investisiya forması) ifadə edir. 

Hal-hazırda  ölkə  iqtisadiyyatında  davamlı  artım  və  yüksəliş  meyli  özünü 

aydın  göstərməkdədir.  Belə  ki,  iqtisadiyyatın  müxtəlif  sahələrində  yeni 

müəssisələrin  və  iş  yerlərinin  açılması,  regionların  inkişaf  səviyyəsində  fərqlərin 

aradan  qaldırılması  məqsədi  ilə  həyata  keçirilən  tədbirlər  Azərbaycan 

Respublikasının dünya miqyasında imicinin artmasına səbəb olmuşdur. 

Ölkə  iqtisadiyyatının  normal  inkişafı  investisyasız  mümkün  deyil.  Belə  ki, 

investisiya  geniş  təkrar  istehsalın  həyata  keçirilməsi,  elmi-texniki  tərəqqinin 

sürətlənməsi,  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılması  və  s.  məqsədlər  üçün 

əsasdır.  İnvestisiya  iqtisadiyyatın  inkişafını  təmin  edir.  İqtisadiyyatın  istehsal 

gücünün  yüksəlməsi  və  istehsala  yeni  texnologiyaların  tətbiqi  ancaq  investisiya 

qoyuluşu yolu ilə baş verir. İnvestisiya, istehsalın genişləndirilməsi, əsas fondların 

geniş təkrar istehsalı, istehsalın texniki səviyyəsinin yüksəldilməsi, yeni tikintilər, 

fəaliyyətdə  olan  müəssisələrin  genişləndirilməsi  və  s.  buk  imi  tədbirlərin  həyata 

keçirilməsi üçün zəruridir. 

İnvestisiyanın  həcmi,  onun  ümumi  daxili  məhsulda  xüsusi  çəkisi  və 

investisiyanın  ümumi  həcmində  birbaşa  (real)  investisiyanın  həcmi  və  s. 

göstəricilər iqtisadiyyatda investisiya fəaliyyətinin vəziyyətini xarakterizə edir. 

 

Cədvəl 2.2.1. 



Ġqtisadiyyata yönəldilən investisiyalar (mln.manat)* 

 

2000 



2005 

2010 

2014 

İnvestisiya  qoyuluşları  bütün 

mənbələr üzrə 

1289,8  6733,4 

14118,9 

21890,6 


O cümlədən 

 

 



 

 

Xarici investisiyalar 



829,5 

4628,5 


6619,7 

9175,6 


Daxili investisiyalar 

460,3 


2104,9 

7499,2 


12715 

* Azərbaycanın statistik göstəriciləri. 2015. 


 

39 


Cədvəl məlumatlarından göründüyü kimi, iqtisadiyyata yönəldilən investisiya 

qoyuluşlarının həcmi ildən-ilə artır. Belə ki, 2000-ci illə müqayisədə 2014-cü ildə 

investisiyanın  həcmi  20600,8  mln.manat  artaraq  21890,6  mln.manatı  təşkil 

etmişdir.  Cədvəl  məlumatları  eyni  zamanda  investisiya  qoyuluşlarının  bütün 

maliyyələşmə mənbələrini (daxili və xarici) xarakterizə edir. Belə ki, 2000-ci ildə 

xarici mənbələrin ümumi məbləğdə xüsusi çəkisi 64,3%, lakin daxili mənbələr isə 

35,7 faizi təşkil etdiyi halda, bu rəqəm 2014-cü ildə xarici investisiyalar üzrə 41,9 

faiz,  daxili  investisiyalar  üzrə  isə  58,1  faizi  təşkil  etmişdir  ki,  belə  vəziyyəti  də 

qənaətbəxş hesab etmək olar. 

    


 

 

 



 

 

 



 

 

 



Cədvəl 2.2.2. 

Ġnvestisiyanın ÜDM-da payı* 

 

ĠLLƏR 

ÜDM  həcmi  mln.ma-

nat 

Ġnvestisiya 

Həcmi mln.manat  ÜDM-da 

payı 

(faizlə) 

2000 


4718,1 

1289,8 


27,3 

2005 


12522,5 

6733,4 


53,7 

2010 


41574 

14118,9 


33,9 

2014 


58977,8 

21890,6 


37,1 

* Azərbaycanın statistik göstəriciləri. 2015 

Yuxarıdakı  cədvəl  məlumatları  Azərbaycan  iqtisadiyyatında  2000-ci  illə 

2014-cü  illər  arasında  ümumi  daxili  məhsulun  və  həm  də  iqtisadiyyata  qoyulan 

investisiyaların  həcminin  artdığını  xarakterizə  edir.  Belə  ki,  2000-ci  illə 

müqayisədə 2014-cü ildə ümumi daxili məhsul 12,5 dəfə, investisiyanın həcmi isə 

17  dəfə  artmışdır.  Buna  uyğun  olaraq  ümumi  daxili  məhsulun  həcmində 

investisiyanın payı da 2000-ci ildə 27,3%, 2005-ci ildə 53,7 faiz olmuşdur ki, bunu 

qənaətbəxş  hesab  etmək  olar.  Lakin  2005-ci  ildən  sonrakı  illərdə  isə  ÜDM-da 

investisiyanın həcmi azalmış, yəni 2010-cu ildə 33,9 faiz olmuş, 2014-cü ildə isə 

2010-cu illə müqaüisədə az da olsa bu rəqəm artmış, yəni 37,1 faizi təşkil etmişdir. 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə