http://www.amu.edu.az
14 mart 2015-ci il
4
Martın 5 –də ATU- nun Tədris
Terapevtik Klinikasının Tibbi Şurasının
yığıncağı
keçirildi.
Yığıncağın
gündəliyində duran məsələləri diqqətə
çardıran klinikanın direktoru, ə.e.x.
professor Surxay Musayev ay ərzində
klinikada aparılan müalicə diaqnostik
işlər haqqında məruzə etmək üçün sözü
klinikanın baş həkimi, dosent Ramin
Bayramlıya verdi.
Baş həkim fevral ayı ərzində klinikada
aparılan bir sıra yenidənqurma işləri və
bir ay müddətində kilinikanın müraciət
edən və çıxan xəstələrin ümumi sta-
tistikası haqqında ətraflı məlumat ver-
di. O, məruzəsində bildirdi ki, ötən illə
müqayisədə , bu ay klinikaya müraciət
edənlərin sayında nəzərə çarpacaq
dərəcədə (13 % ) artım qeydə alın-
mışdır. Belə ki, klinika üzrə stasionar
müalicə almaq üçün 574 xəstə daxil
olub, 559 xəstə isə çıxıb. Martın 5 -nə
olan məlumata görə, klinika üzrə sta-
sionar və gündüz həftəlik daxil olma
və çıxma ümumilikdə 201 nəfər təşkil
edib.
Toplantıda qeyd olundu ki, klinikada
ay ərzində bir sıra yeniliklər də olub.
Əvvəllər çox darısqal olan qəbul şöbəsi
(təcili yardım) tamamilə yenilənərək
daha müasir bir vəziyyətə gətirilmişdir.
İndi burada eyni vaxtda üç xəstəni ra-
hat şəraitdə qəbul etmək mümkündür.
Bundan başqa klinikada fevral ayın-
da ayrıca uşaq reanimasiyası bölməsi
də yenidən qurulmuş, fəaliyyəti
gücləndirilmişdir.
Hesabat ayı ərzində klinikada keçirilən
tədbirlər haqqında da toplantı iştirak-
çılarına məlumat verən natiq vurğuladı
ki, fevralın 13- də klinikamızda “Auto-
immun xəstəliklərin laborator diaqnosti-
kası” mövzusunda elmi-praktik seminar
keçirilmişdir ki, burada da universitet
əməkdaşları ilə birgə respublikamızın
digər müalicə müəssisələrində çalışan
mütəxəssislər də qatılmışdır. Bundan
başqa fevralın 25 –də klinikanın konf-
rans zalında xalqımızın qan yaddaşı
olan Xocalı soyqrmının 23 –cü ildönü-
mü ilə əlaqədar böyük anım mərasimi
keçirilmişdir. Universitet rəhbərliyinin və
tibb ictimaiyyətinin iştirak etdiyi toplan-
tıda erməni qəsbkarlarının millətimizin
başına gətirdiyi facıələr bir daha qeyd
olunmuşdur.
Sonra klinikanın baş tibb bacı-
sı Zərgül Qasımova “Tibb bacıları
məktəbi” nin 2014-2015- cı tədris ilində
göstərdiyi fəaliyyəti haqqında məruzə
ilə çıxış etmişdir.
Çıxışlarda
səslənən
fikirlərə
münasibətini bildirən klinikanın direkto-
ru , professor Surxay Musayev son vaxt-
lar klinikada aparılan bir sıra yeniliklər,
şöbələrdə yaradılan maksimum şərait,
mütərəqqi üsullar, alınan yeni avadan-
lıqlar və onlardan istifadə qaydaları
barədə ətraflı söhbət açdı, görüləcək
cari məsələlər haqqında toplantı iştirak-
çılarına məlumat verdi. Professor S.
Musayev əldə olunan bu nailliyyətlərin
qazanılmasında universitetimizin rek-
toru, millət vəkili, akademik Əhliman
Əmiraslanovun diqqət və qayğısından
bəhs etdi.
O, çıxışının sonunda klinikada ça-
lışan bütün qadın əməkdaşları qarşı-
dan gələn Beynəlxalq Qadınlar Günü
münasibətilə təbrik etdi, onların hər
birinə rəhbərlik adından ailə səadəti və
işlərində yeni- yeni müvəffəqiyyətlərlər
arzuladı.
MƏNSUR
u Professor-müəllim, köməkçi və
tələbə heyətinin təbii və texnogen
xarakterli
fövqəladə
hallardan
qorunması, fövqəladə halların qarşısının
alınması və insanların bu sahədə
xəbərdar
və
təlimatlı
olmasında
səmərəliliyin artırılması məqsədi ilə
11 mart 2015-ci ildə universitetimizin
rəhbər heyətinin Mülki Müdafiə Məşqi
keçirilmişdir.
Universitetin İnzibati binasında reallaşan
tədbir hörmətli rektorumuz–obyektin
Mülki Müdafiə rəhbəri, akademik Əhliman
Əmiraslanovun göstəriş və tövsiyələrinə
əsasən universitetin Mülki Müdafiə
Qərargah rəisi Firdovsi Məmmədov
tərəfindən hazırlanmışdır.
Tədbirə universitetin Rəhbər heyəti–
prorektorlar, fakültə dekanları, Fövqəladə
Hallar Komissiyasının sədri və üzvləri, MM
Qərargah üzvləri və Hərbiləşdirilməmiş
MM qüvvələrinin komandir–rəis heyəti
cəlb olunmuşdur.
Məşqə
rəhbərliyi
obyekt MM rəhbərinin
I müavini, tədris işləri
üzrə prorektor Sabir
Əliyev etmişdir.
Məşqin
mövzusu
“Fövqəladə hadisələrin
nəticələrinin
aradan
qaldırılması
zamanı
mülki müdafiə orqan
və qüvvələrinin idarə
edilməsinin
təşkili”
olmuşdur.
Rəhbər heyətin MM məşqi “Plana
əsasən” 11.03.2015-ci ildə saat 09:00-da
başlamış və 17:00-da bitmişdir.
Tədbirin keçirilmə vaxtı iş xəritəsinə
uyğun olaraq, “şərti” baş vermiş zəlzələ
nəticəsində inzibati binada “dağıntı”
və “yanğın”, 2 saylı tədris binasında
“partlayiş-yanğın” hadisələri baş vermiş,
xəsarət alanlar olmuşdur.
Mühəndis kəşfiyyat manqası hadisələri
qiymətləndirmiş və xilasedicilər xəsarət
alanları şərti tibb məntəqəsinə çatdırmışlar.
Şərti
«yanğınlar»
öz
qüvvəmizlə
söndürülmüşdür. Qəza–bərpa dəstəsi
«dağıntı və yanğınlar»ın nəticələrinin
aradan qaldırılmasına başlamışdır.
Məşqin
nəticələri
araşdırılaraq
bildirilmişdir ki, iştirakçıların fəaliyyətini
qənaətbəxş qiymətləndirmək olar.
«TƏBİB»
u Hər il olduğu kimi fevralın 27-
də Mülki Müdafiə gününə həsr olunmuş
tədbir keçirilmişdir.
Bu il növbəti dəfə keçilən
1 mart
– Ümumdünya Mülki Müdafiə
Gününün
mövzusu «Radiasiya və
kimyəvi qəzalar zamanı mühafizə»
seçilmişdir.
Tədbir iştirakçıları ilk öncə Xocalı soy-
qırı mı qurbanlarının xatirəsini 1 dəqiqəlik
sükutla andılar.
Sonra MMTX təşkili kursunun müdiri –
hərbiləşdirilmiş MM qüvvələrinin ümumi
komandiri Aqil Musayev çıxış edərək
“1 mart – Ümumdünya Mülki Müdafiə
Günüdür”, “Radiasiya və kimyəvi qəzalar
zamanı mühafizə” mövzusunda məruzə
etmişdir. Məruzəçinin çıxışında Beynəlxalq
Mülki Müdafiə Təşkilatının yaranma
tarixi və fəaliyyəti istiqamətləri, 1 mart–
Ümumdünya Mülki Müdafiə Günü və onun
qeyd edilməsinin məqsədi, Azərbaycan
Respublikasının Beynəlxalq Mülki
Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan
Respublikasının Mülki Müdafiə sistemi,
eləcə də mülki müdafiə təbliğatı və əhalinin
fəlakət riskinin qarşısının alınmasına
necə hazırlanması barədə ətraflı məlumat
verilmişdir.
BMT-nin Baş Məçlisinin qərarı ilə 1972-ci
ildən etibarən hər il 1 Mart bütün ölkələrdə
Ümümdünya Mülki Müdafiə günü kimi
qeyd olunduğu diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, Ulu öndərimiz Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra
onun təşəbbüsü ilə 1993-cü ilin oktyabr
ayından
Azərbaycan
Respublikası
Beynəlxalq Mülki Müdafiə Təşkilatının
üzvlüyünə qəbul olunmuş və onun
keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Bu sahədə dövlətin siyasətini Fövqəladə
Hallar Nazirliyi layiqincə həyata keçirir.
Müasir dövrümüzdə radiasiya və kimyəvi
qəzalar zamanı insanların və ətraf mühitin
mühafizəsi olduqca zəruridir.
Qabil
1 MART ÜMUMDÜNYA MÜDAFİƏ GÜNÜDÜR
MÜLKİ MÜDAFİƏ MƏŞQİNİN
NƏTİCƏLƏRİ ARAŞDIRILMIŞDIR
MÜLKİ MÜDAFİƏ GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Tədris Terapevtik Klinikanın Tibbi
Şurasının yığıncağı keçirilib