Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
268
Qaraqurdlu
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qaraçı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qasım qışlaq
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin
eyniadlı cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda
Quba rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə da-
xildir.
Qərə (Qərəh)
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əlixanlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Siyəzən
rayonunun Məşrif kənd inzibati-ərazi dairəsinə daxildir.
Qiblə-Qrız (Qrız)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Əlik kənd inzibati-ərazi dairəsinə daxildir.
Qımıl-Qışlaq
- Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Üçqün
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Qıraqlı
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonu Çinartala kənd inzibati-vahidinə daxildir.
Qızıl Burun
- Vladikavkaz dəmir yolunda stansiya və Quba qəzasında
eyniadlı kənd, Dəvəçi polis nahiyəsinə daxil idi, talana məruz
qalıb. Sonralar Siyəzən şəhərinə birləşib.
Qobu-qıraqı
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Quba
- şəhər, XV əsrdə yaradılmış, 1735-1810-cu illərdə Quba
xanlığının paytaxtı olmuşdur. 1813-cü ildə Türkmənçay
müqaviləsinə əsasən Rusiyanın tərkibinə keçmiş Quba
xanlığının, Quba əyalətinin, sonradan isə eyni adlı qəza-
nın inzibati mərkəzi olmuşdur. 1846-cı ildən qəza şəhəri
olmuşdur. 1918-ci ilin aprel-may aylarında talana məruz
qalmışdır. 1930-cu ildə Azərbaycan SSR-nin eyni adlı rayo-
nunun inzibati mərkəzi olmuşdur. Hazırda Azərbaycan
Respublikasının eyniadlı rayonunun inzibati mərkəzidir.
Quba qəzası
- keçmiş Quba xanlığının ərazilərində yaranmış, 1806-cı ildə
Rusiyaya tabe edilmiş və Quba əyalətinə çevrilmiş inzibati-
ərazi vahid. 1840-cı ildə yeni yaradılmış Quba qəzası Dərbənd
quberniyasının, 1860-cı ildə isə Bakı quberniyasının tərkibinə
daxil edilmişdir. 1929-cu ildə Sovet hakimiyyəti tərəfindən
ləğv edilən Quba qəzası eyniadlı dairəyə çevrilmiş, 1930-cu
ildə isə 4 rayona bölünmüşdür: Quba - mərkəzi Quba şəhəri,
Qusar - rayon mərkəzi Hil (1934-cü ildən Qusar), Dəvəçi -
rayon
mərkəzi Dəvəçi, Xaçmaz - rayon mərkəzi Xaçmaz.
269
Qudurmes
- Vladikavkaz dəmir yolunda stansiya və stansiyanın yanın-
da eyniadlı kənd. Hazırda – Rusiya Federasiyası Çeçen
Respublikasında şəhər.
Qusar (Qusarçı)
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həsən-Qala
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Sonralar Qusar
şəhəri ilə birləşib.
Qusar
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. 1934-cü ildən
1930-cu ildə yaradılmış Qusar rayonunun rayon mərkəzi,
1938-ci ildə şəhər statusu almışdır. Hazırda Qusar şəhəri -
Azərbaycan Respublikasının eyniadlı rayonunun inzibati
mərkəzidir.
Quyu Bulaq
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Əlixanlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda bu kənd
mövcud deyildir.
Laman
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Qaraqurt
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qaraçi kənd inzibati-ərazi dairəsinə daxildir.
Ləcət
- Quba qəzasında kənd, Qusar polis nahiyəsinin Həzrə
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Qusar
rayonunun Həzrə kənd inzibati-ərazi dairəsinə daxildir.
Ləcət-Oba
(Ləcət)
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin eyniadlı
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun eyniadlı kənd inzibati-ərazi dairəsinə daxildir.
Mahmud-Qışlaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı
Əlik cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba
rayonunun Zərqava kənd inzibati-ərazi dairəsinə daxildir.
Maşi-Oba
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Cek
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Qımılqışlaqlı kənd inzibati-ərazi dairəsinə daxil-
dir.
Mehrəli-Qışlaq
- Quba qəzasında kənd, Müşkür polis nahiyəsinin Aşağı Əlik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Xaçmaz
rayonunun Hülövlü kənd inzibati-ərazi dairəsinə daxildir.
Meytaplı
- Quba qəzasında kənd, Dəvəçi polis nahiyəsinin Boyat
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Şabran
(keçmiş Dəvəçi) rayonunun Rəhimli kənd inzibati-ərazi
dairəsinə daxildir.
Mirzə Məmməd-kənd - Quba qəzasında kənd, 5-ci Fəthibəy polis nahiyəsinin Zizik
cəmiyyətinə daxil idi, talana məruz qalıb. Hazırda Quba rayo-
nunun Vladimirovka kənd inzibati-ərazi dairəsinə daxildir.
İnzibati-coğrafi adların göstəricisi