15
2 — Azərbaycan parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab
olunmuş əzadan təşəkkül edir:
a) Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mucibincə Mavərayi-Qafqaz əhaliye
islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqaz "Seym"ində əza sifətilə bulunmuş və bədə
Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan;
b) Azərbaycan bələdiyyələri müsəlman əzasilə əskidən mövcud bulunan Milli müsəlman komitələri əzası
tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;
p) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;
t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq zəvatdan.
3 — Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:
a) Əhaliye islamiyyə tərəfindən: Bakı — 5; Göyçay uyezdi — 2 (biri şəhər, biri uyezd); Cəvad — 2 (biri
şəhər, biri uyezd); Quba — 3 (biri şəhər, ikisi uyezd); Lənkəran — 2 (biri şəhər, biri uyezd); Şamaxı — 2;
Gəncə — 3 (biri şəhər, ikisi uyezd); Ərəş — 2; Cavanşir — 1; Zəngəzur — 2; Qazax — 1; Cəbrayıl — 1; Nuxa
— 2 (biri şəhər, biri uyezd); Şuşa — 2 (biri şəhər, biri uyezd); Zaqatala — 2 (biri şəhər, biri mahal);
[31 - 32]
İrəvan vilayətinin Azərbaycana keçən hissəsi — 3; Tiflis vilayətinin Azərbaycana keçən hissəsi — 1.
Qeyd: a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər
şəhərlərdə daxi şəhər hissəsinə düşən nümayəndəyi — ümumi intixabla seçilmiş müsəlman qlasnılarını
seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqdırlar.
b) Seçkilər gizli olacaq;
p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21, 8-i Gəncə erməni əhali komitəsindən, 8-i
Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni əhali komitəsindən; rus əhalisindən Bakıdakı rus milli
şurasından — 10; alman əhalisi təşkilati-milliyyəsindən — 1; yəhudi şurayi milliyyəsindən —- 1; Gürcü
komitəsindən — 1; Polyak komitəsindən — 1.
t) Bakı həmkarlar Cəmiyyəti Şurasından — 3, Bakı Sovet siyezd və ticarət-sənaye cəmiyyətlərindən
müştərəkən — 2.
Qeyd: 1 — Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayşndələrini köy obşestva nümayəndələrinin
ictimaində təyin edə bilərlər. Bir ictimai hər obşestvadan birər nümayəndə göndərilmək surətilə hasil olur.
Qeyd: 2 — Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təin edər.
Qeyd: 3 — Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud
başqa bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə mənsub bulunduğu siyahının mərtəbi bulunan firqəyi
müəssisani tərəfindən başqa birisi təyin olunur.
Qeyd: 4 — Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya
onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarəti ilə icra olunur və
intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və müsəddiq etimadnamələr verilir
.
Şurayi-Milli rəisi
Məmməd Əmin Rəsulzadə
Arxiv, f. 895, siy. 3, iş. 7, vər. 1-2, iş. 187, vər. 1-2.
16
№ 1
Azərbaycan parlamentinin açılışı
7 dekabr 1918-ci il
İclas günorta saat 1-25 dəqiqədə Şurayi-Milli rəisi Məmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır.
Məmməd Əmin Rəsulzadə — Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını
açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm. (Alqışlar).
Əfəndilər! Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmiş
idi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq
qalaraq təbii yolu ilə inkişaf etsə idi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və
demokratik bir Rusiyəyi bir an əvvəl təsis edəcək idi. O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da
həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi
müqəddəratının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisəsanından gözlədilər. Fəqət,
Rusiyada inqilab və demokratik naminə zühur edən məkus bir istibdad nə kimi xarabalıqlar yaratdıqını
bilirsiniz. İnqilab naminə hökmfərman olan anarxiya və millətlərin hüququ elanından sonra verilən qatı
mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqazyada Rusiya
Məclisi-Müəssisasına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu Zaqafqaziya
"Seymini" təşkil və onun istiqlalını elan etməkdə gördülər.
[33 - 34]
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq etdi, bu
Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu.
(Alqışlar).
Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə
iştə bu məclis təşkil etmişdir. Bu məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı
toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan butün millətlərin, təbəqələrin
və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər.
Əfəndilər! Bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavətimiz və nifrətimiz yoxdur. Bezar olduğumuz
Rusiya, çarizm Rusiyası, Rusiya istibdadır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya
cəmaətına nifrət demək deyildir. Bizcə, mənfur olan Rusiya, millətləri əzən və hüquqlarını verməyən rəsmi
Rusiyadır, hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi
əqdiittifaq etməlidir. Bütün dünya millətlərinin "Cəmiyyəti-əqvam" vücudə gətirməsi bizim ən müəzziz
fikirlərimizdəndir. Bu "Fedarasiyon"çularla deyil, təbii, bir meyl və arzu ilə hasil olmuşdur. (Alqışlar).
Ərz etdim ki, biz Rusiya camaatının düçar olduğu fəlakətdən qurtulmasını ürəklə istəriz. Biz Rusiya
hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki, Qafqaziya dağlarının şimalında
təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini
istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqalalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir
şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır. (Alqışlar). İştə bunun üçün əfəndilər, müstəqil
Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və
müasir Avropa iqtidarı — əhrarınəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz
[34 -
35]
edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar
uzun müddət dəvam edir).
Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırır. Bu
günəş bir daha üful etməyəcək. Mən vicdani-bəşəriyyətə inanıram. Milyonlar ilə insan bahasına mal olan qitali-
ümumidən sonra vicdanı-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəmməz. "Cəmiyyəti-əvvam" fikri bu
gün hərkəscə qəbul edilmiş bir fikirdir. Bu mənə ümid verir, qüvvətlə inanıram ki, artıq milləti öldürmək,
millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da millətlərin hüququ təslim
ediləmməz deyirlər. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu
gün əhvala hakim olanlar müttəfiqlərdir. İngiltərə, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlərin
təmini-hüququ və "Cəmiyyəti-əqvam" şüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə
general Tomson Qafqaziya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişdir. Biz
azərbaycanlılar bütün mövcudiyyətimiz ilə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə
israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olar. Fəqət, bunun
üçün, təkrar edirəm səbat və mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat
edəlim. Bu oldumu, sizi əmin edirəm ki, kimsə hüququmuzu təslim etməmək cəsarətində bulunmaz. Hanki
vicdandır ki, istiqlal istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).