53
general Mədətovla dostluq edən Qirbayedov ömrünün son iki ilində 30 – dan
artıq erməni ilə yaxın
təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif
planlar hazırlamışdı.
Bəzi rus diplomatları "Türkmənçay" müqaviləsindən sonra Irandan
müharibə xərclərinin alınmasını prioritet məsələ hesab etsələr də,
Qirbayedov onlardan fərqli olaraq ermənilərin işğal olunmuş Azərbaycan
torpaqlarında yerləşdirilməsini daha vacib hesab edirdi. Erməniləri Iranla
həmsərhəd əyalətlərə köçürülməklə Rusiya bu ərazilərdə özünə etibarlı canlı
dayaqlar yaratmaq və etibar etmədiyi müsəlman əhalisinin yaşadığı
Naxçıvan, Irəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi.
1828 – ci ildə çar qoşunları Təbrizi işğal etdikdən sonra məhz
Qirboyedovun təşəbbüsü ilə "Tutulmuş əyalətin idarə edilməsi haqqında
əsasnamə" tərtib edilmişdir.
A. S. Qirboyedov təkcə cənubi Qafqazda və Iranda deyil, Yaxın və Orta
şərqdə Rusiyanın mövqelərinin möhkəmlətmək üçün dəridən qabıqdan
çıxırdı. Onun tərtib etdiyi "Təlimat layihəsi" də bu məqsədlərə xidmət edirdi.
A. S. Qirboyedov Cənubi Qafqazın zəngin yeraltı və yerüstü sərvətlərini
Rusiya müstəmləkiçilərinin malı etmək məqsədilə 1827 – ci ildə Tiflisdə
Rusiya – Zaqafqaziya kompaniyası yaradılması haqqında təkliflər vermiş və
bu işə Rusiyanın tanınmış iş adamlarını, sahibkarları cəlb etmişdir.
Gələcəkdə tanınmış gürcü və erməni iş adamlarının da bura cəlb olunması
nəzərdə tutulmuşdur. Bu layihədə yerli müsəlman iş adamlarının nəzərə
alınmaması onun həmin əhaliyə qarşı düşmən mövqeyindən irəli gəlirdi.
Rusiya Iranla Türkiyə arasında olan ziddiyyətləri qızışdıraraq bundan öz
mənafeyi üçün istifadə etməyə çalışır, iki müsəlman dövləti bir – birinə
qarşı qoymaqla hər ikisini zəiflətmək və işğalçı niyyətlərini reallaşdırmaq
istəyirdi. Bu təcavüzkar siyasətin də həyata keçirilməsinin əsas
ideoloqlarında biri A. S. Qirboyedov idi. 1828 – ci ilin yazında başlamış
Rusiya – Türkiyə müharibəsində çar ordusunun qələbəsini təmin etmək
üçün "Türkmənçay" müqaviləsinin şərtlərinin yerinə yetirilməsi mühüm
əhəmiyyət kəsb edirdi. Bu zaman Iran ərazisində olan 25 minlik rus
ordusudan Türkiyəyə qarşı istifadə etmək üçün A. S. Qirboyedov öz
fəaliyyətini daha da genişləndirirdi.
Rusiyanın əksinə olaraq Ingiltərə isə Iranla Türkiyə arasında
ziddiyyətlərin aradan qaldırılmasına çalışır və bu dövlətlərin gücündən
Rusiyaya qarşı istifadə etməyi planlaşdırırdı.
Tükmənçay sazişi bağlandıqdan sonra I Nikolayın göstərişi ilə Senat
1828 – ci il aprelin 25 - də Tehranda "səlahiyyətli nazir", Təbrizdə baş
konsulluq açılması barədə qərar verdi. Elə həmin vaxt A. S. Qirboyedovun
Irana səlahiyyətli səfir təyin edilməsi çarın və Rusiyanın yüksək diplomatik
dairələrinin bu şəxsə necə yüksək etimad göstərdiklərinin sübut edir. O,
özündən əvvəl və özündən sonra Iranda səfir olmuş bütün rus
diplomatlarından yeli əhaliyə düşmən münasibəti və ermənipərəsliyi ilə
54
fərqlənmişdi. Lakin rus və sovet tarixşünaslığında, həmçinin müasir rus
tarixşünaslığında akademik M. Neçkinanın belə bir yanlış fikri müdafiə
olunur ki, guya A. S. Qirboyedov dekabristlərin tərəfdarı olduğu üçün çar
onu Peterburqdan uzaqlaşdırmaq üçün bu vəzifəyə təyin etmişdir. Lakin
faktlar bu fikirləri təkzib edir. Onun Irana səfir təyin edilməsinin əsas səbəbi
çara sədqətlə qulluq etməsi və işğalçılıq siyasətinin həyata keçirilməsində bir
diplomat kimi canfəşanlıq göstərməsi idi.
A. S. Qirboyedova öz ölkəsində müsbət yanaşılması həm bir diplomat
kimi çar Rusiyası hüdudlarının genişləndirilməsi prosesindəki rolu, həm də
yazıçı olması ilə əlaqədardır. Indinin özündə də çox az rus ziyalısı tapılar ki,
Rusiyanın tarixən yeritdiyi işğaçı siyasətə mənfi münasibət bəsləsin. Deməli
Qirboyedova Rusiya vətəndaşlarının gözü ilə deyil, işğala məruz qalmış,
təcavüz nəticəsində faciələrə düçar olmuş xalqların gözü ilə baxmaq daha
düzgün olardı.
Səfir təyin olunan kimi A. S. Qirboyedov səlahiyyətlərindən sui –
istifadə etmək, özünü mütləq hakimi kimi aparmağa başlamışdı ki, bu da
onun və köməkçilərinin faciəsi ilə nəticələnmişdi. "Səlahiyyətli nazir" təyin
olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin
sarayına, daha sonra isə Tehrana yollandı. Onun bilavasitə göstərişilə "böyük
elçiliyin əməkdaşları" Türkmənçay müqaviləsinin 13 və 15 - ci maddələrinə
istinad edərək xristian əsrləri qurtarmaq, erməniləri yubanmadan işğal
olunmuş Azərbaycan torpaqlarına köçürmək bəhanəsilə Iran vətəndaşlarının
daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər. Qəzvin
şəhərində ruslar bir seyidin evinə soxularaq, onun islam dinini qəbul etmiş
milliyyətcə alman olan kəbinli arvadını zorla özləri ilə aparmaq istəmişlər.
Qadının kəskin etirazından və əhalinin qəzəbindən çəkinərək sonradan onu
öz evinə buraxmağa məcbur olmuşlar.
A. S. Qirboyedov ermənipərəst siyasət yeritməklə yerli müsəlman
əhaliyə həm maddi, həm də mənəvi zərbələr vurmuşdur. Orta Şərqdə çox
zəngin kitabxana sayılan, Şah Ismayılın oğlu Şah Təhmasibin və xüsusilə
nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının
toplandığı Ərdəbil Darülirşad ("Haqq evi"), Şeyx Səfiəddin kitabxanası
Qribayedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə
Rusiyaya göndərilmişdir. Burada toplanmış əlyazmaların bir hissəsi
parqament üzərində, digərləri kağız üzərində münatür boya sənətinin inciləri
olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tiflisdə Abbasqulu Ağa
Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu
hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada
saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar
içərisində Abbas Mirzənin taxtı, Iranlı ustaların əli ilə tökülmüş 7 top və
Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.
1829 – cu il yanvarın 12- də Tehrana yetişən A. S. Qirboyedov və
köməkçiləri burada da özlərini ləyaqətsiz aparmış, diplomatik normaları