531
V sinif şagirdlərinin yazı dəftərləri idi.
O vaxtdan başlayaraq, həmin sinfin yazı işlərini mən yoxla-
yırdım. Uşaqların çoxlu orfoqrafik səhvləri çıxır, aşağı qiymət alırdılar
və bir gün eşitdim ki, şagirdlər narazılıq edirmişlər: “Nə cür olur ki,
bu yaxınlara qədər yaxşı qiymətlər alırdıq, indi çoxumuz “iki” alırıq?”
Hüseyn müəllim bir gün dəftərləri verəndə dedi:
- Bu yiyəsi ölmüşlər (şagirdlərdən biri öz qızı idi) pis yazır,
bir qədər üzdən yoxla.
- Bəs necə eləyim? Səhvləri çıxarmayım?
Dinmədi. Yoxlamanı davam etdirirdim. Hüseyn müəllim xəstə
idi, bronxit aman vermirdi. Vəfatına qədər yazı işlərini mən yoxladım.
Dəfnində fəxri qarovulda durduq. Bir-iki ay sonra dəftərləri məktəbə
təhvil verdim.
1955-ci ildə orta məktəbi bitirib Pedaqoji İnstituta gələn
ərəfədə Jül Vernin əsərləri məni sehrləmişdi. Coğrafiya fakültəsinə
girmək, macəralı səyyah həyatı keçirmək istəyirdim. Üç dəfə Azneftlə
Hökumət evinin arasını gəzib (demişdilər ki, institut dəniz
kənarındadır) Pedaqoji İnstitutu tapıb ərizə də yazmışdım. Sənədləri
vermək istəyirdim, elə bu zaman məktəbimizin aşağı sinif şagirdi
Cəmənə gəlib çıxdı (əsl adı Sərməst idi, körpə ikən atasını və anasını
itirmiş, cır-cındır içərisində, çox ağır vəziyyətdə böyümüşdü, ona görə
də adına “Cəmənə” deyirdik - məndən bir neçə yaş kiçik idi). Cəmənə
ərizəni alıb oxudu, mənə məsləhət etmədən cırıb atdı və dedi:
- Ədəbiyyat fakültəsinə yaz. Sən Qulunun yazısını yoxlayanda
mənə ləzzət verirdi. Ədəbiyyat fakültəsinə yaz, ədəbiyyatı yaxşı
bilirsən.
Bir xeyli üzünə baxıb dedim:
- Neynək, ədəbiyyat deyirsən, qoy ədəbiyyat fakültəsinə
yazım. Sualtı axınla gələn Süleyman Rəhimov kitablarının gücü
mənim taleyimi birdəfəlik ədəbiyyat aləminə bağladı.
* * *
Mən onu ilk dəfə orta məktəbdə oxuduğum zaman görmüşəm.
Səkkizinci sinifdə oxuyurdum, Süleyman Rəhimov bizim kəndin
deputatı idi. Bir gün eşitdim ki, kəndə gəlib. Camaat kəndin klubuna
axışırdı. Mən də camaat arasında özümə bir yer tapa bildim. Bir qədər
sonra Süleyman Rəhimov bir dəstə adamla gəlib səhnəyə qalxdı.
Danışdılar. O da xeyli danışdı. Tez-tez daraqla saçlarını geri darayır,
aram-aram danışır, tez-tez boğazını arıtlayırdı.
532
Nəhayət, iclas qurtardı, dağılışdılar. Mən getmədim, yazıçını
izləyirdim. O, bir neçə nəfərlə klubun qabağında durub söhbət edirdi.
Mən yaxında gəzib-dolaşırdım ki, nə danışdıqlarını eşidim.
Bizim bir rus dili müəllimimiz var idi - Ayrapetyan Mişa.
Erməni idi. Öyrətməyə çalışırdı, amma çox əzazil idi. Tərpənən kimi,
təbaşiri elə tullayırdı ki, adamın düz alnından dəyirdi (insafən, mənə
təbaşir atmamışdı, nədənsə, mənə hörmət edirdi). Yaman yanıqlı idik
əlindən. Qımıldanmağa qoymazdı. Tərpənən kimi təbaşiri əlində
oynadırdı:
- Kəs səsini, axmax, axmaxı biri! Düz otur!
İndi bu Mişa da burada idi. Süleyman müəllimə üz tutaraq
söhbətə qarışdı:
- Sizin erməni dilidə şeirləriniz yoxdu. Mən sizin erməni
dilidə şeirlərinizi oxumamışam.
Öz-özümə fikirləşdim ki, bu yekəlikdə müəllim hələ şairlə
yazıçını fərqləndirə bilmir, bu böyüklükdə yazıçının əsərlərindən xə-
bərsizdir. Elə bu vaxt Süleyman müəllim ermənini tərs-tərs süzüb de-
di:
- Mən şair deyiləm erməni dilində şeirlərim ola!
Elə bil, ürəyimdən tikan çıxardılar...
** *
İnstitutda oxuduğum illərdə dəfələrlə küçədə rast gəlmişəm,
Durub baxmışam, ardınca getmişəm. 1960-cı ildə institutun akt
zalında 60 illiyini qeyd edirdilər. Əli müəllim - Əli Vəliyev çox geniş
bir məruzə etdi. Sonra başqaları da danışdılar. Məni daha çox öz nitqi
maraqlandırırdı. Axır ki, tribunaya qalxdı:
- Əli müəllim də mənim haqqımda çox tərifli...
Bəhram müəllimin - Qara Bəhramın zil səsi zala yayıldı (Zalın
giriş qapısına yaxın oturmuşdu, deyəsən, bir az da dəm idi):
- Axı onun adı Əli deyil, Alıdı?
Hamı geri çevrildi, bu görkəmli riyaziyyatçının zil səsinə əl
çalanlar da oldu. Zaldakılar sakitləşəndə Süleyman müəllim yenə sözə
başlamaq istədi:
- Əli müəllim də mənim haqqımda...
Bu dəfə Bəhram müəllimin zil səsi daha bərkdən səsləndi:
- Dedim, axı onun adı Əli deyil, Alıdı?..
Yenə aləm bir-birinə qarışdı. Gülüş, alqış səsləri danışmağa
imkan vermədi. Süleyman müəllim əsəbiləşmiş, bir qədər də pörtmüş-
533
dü. Yerli və dost idilər. Bəhram müəllim ərk eləyirdi. Camaat bir
qədər aram tapanda Süleyman müəllim dedi:
- Əşi, görürsən ki, mən yönlü danışa bilmirəm, bir tərəfdən də
sən sözümü kəsirsən...
Yadımda qalan odur ki, sonra səmimi və şirin bir nitq söylədi.
* * *
Mən daha yaxın olmaq, göz-gözə baxmaq, söz-söhbətini
dinləmək istəyirdim. 1960-cı il martın 29 idi. Üç yoldaş - Zakir,
Həmdulla və mən Yazıçılar İttifaqının qabağından keçib APİ-yə
gəlirdik. Süleyman müəllim başında buxara papaq, əynində boyunlu
palto, əlləri arxasında bağda gəzirdi. Yaxınlaşdıq, salam verdik.
Salamımızı mehribanlıqla alıb üzümüzə baxdı.
- APİ-nin tarix-filologiya fakültəsinin tələbələriyik. “Şamo”
bizim sevimli kitabımızdır, - dedik.
Bir az da məhəbbətlə gülümsədi, daha da cəsarətləndik:
- Sizinlə şəkil çəkdirmək istəyirik, - dedik.
- Hə, gəlin bura, gəlin, - dedi. Bizi parkdakı skamyalardan
birinə tərəf apardı. Oturduq. Zakirin fotoaparatı var idi, bir neçə cür
şəkil çəkdirdik.
Sonra Süleyman müəllim keçəndən, gələndən xeyli söhbət
etdi. Arabir də deyirdi:
- Bizim vaxtımıza az qalıb, bizimki bugün-sabahlıqdır. Amma
Dostları ilə paylaş: |