baş tutmamış və nəticələrinin etibarsız hesab edilməsi əsasları kimi məsələlərin
t
ədqiq olunmasını və problemin həlli ilə bağlı qanunvericiliyin təkmilləş-
dirilm
əsi istiqamətində müvafiq təkliflərin verilməsini məqsədəmüvafiq hesab
edir
əm. Bu problemlərin həlli seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün
t
əkcə nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb edir.
İlk öncə Milli Məclisə seçkiləri tənzim edən qanunvericiliyin yaranması
v
ə inkişafı ilə bağlı məsələlərə diqqət yetirək. Azərbaycan Respublikasında
demokratik prinsipl
ərə əsaslanan, seçki hüququ sahəsində dünyanın demokratik
dövl
ətlərinin təcrübəsində sınaqdan çıxmış müddəaları təsbit edən yeni seçki
sisteminin
əsası məhz 12 avqust 1995-ci il tarixli «Azərbaycan Respublikası
Milli M
əclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının 1082 saylı
Qanunu il
ə qoyulmuşdur. Sonra Azərbaycan Respublikası Milli Məclisinə seç-
kil
ərin əsasları, başlanğıc prinsipləri 12 noyabr 1995-ci il Azərbaycan Respub-
likasının Konstitusiyasında nəzərdə tutuldu. Konstitusiyanın 83-cü maddəsi
Az
ərbaycan Respublikası Milli Məclisinin deputatlarının ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçil-
m
əsi ilə bağlı müddəa müəyyən etdi. 5 iyul 2000-ci ildə yenidən «Azərbaycan
Respublikası Milli Məclisinə seçkilər haqqında» Azərbaycan Respublikasının
Qanunu, n
əhayət, 27 may 2003-cü ildə Azərbaycan Respublikasının Seçki Mə-
c
əlləsi qəbul olundu. 1995-ci il «Milli Məclisə seçkilər haqqında» Azərbaycan
Respublikası Qanunundan Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
q
ədər ciddi bir təkamül yolu keçmiş respublikamızın seçki qanunvericiliyi ki-
fay
ət qədər təkmilləşdirilmiş, seçki prosesinin ayrı-ayrı mərhələlərində həyata
keçiril
ən hər bir seçki hərəkətinin dəqiqliyi ilə tənzimini nəzərdə tutan müd-
d
əalar seçki qanunvericiliyində öz əksini tapmışdır. Bu zaman dünya dövlət-
l
ərinin bu sahədə olan təcrübəsindən, beynəlxalq standartlardan, habelə bey-
n
əlxalq təşkilatların, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının töv-
siy
ələrindən istifadə olunmuşdur.
«Az
ərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında» Azər-
baycan Respublikasının 1082 saylı Qanununda Azərbaycan Respublikasının ali
qanunvericilik hakimiyy
əti orqanı olan Azərbaycan Respublikası Milli Məcli-
sinin Az
ərbaycan Respublikasının vətəndaşları tərəfindən
qanunla müəyyən
edil
miş qaydada majoritar və proporsional seçki sistemləri, ümumi, bərabər,
birbaşa seçki hüququ əsasında sərbəst şəxsi və gizli səsvermə yolu seçildiyi
mü
əyyən olundu [2]. Qanun fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən
t
əsdiq edilmiş vətəndaşlar istisna olmaqla, seçkilər günü 18 yaşı tamam olan və
ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının aktiv
seçki hüququnu tanımış oldu. Milli Məclisə seçkilər zamanı passiv seçki hü-
ququ is
ə qanunda nəzərdə tutulan şəxslər istisna olaraq Azərbaycan Respub-
likasının seçkilər günü 25 yaşı tamam olan və ya yaşı 25-dən
çox olan bütün
v
ətəndaşları üçün nəzərdə tutuldu. Qanunla yalniz din xadimlərinin, müddətli
h
əqiqi hərbi və ya alternativ xidmətdə olanların, məhkumluğun ödənilməsindən
asılı olmayaraq ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin, məhkəmənin
7
qanuni qüvv
əyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza
ç
əkən şəxslərin Milli Məclisə deputat seçilməsinə qadağa qoyuldu. Qanun
Milli M
əclisə seçkilərin Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli
M
əclisin səlahiyyətlərinin qurtarmasına ən geci 80 gün qalmış təyin etməsi ilə
bağlı müddəa nəzərdə tutuldu. Qanun həmçinin Milli Məclisin qarışıq seçki
sistemi
əsasında formalaşdırılması, yəni Milli Məclisin 100 deputatının bir-
mandatlı seçki dairələri üzrə, bir qayda olaraq, seçicilərin birmandatlı seçki
dair
əsində vahid təmsilçilik norması əsasında, 25 deputatının isə vahid çox-
man
datlı seçki dairəsi üzrə siyasi partiyaların (siyasi partiyaların bloklarının)
göst
ərdikləri deputatlığa namizədlərin siyahılarına seçicilərin verdikləri səs-
l
ərin nisbəti əsasında seçilməsi qaydasını nəzərdə tuturdu. Seçki dairələrinin
yaradılması ilə bağlı Qanun müəyyən edirdi ki, majoritar seçki sistemi əsasında
seçkil
ərin təşkili və keçirilməsi üçün Milli
Məclis Mərkəzi seçki komis-
siyasının təklifi ilə seçkilərə azı 70 gün qalmış Azərbaycan Respublikasının
ərazisini, əhalinin say tərkibini və inzibati ərazi bölgüsünü nəzərə alaraq 100
seçki dair
əsinə bölür və bu zaman Mərkəzi seçki komissiyası ümumi hüdudları
olmayan
ərazilərin bir seçki dairəsinə daxil edilməsinə yol verilməməsi, hər
seçki dair
əsinin, bir qayda olaraq, bir inzibati rayonun hüdudlarında, seçicilərin
sayı buna yol vermədikdə isə iki və ya daha çox inzibati rayonun hüdudlarında
yaradılması, seçki dairəsi əhalisinin sayının seçki dairələri əhalisinin orta sa-
yından 10 faizdən artıq fərqlənməsinə yol verilməməsi prinsiplərini əsas götür-
m
əlidir. Proporsional seçki sistemi əsasında seçkilərin təşkili və keçirilməsi
üçün Az
ərbaycan Respublikasının bütün ərazisində vahid çoxmandatlı seçki
dair
əsinin yaradılması nəzərdə tutulurdu.
Qanunda h
əmçinin Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə
seçki komissiyalarının formalaşdırılması qaydası, səlahiyyətləri, komissiya
üzvl
ərinin hüquqi statusu dövrün tələblərinə uyğun şəkildə müəyyən
edilmiş-
dir. Seçki komissiyalarının qərarlarından şikayət edilməsinin sadə proseduru
mü
əyyən edilir, məntəqə seçki komissiyalarının qərarlarından dairə seçki ko-
missiyalarına, dairə seçki komissiyalarınin qərarlarında Mərkəzi Seçki Komis-
siyasına, Mərkəzi Seçki Komissiyasının qərarlarından isə Azərbaycan Respub-
likası Ali Məhkəməsinə şikayət verilməsi imkanını nəzərdə tutmaqla qanun
əslində vətəndaşların məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırırdı.
Qanunda diqq
ət cəlb edən məsələlərdən birini də seçici siyahılarının
t
ərtib edilməsi məsələsi təşkil edir. Belə ki, Qanuna görə seçici siyahıları yerli
icra hakimiyy
əti orqanları tərəfindən tərtib olunmalı, onun rəhbəri tərəfindən
t
əsdiq edilməli və siyahılar seçkilər gününə azı 30 gün qalmış məntəqə seçki
komissiyalarına təhvil verilməli idi. Bundan sonra məntəqə seçki komissiyaları
daxil olan seçici siyahılarını dəqiqləşdirməli, təsdiq etməli, təsdiq edilmiş se-
çici siyahısını məntəqə seçki komissiyasının sədri və katibi imzalamalı idi.
Seçm
ək hüququ olan, siyahıların tərtib edildiyi vaxt müvafiq
seçki məntə-
q
əsinin ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının məntəqə-
nin seçici siyahısına daxil edilməsi nəzərdə tutulurdu ki, bu da bir qayda olaraq
8