Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə16/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

49 

 



 

balans  üzrə  işlək  vəziyyətdə  olan  xidməti  minik  və  digər  nəqliyyat 

vasitələrinin sayı; 

 



keçən  ildə  faktiki,  cari  ildə  gözlənilən  və  sonrakı  üç  il  üçün  kommunal 

xidmətləri (elektrik enerjisi, qaz, su, istilik enerjisi, kanalizasiya və s.) sərfinin 

miqdarı və dəyəri; 

 



icarəyə götürülmüş binaların sahəsi; 

 



alınan bina və tikililərin sahəsi

 



alınacaq nəqliyyat vasitələrinin sayı; 

 



keçən ildə faktiki, cari ildə gözlənilən və sonrakı üç il üçün uzun müddət 

istifadə  olunan  istehsalat  və  qeyri-istehsalat  avadanlıqlarının  alınması  barədə 

məlumat; 

 



keçən  ildə  faktiki,  cari  ildə  gözlənilən  və  sonrakı  üç  il  üçün  mənzil, 

istehsal,  sosial-mədəni,  məişət  təyinatlı,  inzibati  və  idarəetmə  obyektlərinin 

tikintisi barədə məlumat

 



keçən  ildə  faktiki,  cari  ildə  gözlənilən  və  sonrakı  üç  il  üçün  mənzil, 

istehsal,  sosial-mədəni,  məişət  təyinatlı,  inzibati  və  idarəetmə  obyektlərinin 

əsaslı təmiri barədə məlumat; 

 



keçən  ilin  faktiki  və  cari  ildə  gözlənilən  debitor  və  kreditor  borcları 

(yaranma səbəbləri və tarixi) barədə məlumat; 

 

keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərin və 



xərclərin məbləği; 

 



hesablanmış  büdcədənkənar  gəlirlərin  və  xərclərin  keçən  ildə  faktiki  və 

cari ildə gözlənilən məbləğləri; 

 

büdcədənkənar gəlirlərin və xərclərin keçən ildə faktiki və cari ilin sonuna 



gözlənilən qalığı; 

 



növbəti  il  üçün  təklif  olunan  büdcədənkənar  gəlirlərin  həcmi,  ödənilməli 

olan büdcədənkənar gəlirlərin məbləği; 

 

büdcədənkənar  gəlirlərə  dair  qanunvericilikdə  təklif  olunan  tədbirlərin 



qiymətləndirilməsinə dair göstəricilər


50 

 



 

sonrakı üç il üçün büdcədənkənar gəlirlərin qiymətləndirilməsi

 

dövlət  və  Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  tərkibində  yaradılan 



məqsədli fondlar barədə məlumat; 

 



Qeyd olunan göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə 

təqdim olunur. 

Dövlət büdcəsindən maliyyə yardımları almaq istəyən bələdiyyələr cari ilin 

may ayının 1-dək aşağıdakı sənədləri və məlumatları Azərbaycan Respublikasının 

Maliyyə Nazirliyinə təqdim edirlər: 

 



cari ilin gözlənilən və ötən ilin büdcəsinin faktiki nəticələri barədə arayış; 

 



növbəti büdcə ili üzrə yerli (bələdiyyə) büdcələrin nəzərdə tutulan gəlirləri 

və  xərcləri,  dövlət  büdcəsindən  ayrılacaq  dotasiyanın  və  digər  maliyyə 

yardımlarının həcminin əsaslandırılması; 

 



ötən ildə yerli bələdiyyə büdcənin icra vəziyyəti barədə auditor rəyi; 

 



Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  sorğusuna  görə  digər 

materiallar. 

Büdcədənkənar dövlət fondları tərəfindən Azərbaycan Respublikası Maliyyə 

Nazirliyinin təlimat məktubuna uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadi 

İnkişaf  Nazirliyinə  və  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  təqdim 

olunan büdcə layihəsində aşağıdakı məlumatlar olmalıdır: 

 

keçən  ildə  əldə  edilmiş  və  cari  ildə  gözlənilən  büdcədənkənar  dövlət 



fondlarının gəlirlərinin və xərclərinin məbləği; 

 



büdcədənkənar  dövlət  fondlarının  hesablanmış  gəlirlərinin  və  xərclərinin 

keçən ildə faktiki və cari ildə gözlənilən məbləğləri; 

 

büdcədənkənar  dövlət  fondlarının  gəlirlərinin  və  xərclərinin  keçən  ildə 



faktiki və cari ilin sonuna gözlənilən qalığı; 

 



büdcədənkənar dövlət fondlarının növbəti il üçün təklif olunan gəlirlərinin 

və xərclərinin həcmi; 

 

büdcədənkənar  dövlət  fondlarının  gəlirlərinə  dair  qanunvericilikdə  təklif 



olunan tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər; 


51 

 



 

sonrakı  üç  il  üçün  büdcədənkənar  dövlət  fondlarının  gəlirlərinin  və 

xərclərinin qiymətləndirilməsi; 

 



digər zəruri göstəricilər. 

Büdcədənkənar  dövlət  fondları  tərəfindən  yuxarıda  göstərilən  göstəricilər 

funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur. 

Avqust ayının 1-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 

tərəfindən  cari  ilin  altı  ayının  faktiki  nəticələri  nəzərə  alınmaqla,  növbəti  il  üzrə 

ortamüddətli  makroiqtisadi  göstəricilər,  habelə  sosial,  iqtisadi  və  investisiya 

proqramları  dəqiqləşdirilərək,  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə 

təqdim edilir. 

Dəqiqləşdirilmiş  ortamüddətli  iqtisadi  və  sosial  inkişaf  proqramı  özündə 

növbəti  büdcə  ili  və  gələn  üç  il  üçün  ölkənin  sosial-iqtisadi  inkişaf 

konsepsiyasının və proqnoz göstəricilərinin geniş xülasəsini, cari ilin gözlənilən 

nəticələrini,  makroiqtisadi  göstəricilərin  proqnozunu  və  sosial-iqtisadi  siyasətin 

əsas prioritetlərini əhatə edir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  dövlət 

büdcəsinin  tərtibi  üçün  lazım  olan  əsaslandırıcı  materiallar  və  hesablamalar 

mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarından,  habelə  onların  struktur 

bölmələrindən,  dövlət  büdcəsindən  maliyyələşdirilən  büdcə  təşkilatlarından, 

zərurət  yarandıqda,  mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq 

digər  hüquqi  şəxslərdən,  bələdiyyələrdən  və  büdcədənkənar  dövlət  fondlarından 

tələb oluna bilər.   

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi makroiqtisadi göstəricilərin 

dəqiqləşdirilmiş  proqnozuna,  aidiyyəti  nazirlik  və  dövlət  qurumları  tərəfindən 

hazırlanmış  proqramlara  əsasən  dövlət  büdcəsi  layihəsinin  gəlir  və  xərclərini 

yenidən hesablayır, zəruri hallarda müvafiq əlavələr və dəyişikliklər edir. 

Dövlət büdcəsi layihəsinin dəqiqləşdirilmiş göstəricilərini əsas götürməklə, 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  iyul-avqust  aylarında  dövlət 

büdcəsinin  gəlirlərinin  icrasını  təmin  edən  orqanlarla  və  büdcə  təşkilatları, 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə