6
Mister Bennetin xasiyyətində ağlın diriliyi və
istehzaya meyillilik, qapalılıq və sərsəmlik elə incə
şəkildə çulğaşmışdı ki, 23 illik birgə həyatlarında arvadı
hələ də ona alışa bilməmişdi. Qadının xislətindən baş
açmaq isə xeyli asan idi. O, kifayət qədər zəkası olmayan
və qeyri-sabit ovqatlı cahil qadın idi. Nədənsə narazı
olanda hesab edirdi ki, əsəbləri qaydasında deyil. Onun
həyatının məramı qızlarını ərə vermək idi. Qadının
yeganə əyləncəsi ziyarətlər və yeniliklərdi.
II
FƏSİL
Hər halda mister Bennet mister Binqli ziyarət edən
birincilərdən oldu. Doğrusuna qalsa, əvvəlcədən ona baş
çəkmək niyyətində idi, hərçənd arvadı elə hey Benneti
inandırırdı, sanki o, heç cür onu ziyarət etməyəcək. Qadın
onun niyyətindən ziyarətin baş tutduğu günə qədər
xəbərsiz qaldı. Əsl həqiqətin üstü belə açıldı ikinci qızının
şlyapasını lentlə bəzədiyini müşahidə edən mister Bennet
gözlənilmədən dilləndi:
— Lizzi, ümidvaram ki, bu, mister Binqlinin xoşuna
gələcək.
— Biz heç vaxt bilməyəcəyik ki, nə mister Binqlinin
xoşuna gəlir, nə gəlmir, — onun anası dalğınlıqla dedi, —
bir halda ki, bizə Nezerfilddə olmaq lazım gəlməyəcək.
— Ancaq siz unudursunuz ki, ana, — Elizabet dedi, —
biz onu balda görəcəyik, missis Lonq da bizi tanış etmək
vədi verib. Bu ikiüzlü və xudbin qadından zəhləm gedir.
— Oh, yox, missis Lonq bunu etməz. Onun özünün iki
bacısı qızı var.
downloaded from KitabYurdu.org
7
— Mən də həmçinin, — mister Bennet dedi. — Necə
də xoşdur ki, bu vacib işdə siz ondan asılı deyilsiniz.
Missis Bennet cavab verməyə qalxmadı, ancaq öz
hikkəsini cilovlamağı bacarmayaraq qızlarından birinin
üstünə düşdü:
— Allah xətrinə, Kitti, bu cür öskürməyi kəs! Bir
damcı da mənim əsəblərim haqqında düşün. Onlar buna
dözmür.
— Kitti bizdə heç nə ilə razılaşmır, — ata dedi. — O
həmişə yersiz-yersiz öskürür.
— Mən kefimdən öskürmədim, — Kitti incidi.
— Sizdə növbəti bal nə vaxtdır, Lizzi?
— İki həftədən sonra.
— Ah, bir işə bax, — ana səsləndi. — Demək, missis
Lonq bal ərəfəsində qayıdacaq! O, Binqlini bizə necə
təqdim edəcək, özü o vaxta qədər onunla görüşməyə
macal tapmayacaqsa?
— O zaman, mənim əzizim, siz mister Binqlini
rəfiqənizə təqdim edərək faydalı ola bilərsiniz.
— Mümkün deyil, mister Bennet, bir halda ki, mən
özüm onunla tanış olmayacağam, mümkün deyil. Siz,
sadəcə olaraq, məni ələ salırsınız!
— Sizin ehtiyatlılığınız sizə şərəf verir. Əlbəttə, bu cür
qısa tanışlıq, demək olar, heç bir məna kəsb etmir. İki
həftənin içində insan haqqında necə mühakimə yürütmək
olar? Fəqət onu mister Binqli ilə biz tanış etməsək, bunu
kimsə başqa bir adam edəcək. Mənə görə, qoy missis
Lonq və onun bacısı qızları da öz nəsiblərini sınasınlar.
downloaded from KitabYurdu.org
8
Ürəyindən deyilsə, mən belə bir savab işi öz üzərimə
götürməyə hazıram.
Qızlar gözlərini atalarına zillədilər. Missis Bennet dilə
gəldi:
— Hədyana bax!
— Sizin ifadəli iradınız nə deməkdir, xanım? — o,
təəccüblə soruşdu. — Tanış olmayan adamla işiniz
olmazdan öncə onun sizə təqdim olunmasını nəzərdə
tutan ənənəni cəfəng hesab edirsiniz? Yoxsa bu sayaq
mövcud təqdimat qaydası sizin xoşunuza gəlmir?
Qorxuram ki, bu xüsusda bizim baxışlarımız bir qədər
ayrılır. Bəs sən, Meri, bu barədə nə düşünürsən? Sən
ki bizim dərrakəli qızımızsan, elmi kitablar oxuyursan və
hətta ondan iqtibaslar edirsən.
Meri dərin mənalı nəsə demək istədi, ancaq ağlına bir
şey gəlmədi.
— Meri düşüncələrini toplayana qədər, — o davam
etdi,
— mister Binqliyə qayıdaq.
— Mister Binqli haqqında artıq eşitmək istəmirəm, —
qadın bəyan etdi.
— Heyif ki, siz bunu mənə əvvəl deməmisiniz. Bunu
bu səhər bilsəydim, mən heç bir halda onun yanma
getməzdim. Çox ayıb! Ancaq bir halda ki mən onu ziyarət
etmişəm, qorxuram, onunla tanışlıqdan qaçmaq o qədər
də asan olmasın.
Mister Bennet istədiyinə nail oldu - xanımlar son
dərəcə heyrətləndilər. Missis Bennet xüsusilə möhkəm
downloaded from KitabYurdu.org
9
şaşırdı. Fəqət ilk sevinc coşqusu ötüşüncə, missis Bennet
ondan məhz bunu etməyi gözlədiyinə əmin etməyə
çalışdı.
— Siz gerçəkdən də alicənab hərəkət etmisiniz, əzizim
mister Bennet! Hərçənd, etiraf edirəm, şübhə etmirdim ki,
axırda sizin bunu edəcəyinizə nail olacağam. Mən
bilirdim, siz
qızlarınızı o qədər sevirsiniz ki, bu cür tanışlığa etinasız
yanaşmağa qabil deyilsiniz. Ah, mən necə də xoşbəxtəm!
Siz bizimlə necə də zərif zarafat elədiniz. Bir düşünün, siz
hələ səhər ertə Nezerfilddə olmusunuz və bu vaxta qədər
hətta bir kəlmə belə deməmisiniz!
— İndi, Kitti, istədiyin qədər öskürə bilərsən, —
mister Bennet arvadının riqqətli izharını eşitməmək üçün
otaqdan çıxarkən dedi.
— Qızlar, görün, sizin necə gözəl atanız var! —
Qapı bağlananda missis səsləndi. — Düzü, bilmirəm siz
onun bu xeyirxahlığına nəylə təşəkkür edəcəksiniz. Mən
də həmçinin. İnanın, bizim sinnimizin bu çağında hər gün
yeni tanışlıq qurmaq elə də xoş deyil. Ancaq balalarımızın
xətrinə biz hər şeyə hazınq. Lidiya, əziz balam, sən
hamısından balaca olsan da, mənə elə gəlir ki, balda
mister Binqli məhz səninlə rəqs edəcək.
— Məni bununla təəccübləndirmək olmaz, —
Lidiya cəsarətlə bildirdi. — Balaca olsam da, əvəzində ən
hündür
mənəm.
Axşamın yerdə qalan hissəsi mister Binqlinin cavab
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |