4
¹ 53 26 iyun 2013-íÿ ñîð
Òîëûøîí Ñÿäî
B
ir xalqın dininə həqarətlə
yanaşılırsa, bu, heç şüb-
həsiz ki, nə vaxtsa böyük
bəlalarla nəticələnəcək! Bir xalqın
mədəniyyətinə, yaddaşına, mental-
itetinə zərbə vurulursa, bu, olduqca
qorxuludur! Əgər bir xalqın DİLİnə
təcavüz olunursa, bu, artıq həm
təhlükəli, həm qorxulu, həm də
böyük günahdır.
Bu “SOS”-dur! Yəni, xalqın
həyəcan siqnalı çalmaqdan savayı
özgə çarəsi qalmayıb və artıq o,
ölüm təhlükəsi ilə üzbə-surətdir!
Deməli, xalqın bütün milli-mənəvi
dəyərlər sistemi – dini də, tarixi də
mədəniyyəti də, mənəviyyatı da,
adət-ənənəsi də, əxlaqı da, müvafiq
olaraq mövcudluğu da məhv ol-
maqdadır!
1992-ci ildə Azərbaycan Re-
spublikası Prezidenti ölkədə yaşayan
milli azlıqlar, azsaylı xalq və etnik
qrupların hüquq və azadlıqlarının
qorunması, dil və mədəniyyətinin
inkişafı haqqında fərman imzaladı.
Bu Fərmandan sonra azsaylı
xalqların mədəniyyətlərinin və dil-
lərinin inkişafı üçün işartılar
göründü, milli-mənəvi infrastruk-
turaların təkamülü üçün qismən də
olsa, şərait yaradıldı. Onların ana
dilində qəzet və jurnallar dərc ol-
unması, Mədəniyyət Mərkəzlərinin
təşəkkül tapması, radio və tele-
viziya verilişlərin efirə verilməsi,
eləcə də hər bir xalqın doğma
dilində dərsliklərin çapı və tədrisi
həyata keçirildi. Hətta bununla bağlı
Prezident admnistrasiyasında xüsusi
şöbə də yaradıldı. Hamı kimi biz də
bütün bunlara çox sevindik. Çünki
bu, sözün əsl mənasında demokratik
bir addım idi.
Qarabağ torpaqları düşmən tə-
cavüzünə məruz qalanda, biz talışlar
azəri-türk qardaşlarımızla çiyin-
çiyinə VƏTƏNİMİZİN müdafiəsinə
qalxdıq. “Mənim-sənin” bilmədik,
Bizimdir! - dedik. Şəhidlər verdik,
məhrumiyyətlərə qatlaşdıq. Günü bu
gün də Azərbaycanımız uğrunda
heç “uf” demədən canımızdan
keçməyə hazırıq. Və bu deyilənlər
qətiyyən bəlağətli sözlər kimi qəbul
olunmamalıdır. Bu, hər bir talış
kökənli Azərbaycan vətəndaşının
səmimi mövqeyidir.
Etiraf etməliyik ki, Prezidentin
məlum Fərmanından sonra, insafən
bəzi işlər həqiqətən həyata keçiril-
di, o cümlədən talışların kompakt
yaşadıqları rayonlarda ümumtəhsil
məktəblərin ibtidai siniflərində Talış
dili dərsləri tədris olundu, müvafiq
dərsliklər çap edildi. Bunlar heç şüb-
həsiz ki, bizlərdə ruh yüksəkliyi
yaratdı, demokratik dövlətçilik
ənənələrinə ümidlərimiz artı. Amma
sədd heyif, bu sevinc çox çəkmə-
di. Pozitiv inkişaf və mütərəqqi-
demokratik fəaliyyət, başladığı
surətlə də tənəzzülə uğradı. Sanki
fərman müəyyən dövr üçün ver-
ilmişdi və bu müddət bitən kimi,
bundan irəli gələn məsələlərin icrası
dalana dirəndi. Dərsliklərin çapı
dayandırıldı və gözə görünməz diri-
jor çubuğunun sehrli hərəkəti ilə ana
dilində dərs keçən müəllimlərin sayı
azaldı, qalanların isə əli-qolu yanı-
na düşdü. Ruh yüksəkliyi ruh
düşkünlüyü ilə əvəzləndi. Dərslik-
lər boynubükük qərib insan kimi
qalaq-qalaq anbarlara yığıldı.
Vəssəlam! VAR dönüb, YOX oldu.
Ancaq bütün bunlara baxma-
yaraq, bəzi fədakar müəllimlər
1992-ci ildən 2009-cu ilə qədər
(azalan xətlə də olsa), bu dərsləri tə-
dris eləməyə cəhd göstərdilər. Lakin
hər şeyin bir əndazəsi olduğu kimi,
fədakarlığın da həddi-hüdudu var.
2009-cu ildən başlayaraq bir
çox məktəblərdə Talış dilində dərslər
tamamilə dayandırıldı. Nəticədə,
Təhsil Naziri tərəfindən 2012-ci il
10 iyul tarixli 10330 №-li əmrlə təs-
tiqlənən 2012–2013-cü illər orta
umumtəhsil məktəblərinin tədris
proqramlarında Talış dili dərsləri
ümumiyyətlə nəzərdə tutulmadı.
Bu olduqca acı, acı olduğu qədər də
ədalətsiz bir sonluqdur. Proqramda
həftədə 2 saat ləzgi dilində və digər
azsaylı xalqların dilində dərslər
keçirilməsi qeyd olunsa da, əslində
bu qərar formal xarakter daşıyır və
ancaq kağız üzərində qeyd olunmaq
üçün “lazımdır”. Yeri gəlmişkən,
əvvəlki illərdən fərqli olaraq Təhsil
Nazirliyi elə bu il olduqca dolaşıq,
yəni daha çox mürəkkəb labirinti
xatırladan bir tədris proqramı təs-
diqləmişdir.
Talış dilinin tədrisi üçün dərs
saatları həm nəzərdə tutulub, həm də
tutulmayıb – lap tapmacadır. Kiçik,
eyni zamanda tipik bir misal da
göstərim: 1990-cı illərin əvvələrində
9-cu sinfin Azərbaycan tarixi
kitabından əvvəl “Talış xanlığı”
mövzusu səbəbsiz, yəni heç bir
pedaqoji məntiqə əsaslanmadan
çıxarıldı. Etirazlar, narazılıq və
haqlı tələblərdən sonra “Talış” sözü
“Lənkəran” sözü ilə əvəzləndi.
“Talış xanlığı” “Lənkəran xan-
lığı”na çevrildi. Təəssüf ki, bu
sayaq absurd, bir çox hallarda isə
qərəzli transformasiyalar haqda
istənilən qədər misallar çəkmək
olar.
Subyektiv təsir bağışlamamaq
üçün burada vacib bir məqama
diqqət yetirməliyik ki, Azərbaycan
Prezidentinin imzaladığı Fərmanın
talışlara aid olan hissəsinin reallaş-
mamasının, daha dəqiqi ona əməl ol-
unmamasının səbəbini təkcə Azər-
baycan Hökuməti və Təhsil Nazir-
liyinin üstünə atmaq da düzgün
yanaşma olmazdı. Mövcud duru-
mun günahının böyük bir qismi öz
doğma dilində yetərincə sərbəst
danışa bilməyən, bu dildə danışmağı
özünə ar bilən ziyalı görkəmli ziyan-
lı talışlardır. Doğma ana dilinə
rişxənd edənlər, onu ikinci “sort”
sayan psevdo-talışlar, birmənalı
olaraq, “sapı özümüzdən olan bal-
talar” adlandırılmağa layiqdirlər.
Bu xüsusda, dərs saatlarının azal-
masına göz yuman (bəzən, hətta
buna sevinən!) bəzi təhsil
şöbələrinin müdirləri, məktəb di-
rektorları, müəllimlər və s. anlamalı,
qanmalı və nəhayət dərk etmə-
lidirlər ki, bu çox böyük təhlükədir.
Bu sayaq bağışlanmaz naxələflikdən
doğan fəlakət milli faciəmizin as-
tanasıdır.
Fəlakət “arxitektorları” kənardan
olanda isə, vəziyyət lap acınacaqlı
görkəm alır. Təəssüf və səd heyif ki,
DİLin tədricən unudulub öləz-
iməsinə hesablanmış bu sayaq qü-
surlu “eksperimentlər” təkcə tədris
və dərslik problemlərinə münasi-
bətlə bitmir. Bəlkə də çoxları bilmir,
öz verilişlərini Lənkəranda yayım-
layan Regional Televiziya kanalı
nədənsə bir kəlmə də olsun talış
dilində söz “danışmır”. Talış dilində
bir dəqiqə də olsun hər hansı pro-
qram və ya veriliş efirə çıxmır.
Tabu! Belə yanaşma nədən xəbər
verir?! Bu artıq heç təəccüblü də
deyil; bu məkrlə düşünülüb, ölçülüb-
biçilmiş bir təcavüz siyasətidir.
Bunun özgə adı varmı?
Yaxud özgə bir misal. Aylardı ki,
azəri türklərini doğma qardaş sa-
yaraq Azərbaycan Dövlətçiliyi,
bərabərhüquqlu vətəndaş cəmiyyəti
quruculuğu naminə fəaliyyət göstər-
mək istəyən, milli maraqları,
mənəvi, əxlaqi, dini dəyərləri uca tu-
tub onu hifz etmək arzusunda olan
Azəri–Talış İctimai Birliyini Dövlət
qeydiyyatına almırlar. Səbəbi
bilirsiniz nədir? Birliyin adında
göstərilən “Talış” kəlməsi (?!).
Bu nonses deyilmi? Belə mü-
nasibət incikliyə, umu-küsüyə,
nəticədə isə separatçılıq meyillərinə
rəvac vermirmi?! Axı biz hamımız
Azərbaycan vətəndaşıyıq və bizim
də hüquqlarımız digər vətəndaşlar
kimi, Azərbaycan Respublikasının
Ana Yasasında aydın şəkildə təsbit
olunub.
Göründüyü kimi, bu gün “SOS”
çağırmaqdan, Haray qoparmaqdan
savayı özgə çarə yoxdur!
Eheyy..! Kömək edin!.. Dilim-
iz yaşamasa ölümə məhkum ola-
cağıq. Ölü-mə!.. Ay xalqım, ay
canım-ciyərim! Ayıl, özünə, sözünə
qayıt! Qayıtmasan yanılacaqsan!
Yanılıb... məhv olacaqsan!!!
xanəli Tolış
mİr HəSən xAn
(tarıxi poema)
(-1-nə baxş)
Paskeviç de Abbas Mirzə,
Bə ğanuni ğolışon noy.
Ha dıynəni- bənə qurzə,
Əmənışon bə nışon noy.
“Tırkmənçay”o rus de farsi,
İco mandin bənə bilə.
Tolışonku tarse- tarse
Bastışone Moğavilə.
Kardeşone Tolış dı poə,
Həsrət mande boə bəştə boə.
Poəy farsiku, poəy rusiku,
Mande Tolış çə kursiku.
Rusi- farsi çı hukmiku
Mir Həsən xan nıbe toxtə.
Voteşe bə Abbas Mirzə,
Sarayədə: ”Pədərsuxtə,
Bıvot çoknə doy Tolışı.
Məsır ıyo hərzə- hərzə.
Tolışədə beşi, bışiy.
Farsən bışiy, rusən bışiy.
Ozod bəkam az Tolışi.
Tolışi ko ovand bıbu.
Iştən bəştə xıvand bıbu.
Çı Babəki nəvə azim.
Əçəy şımşi- təvə azim.
Tolış bəpe ozod bıbuy,
Iştən bəştə xıvand bıbuy”.
Merzə vote: Ko bastə bə,
Moğavilə davastə bə.
Iştı hap-qop həvoy- hədər,
Nıvıştə be şımə ğədər.
Imış məse Mir Həsəni
Vote: Səbrım sə be həni.
Akonədə Ğələ tono.
Noşone çı dave bino.
De ləşqəri bə canq dəşe,
Bə Xani və urus beşe.
...Bə şəv bə ruj bərkə canq be,
Iyo çanə odəm çanq be.
Urusiku qullə, tifanq.
De Tolışon dəşe bə canq.
Sığ- sığısə mande bəqəm?
Tolışiku “bımand purkəm”,
Tolışiku bıştə ləvo.
Bızın, çoknə bəşe davo.
Daveədə vey koon qarde,
Mir Həsəni əmır karde:
-Bınıvışt bə Mirzə İso.
Zu omedə zardə şeyton.
Bırəs şedə Akon daso.
Kanə mənzıl...Teyfə meydon.
Merzə İso ımış məse,
Deştə asbon ome- rəse.
Bərk davarde dave ıyo,
Məvuji ləpə jey dıyo.
Deştə topon Urus ome,
Topi vədə tolış xome.
Xeyli ləşqər ıyo ğır be,
Sute çanə di, mıncır be.
Məydon səpe vaşte urus.
Çəmə səysə nışte urus.
Ostoroku omin farson:
Çı ton xuqon, çəton hırson.
Meydonədə Tolış tase,
Çəşış honyə çəşmə ase.
Mir Həsəni doje əmır,
Həmə ıyo məbənən ğır.
Hiylə bıkən canqo beşən.
Oqardənən, bə band peşən.
Əyo şəvi ruj bıkənən,
Çımı əmri çəş bıkənən.
Bə ğalinə vişon bışən,
Hələ mandə “bıjən- bıjən”.
Mir Həsən Xan peşe bə band,
Votşe: azim çıvrəy xıvand.
(DƏVOMIŞ HESTE)
“S o S”: AnA dİlİ – xAlqın rUHUdUr.
dİl ölərSə, xAlq ölər!
UldUz Həşİmov
tarix müəllimi,
Azəri–Talış İctimai
Birliyinin İH üzvü