3
¹ 53 26 iyun 2013-íÿ ñîð
Òîëûøîí Ñÿäî
Bu gün qəzetimizin ilk dərc
günündən iki il keçir. niyə bu
qəzeti təsis elədim, buna nə səbəb
oldu, bunları yazmaq istəmirəm,
sadəcə onu deməklə ki-
fayətlənirəm ki, həmən ərəfədə
Talışın bu qəzetə ehtiyacı var
idi.....
d-R HİLAL
məmmədOVun
məHKəməLəRİ
Əslində qəzetin həftəlik dərcini
bərpa etmək lazımdır ki, bu
məhkəmə proseslərini vaxtında işıq-
landıra bilək. Çox təəsüf ki, bizim
“tolerant” hökumətimiz 31 adda
qəzetə 2 milyon pul ayırsa da,
həmən siyahıda Azərbaycanın
“müsəlman” azlıqlarını təmsil edən
xalqların qəzetlərinin adları olmadı.
Heç ümüd də eləmirəm ki, bundan
sonra da bu hökumət hansısa
“müsəlman” azlıqın qəzetini
maliyyələşdirsin. Necə can verə-
verə çıxmışıq, elə can verə-verə də
çıxacağıq. Sözüm bunda yox, yəni
hər həftə dərc oluna bilmədiyimiz
üçün məhkəmələrdən müfəssəl
məlumat verib, oxucumuzu təmin
edə bilmirik. D-r Hilal Məmmə-
dovun məhkəmələri haqqında qısaca
onu yazmaq istəyirəm ki, bu
məhkəmələr artıq məni iyrəndirib.
Nə qədər olar hakimin ittihamçı rol-
una baxmaq? Nə qədər olar simasız
insanların şahid ifadələrinə qulaq as-
maq? Bu şahid-insanlar anlamırlar
ki, sifarişli məhkəmənin baş ifaçısı
- hakimin “düz danışacağına and iç”
kəlməsinə “and içirəm” deyib,
hakimin köməkliyi ilə yalan ifadə
vermək, elə Xıdoya asi olmaq
deməkdir. Necə? Necəsini anladım
da,
müqəddəs
kitabımız
Qurani_Kərimdə Xıdo bizə dəfələr-
lə xatırladır: “And içəndə Mənə
and iç”, “Yalan danışma”,
“Başqasının haqqını yemə” və s.
Demək bu andlılar istəməsələr də
Xıdoya and içib, onun adına yalan
danışırlar, baxmayaraq ki, hələ
məhkəməyəcən
Xıdonun
tapşırıqlarını pozmuşdular, yəni d-
r Hilal Məmmədovun cibunə
narkotik atıb, onun azadlıq haqqını
mənimsəmişdilər. İndi də bu absurd
məhkəmədə hakim d-r Hilal Məm-
mədova deyir ki, sən sübut elə ki,
narkotiklər sənin deyil. Dəhşəti
görürsünüzmü? Dünyanın heç
yerində belə şey yoxdur, kimsə öz
günahsızlığını sübut etməməlidir,
əgər o suçludursa, onun günahını
dəlillərlə sübut edib, heç bir boşluq
saxlamırlar. Şahid-əməliyyatçı deyir
ki, biz bir ay idi ki, müttəhimin
narkotik alveri ilə məşğul olduğu
barədə məlumatlı idik və onu
güdürdük. Bəs hanı bir ayın ərzində
d-r Hilal Məmmədovun narkotik
alan, satan yerdə çəkilmiş şəkillər?
Bəlkə elə siz böyük bir
narkokartelin, hansı ki, sizin idarənin
alverinə şərik çıxıb, izinə
düşmüşdüz, niyə hamını ifşa et-
mədiz? Hətta d-r Hilal Məmmə-
dovun bu narkotiki İrandan aldığını
da qeyd edirlər, bəs niyə bu narkoti-
ki İrandan Azərbaycana gətirənləri
ifşa etmədiz? “Bəs niyə”lər çoxdur,
çox təəsüf ki, hakimin dövlət itti-
hamçısı
rolunda
olduğu
məhkəmələrdə ədalət yox, ətalət
qalib gəlir və bu suallar elə havadan
da asılı qalır. Burda dayanmaq
istəyirəm, Xıdo özü hər kəsin əməli-
ni bu dünyada qiymətləndirir, qisası
qiyamətə saxlamır, Xıdonun qisası
isə çox ağır olur. Məhkəmə isə d-r
Hilal Məmmədovun bütün konsti-
tusyon hüquqları pozulmaqla davam
edir. Davam edir 37.....
zİndAndA BİR İL...
Bu ayın 21-i d-r Hilal Məmmə-
dovun saxta ittihamlarla həbsindən
bir il ötdü. Bu bir ildə biz onun
AZADLIQa qovuşması üçün heç nə
edə bilmədik, haqq səsimizi də
“ikra yeyən diplomatlar” eşitmək
istəmirlər, görmədikləri ikradan na-
hara yeyib, neft dollarları ilə cibləri-
ni doldurub “Bakıda siyasi məhbus
yoxdur” bəyanatlarını verirlər. Biz
bu zavallılara başa sala bilmirik
ki, bu “tolerant” ölkədə talış
ziyalılarına qarşı xüsusi və amansız
bir kompaniya aparılır, biz bu zaval-
lılara başa sala bilmirik ki, bu gün
bu kompaniyaya “dur” deyən tapıl-
masa, bunun çox acı nəticələri ola
bilər. Biz bu zavallılara həqiqətləri
anlada bilmədikcə, d-r Hilal Məm-
mədov zindanda qalmaqdadır. Ali-
mi isə zindana salanların aqibətləri
heç vaxt yaxşı olmur....
mədənİyyəT məRKəzİ
Mən,
Respublika
Talış
Mədəniyyət Mərkəzinə sədr seçilən
kimi bütün tanışlara bildirdim ki,
artıq siyasi motivli yazılarımı dur-
duracam, siyasi təşkilatların təd-
birlərinə qatılmayacam, çünki artıq
statusum ancaq mədəniyyətimizin
inkişafı üçün çalışmamı zəruri edir-
di. Fikirləşdim ki, dövlət də bu
işdə maraqlı olar, mənə maddi və
mənəvi dəstək verər, çətinliklərim-
izin aradan qaldırılmasında yardımçı
olar və sairə və ilaxır. Ancaq sən
demə mənim saydığım ilə “tolerant”
yapçıların saydığı əks-mütənasib
imiş. Keçid alım “mustafa”ya.
Demək, Respublika Talış
Mədəniyyət Mərkəzinin əlimizdə
heç bir sənədi yoxdur, nə Nizam-
namə, nə Məramnamə, nə üzvlərin
siyahısı, nə o, nə bu.... Sənədsiz isə
fəaliyyət göstərmək, həmən
fəaliyyəti əsaslandırmaq çox çətin
görünür, yəni istədikləri vaxt adama
“qeyri-qanuni fəaliyyət” damğaqsı
vurub, cinayət işi aça bilərlər. Bütün
bunları nəzərə alıb, Respublika
Talış Mədəniyyət Mərkəzi olaraq
Ədliyyə Nazirliyinə müraciət etdik
ki, bizi lazım olan sənədlərlə təmin
etsinlər. Biz də həmən sənədlər
əsasında öz fəaliyyətimizi yenidən
bərpa edə bilək. Məni Ədliyyə
Nazirliyinin müvafiq qurumuna
dəvət edib “tanışlıq söhbəti”
apardılar. Həmən söhbətdə konkret
olaraq işləmək əzmində olduğu-
mu, dövlətə qrand layihələri vermək
istədiyimi, Mərkəz üçün ofis tələb
edəcəyimi və bütün bunları edəndən
sonra Mərkəzi gənclərin ixtiyarına
buraxacağımı bildirdim. Görünür
“tolerant” məmləkətimizdə Talış
Mədəniyyət Mərkəzinin yenidən,
yeni güclə fıaliyyətə başlamasını,
həmən Mərkəzdə gənclərin bir araya
toplaşmasını istəmirlər. İstəsəydilər
fəaliyyətləri seçkidən-seçkiyə
“sezilən” öz cib partiyalarına,
fəaliyyəti ancaq qrand alıb yemək
olan “şəxsi” QHT-lərinə “hədiyyə”
etdikləri bir neçə otaqdan ibarət
“ofislərdən” bizə də verərdilər.
Həmən qranddan bizə də cibxərcliyi
ayırardılar. Ancaq etmirlər, belə
görürəm heç etmək fikirləri də yox-
dur. Bir şeyi isə unudurlar: mən,
RTMM-nin sədri olaraq artıq
fəaliyyətdəyəm, artıq üzvlük
biletləri, üzvlərin şəxsi kartoçkaları
hazırdır, tezliklə RTMM öz fəaliyyə-
tini tam bərpa edəcək, pislik isə yenə
də sənə qalacaq, mənim “tolerant”
hökumətim....
P.S. Məni isə “qeyri-qanuni
fəaliyyətdə” suçlaya bilməzsiniz,
yeni sədr olaraq boynuma düşən ilk
vəzifəmi yerinə yetirmişəm: Re-
spublika
Talış
Mədəniyyət
Mərkəzinin son konfransının pro-
tokolunu sizə təqdim etmişəm, məni
qəbul edib-etməməyinizdən asılı
olmayaraq mən özümü QANUNİ
sədr sayıram və mənə etimad
göstərənlərin, elə göstərməyənlərin
də ümüdüni doğruldub, yaxın müd-
dətdə Mərkəzin fəaliyyətini tam
bərpa edib, gənclərin ixtiyarına
verəcəm.
P.S.S. Bəzi “dostların” nəzə -
rinə: Mənim əleyhimə kimləri isə
hürdürtməyin, mən bir amalla
yaşayıram: dalımca danışan varsa,
demək mən ondan ən azı bir addım
irəlidəyəm!
BİR ADDIM İRƏLİDƏ
РафигЖялилов
желиловрафиг@маил.ру
millətinə oğul ol
Baxıram, bu torpağın,
varı, zəri talanıb.
Gilondan ta Səlyona
nıso, keri talanıb.
Divalona sökülüb,
Coni, Veri talanıb.
Bəlləburun adı var,
Izi, yeri talanıb.
Hardadır o butkələr,
hardadır o mobutlar?
Hanı Moğların sözü,
müdrikliyə subutlar?
Məzdolar hara getdi,
hara itdi xəyotlar?
Bu yurdu söküb – töküb,
qırhaqır, tuthatutlar...
Kim olublar Şumerdlər,
tarixdə sorağı var.
Kaspilər, Kədusilər,
hamsının bir bağı var.
Kölgəsindən qorxublar,
Merdlərin yarağı var.
Qoy öyrənsin tarixdən,
kimin ki marağı var!
Özünə tay bilmə bu
“şanlı” qaramatları.
Araşdır tarixini,
keç hər cür Çinvatları.
Qoy açılsın Zərdustun
qat bağlamış Qatları!
Öyrət oğluna kimdir
dədə Atropatları!
Qara ələm altında,
çoxu azdı yolunu.
Şəri başa qoyaraq,
çaldılar dümbülünü.
İtdi müqəddəs yerlər,
yırtdılar haqq tülünü.
Məhf oldu Otəşqolar,
sovurdular külünü...
Bunları bilməyən qul..._
quldan xalqa nə oğul?!
Özümü axtarıram
Bu Talış torpağının
astarında, üzündə,
Babəkin iz qoyduğu
dağlarında, düzündə,
Mustafanın əzmində,
Zülfuqarın sözündə,
Anburların kökündə,
bənövşənin gözündə
axtarıram özümü.
Hər daşına dil töküm,
bir söz var hər daşında,
Ucalan qalaların,
daşlaşmış yaddaşında,
O qoç heykəllərinin
min bəlalı başında...
Şanlı gələcək üçün,
keçmiş axtarışında_
axtarıram özümü.
Talış xan nəslinin davamçısı, tədqiqatçı və jurnalist Rəzzaqq Xansuvar Talışxanova ithafən
Müasir Talış gənclərinin müxtəlif qayğıları, necə deyərlər, dərdi–səri var. Təhsil, iş, ev və sair, bunlar hamıya məlumdur, bir də hamısını
sadalamağa ehtiyac yoxdur.
Son 20–25 ildə bu problemlərə daha biri əlavə olunub, bu da, bəzi üzdəniraq pantürkçilərin yaratdığı süni milli ayrıseçkilik problemidir.
Bütün Talış bölgəsinin gəncləri bu problemləri, çətinlikləri öz həyatlarında hiss edir və yaşayır.
Bu qədər gərgin ab–havada, illərlə arxa planda qalan Talışın dil, mədəniyyət, tarix və digər problemlərinə güzgü tutmağa çalışmaq, bu
işlərə vaxt ayırmaq böyük bir fədakarlıqdır! Yaradana şükürlər olsun ki, belə qeyrətli gənclərimiz var və bu gənclərin içində Rəzzaq Xan-
suvar Talışxanov xususi ilə seçilənlərdəndir! Talış tarixinin araşdırılmasına xususi səy göstərən bu gənc hər cür alqışa laiqdir! İnsan
özünü, böüklüyünü, gücünü bilmək üçün tarixini, keçmişini bilməlidir, keçmişini bilməyənin gələcəyi, böyüklüyü olmaz.
Biz arzu edirik ki, bütün talış gəncləri öz vətəninə, öz xalqına, öz tarixinə, öz mədəniyyətinə bu cür fədakarlıqla və həssaslıqla yanaşsın!
Gənclərimizə, o cümlədən Rəzzaq Xansuvar Talışxanova bu müqəddəs işdə uğur arzulayırıq!
Bu şerlərimi Rəzzaq Xansuvar Talışxanova həsr edirəm.
Özünə qAyıdışın nümunəsİ
Baladdin Veşo
Lik, Andurmə