9
mütləq anaeroblar təşkil edən 400-dən artıq mikıoorqa-nizm bəllidir) xüsusi əhəmiyyət kəsb edir.
Daxil olan törədicilər ciddi müqavimətlə qarşılaşır (bağırsaq peristaltikası, antibiotikə bənzər
maddələrin ifrazı, immuıı müdafiə mexanizmlərin iııduksi-yası və s.). Mədə-bağırsaq selikli qişa
vəzilərinin ifrazatında olan sekrotor immunoqlobulinlər, lizosim, faqositar hüceyrələr, həzm şirəsi
fermentləri, mədə turşuluğu və s. də patogeıı floranın məhv olmasına səbəb olur. Respirator sistem
və dəri mikroflorası da anoloji rol oynayır. İnfeksion prosesin sonrakı inkişafında təbii immunitet
faktorları (faqositlər, makro-, mikrofaqlar; lizosim, iıı-terferon, təbii antitellər və s.) prosesə
qoşulur. Nəhayət qazanılmış immunitet faktorları və imranın tolerantlıq özünü göstərir.
Bu və ya digər infeksion xəstəliyə genetik olaraq növ və fərdi tut u ima m
azlıq qabiliyyətinin olmasını da göstərmək lazımdır.
İnfeksion
prosesin
inkişafında
və
gedişində
sinir
sistemi,
ilk
növbədə neyrohumoral tənzimləmə mühüm rol oynayır. Belə ki, adrcnokortikotrop və somatolrop
hormonlar, katexolaminlər, enkefalinlərin, kortikosteroidlər, digər hormon və neyromedia-torlarm
immun sistemin neyroendokrin nizamlayıcıları olması yaxşı məlumdur. Həmçinin immun sistem
hüceyrələrində korti-kosteıoidlərə, lcatexolaminlərə, enkefalinlərə, endorfınə, seroto-ninə,
asetilxolinə və s. neyroendokrin mediatorlara xas reseptor-ların olmasını da göstərmək lazımdır.
Beləliklə makroorqanizmin infeksion xəstəliyə tutulması onun rezistentliyindən,
reaktivliyindən, sensibilizasiya halından, yaşından, bəzən mövsümdən asılı olur.
infeksion prosesə təsir göstərən faktorlardan biri də xarici miihit şəraitidir. Həm
makroorqanizm, həm də mikroorqanizm ətraf mühitin bir sıra faktorlarının (fiziki, kimyəvi,
bioloji) təsirinə məruz qalır. Bu faktorlar (yüksək temperatur, quruma, günəş şüaları,
dezinfeksiyaedici maddələr, digər mikroorqanizmlərlə an-toqanizm və s.) əksər
mikroorqanizmlərə məhv edici təsir göstərir. İqlim (havanın soyuq və ya isti olması, nəmlik),
ictimai-siyasi qarmaqarışıqlıq (müharibələr, siyasi-iqtisadi böhranlar, təbii fəlakətlər və s.),
istehsalatın zərərli şəraiti, tullantıları, urbanizasiya, ekoloji tarazılığm pozulması və bir çox bu
kimi digər ətraf mühit faktorlarının təsiri makroorqanizmin reaktivliyinin zəifləməsinə, infeksion
xəstəliklərin baş verməsinə şərait yaratmış olur.
İnfeksion xəstəliklər qeyri-infeksion xəstəliklərdən bir sıra xüsusiyyətləri ilə
fərqlənirlər:
- hər bir infeksion xəstəliyin özünəməxsus spesi/ık törədicisi olur. Törədicinin
növündən asılı olaraq bakterial, virus, rikketsiya, parazit və s. mənşəli infeksion xəstəliklər ayrıd
edilir.
-
infeksion xəstəliklərdə yolux dur uculuq var -
kontagiozdur. Əlverişli
şəraitdə sağlam şəxslər arasında yayılır. Yoluxuculuq qabiliyyəti - kontagiozluq bu və ya digər
infeksion xəstəlikdə eyni olmur. Yüksək kontagiozluq tənəffüs, qismən zəif isə bağırsaq infeksi-
yalarında qeyd edilir. Zoonoz mənşəli xəstəliklər isə (taunun ağ ciyər formasından başqa)
xəstələrdən sağlamlara nadir hallarda yoluxur.
- keçirilən xəstəliklərdən sonra immunitet formalaşır. Bəzi xəstəliklərdən
sonrakı immunitet daimi olub insanın ömrü boyu (qarın yatalağı, BH-ləri və s.), bəzilərində isə
qısa - bir neçə il və ya ay (bruselloz, dizenteriya) davam edir. Elə xəstəliklər (botulizm, teta-nus,
quduzluq) var ki, onlardan sonra immunitet yaranmır, yaxud qeyri-steril (malyariya) olur.
downloaded from KitabYurdu.org
10
- infeksion xəstəliklər dövrü gedişə malikdir. Gizli - inkubasion, başlanğıc
-
prodromal,
kəskin
-
qızğın, əlamətlərin
sönməsi
-
yaxşılaşma və
sağalma
-
rekonvalessensiya dövrləri olur. Xəstəliyin diaqnozu, müalicəsi və proqnozunun (məsələn,
güzazda inkubasion dövrün qısa olması xəstəliyin ağır gedişinin göstəricisidir) təyin edilməsində
bu dövrlərin müddətinin və əlamətlərinin bövıik əhəmiyyəti vardır.
İnkubasion dövr - törədicinin orqanizmə daxil olmasından xəstəliyin ilk
əlamətlərinin meydana çıxmasına qədər keçən dövrü əhatə edir. Bir neçə saatdan bir neçə günə
qədər davam edir. 3-4 həftədən, 5-6 ayadək və daha çox çəkə bilər. İnkubasion dövrün müddəti
törədicinin virulentliyindən, dozasından (doza çox, virulentlik yüksək olduqca inkubasion dövr
daha qısa olur), bəzən daxil olma yerindən (quduzluqda törədicinin daxil olma yeri mərkəzi sinir
sisteminə yaxın olduqca inkubasion dövrün müddəti bir o qədər qısa olur), makroorqanizmin
reaktivi iy indən asılı olaraq dəyişə bilər. Bu məsələdə makroorqanizmin reaktivliyi həlledici rol
oynayır.
Başlanğıc ya prodromal dövr - ilkin, çox vaxt ümumi xarakter daşıyan
əlamətlərlə keçir. Adətən özünü subfebril qızdırma, iştahsız-lıq, zəiflik, baş ağrısı, yuxu
pozğunluğu, əzələ və sümüklərdə ağrı kimi intoksikasiya əlamətləri ilə göstərir. Odur ki.
prodromal əlamətlərə görə hər hansı bir xəstəlikdən şübhələnmək, diaqnoz qoymaq olmur.
Bununla belə bəzi xəstəliklərdə, məsələn, qızılcada yanağın selikli qişasında Filatov-Koplik
ləkələri, quduzluqda çapıqlaşmış yara yerində iltihab əlamətləri kimi xarakterik simptomlar da
vardır. Prodromal dövr adətən qısa olub, bir neçə saatdan, 3-5 günə qədər çəkir. Nadir hallarda
(BVH) 2-3 həftədən 2 ayadək uzanır. Bəzi xəstəliklərdə (leptospiroz, qrip) prodromal dövr olmur,
kəskin başlayır. Yadda saxlamaq lazımdır ki, prodromal dövrdə xəstə daha yolux-durucu olub,
ətrafdakılar üçün daha təhlükəlidir və diaqnozun qoyulmasının ləngiməsi xəstəliyin yayılmasına
şərait yaradır.
Kəskin ya qızğın dövr - bu zaman xəstəliyə xas olan simptom ya sindromlar
meydana çıxır və inkişaf edərək maksimuma çatır. Tipik formalarda klassik klinik əlamətlərin
meydana çixması əksər hallarda (60-70%) diaqnozu müəyyən etməyə imkan verir. Güzaz,
botulizm. quduzluq, qızılca, skarlatina və bir sıra başqa xəstəliklərin diaqnozunu xarakterik klinik
simptomlara görə çətinlik çəkmədən qoymaq olur. Qızğın dövrdə xəstələr xüsusi diqqət tələb
edirlər. Belə ki, hər bir infeksion xəstəliyə xas, həyat üçün təhlükəli olan spesifik ağırlaşmalar çox
vaxt xəstəliyin bu dövründə baş verir. Məsələn: vəbada
- hipovolemik şok; qarın yatalağında - bağırsaq deşilməsi, bağırsaqdan qanaxma. ITŞ;
leptospirozda - hemorragik sindrom, KBÇ; virus hepatitlərində - qaraciyər ensefalopatiyası və s.
Bəzən ikincili in-feksiyanın qoşulması nəticəsində xəstəlik üçün xarakter olmayan ağırlaşmalar da
baş verir. Qızğın dövrün müddəti bir neçə gündən (qrip, qızılca), bir neçə həftəyədək (BH, qarın
yatalağı, bruselloz) davam edir.
Əlamətlərin sönməsi - yaxşılaşma dövrü - xəstəliyin əlamətlərinin intensivliyi
getdikcə azalır. Məsələn, qarın yatalağında daimi temperatur əvəzinə səhər və axşam qızdırması
arasındakı fərq çoxalır. tetanusda tetanik qıcolmalar seyrəlir və kəsilir, botulizmdə udma
bərpa olur, VH-də sidiyin rəngi açılır, nəcis rənglənir, intoksikasiya əlamətləri itir və s.
downloaded from KitabYurdu.org