109
Qədim yunanlara (Hippokrat və b.) orqanizmdə 4 cür maye qan: (sanq
vus), öd (xole), qara öd (meleyna xole) və selik (fleqma) məlum idi. Onlar
belə güman edirdilər ki, insanların dav ranışındakı fərqlər orqanizmdə həmin
mayelərin müəyyən nisbətindən asılıdır. Guya, orqanizmdə bu mayelərdən biri
– ya qan, ya öd, ya qara öd, ya da selik, müasir terminlərlə desək, daha çox bio
loji aktivliyə malik olur. Hansı mayenin üstünlük təşkil etməsindən asılı olaraq
adamın davranışında özünəməxsus xüsusiyyətlər əmələ gəlir. Qədim yunanlar
bəzi adamların coşqun olmasını onların orqanizmində qanın, soyuqqanlı olma
sını isə seliyin bioloji cəhətdən daha mühüm rol oynaması ilə izah edirdilər.
Onlar bu baxımdan 4 temperament tipini – sanqvinik, xolerik, melanxolik və
fleqmatik tiplərini fərqləndirirdilər.
Yeri gəlmişkən qeyd edək ki, bu terminlərin taleyi uğurlu olmuşdur. Onlar
yarandıqları gündən müasir dövrə qədər, sözün əsl mənasında, nəinki psixolo
giya elmi tarixində vətəndaşlıq hüququ qazanmış, həm də ümumişlək sözlərə
çevrilmişlər.
Halhazırda temperament haqqındakı bu təsəvvürlər ancaq tarixi əhəmiy
yətə malikdir: hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, orqanizmdə çoxlu
miqdarda hormonlar və mediatorlar vardır, yəni mayenin miqdarı 4 deyil, daha
çoxdur. Bundan başqa, indi tamamilə aydındır ki, onlar insanın davranışına bir
başa deyil, dolayısı ilə – sinir sistemi vasitəsilə təsir göstərirlər.
11. Temperamentin xassələri
Müasir psixologiyada temperamentin əsas formal – dinamik xarakteristika
sı kimi aşağıdakı xassələrinə xüsusi diqqət yetirilir: ümumi aktivlik – tempe
ramentin strukturunda xüsusilə böyük əhəmiyyətə malikdir. Onun mahiyyətini
insanın özünü ifadə etmək, xarici aləmi səmərəli surətdə mənimsəmək və
dəyiş mək meyli təşkil edir. Temp, ritm, sürət, intensivlik, plastiklik, dözüm
lülük və s. ümumi aktivliyin əsas göstəriciləridir. Süstlük, ətalətlilik və passiv
seyrçilikdən tut muş, yüksək enerjilik və daimi coşqunluğa qədər, ümumi aktiv
lik müxtəlif temperamentli adamlarda, müxtəlif dərəcədə özünü göstərir.
Hərəki aktivlik də mahiyyət etibarilə ümumi aktivliyin tərkib hissəsi kimi
meydana çıxır. Onda hərəki (və xüsusilə nitqhərəkət) aparatla bağlı key fiy
yətlər əsas yer tutur.
Sanqvinik temperamenti tipi. Sanqvinik üçün nə səciyyəvidir? Hər şey
dən əvvəl, yüksək reaktivlik. Sanqvinik yüksək fəallıqla da fərqlənir. Sanqvi
nik temperamentə malik olan adam larda aktivlik və reaktivlik müvazinətdə
olur. Onların reaksiyalarının tempi kifayət dərəcədə yüksəkdir. Sanqvinikin
dav ranışı yüksək plastikliyi ilə səciyyələnir. Nəhayət, sanqvinik tem peramentli
adamlar onlara bilavasitə təsir edən xarici qıcıqlara olduqca həssasdır.