254
Bu sözləri deyə-deyə Skott Ağ Dişi nəzərdən keçirə-
keçirə qulaqlarının dibini qaşıyırdı. Canavar balası
sahibinin ayaqları arasına sığınmışdı...
2
CƏNUB TORPAĞINDA
Ağ Diş San-Fransiskoda gəmidən düşdü. O, heyrətə
gəlmişdi. Onun təsəvvüründə Allahın surəti və qüdrəti
birləşmişdi. Hələ heç vaxt ağ dərili adamlar ona bu qədər
ecazkar
görünməmişdilər.
Bunu
San-Fransiskonun
sürüşkən səkiləri ilə addımlayanda hiss etdi. Ətrafda dəri,
kətan komalar əvəzinə nəhəng binalar ucalmışdı. Küçələr
müxtəlif növ təhlükəylə doluydu: uşaq arabaları, karetlər,
maşınlar, faytonlara qoşulmuş böyük atlar... Enli yollarda
qorxunc tramvaylar hərəkət edirdilər. Onlar elə bil,
bərkdən uğuldayır, cingiltili səslər çıxarırdılar. Bu səslər
vaxtilə Ağ Dişin şimal meşələrində rast gəldiyi vəhşi
vaşaqların fınxırtısını xatırladırdı.
Ətrafdakı hər şey nəhənglərdən xəbər verirdi. Bütün
bunların arxasında hökmlü insanın varlığı hiss olunur,
şeylər dünyasına hakimlik edən insanın qüdrəti duyulurdu.
Bu mənzərə Ağ Dişi heyrətə gətirmiş, mütəəssir etmişdi.
O, vahimə içindəydi. Öz məzlumluğunu dərk edən Ağ Diş
elə bil təzədən küçüyə dönmüş, şimal cəngəlliyindən Qrey
Bi- verin düşərgəsinə təzəcə düşmüşdü. Burda nə qədər
downloaded from KitabYurdu.org
255
allah vardı, ilahi! Onları görən Ağ Dişin gözləri alacalandı.
Küçənin səs-küyü onun qulaqlarında guruldayırdı.
Özünü itirmişdi. İlk dəfə hiss etdi ki, indi sahibindən
daha çox asılıdır və Skottun dalınca düşüb onu
addımbaaddım izlədi, allahını gözdən qoymadı.
Şəhərin xatirəsi uzun müddət Ağ Dişin yuxularında
dolaşdı. Elə həmin gün Skott iti zəncirlədi və onu yük
vaqonunun küncündəki çamadanların, yeşiklərin arasında
bağladı. Burada enlikürək, güclü bir allah da vardı. O,
cırıltıyla sandıqları və çamadanları itələyir, vaqona daşıyır,
yükləri bir-birinin üstünə yığır, yaxud da qapının arxasında
duran o biri allahlara tullayırdı. Və burada, bu cəhənnəm
xarabasında Skott Ağ Dişi tərk etdi. Daha doğrusu, Ağ Diş
sahibinin yüklərini görüb izləyənə qədər özünü yalqız hiss
etdi. Yalnız bundan sonra o, Skottun yüklərinin keşiyini
çəkərək arxayınlaşdı.
Bir saatdan sonra Uidon Skott vaqonun yanında
göründü. Enlikürək Allah donquldandı:
- Lap vaxtında gəlmisiniz.. Bu it məni sizin
çamadanlara yaxın buraxmayıb...
Ağ Diş vaqondan düşdü. Onları araba gözləyirdi.
Skotta bir kişiylə qadın yaxınlaşdı. Qadın əl-qolunu açıb
sahibi qucaqladı... Bu, deyəsən düşməndi!.. Uidon Skott
dərhal ondan aralanıb hiddətdən dəlilik edən, mırıldayan
downloaded from KitabYurdu.org
256
Ağ Dişi tutdu.
- Qorxma, ana! - Skott dedi və Ağ Dişi sakitləşdirməyə
çalışaraq əlavə etdi. - Elə bilir siz mənə, nəsə xətər
yetirmək istəyirsiniz. Bunu etməyə isə icazə verilmir!
Qorxma, anacan, qorxma! O, tezliklə hər şeyi başa
düşəcək.
Qorxudan rəngi-rufu ağaran missis Skott güldü.
- Demək, belə çıxır ki, mən öz oğlumla itin yanında
görüşüb söhbət edə bilməyəcəyəm, hə?..
Qadın Ağ Dişə baxdı. İt mırıldanır, tüklərini qabardır,
qadından gözünü çəkmirdi.
Skott dedi:
- Tezliklə başa düşəcək! Özünüz görəcəksiniz,
mütləq...
Sonra sahib Ağ Dişlə mülayim-mülayim danışmağa
başladı, onu sakitləşdirəndən sonra ciddi tərzdə dilləndi:
- Sənə dedim ki, otur! Uzan!
Bu sözlər Ağ Dişə tanış idi. Buna görə də əmrə
könülsüz tabe oldu.
- Hə, anacan!
Skott gözlərini Ağ Dişdən çəkməyərək əlini uzatdı.
Sonra yenə itə əmr etdi:
- Uzan!
Ağ Diş tüklərini pırpızlaşdırdı, qalxdı, dərhal yerinə
downloaded from KitabYurdu.org
257
oturdu.
O,
naməlum
allahların
düşmənçilik
hərəkətlərindən gözlərini çəkmədi. Buna baxmayaraq, nə
sahibini qucaqlayan qadın, nə də kişi ona heç bir xətər
gətirmədilər. Naməlum adamlar və Skott şeyləri arabaya
qoydular, özləri də orada oturdular. Ağ Diş də onların
dalınca yüyürməyə başladı.
Ağ Diş hərdənbir atlara yanaşıb sanki xəbərdarlıq
etmək istəyirdi ki, o, atların sürətlə apardığı Allaha xətər
toxunmasına yol verməyəcək.
Bir azdan fayton daş darvazadan içəri girdi və sıx qoz
ağaclarıyla əhatə olunmuş xiyabanla irəlilədi. Xiyabanın
hər tərəfi çəmənlik idi və adda-budda palıd ağacları
görünürdü. Qayçılanmış yaşıl otlağın üstünə günəşdən
yanmış qızılı-çəhrayı zolaq düşmüşdü. Bir az irəlidə isə
yamyaşıl təpələr vardı, xiyabanın qurtaracağında alçaq
təpəliyin üstündə üzün aynabəndi və çoxlu pəncərəsi olan
ev görünürdü.
Bütün bunlara yaxşıca tamaşa etməyə ağ Diş macal
tapmadı. Araba xiyabana daxil olan kimi onun üstünə
hiddətlənmiş, qəzəbdən gözləri qızmış bir çoban iti cumdu.
Bütün tüklərini qabartmış Ağ Diş təmkinlə, sakit-sakit
sarsıdıcı zərbə endirməyə hazırlaşdı. Lakin tutaşma baş
vermədi. Ağ Diş yarı yolda dayandı. Elə bil qurumuşdu,
sonra çömbəldi. O, bircə dəqiqə bundan əvvəl
downloaded from KitabYurdu.org
258
ayaqlarından vurub yıxmaq istədiyi itdən necə olur-olsun
uzaqda qalmağa çalışdı. Bu, dişi it idi və Ağ Dişin cinsinə
mənsub olanların qaydasına görə dişilərə hücum et-
mirdilər. Dişi itə hücum etmək Ağ Diş üçün öz instinktinin
hökmü əleyhinə getmək idi. Amma dişi itə instinkt tamam
başqa şey deyirdi. Çoban iti şimal çöllərindən qeyri-
ixtiyari qorxurdu. Xüsusilə Ağ Diş kimi şimal itlərini
görəndə vahimələnirdi. Ağ Diş çoban iti üçün canavar idi,
ona düşmən idi. Və bu düşmən canavar hələ uzaq-uzaq za-
manlarda onun əcdadlarının xılını məhv etmişdi. Buna
görə də çoban iti Ağ Dişin üstünə şığıdı. Canavar balası
könülsüz mırıldadı. Çiynində kəskin diş yarası hiss edib
zingildədi. Amma çoban itini dişləmədi. Təşvişlə geri
sıçrayıb itin böyrünə keçməyə çalışdı. Ancaq bütün
cəhdləri əbəs idi - çoban iti ona yol vermirdi.
Arabada oturmuş yad adamlardan biri çığırdı:
- Hey, Kolli, gəl bura!
Uidon Skott güldü, dedi:
- Eybi yoxdu, ata. Qoy Ağ Dişə dərs olsun. O, hələ
burada çox şey öyrənəcək. Qoy elə, bəri başdan öyrənsin.
İşin olmasın, birtəhər keçinər.
Araba aralandı. Kolli isə hələ də Ağ Dişin qabağını
kəsmişdi. Canavar balası onu ötüb qaçmağa çalışdı. O,
yoldan dönüb otluğa cumdu, çoban iti isə bu biri tərəfdən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |