Bədən diliniz
21
etdiyini və etmək istədiyini anlamaq üçün bədənin səssiz
dilini istifadə etmək imkanına sahib olacaqsınız. Bu bilikdən
yararlanaraq başqalarından fərqlənə bilərsiniz. Bu bilik eyni
zamanda sizi qoruyacaq və insan davranışları ilə bağlı bu
günə qədər gizli qalmış bir çox şeydən xəbərdar edəcək.
QUTU 1: GÖZ AÇIB YUMANA QƏDƏR
“Gözün blok olunması” özümüzü təhlükə altında hiss
etdiyimizdə və yaxud gördüyümüz şeydən xoşumuz gəlmə-
yəndə yaranan hərəkətdir. Göz qıyma (sinif yoldaşlarımla
yaşadığım hal) göz yummaq, yaxud pərdələməkdir ki, bununla
beynimizi arzu olunmayan “görüntülərdən” mühafizə etmək
və digər insanlara qarşı duyduğumuz mənfi hissləri çatdırmaq
üçün inkişaf etdirdiyimiz hərəkətdir.
Porta-Rikoda doxsan yeddi nəfərin həyatını itirdiyi faciəli
bir hotel yanğınında suiqəsd ehtimalı ilə bağlı istintaqa kömək
edəndə “gözün blok olunması” davranışı ilə qarşılaşmışdım.
Əvvəlcə cavabdeh olduğu ərazidə yanğın baş verdiyi üçün
təhlükəsizlik işçilərindən biri şübhəli kimi dindirilirdi. Yanğını
törətməklə heç bir əlaqəsi olmadığını ona yanğından öncə və
yanğın əsnasında harada olması və yanğını törədib-törətmədiyi
haqda qəti suallar verərək anladıq. Hər sualın ardınca gözlə-
rinin reaksiyasını dəyərləndirmək üçün gözümü üzündən çək-
mirdim. Gözləri yalnız “Yanğın başlayanda harada idin?” sualı
veriləndə blok olurdu. Amma “Yanğını törədən sənsənmi?” su-
alına cavab verərkən qətiyyən təlaşlı görünmürdü. Məhz bu
məqamda yanğın əsnasında onun harada olduğunu anladım:
dindirilən bu adamın yanğın törətməklə əlaqəsi yox idi. Nə-
hayət ki, detektivlər tərəfindən dindirilən təhlükəsizlik işçisi
eyni hoteldə çalışan sevgilisini görmək üçün vəzifə yerini tərk
etdiyini etiraf etdi.
Bədən diliniz
22
HƏRƏKƏTLƏ MÜNASİBƏT ƏSLİNDƏ
NƏ DEMƏKDİR?
Ümumiyyətlə, “hərəkətlə münasibət”, ya da “bədən di-
li” olaraq istifadə olunan əlaqə eynilə danışmaq kimi infor-
masiya çatdırmanın bir yoludur. Lakin bu çatdırma mimika,
jestlər, toxunma (haptiks), fiziki hərəkətlər (kinezis), vücu-
dun duruşu, bədən örtükləri (qiyafətlər, cəvahirat, saç düzü-
mü, döymələr və s.), hətta şəxsin səs tonu, titrəməsi və yük-
səkliyi (ancaq nitqin özü deyil) vasitəsi ilə ifadə olunur.
Bədən dili şəxslərarası əlaqənin təxminən 60-65 faizini təşkil
edərkən, seks əsnasında cütlüklər arasında 100 faizini təmin
edə bilir.
Eyni zamanda, hərəkətləri insanın əsl düşüncələrini,
hislərini və niyyətlərini də aşkara çıxara bilər. Elə bu səbəblə
Təəssüf ki, o öz yerini tərk etdiyi üçün suiqəsdçi əraziyə
girə və yanğını törədə bilmişdi.
Təhlükəsizlik işçisinin göz hərəkəti bizi istintaqı düzgün
istiqamətdə davam etdirmək üçün ehtiyacımız olan dəlillə
təmin etmişdi. Araşdırmaların nəticəsində faciəli yanğını törə-
dən üç suiqəsdçi ələ keçirildi və cinayətləri sübut olundu.
Təhlükəsizlik işçisi isə ciddi bir ehtiyatsızlıq etmişdi. O, gü-
nahkarlıq duyğusunun təsiri altında olsa da, hadisənin törə-
dicisi deyildi.
Bədən diliniz
23
də ”hərəkətlə münasibət” bəzən “ifadələr” adı ilə də adlan-
dırıla bilər, çünki bizə insanın beynindən nə keçdiyini ifadə
edirlər.
İnsanlar hərəkətlərlə münasibət qurduqlarını hər zaman
fərq edə bilmədiklərinə görə bədən dilləri şəxsi məqsədlərini
ifadə edən sözlə ifadədən daha doğru informasiya daşıyır.
(Bax: Qutu 2)
Hərəkətlərini müşahidə edərək qarşınızdakı insanın
hislərini, niyyətlərini, yaxud da gerçək düşüncələrini (və ya
söylədiyi şeylərin əslində nə mənaya gəldiyini) anlaya bildi-
yiniz hər vəziyyət bu səssiz üsuldan faydalandığınız məna-
sına gəlir.
QUTU 2: HƏRƏKƏTLƏR SÖZLƏRDƏN DAHA ÇOX
ŞEY İFADƏ EDİR
Bəzi hallarda bədən dilinin sözlü nitqdən daha çox şey ifa-
də etməsinin ən bariz nümunələrdən biri Arizonada, hindular
üçün ayrılmış Parker bölgəsində baş vermiş zorlanma hadi-
səsidir. Bir gənc qadınla baş vermişdi. Hadisədən sonra şübhə-
lilərdən biri istintaqa cəlb olundu. Söylədikləri inandırıcı, he-
kayəsi ağlabatan idi. Qurbanı hadisənin olduğu saatlarda gör-
mədiyini və pambıq tarlasını keçdikdən sonra sola dönərək
birbaşa evinə getdiyini deyirdi. Kolleqalarım şübhəlinin dedik-
lərini qeyd etdiyi vaxt mən gözlərimi adamdan ayırmadım və
əhvalatı danışarkən sola dönüb evinə getdiyini söylədiyi an
əllərinin öncə sağ tərəfi, yəni təcavüzün həyata keçirildiyi yeri
göstərdiyini fərq etdim. Onu izləməsəydim, şifahi nitqi ilə (so-
la döndüm) bədən dili (sağ tərəfi göstərən əli) arasındakı zid-
diyyəti fərq etməyəcəkdim. Ancaq bunu gördüyüm anda yalan
söylədiyini başa düşdüm. Bir müddət gözlədikdən sonra istin-
taqa cəlb etdim və o, nəhayət ki, cinayəti etiraf etdi.
Dostları ilə paylaş: |