Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

 

21 



 

 

 



etdiyini  və  etmək  istədiyini  anlamaq  üçün  bədənin  səssiz 

dilini istifadə etmək imkanına sahib olacaqsınız. Bu bilikdən 

yararlanaraq başqalarından fərqlənə bilərsiniz. Bu bilik eyni 

zamanda  sizi  qoruyacaq  və  insan  davranışları  ilə  bağlı  bu 

günə qədər gizli qalmış bir çox şeydən xəbərdar edəcək. 

QUTU 1:  GÖZ AÇIB YUMANA QƏDƏR 



 

“Gözün  blok  olunması”  özümüzü  təhlükə  altında  hiss 

etdiyimizdə  və  yaxud  gördüyümüz  şeydən  xoşumuz  gəlmə-

yəndə  yaranan  hərəkətdir.  Göz  qıyma  (sinif  yoldaşlarımla 

yaşadığım hal) göz yummaq, yaxud pərdələməkdir ki, bununla 

beynimizi    arzu  olunmayan  “görüntülərdən”  mühafizə  etmək 

və digər insanlara qarşı duyduğumuz mənfi hissləri  çatdırmaq 

üçün inkişaf etdirdiyimiz hərəkətdir. 

Porta-Rikoda doxsan  yeddi nəfərin həyatını itirdiyi faciəli 

bir hotel yanğınında suiqəsd ehtimalı ilə bağlı istintaqa kömək 

edəndə  “gözün  blok  olunması”  davranışı  ilə  qarşılaşmışdım. 

Əvvəlcə  cavabdeh  olduğu  ərazidə  yanğın  baş  verdiyi  üçün 

təhlükəsizlik işçilərindən biri şübhəli kimi dindirilirdi. Yanğını 

törətməklə  heç  bir  əlaqəsi  olmadığını  ona  yanğından  öncə  və 

yanğın əsnasında harada olması və yanğını törədib-törətmədiyi 

haqda  qəti  suallar  verərək  anladıq.  Hər  sualın  ardınca  gözlə-

rinin reaksiyasını dəyərləndirmək üçün gözümü üzündən çək-

mirdim. Gözləri yalnız “Yanğın başlayanda harada idin?” sualı 

veriləndə blok olurdu. Amma “Yanğını törədən sənsənmi?” su-

alına  cavab  verərkən  qətiyyən  təlaşlı  görünmürdü.  Məhz  bu 

məqamda  yanğın  əsnasında  onun  harada  olduğunu  anladım: 

dindirilən  bu  adamın  yanğın  törətməklə  əlaqəsi  yox  idi.  Nə-

hayət  ki,  detektivlər  tərəfindən  dindirilən  təhlükəsizlik  işçisi 

eyni  hoteldə  çalışan  sevgilisini  görmək  üçün  vəzifə  yerini  tərk 

etdiyini etiraf etdi.  

 



Bədən diliniz 

22 


 

 

      



 

 

 



 

 

HƏRƏKƏTLƏ MÜNASİBƏT ƏSLİNDƏ 



 NƏ DEMƏKDİR? 

 

 Ümumiyyətlə, “hərəkətlə münasibət”, ya da “bədən di-

li”  olaraq  istifadə  olunan  əlaqə  eynilə  danışmaq  kimi  infor-

masiya çatdırmanın bir yoludur. Lakin bu çatdırma mimika, 

jestlər,  toxunma  (haptiks),  fiziki  hərəkətlər  (kinezis),  vücu-

dun duruşu, bədən örtükləri (qiyafətlər, cəvahirat, saç düzü-

mü, döymələr və s.), hətta şəxsin səs tonu, titrəməsi və yük-

səkliyi  (ancaq  nitqin  özü  deyil)  vasitəsi  ilə  ifadə  olunur. 

Bədən dili şəxslərarası əlaqənin təxminən 60-65 faizini təşkil 

edərkən, seks əsnasında  cütlüklər arasında 100 faizini təmin 

edə bilir.  

Eyni  zamanda,  hərəkətləri  insanın  əsl  düşüncələrini, 

hislərini və niyyətlərini də aşkara çıxara bilər. Elə bu səbəblə 

Təəssüf  ki,  o  öz  yerini  tərk  etdiyi  üçün  suiqəsdçi  əraziyə 

girə və yanğını törədə bilmişdi. 

Təhlükəsizlik  işçisinin  göz  hərəkəti  bizi  istintaqı  düzgün 

istiqamətdə  davam  etdirmək  üçün  ehtiyacımız  olan  dəlillə 

təmin etmişdi. Araşdırmaların nəticəsində faciəli yanğını törə-

dən  üç    suiqəsdçi  ələ  keçirildi  və  cinayətləri  sübut  olundu. 

Təhlükəsizlik  işçisi  isə  ciddi  bir  ehtiyatsızlıq  etmişdi.  O,  gü-

nahkarlıq  duyğusunun  təsiri  altında  olsa  da,  hadisənin  törə-

dicisi deyildi. 

 



Bədən diliniz 

 

23 



 

 

 



də ”hərəkətlə münasibət” bəzən “ifadələr” adı ilə də adlan-

dırıla bilər, çünki bizə insanın beynindən nə keçdiyini ifadə 

edirlər.  

İnsanlar hərəkətlərlə münasibət qurduqlarını hər zaman 

fərq edə bilmədiklərinə görə bədən dilləri şəxsi məqsədlərini 

ifadə  edən  sözlə  ifadədən  daha  doğru  informasiya  daşıyır. 

(Bax: Qutu 2) 

Hərəkətlərini  müşahidə  edərək  qarşınızdakı  insanın 

hislərini, niyyətlərini, yaxud da gerçək düşüncələrini (və ya 

söylədiyi şeylərin əslində nə mənaya gəldiyini) anlaya bildi-

yiniz  hər  vəziyyət  bu  səssiz  üsuldan  faydalandığınız  məna-

sına gəlir. 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

QUTU 2:   HƏRƏKƏTLƏR SÖZLƏRDƏN DAHA ÇOX 



ŞEY İFADƏ EDİR 

    

     Bəzi hallarda  bədən dilinin sözlü nitqdən daha çox şey ifa-

də etməsinin ən bariz nümunələrdən biri Arizonada, hindular 

üçün  ayrılmış  Parker    bölgəsində  baş  vermiş    zorlanma  hadi-

səsidir. Bir gənc qadınla baş vermişdi. Hadisədən sonra şübhə-

lilərdən  biri  istintaqa  cəlb  olundu.  Söylədikləri  inandırıcı,  he-

kayəsi ağlabatan idi. Qurbanı hadisənin olduğu saatlarda gör-

mədiyini  və  pambıq  tarlasını  keçdikdən  sonra  sola  dönərək 

birbaşa evinə getdiyini deyirdi. Kolleqalarım şübhəlinin dedik-

lərini qeyd etdiyi vaxt mən gözlərimi adamdan ayırmadım və 

əhvalatı  danışarkən    sola  dönüb  evinə  getdiyini  söylədiyi  an 

əllərinin öncə sağ tərəfi, yəni təcavüzün həyata keçirildiyi yeri 

göstərdiyini fərq etdim. Onu izləməsəydim, şifahi nitqi ilə (so-

la döndüm)  bədən dili (sağ tərəfi göstərən  əli) arasındakı zid-

diyyəti fərq etməyəcəkdim. Ancaq bunu gördüyüm anda yalan 

söylədiyini başa düşdüm. Bir müddət gözlədikdən sonra istin-

taqa cəlb etdim və o, nəhayət ki, cinayəti etiraf etdi. 

 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə