Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

40 


 

 

 



Təlimat 8: Yanlış, yaxud aldadıcı davranışları müəyyən edə 

bilmək böyük əhəmiyyət kəsb edir 

 

Doğru  və  aldadıcı işarələri  ayırd edə  bilmə bacarığı  ça-

lışqanlıq  və  təcrübə  tələb  edir.  Yalnız  keyfiyyətli  müşahidə 

deyil, həmçinin diqqətli mühakimə bacarığı  da bu məsələdə 

ciddi  əhəmiyyət  daşıyır.  Qarşıdakı  bölmələrdə  insan  davra-

nışının  dürüst,  ya  da  aldadıcı  olduğunu  anlamanıza  imkan 

verən  incə  fərqləri  öyrənəcək,  münasibətdə  olduğunuz 

adamları daha doğru oxuyacaq səviyyəyə gələcəksiniz. 

   

Təlimat  9:  Qarşınızdakı  şəxsin  rahat  olub-olmadığını 

ayırd  etməyi  öyrənərək  münasibəti  müəyyənləşdirməyə 

yardım edəcək ən əhəmiyyətli davranışlara diqqət yönəldə 

bilərsiniz 

 

 

Bütün həyatım boyu bədən dili üzərində çalışmış biri 

kimi deyə bilərəm ki, baxmağımız və diqqət yönəltməyimiz 

vacib olan iki əsas xüsusiyyət var: rahatlıq və narahatlıq. Hərə-

kət  rabitəsi  mövzusunda  maariflənmənin  təməli  budur.  İn-

Əgər  onun  niyyətini  bəlli  edən  işarəni  tutmasaydım  belə 

onun  kassanı  soymaq  istəyinə  şübhəm  yox  idi.  Yeri  gəlmişkən 

söyləyim ki, haqqında danışdığım kassir 1974-cü ildə Mayamidə 

kiçik  xırdavatçı  dükanı  işlədən  atam  idi.  Bu  hadisə  olanda  yay 

tətilində olduğum üçün onun yanında işləyirdim. 




Bədən diliniz 

 

41 



 

 

 



sanlardakı  rahatlıq  və  narahatlıq  işarələrini  düzgün  şəkildə 

oxumağı  öyrənərək,  bədənlərinin  və  zehinlərinin  əslində  nə 

söylədiyini anlaya bilərsiniz. Əgər qarşınızdakı şəxsin davra-

nışlarının nə mənaya gəldiyi məsələsində şübhəyə düşsəniz, 

bu  işarələrin  rahatlıq,  (xoşbəxtlik,  süstləşmə),  ya  da  nara-

hatlıq (məmnuniyyətsizlik, bədbəxtlik, stress, təlaş, əsəbilik) 

işarəsi olduğunu anlamağa çalışın. Bir çox vəziyyətdə müşa-

hidə etdiyimiz davranışları bu iki növdən birinə aid edə bilə-

rik. 

 

Təlimat 10: İnsanları müşahidə edərkən  bunu bəlli et-



məyin 

 

Hərəkətlə  münasibətdən  istifadə  etmək  insanları  diq-

qətlə müşahidə etməyinizi və onların davranışlarını düzgün 

şəkildə anlamağınızı tələb edir. İnsanları  müşahidə edərkən 

bizə  lazım  olmayan tək bir şey  şey  varsa,  o  da nə etdiyimi-

zin  anlaşılmasıdır.  Bir  çox  insan  bədən  dili  ilə  ilk  dəfə  ma-

raqlandıqları  zaman  gözlərini  çəkmədən  insanlara    baxmaq 

kimi bir xətaya yol verirlər. Mən zorla baş tutan müşahidəni 

tövsiyə  etmirəm.  Məqsədimiz    insanlar  fərq  etmədən  onları 

müşahidə altında saxlamaqdır. Başqa sözlə desək, bəlli etmə-

dən. 

 Müşahidə bacarığınızı qüsursuzlaşdırmaq üçün çalışsa-



nız, cəhdlərinizin həm uğurlu, həm də gizli olduğu səviyyə-

yə  mütləq  çatacaqsınız.  Bu  yalnız  çalışqanlıq  və  qərarlılıqla 

bağlı  məsələsidir. 

Bədən dilini öyrənməyiniz üçün lazım gələn on təlimatı 

bildikdən  sonra  artıq  iş  birliyimiz  başlayır  və  mən  əminəm 

ki, sizin görəcəyimiz iş haqqında müəyyən təəssüratınız ya-




Bədən diliniz 

42 


 

randı. İndi belə bir sual doğur: “Baxmalı olduğum hərəkətlər 

hansılardır  və  bu  davranışlar  hansı  əhəmiyyətli  informasi-

yanı daşıyır?” Elə bu məqamdaca mən işə başlayıram. 

 

Əhəmiyyətli davranışların müəyyən edilməsi və onların 

mənaları 

 

Bu  barədə  düşünsəniz  yaxşıdır:  insan  bədəni  hərəkət 



vasitəsilə  minlərlə  “işarə”,  yaxud  xəbər  ötürə  biləcək  quru-

luşdadır.  Əgər  belədirsə,  o  zaman  bu  işarələrin  hansı  əhə-

miyyətlidir  və  biz  bunu  necə  aydınlaşdıra  bilərik?  Problem 

ondadır  ki,  biz  hərəkəti  düzgün  şəkildə  müəyyənləşdirib 

izah etmək üçün ömürboyu sürəcək müşahidə, dəyərləndir-

mə və təsdiqləmə müddətindən bəhs edirik.  Digər tərəfdən 

də    çox  istedadlı  tədqiqatçıların  əsərləri  və  sahib  olduğum 

FTB  agenti  təcrübəmə  əsaslanaraq  sizi  məqsədinizə  çatdır-

maq üçün məsələyə düzgün yanaşmağınıza, mövzunun da-

marını tutmağınıza yardım edə bilərəm. Onsuz da davranış-

ları  öncədən  müəyyən  edə  bildiyim  üçün  bu  informasiyanı 

çox  sürətli  şəkildə  istifadəyə  hazır  edə  bilərik.  Bədən  dav-

ranışlarının  oxunmasını  asanlaşdıracaq  bir  paradiqma  da 

(model də deyə bilərik) yaratmışıq. Bəlli bir bədən işarəsinin 

mənasını  unutsanız  belə,  onu  anlaya  biləcək  durumda  ola-

caqsınız. 

Bu kitabı oxuduqca bədən dili haqqında daha öncə  ya-

zılmış  heç  bir  mətndə  ortaya  qoyulmayan  dəqiq  məlumat-

lara  (və  həqiqi  FTB  cinayətlərinin  açılmasında  istifadə  olu-

nan  hərəkət  nümunələrinə)  sahib  olacaqsınız.  Qarşınıza  çı-

xan faktların bəziləri sizi heyrətə salacaq. Məsələn, insan bə-

dəninin ən dürüst orqanını seçsəydiniz (insanın həqiqətə ən 




Bədən diliniz 

 

43 



 

 

 



yaxın  duyğu  və  ya  niyyətlərini  açıqlayan  hissəsi),  bu,  hansı 

olardı?  Təxmin  edin.  Cavabı  dediyim  an  birlikdə  iş  gör-

düyünüz  insanın,  ailə  üzvlərinizin,  sevgilinizin,  yaxud  sizə 

tamamilə yad olan birinin nə düşündüyünü, nə hiss etdiyini, 

yaxud  nə  planladığını  anlamaq  istədiyinizdə  baxmağınız 

tələb  olunan  ilk  yeri  biləcəksiniz.  Eyni  zamanda  sizə  bədən 

dilinin  psixoloji  təməlini,  beynin  bu  davranışlarda  oynadığı 

rolu  anladacağam.  Bundan  əlavə,  əvvəllər  heç  bir  əks-

kəşfiyyat  agentinin    etmədiyi  bir  hərəkəti  edəcəm:  insanın 

yalan  söyləyib-söyləmədiyini  necə  aydınlaşdırmaq  lazım 

gəldiyini deyəcəm. 

Bədən dilinin bioloji təməlini anlamaq bu davranışların 

necə işlədiyini və nə üçün insanın düşüncə, hiss və niyyətlə-

rinin aynası olduğunu anlamağa yardımçı olacaq. Bu səbəblə 

də  sonrakı bölmədə əsas orqan olan insan beynindən danış-

maq, onun bədən dilimizi necə idarə etdiyini göstərmək istə-

yirəm. Ancaq bundan  əvvəl insan hərəkətlərini anlayıb qiy-

mətləndirmək  üçün  bədən  dilindən  istifadənin  faydası  ba-

rədə bir müşahidəmi sizinlə paylaşacam. 

     



 

 

 

Zənglər kimin üçün çalınır 

 

1963-cü  ilin  tarixi  bir  günündə  Klivlend  Ohayoda  otuz 

doqquz  yaşında  təcrübəli  polis  detektivi  Martin  MkFadden 

dükan vitrininin önündə dayanmadan o baş-bu başa yeriyən 

iki adamı seyr edirdi. Bu adamlar növbə ilə dükana girir, içə-

ri bir nəzər salır, sonra çıxıb uzaqlaşırdılar. Bir neçə dəfə ey-

ni  hərəkəti  etdikdən  sonra  həmin  adamlar  küçənin  qurta-

racağında  bir-birini  didir,  bir  yandan  da  arxaya  boylanır, 




Bədən diliniz 

44 


 

yanlarına  yaxınlaşan  üçüncü  bir  adamla  danışmağa  çalışır-

dılar.   

Adamların dükanı güddüyündən və soyğuna başlamaq 

üzrə olduqlarından şübhələnən detektiv  hərəkətə keçib on-

lardan birini yaxaladı və üstündə gizlətdiyi silahı tapdı. De-

tektiv  MkFadden  onların  üçünü  də  həbs  edərək    soyğunun 

və ola biləcək itkilərin qarşısını aldı. 

MkFaddenın  detallı  müşahidələri  Birləşmiş  Dövlətlərin 

Ali Məhkəməsinin verdiyi və dönüş nöqtəsi olan bir qərarın 

təməli oldu (Terri  v. Ohio, 1968, 392 U.S.1). Bu qərarı ABŞ-da 

da hər polis bilir. Məhkəmənin verdiyi bu qərar 1968-ci ildən 

etibarən polis məmurlarına bir hüquq verdi: davranışları  ci-

nayət işləmək üzrə olduqlarını göstərən şübhəli şəxsləri sax-

layıb heç  bir hüquqi sənəd göstərmədən üstlərini axtarmaq. 

Ali Məhkəmə bu qərar vasitəsilə düzgün şəkildə  təqib edilib 

aydınlaşdırıldığı  təqdirdə,  müəyyən    davranışların  cinayət  

göstəricisi  olduğunu  sübut  edib.  Bu  məhkəmə  qərarı  dü-

şüncə  və  niyyətlərimizlə  davranışlarımız  arasında  münasi-

bətin açıq sübutudur. Onun əhəmiyyəti bundadır ki, bu for-

mada  münasibətlərin  var  olduğunu  qanuni  şəkildə  tanıyıb 

(Navarro və Şafer, 2003,  22-24). 

Buna görə də kimsə qarşınıza çıxıb bədən dilinin heç bir 

məna kəsb etmədiyini, yaxud etibarlı olmadığını söyləyərsə,  

bunun tam əksini sübut edən və zamana müqavimət göstər-

miş bu məhkəmə qərarını mütləq ona xatırladın.                                                                                                   

 

 



Bədən diliniz 

 

45 



 

 

 



 

 



LİMBİK MİRASI  YAŞAMAQ 

 

Bir anlıq dayanın və dodağınızı dişləyin. Çox ciddiyəm, 



bunu edin. İndi də alnınızı ovuşdurun.  Son olaraq isə çənə-

nizi  ovuşdurun.  Bunlar  hər  zaman    etdiyimiz  şeylərdir.  İn-

sanları seyr etdiyiniz zaman daimi olaraq bu davranışları et-

diklərini  görəcəksiniz. 

Niyə belə etdikləri ilə maraqlanmısınızmı? Yaxşı, siz nə 

üçün  belə  edirsiniz?  Cavab  insan  beyninin  yer  aldığı  zir-

zəminin  –  kəllə  hücrəsinin  içində  gizlənir.  Beynimizin  duy-

ğuları ifadə etmək üçün bədənimizdən nə üçün və necə isti-

fadə  etdiyini  öyrəndiyimiz  təqdirdə,  bu  davranışları  anlaya 

bilərik. Beləliklə, gəlin bu zirzəmiyə daha yaxından baxaq və 

insan bədəninin ən əfsunlayıcı orqanını tədqiq  etməyə çalı-

şaq. 


İnsanlar tək beyinləri olduğunu düşünür və onu zəka və 

istedadlarının  ana  kürsüsü  kimi  dəyərləndirirlər.  Əslində, 

insan kəlləsinin içində hər biri bəlli funksiya daşıyan və “ko-

mandanlıq – nəzarət mərkəzi” olaraq birlikdə çalışan üç ayrı 

beyin  var.  Onlar  bədənimizin  etdiyi  hər  hərəkəti    nizamla-

yan    bir  mərkəzdə  birləşiblər.  Tanınmış  alim  Pol  Maklean 

1952-ci  ildə  insan  beynini  “sürünən  beyni”,  "məməli  beyni” 

(limbik sistem) və “insan beyni” (neokorteks) olmaqla üç his-

sədən  yaranan  üçlü  beyin  (triune  brain)  kimi  müəyyən  et-

mişdir (limbik sistem diaqramına baxın). Davranışların ifadə 




Bədən diliniz 

46 


 

edilməsində ciddi rol oynadığı üçün bu kitabda beynin lim-

bik sistemi haqqında daha çox danışacağıq. (Makleanın “mə-

məli beyin” adlandırdığı hissə). Düşüncə, duyğu, ya da niy-

yətləri aydınlaşdırmaq üçün  ətrafımızdakı insanların limbik 

reaksiyalarını analiz etmək məqsədi ilə neokorteksini (insan 

beyni,  yaxud  da  düşünən  beyin)  tədqiq  etməyə  çalışacağıq 

(LiDoux, 1996, 184-189; Koleman, 1995, 10-21). 

Şüurlu olsa da, olmasa da beynin bütün davranışlarımı-

za nəzarət  etdiyini anlamağımız ciddi  əhəmiyyət kəsb edir. 

Bu  önəmli  nöqtə  bədən  dilini  anlamaq  üçün    vacib  olan  tə-

məl prinsiplərdən birini təşkil edir. Başınızı qaşımaqdan  tut-

muş simfoniya bəstələməyə qədər (bəzi istəkdən kənar əzələ 

reaksiyaları  xaricində)  beynimizin  nəzarət  etmədiyi  heç  nə 

yoxdur.  Mövzuya  bu  aspektdən  yanaşsaq,  beynin  xarici 

aləmlə  əlaqəyə  girmək  üçün  nəyə  üstünlük  verdiyini  anla-

maq istəyiriksə, bədən hərəkətlərindən istifadə edə bilərik. 

                                        

 

 

 



 


Bədən diliniz 

 

47 



 

 

 



 

LİMBİK SİSTEM 

 

Bədən  dili  mövzusunda  araşdırmalıl  olduğumuz  əsas 

yer limbik sistemdir. Bunun səbəbi odur ki,  limbik sistem ət-

raf  aləmə  reflekslərlə  və  anındaca,  özü  də  şüursuz  reaksiya 

verən  hissədir.  Başqa  sözlə  desək,  limbik  sistem  kənardan 

gələn  informasiyalara  ən  doğru  reaksiyanın  verilməsidir 

(Mayers, 1993, 35-39). Yaşaya bilməyimiz limbik sistemin və-

zifəsi olduğundan işinə fasilə vermək kimi bir şeydən söhbət 

gedə bilməz – limbik sistem hər zaman “açıq” dır. Beynimi-

zin bu hissəsi eyni zamanda bizim hissiyyat mərkəzimizdir. 

Siqnallar  limbik  sistemdən  çıxaraq  beynin  müxtəlif  hissələ-

rinə  ötürülür,  davranışlarımız  duyğularımıza  və  yaşam  tər-

zimizə  görə  nizamlanır  (LiDouks,  1996,  104-137).  Fiziki  ola-

raq  ayaqlarımızda,  gövdəmizdə,  qollarımızda,  əllərimizdə 

və  üzümüzdə  əks  olunan  bu  davranışlar  müşahidə edilə  və 

aydınlaşdırıla bilər. Bu reaksiyalar sözlərin əksinə olaraq şü-

ursuz halda meydana çıxdığına görə həqiqəti əks etdirir. Be-

ləliklə də edilən hərəkətləri gözümüzün qabağına gətirib da-

nışsaq, limbik sistemi” dürüst beyin” kimi dəyərləndirə bilə-

rik (Koleman, 1995, 13-29).  

Yaşamımızı  təmin  etmək  üçün  sistemləşmiş  limbik  re-

aksiyalarımız  təkcə  körpəlik  illərimizə  deyil,  eyni  zamanda 

babalarımıza  qədər  gedib  çıxır.  Bu  reaksiyalar  sinir  sistemi 

mizlə  bağlı  olduğundan  onların  gizlədilməsi,  yaxud  yox 

edilməsi çox çətindir. Bu təxminən diksinməyimizi gizlətmə-

yə  çalışmağımıza  bənzəyir.  Məsələn:  çox  gurultulu  bir  səs 

eşidəcəyimizi bilsək belə, diksinməyimizə mane olmaq asan 



Bədən diliniz 

48 


 

məsələ deyil. Limbik davranışların dürüst və etibarlı reaksi-

yalarının çox olduğu aydın məsələdir; bu  

davranışlar düşüncə, duyğu və niyyətlərimizi dəqiq şək-lildə  

əks etdirir (Bax: Qutu 7). 

Qutu 7: Terrorçunun zərərsizləşdirilməsi 

Limbik  sistemimiz  şüurlu  şəkildə  sistemləşdirilmə-

diyindən  düşüncə  və  məqsədin  aydınlaşdırılmasında 

onun təsiri altında yaranan davranışlar böyük əhəmiyyət 

daşıyır.  Əsl  duyğularınızı  gizlətmək  üçün  düşüncələri-

nizdən  istədiyiniz  qədər  istifadə  edə  bilərsiniz;  amma 

limbik sistem müstəqil   şəkildə işləyir  və  diqqətli  izləyi-

ciyə müəyyən işarələr verir. Həyəcanlı reaksiyaları müşa-

hidə  etmək  və  onların  ən  doğru  və  mənalı  informasiya-

ları ehtiva etdiyinin fərqində olmaq vacibdir. Bəzən hətta 

insan həyatı bundan asılı ola bilər. 

Bununla  bağlı  veriləcək  ən  ciddi  nümunə  1999-cu 

ilin  dekabr  ayında  Birləşmiş  Ştatların  gömrük  məmurla-

rının “əsrin terroristi” adlandıra biləcəkləri birini zərərsiz 

hala  gətirmələridir.  Kanadadan  Birləşmiş  Ştatlara  gələn 

Əhməd Rəssamın gərginliyini və həddindən artıq tərlədi-

yini  fərq  edən  məmur  Diana  Din  ona  maşından  yerə 

düşməyi  əmr  edib.  Bu  vaxt  rəssam  qaçmağa  çalışıb,  an-

caq  tez  bir  zamanda  da  ələ  keçirilib.  Axtarış  nəticəsində 

maşınında  partlayıcı  və vaxt tənzimləyən cihazları tapı-

lan Rəssam Los Ancelos aeroportunu partlatmaq cəhdinə 

görə cinayətə cəlb edilmişdir. 

Məmur Dinnin Rəssamda müşahidə etdiyi gərginlik 

və  tərləmə,  hədsiz  stressə  qarşı  beynin  ifadə  etdiyi  təbii 

reaksiyadır. 

 



Bədən diliniz 

 

49 



 

 

 



 

Beynimizin  üçüncü  hissəsi  hələ  yeni  müəyyən  edildi-

yindən “yeni beyin” mənasına gələn neokorteks adlanır. Yük-

sək  səviyyədə  zəka  funksiyalarını  və  hafizəni  idarə  etdiyi 

üçün beynimizin bu hissəsi ”insan beyni”, “düşünən beyin”, 

yaxud da “düşüncəli beyin” olaraq tanınır. Neokorteks özü-

nün böyük bir hissəsini düşünmək üçün istifadə etdiyinə gö-

rə  bizi digər məməlilərdən ayıran əsas hissə odur. İnsan öv-

ladının Aya uçuşunu  belə təmin edən neokorteksdir.  

Beynimizin bu yaradıcı hissəsi özünün hesablama, ana-

liz etmə, təfsir və sezmə bacarığı ilə var olmağımız baxımın-

dan çox ciddi əhəmiyyət kəsb edir.  

O  bizim  “yalançı  beynimizdir”.  Qarmaqarışıq  düşüncə 

və istedadı sayəsində neokorteks (limbik sistemin əksinə ola-

raq) beynin üç əsas hissəsi içərisində ən etibarsız olanıdır. Al-

Limbik  sistemin  yaratdığı  davranışların  insanın  əsl 

vəziyyətini əks etdirdiyini bilən və bu səbəbdən də daha 

ətraflı  sorğunun  aparılmasını  lazım  bilən  məmur  Din 

rahatlıqla Rəssamın üst-başını axtarmaq qərarını vermiş-

dir.  Rəssam  hadisəsi    insanın  psixoloji  vəziyyətinin  bə-

dən  hərəkətləri  vasitəsilə  necə  əks    olunduğunu  sübut 

edir.  Əsl  duyğuları  gizlətməyə  istiqamətlənmiş    bütün 

şüurlu  cəhdlərə  baxmayaraq,  axtarış  ehtimalından  qor-

xan  terrorçunun  limbik  sistemi  gərginliyi  ələ  vermişdir. 

Bədən  dili  ilə  bağlı  iti  müşahidə  gücünə  və  terrorçunu 

zərərsizləşdirdiyinə görə məmur Dinə minnətdarıq. 

 



Bədən diliniz 

50 


 

datma  bacarığına  malikdir  və  çox  zaman  bunu  edir  də  (Vrij, 

2003, 1-17). 

Nümunə göstərdiyimiz hadisədə olsaq, gömrük məmu-

runun  müqəssiri  istintaqa  çəkdiyi  zaman  limbik  sistem 

“əsrin  terrorçusu”nun  həddindən  artıq  tərləməsinə  səbəb 

olurdusa,  neokorteks  ona  əsl  həqiqət  haqqında  yalan  söylə-

mək fürsəti verə bilər. Beynin  bu düşünən hissəsi (danışığı-

mızı  istiqamətləndirən  hissə  –  Brosa  mərkəzi)  terrorçunun 

üstünü axtarmaq istəyən məmura açıq-aşkar yalan olsa belə 

“maşınımda  heç  nə  yoxdur”  deməsini  təmin  edə  bilər.  Ne-

okorteksi heç sevməmiş olsaq belə, hansısa dostumuza yeni 

saç düzümündən xoşlandığımızı söyləməyə, yaxud çox inan-

dırıcı bir şəkildə “Bu xanımla – Xanım Levinski ilə sevişmə-

mişəm”, – deməyimizə imkan verə bilər. 

Aldatma  bacarığına  sahib  olduğuna  görə  neokorteks 

(düşünən beyin) etibarlı, doğru informasiya cəhətindən əsas-

lı mənbə hesab edilə bilməz (Ost. 2006, 259-291). Qısa şəkildə 

belə deyə bilərik ki, insanları öyrənməyimizə kömək edəcək 

bədən  davranışlarını  öyrənməyimiz  üçün  limbik  sistem  bə-

dən dilinin “müqəddəs cam”ı hesab edilə bilər. Elə buna gö-

rə də diqqətimizi  cəmləyəcəyimiz nöqtələrdən biri odur. 

 

Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq istəyirsinizsə, 



aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə (ofisinizə) sifariş 

verə bilərsiniz: 

Ünvan: 

KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı 

Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.) 



 

Telefon: 

012 498 79 89, 055 877 24 44 



http://kitabevim.az/

 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə