Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

24 


 

 

HƏYATINIZI  ASANLAŞDIRMAQ ÜÇÜN  BƏDƏN 



DİLİNDƏN NECƏ İSTİFADƏ ETMƏLİ 

 

Bədən  dilini  dəqiq  bir  şəkildə  anlaya  və  qarşısındakı 

şəxsin  bu  davranışlara  (yəni  öz  davranışlarına)  reaksiyasını 

idarə  edə  bilən  insanların  bu  bacarıqdan  məhrum  olanlarla 

müqayisədə daha uğurlu həyat sürdükləri tədqiqatçılar tərə-

findən  sübut  olunub  (Koleman,  1995,  13-92).  Oxuduğunuz 

bu  kitabın  məqsədi  ətrafınızdakı  aləmi  necə  müşahidə  edə-

cəyinizi  və düşdüyünüz  hər vəziyyətdə bədən  davranışları-

nın mənasını necə müəyyən edəcəyinizi öyrətməkdir. Bu cür 

güclü  bilik  sayəsində  siz  də  şəxsi  münasibətlərinizi  inkişaf 

etdirəcək və həyatınızı daha da zənginləşdirəcəksiniz. 

Bədən  davranışlarının  ən  dəyərli  cəhəti  onun  bəşəri 

tətbiqi  ilə  bağlıdır.  Yəni  bədən  davranışları  insanların  mü-

nasibətdə  olduğu  hər  yerdə  bir-birinə  bənzər  və  etibarlıdır. 

Bu səbəbdən də hər hansı bir davranışın mənasını aydınlaş-

dırdığımız an o informasiyanı bir çox fərqli vəziyyətlərdə və 

müxtəlif mühitlərdə istifadə edə bilərsiniz. Əslində hərəkət-

lər  olmasa,  rabitə  qurmaq  çətinləşər.  Kompüter,  yazılmış 

mesajlar,  elektron  poçt,  telefon  və  video  zəng  kimi  texnolo-

giyaların əlimizin altında olduğu bir dövrdə insanların niyə 

iclas etmək üçün hələ də təyyarələrə minib minlərcə kilometr 

yol qət etdiklərini anlamaq istəyirsinizsə, bunun səbəbi qar-

şılıqlı şəkildə əlaqə qurmaq və bədən dilini müşahidə ehtiya-

cıdır.  Heç  bir  şey  hərəkət  və  jestləri  yaxından  müşahidə  et-

məyin  yerini  tuta  bilməz.  Bunun  səbəbi  bədən  dilinin  gücü 

və  mənasındadır.  Buna  görə  də  oxuduğunuz  kitabdan  öy-




Bədən diliniz 

 

25 



 

 

 



rəndiyiniz  hər  şeyi  bütün  vəziyyət  və  şəraitlərdə  tətbiq  edə 

bilərsiniz (Bax: Qutu 3). 

    

 

 



QUTU 3:   HƏKİMİN  

XƏSTƏLƏRİ “OXUMASİ” 

 

 Bir neçə ay öncə bir qrup poker həvəskarına rəqibin əlini 

“oxumaq”la daha çox  pul qazanmaq üçün bədən dili ilə bağlı 

seminar  keçdim.  Poker  əslində  fırıldaq  və  aldatma  oyunu 

olduğundan  insanlar  rəqiblərinin  üz  ifadələrini  oxuma    baca-

rığı  ilə  çox  maraqlanırlar.  Bu  sahədə  məlumatlı  olmaq  oyunu 

udmaq  baxımından  ciddi  əhəmiyyət  kəsb  edir.  İştirakçılar  se-

minar  sayəsində  əldə  etdikləri  perspektivdən  məmnun  qa-

larkən, mənə ən çox təsir edən şey bədən dilinin onların bir ço-

xunda poker masasından kənarda da maraq oyatması idi.  

Seminardan iki həftə sonra iştirakçıların birindən – texaslı 

həkimdən elektron məktub aldım: “Məni ən çox təəccübləndi-

rən  şey  seminarda  öyrətdiklərinizin  peşə  həyatımızda  da  işə 

yaradığını  görmək  idi.  Poker  oyunçularını  oxuya  bilməyimiz 

üçün öyrətdiyiniz bədən dili xəstələrimi də oxumağıma imkan 

verdi.  Artıq  nə  zaman  xəstə  olmadıqlarını,  nə  zaman  səmimi, 

yaxud da tam mənasında dürüst davranmadıqlarını anlaya bi-

lirəm”. Texaslı həkimin yazdığı  bu sözlər bədən dilinin bəşəri-

liyini və həyatın bütün sahələrindəki dəyərini ortaya çıxarır. 



Bədən diliniz 

26 


 

 

BƏDƏN DİLİ SAHƏSİNDƏ USTALAŞMAQ 

 ÜÇÜN ƏLBİR DAVRANMAQ LAZIMDIR 

 

Normal  zəkaya  və  biliyə  malik  olan  hər  insanın  özünü 

inkişaf  etdirmək  üçün  bədən  dilini  öyrənə  biləcəyinə  əmi-

nəm.  Bunu  qətiyyətlə  söyləməyimin  səbəbi  son  iyirmi  il  ər-

zində sizin kimi minlərcə insana hərəkət və jestləri necə ay-

dınlaşdıra biləcəklərini, bu məlumatdan istifadə edərək necə 

həm özlərinin, həm də sevdiklərinin həyatını zənginləşdirə-

cəklərini,  şəxsi  və  professional  məqsədlərinə  çatmaq  üçün 

necə  istifadə  edəcəklərini  öyrətməyimdir.  Bunu  bacarmağı-

mız üçün hər birimizin çox ciddi əhəmiyyət daşıyan münasi-

bətlər qurmağımız gərəklidir.  

 

 



BƏDƏN DİLİNİ DÜZGÜN  ŞƏKİLDƏ MÜŞAHİDƏ 

ETMƏK VƏ TƏHLİL ETMƏK ÜÇÜN ON TƏLİMAT 

 

İnsanları  düzgün  şəkildə  oxumaq  (düşüncə,  duyğu  və 

niyyətlərini  anlamaq  üçün  hərəkət  və  jest  informasiyalarını 

toplamaq)  daima  çalışmaq  və  doğru  təhsil  almaq  ehtiyacı 

yaradan bir bacarıqdır. Təhsiliniz baxımından  bədən davra-

nışlarını oxumaq məsələsində bacarığınızı yüksək səviyyəyə 

qaldırmaq  üçün  sizə  bəzi  təlimatları  vermək  istəyirəm.  On-

ları həyatınıza daxil edib gündəlik yaşamınızın bir hissəsinə 

çevirsəniz,  malik olduğunuz anadangəlmə xüsusiyyətlərdən 

birinə  dönəcək  və  qeyri-ixtiyari  olaraq  istifadə etdiyiniz  ba-

carıq  şəklinə  düşəcəkdir.  Bu,  əslində  maşın  sürməyi  öyrən-

mək kimi bir şeydir. İlk dəfə sükanın arxasına keçdiyiniz za-




Bədən diliniz 

 

27 



 

 

 



manı xatırlayırsınızmı? Əgər mənim kimisinizsə, yəqin ki siz 

də  maşını  sürməyə  cəhd  edərkən,  bir  yandan  da  çöldə  baş 

verənləri müşahidə etməyə çalışdığınız üçün bu çətinlik gö-

zünüzü qorxutmuşdur. Ancaq sükan arxasında həqiqi bir ar-

xayınçılığa  və  rahatlığa  qovuşduqdan  sonra  sürücülüyün 

hər məqamına maraq göstərə biləcək hala gəlirsiniz.  

Bədən  dilinin  də  bundan  çox  fərqli  olmadığını  söyləyə 

bilərəm.  Bu  sahədə  ustalaşmağa  başladığınızda  həmin  ba-

carıqlar da sizin üçün mexaniki hala gələcək və ətrafınızdakı 

dünyanı  başqa  gözlə görəcəksiniz. 

 

 

Təlimat 1: Ətrafınızın diqqətli müşahidəçisi olun 



 

Müşahidə  bədən  dilini  anlamaq  və  ondan  istifadə  et-

mək istəyən  hər kəs üçün əsas təməldir.  

Qulaqlarınızı  tıxayıb  kimisə  dinləməyə  çalışmağın  necə 

böyük  bir  səfehlik  olduğunu  özünüz  düşünün.  Heç  bir  şey  

duymayacağıq və söylənilənləri  eşitməyəcəyik. Elə buna gö-

rə  də    dinləyicilər  heç  vaxt  qulaqlarında  tıxacla  gəzmirlər. 

Ancaq məsələ bədənin səssiz dilini görməyə gəlincə, bir çox 

insanın gözü bağlı gəzdiyini söyləyə bilərik. Çünki ətrafdakı 

bədən  işarələrinə  qarşı  hissiyyatsız  vəziyyətdədirlər.  Bunu 

bir  düşünün.  Sözlü  ifadələrimizi  anlamaq  baxımından  diq-

qətlə dinləmək nə qədər əhəmiyyətlidirsə, bədən dilini qav-

ramaq baxımından da diqqətli müşahidə eyni dərəcədə əhə-

miyyətlidir. Diqqət! Bu cümləni ötəri oxuyub keçməyinizi is-

təmirəm.  Bu  məqam  ciddi  əhəmiyyət  ifadə  edir.  Diqqətli  

müşahidə  bacarığı  insanları  oxumaq  və  hərəkətlərin  məna-




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə