Co navarro



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix15.10.2018
ölçüsü1,21 Mb.
#74376
1   2   3   4   5   6   7   8   9   10

Bədən diliniz 

 



 

 

 



ÖN SÖZ 

 

NƏ DÜŞÜNDÜYÜNÜ  GÖRÜRƏM 

Dr. Marvin Karlins 

 

Masanın o üzündə oturan sakit görünüşlü  adam qarşı-



sındakı FTB agentinin suallarına sözləri diqqətlə seçərək ca-

vab verməyə çalışırdı. Əslində bu adam cinayətdə əsas şüb-

həlilərdən biri hesab edilmirdi. Cinayətin işləndiyi an başqa 

bir yerdə olduğunu inandırıcı şəkildə sübut etmişdi; səsi də 

səmimi idi. Bununla belə agent yenə də istintaqı davam etdi-

rirdi.  Şübhəlinin  icazəsi  ilə  ona  cinayətin  törədildiyi  silahla 

bağlı bir neçə sual verildi: 

“Əgər bu cinayəti siz törətmiş olsaydınız, tapançadanmı 

istifadə edərdiniz?” 

“Əgər bu cinayəti siz törətmiş olsaydınız, bıçaqdanmı is-

tifadə edərdiniz?” 

“Əgər bu cinayəti siz törətmiş olsaydınız, buzqırandan-

mı istifadə edərdiniz?” 

“Əgər bu cinayəti siz törətmiş olsaydınız, çəkicdənmi is-

tifadə edərdiniz?” 

Əslində, cinayət o silahlardan biri ilə – buzqıranla törə-

dilmişdi, ancaq bu, ictimaiyyətə açıqlanmamışdı. Yəni, cina-

yətin hansı silahla törədildiyini yalnız qatil bilirdi. FTB agen-

ti  siyahını  oxuya-oxuya  diqqətlə  şübhəlini  süzürdü.  Növbə 

buzqırana çatanda o gözlərini yumdu və  növbəti silahın adı 

oxunana  qədər  də  açmadı.  Agent  bu  reaksiyanın  nə  demək 

olduğunu anlamışdı. Bu cinayətdə ikinci dərəcəli əhəmiyyət 




Bədən diliniz 

10 


 

kəsb  edən  bu  adam  həmin  andan  etibarən  bir  nömrəli  şüb-

həliyə çevrildi. Bir müddət sonra isə cinayətini etiraf etdi.  

Beləliklə Co Navarro daha bir xal qazandı. 25 illik uğur-

lu FTB karyerası boyunca buzqıranlı qatili deşifrə etməkdən 

başqa,  “mahir  casuslar” da  daxil  olmaqla  bir  çox  cinayətka-

rın yaxalanmasında rolu olan biridir Navvaro. Yaxşı, bunu o, 

necə  bacarmışdı?  Əgər  ondan  xəbər  alsanız,  sakit  bir  səslə 

söylədiyi  bu  cavabı  eşidərsiniz:  ”İnsanları  oxumaq  bacarı-

ğıma borcluyam”. 

Belə  görünür  ki,  Navarro  insanların  nə  düşündüyünü, 

davranışlarını necə biçimlədiklərini və söylədiklərinin doğru 

olub-olmadığını  anlamaq  üçün  bütün  professional  həyatını 

sözlə qurulmayan əlaqəyə – üz ifadələrini, əl-qol hərəkətləri-

ni  (kinezis),  vücud  rəftarını  (proksemik),  toxunma  şəklini 

(haptiks),  vücud  duruşunu  (postur),  hətta  geyim  və  qiyafə-

ləri üzərində çalışmağa, texnikasını inkişaf etdirməyə və onu 

fərqli hadisələrə tətbiq etməklə keçirib. Bu, cinayətkarlar, te-

roristlər  və  agentlər  üçün  heç  də  yaxşı  xəbər  deyil.  Amma 

Navarronun diqqətli araşdırması nəticəsində meydana çıxıb 

ki,  bədən  dili  vasitəsi  ilə  düşüncə  və  niyyəti  açıq,  anlaşılan 

hala gətirən yetərli qədər işarə var.  

Navarronun  bu  istedadının  sizin  üçün  də  əla  xəbər  ol-

duğunu söyləyə bilərik. Çünki onun mahir “agent ovçusu”, 

“yalan  aparatı”  və  FTB-nin  təlimçilərindən  biri  olaraq  isti-

fadə  etdiyi  biliklər  bu  kitabda  toplanıb.  Siz  onları  öyrən-

diyiniz təqdirdə bədən dili texnikasını bilməklə  ətrafınızda-

kı insanların duyğu, düşüncə və niyyətlərini daha yaxşı an-

layacaqsınız.  Tanınmış  yazar  və  mütəxəssis  olan  Navarro 

mühitinizdəki insanlarla daha yaxşı münasibət qurmaq üçün 

sizə  yalnız  diqqət  kəsilməklə  insanların  davranışlarını  mü-



Bədən diliniz 

 

11 



 

 

 



əyyən etməyi,  aydınlaşdırmağı  öyrədəcək.  İstər  işdə,  istərsə 

də  sosial  mühitdə  bu  məlumatların  həyatınızı  necə  zəngin-

ləşdirdiyini, işinizi necə asanlaşdırdığını qısa zaman ərzində 

özünüz də görəcəksiniz. 

Navarronun  bu  kitabda  sizinlə  paylaşacağı  məlumat-

ların çoxu hələ on beş il  əvvəl elmə bələd idi. Lakin alimlər 

yalnız beyin araşdırma və sinir görüntülərini əldə edən tex-

noloji  inkişafdan  sonra  Navarronun  bu  kitabda  izah  etdiyi 

davranışların  doğruluğunu  qəbul  edəcək  nöqtəyə  gəldilər. 

Psixologiya, nevrobiologiya, tibb, sosiologiya, kriminalogiya, 

rabitə və antropologiya sahələrində baş verən ən son kəşf və 

irəliləyişlərdən (və yarım əsrlik karyerasında FTB-nin xüsusi 

agentinin bədən dilini öyrənmə yolundakı sınaqlardan) bəh-

rələnən Navarronun əsərini bədən dilinin öyrənilməsi sahə-

sində bacarıqlarınızı inkişaf etdirmək üçün misilsiz bir qay-

naq kimi görə bilərsiniz.  

Navarronun istedadı və apardığı təcrübələr bütün dün-

ya tərəfindən qəbul edilib. Davamlı olaraq iştirak etdiyi tele-

viziya  proqramlarında  (NBC-də  “Today  Show”  (“Günün 

şousu”),  CNN-də  “Headline  News”(“Baş  xəbərlər”),  Fox  “Cable 

News”,  (“Foks  xəbərləri”)  və  ABC-də  “Good  Morninq 

Amerika”),  (“Sabahın  xeyir  Amerika”)  FTB,  SİA  və  kəşfiyyat 

dünyasının  digər  qurumları  üçün  bədən  dili  ilə  bağlı  keçir-

diyi  seminarlarda,  ABŞ  və  digər  ölkələrin  bank,  sığorta  şir-

kətləri, böyük hüquq bürolarında məsləhətçi işlədiyi zaman 

gəldiyi nəticələrdə onun bütün fikirləri özünü təsdiqləyib.  

Navarro  eyni  zamanda  bədən  dilinin  özünəməxsus  an-

layışlarının  istifadə  edildiyi  Seynt  Leo  Universitetində,  

Amerika Birləşmiş Ştatlarının xəstələrinin vəziyyətini sürətlə 

və  düzgün  dəyərləndirmək  istəyən  həkimlərin  də  daxil 



Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə