Coğrafiya
və təbii resurslar, №1, 2015
80 AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya
Cəmiyyəti
Cədvəl 1
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları
üzrə yerləşməsi (2009-cu il siyahıyaalma materiallarına əsasən), nəfər
Cədvəl 2
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və
tendensiyası
1999-2009-cu illərdə 200-500 m-lik qurşaq-
da əhalinin sayı 251,1 min nəfərdən 351,0 min
nəfərə yüksəlmiş, burada yaşayan əhalinin payı
isə 48,4%-dən 65,7%-ə çatmışdır.
Dağlıqla düzən ərazilərin qovşağını əhatə
edən bu yüksəklik qurşagı əlverişli təbii-coğrafi
şəraitə malik olması ilə yanaşı, iqtisadi-coğrafi,
nəqliyyat mövqeyinin də nisbətən əlverişli olması
maddi və sosial infrastrukturun demoqrafik inki-
şafa daha müsbət təsir göstərməsi ilə səciyyələnir.
Artan demoqrafik potensialın da müəyyən hissəsi-
nin yerlərdə qalmasına - məskunlaşmasına səbəb
olmuşdur. Aparılan araşdırmalar göstərir ki, Azər-
baycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafının Dövlət proqramları (2003-2008, 2009-
2013) çərçivəsində aparılan tikinti-quruculuq iş-
ləri, yeni yaradılan sosial və iqtisadi obyektlər də
əsasən bu hündürlük qurşağı daxilində istifadəyə
verilmişdir.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda
ərazisinə və əhali potensialına görə fərqlənən
ikinci yüksəklik qurşaığı 500-1000 m mütləq
hündürlüklər arasıdır. Bu yüksəklik qurşağının
payına iqtisadi rayon ərazisinin 15,6%-i, əhali-
sinin isə 28,8%-i düşür. İqtisadi rayonun bütün
şəhər əhalisinin 42%-i, kənd əhalisinin isə 24%-i
bu qurşaq daxilində məskunlaşmışdır. Azmeyilli
dağ yamacları çay dərələri və qədim akkumul-
yativ terraslar yaşayış məntəqələrinin yerləşdiyi
ərazilərdir. Əvvəlki yüksəklik qurşaqları ilə mü-
qayisədə bu qurşaq daxilində əməktutumlu
təsərrüfat sahələri zəif inkişaf etmişdir. Əsas nəq-
Yüksəklik
qurşaqlarının
dəniz səviy-
yəsindən
hündürlüyü,
m-lə.
Ərazisi
.
Bütün əhali
Kənd əhalisi
Şəhər əhalisi
Yaşayış
məntəqələrinin
sayı
Əhalinin orta sayı
(Məntəqələrin orta
böyüklüyü)
Hər kv.
km-ə
düşən
ümumi
əhali
(nəfər)
Kv.km.
%
Sayı
%
Sayı
%
Sayı
%
Şəhər Kənd
Cəmi
Şəhər
Kənd
0-200
1018
11,36 32495
5,7
30437
7,45
2058
1
1
22
23
2058
13835
32
200-500
4237
47,3
351031
62,0
261350
64,05
89681
57
6
224
230
14946,8
1166,7
83
500-1000
1397
15,6
163200
28,8
97017
23,78
66183
42
7
74
81
9454,7
1311
117
1000-1500
577
6,43
19125
3,4
19125
4,69
_
_
_
15
15
_
1275
33
1500-2000
622
6,94
132
0,1
132
0,03
_
_
_
1
1
_
132
0,2
2000-dən
yuxarı
11,09
12,4
_
_
_
_
_
_
_
_
_
_
_
_
Cəmi
89,60
100
565983
100
408061
100
157922
100
14
336
350
11280
1214,5
63,2
Yüksəklik
qurşaqları
Ərazi
1999
2009
1999-2009 (fərq)
Yaşayış
məntəqələ-
rinin sayı
%-lə
Əhalinin
sayı
(nəfər)
%-lə
Yaşayış
məntəqələri-
nin sayı
%-lə
Əhalinin
sayı
(nəfər)
%-lə
Yaşayış
məntəqələ-
rinin sayı
Əhali
(nəfər)
(kv. km)
%
0-200
1018
11,36
22
6,6
31532
6,1
23
6,6
32495
5,7
1
963
200-500
4237
47,3
208
61,7
251076
48,4
230
65,7
351031
62,0
22
99955
500-1000
1397
15,6
90
26,7
218385
42,01
81
23,1
163200
28,8
-9
-55185
1000-
1500
577
6,43
16
4,7
17566
3,4
15
4,3
19125
3,4
-1
1559
1500-
2000
622
6,94
1
0,3
218
0,04
1
0,3
132
0,1
0
-86
2000-dən
yuxarı
11,09
12,4
-
-
-
-
-
-
-
-
-
-
Cəmi
8960
100
337
100
518777
100
350
100
565983
100
13
47206
Coğrafiya və təbii resurslar, №1, 2015
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan
Coğrafiya Cəmiyyəti
81
liyyat-kommunukasiya xətlərindən Yevlax-Ba-
lakən-Laqodexi dəmir yolu və ona paralel uzanan
eyniadlı beynəlxalq əhəmiyyətli avtomobil yolun-
dan kənarda yerləşməsi bu qurşağın iqtisadi-
coğrafi mövqeyinin o qədər də yaxşı olmamasını
göstərir.
Əhalinin siyahıyaalma materiallarının mü-
qayisəli təhlili göstərir ki, Azərbaycan Respub-
likası regionlarının sosial-iqtisadi inkişaf üzrə iki
Dövlət proqramının həyata keçirilməsinə bax-
mayaraq, bu qurşaq daxilində əhalinin mütləq sayı
nəinki artmamış, hətta azalmışdır. Belə ki, əgər
1999-cu il siyahıyaalma məlumatlarına görə, bu
qurşaq daxilindəki 90 yaşayış məntəqəsində
218385 nəfər və ya iqtisadi rayon əhalisinin
42,0% yaşayırdısa, bu göstəricilər 2009-cu ilin si-
yahıyaalma məlumatlarına görə, müvafiq olaraq,
81, 163200 nəfər və 28,8% təşkil etmişdir. Belə
ki, 9 kəndin əhalisi azalmış, ümumən əhalinin
mütləq azalması 55185 nəfərə bərabər olmuşdur.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda
1000-1500 m mütləq hündürlüklər arasını əhatə
edən hündürlük qurşağının payına 6,43% ərazi və
3,4% əhali düşür. Burada yerləşən 15 kənddə
19125 nəfər yaşayır. Bu yüksəklik qurşağında
əhalinin müvafiq siyahıyaalma məlumatlarına
görə, 1999-cu il ilə müqayisədə 2009-cu ildə əha-
linin mütləq sayı 1559 nəfər artsa da, əhalinin
payı dəyişməmiş, 3,4% olaraq qalmışdır. İkinci
cədvəlin məlumatlarından göründüyü kimi, hətta
bir kənd azalmışdır. Əhalinin bir kvadrat km-ə
düşən sıxlığı əvvəlki yüksəklik qurşaqları ilə mü-
qayisədə əhəmiyyətli dərəcədə azalaraq müvafiq
orta iqtisadi rayon göstəricisindən az olub, 33
nəfər təşkil edir.
Tədqiq etdiyimiz iqtisadi-coğrafi rayonda
ən az əhali məskunlaşan hündürlük qurşağı 1500-
2000 m mütləq yüksəkliklər arasıdır. Dəniz sə-
viyyəsindən hündürlük artdıqca təbii-coğrafi şəra-
itin insanların təsərrüfat fəaliyyəti üçün çətin-
ləşməsi – aqroiqlim ehtiyatlarının əkinçiliyə im-
kan verməməsi, ilin soyuq dövrünün nisbətən
uzun çəkməsi, əkinə yararlı torpaqların az olması,
mövcud sosial infrastrukturların tələbata cavab
verməməsi və s. kompleks səbəblər nəticəsində
əhali bu qurşaqda çox az məskunlaşıb. Bu qur-
şağın payına bütün iqtisadi rayon ərazisinin
6,94%-i düşdüyü halda, burada 1 kənddə cəmi
132 nəfər əhali yaşayır (0,1%). Halbuki 1999-cu
ildə əhalinin sayı 218 nəfər idi.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun
2000 m-dən yüksəkdə yerləşən ərazisi 11,09 kv.
km sahəni və ya regionun 12,4%-ni tutsa da, bura-
da əhali daimi məskunlaşmamışdır. Bu qurşaq
əsasən meşədən sonrakı ərazini – subalp, alp
çəmənliklərini əhatə etdiyindən, mövsümi olaraq
heyvandarlıq, arıçılıq məqsədləri üçün istifadə
edilir.
Əhalinin yüksəklik qurşaqları üzrə yerləş-
məsi və onun tendensiyasını aşağıdakı qrafik üzrə
əyani izləmək olar (şəkil 1).
Şəkil 1. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda
əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi və
tendensiyası
İdarəetmə təşkilatları ölkə ərazisində məh-
suldar qüvvələrin ərazi təşkilini qiymətləndirib,
təkmilləşdirmə yollarını müəyyənləşdirərkən adə-
tən, inzibati rayonlar çərçivəsini nəzərdə tuturlar.
Regionların sosial-iqtisadi inkişafının bütün döv-
lət proqramlarının yerinə yetirilməsi işləri də
inzibati ərazi bölgülərini əhatə edir. Ona görə də
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin
yüksəklik qurşaqları üzrə yerləşməsinin coğrafi
xüsusiyyətlərini həm də regionun tərkib hissəsi
olan inzibati rayonlar üzrə araşdırmaq elmi və
praktiki cəhətdən əhəmiyyətlidir.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda
əhalinin yüksəklik qurşaqları üzrə məskunlaş-
masının inkişaf xüsusiyyətlərinin tədqiqi və on-
ların inzibati rayonlar üzrə araşdırılması aşağıdakı
ümumiləşdirilmiş nəticələrə gəlməyə imkan verir:
1. Ayrı-ayrı hündürlük qurşaqlarının mə-
nimsənilməsi üçün təbii-coğrafi şəraitin, iqtisadi-
coğrafi inkişaf səviyyəsinin və nəqliyyat mövqe-
yinin müxtəlifliyi əhalinin də bu mütləq hündür-
lüklər üzrə müxtəlif dərəcədə məskunlaşmasına
səbəb olmuşdur.
2. Əhalinin ən çox və sıx məskunlaşdığı
dağətəyi-düzən ərazidə (200-500 m) əhalinin daha
da sürətlə cəmlənməsi, əhalinin ikinci çox məs-
kunlaşdığı orta dağlıq qurşaqda isə (500-1000 m)
intensiv azalması prosesi gedir.
3. Dağlıq, xüsusən də orta dağlıq qurşaqda
əhalinin mütləq sayının və xüsusi çəkisinin azal-
ması buranın yüksək təbii resurs ehtiyatlarının
təsərrüfat dövriyyəsindən çıxmasına səbəb olur,
yeni ehtiyatların mənimsənilməsi imkanlarını
məhdudlaşdırır.