Heydər Əliyev siyasəti: TO LERA NTLIQ
PASXA BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCANIN
XRİSTİAN VƏTƏNDAŞLARINA TƏBRİK
Hörmətli həmvətənlərim!
Sizi xristianlığın ən müqəddəs və əziz bayramı - Pasxa müna
sibətilə səmimi qəlbdən təbrik edir, bu bayram günlərində sizə
xoş əhval-ruhiyyə, əmin-amanlıq və səadət arzulayıram.
Azərbaycan torpağı əsrlər boyu müxtəlif etiqadlara tapınan
insanlar üçün doğma vətən olmuşdur. Onlar da həmişə bu vətə
nin qeyrətini çəkmiş, onun uğrunda canlarını belə əsirgəməmişlər.
İndiki ağır və məşəqqətli günlərimizdə də xristian həmvətənləri
miz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə sinə gərir,
müqəddəs torpaqlarımızı rəşadətlə qoruyurlar.
Pasxa şadlıq və mərhəmət, haqq və ədalət bayramıdır.
İnanıram ki, bu Pasxa günlərində Ulu Tanrıdan ən ümdə
diləkləriniz yurdumuzda sülhün və əmin-amanlığın bərqərar
olmasıdır. Qoy bütün arzu və niyyətləriniz Tanrının köməyi və
xalqımızın iradəsi ilə həyata keçsin!
Heydər Əliyev,
Azərbaycan Pespublikasının Prezidenti
29 aprel 1994-cii il
36
Hcydor Əliyev siyasati: TOLERANTLIQ
QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ
XALQA TƏBRİK
Rəhmli, mərhəmətli Allahın adı ilə!
Allah-Təalanın dinimizi tamamlayıb mükəmməl etdiyi, İsla
mı bir din kimi bizim üçün bəyənib seçdiyi bu əziz gündə bü
tün müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edir, onlara
cansağlığı və xoşbəxt həyat arzulayıram.
Hamımız üçün müqəddəs olan Qurban bayramı günlərində
ən ümdə arzu və diləklərimiz doğma Azərbaycanın ərazi bü
tövlüyünə qarşı edilən sui-qəsdlərin dəf olunması, ölkəmizdə
sülhün, əmin-amanlığın bərqərar olması, xalqın sosial-iqtisadi
sıxıntılar məngənəsindən xilas olaraq asudə və firavan həyata
qovuşmasıdır. Mən əminəm ki, bu arzular Allahın mərhəməti və
köməyi, xalqımızın qeyrəti və zəhməti sayəsində yaxın gələcək
də həyata keçəcəkdir. Azərbaycan xalqının böyük qəhrəmanlıq
salnaməsi, əzmkarlıq və müdrikliklə zəngin ulu tarixi bu inam
üçün möhkəm zəmindir.
Mübarək Qurban bayramı adətən insanlar arasında umu-kü-
siilərin, kin-küdurətin aradan qaldırılması, yaxınların yad olun
ması, cəmiyyətdə mehribanlıq və qardaşlıq tellərinin möhkəm
ləndirilməsi üçün ən gözəl münasibət olmuşdur. Qoy bu ilki mü
barək Qurban bayramı da müstəqil Azərbaycanımızın tərəqqisi
naminə milli həmrəyliyin daha da möhkəmləndirilməsi işinə
xidmət etsin!
Heydər Əliyev,
Azərbaycan Pespublikasının Prezidenti
20 may 1994-cii il
37