Hevdor Əliyev siyasəti: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN BAŞÇISI,
ROMA PAPASI II İOHANN PAVELİN RƏSMİ
QARŞILANMA MƏRASİMİNDƏ NİTQ
22
may 2002-ci il
Zati-Müqəddəsləri!
Sizi Azərbaycanda salamlamaqdan böyük məmnunluq duyu
ram. Dəvətimi qəbul edib Azərbaycana gəldiyinizə görə Sizə öz
minnətdarlığımı bildirirəm.
Siz ölkəmizə çox əlamətdar bir vaxtda gəlmisiniz.
Bilirəm ki, mayın 18-də doğum gününüzü qeyd etmisiniz. Bu
münasibətlə Zati-Müqəddəslərinizi ürəkdən təbrik edirəm. Sizə
möhkəm cansağlığı, uzun ömür, dünyada sülh, qarşılıqlı anlaşma
sahəsində gördüyünüz böyük işlərdə uğurlar arzulayıram.
Sabah, yəni mayın 23-də müstəqil Azərbaycan Respublikası
nın Vatikan dövləti tərəfindən rəsmən tanınmasının 10 ili tamam
olur. Məhz belə bir gündə Sizin Azərbaycanda olmağınız tarixi
hadisədir.
Mən 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfərim zamanı
Vatikanı ziyarət etməyimi və orada Sizinlə görüşməyimi, ətraflı
fikir mübadiləsi aparmağımızı məmnunluqla xatırlayıram. Çox
şadam ki, aradan beş il keçəndən sonra Sizi yenidən, bu dəfə
Azərbaycanda əziz qonağım kimi qarşılayıram.
Zati-Müqəddəsləri!
Vatikan dövlətinin başçısı və Roma Papası kimi. Siz əsrlər
boyu mövcud olan ənənələrin hüdudlarını cəsarətlə aşmısınız.
Siz dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq, bütün
insanların və xalqların dostu kimi tanınmış, bütün dünyanm
vətəndaşına çevrilmisiniz.
Həmişə öz dini dözümlülüyü, tolerantlığı ilə seçilən Azərbay
can xalqı Sizin fəaliyyətinizin bu nəcibliyini və insanpərvərliyini
yaxşı başa düşür və yüksək qiymətləndirir.
450
Hevdar Əliyev siymjti: TOLERANTLIQ
Azərbaycan da daxil olmaqla, İslam dininin geniş yayıldığı
ölkələrə Sizin səfərləriniz iki böyük dünya dini arasında sülhə
və qarşılıqlı etimada xidmət edir.
Siz insanlar arasında şəfqət və rəhmdillik ideyaları təbliğ edir,
ağır fəlakətə düşənlərə səbir və təsəlli diləyirsiniz. Azərbaycanda
da belə fəlakət qurbanları var. Onlar qonşu Ermənistanın Azər
baycan torpaqlarını işğal etməsi nəticəsində öz yurd-yuvalarını
itirmiş bir milyondan çox azərbaycanlı qaçqınlardır. Bu insan
lar Sizin xeyirxah sözünüzə, təsəllinizə ehtiyac duyurlar. Onlar
haqqın öz yerini tutmasında Sizdən də kömək umurlar.
Zati-Müqəddəsləri!
Siz katolik kilsəsinin mövcud olduğu iki min ilə yaxın bir
müddət ərzində Azərbaycana səfər edən ilk Roma Papasısınız.
Bu səfəri həyata keçirdiyiniz üçün Sizə minnətdarlığımı bildi
rir və "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.
451
Heydor Əliyev şivasoli:
TOLERANTLIQ
ROMA PAPASI II İOHANN PAVEL İLƏ
TƏKBƏTƏK GÖRÜŞ
Prezident sarayı, 22 may 2002-ci il
Ali qonağı səmimiyyətlə, hörmət və ehtiramla salamlayan
Prezident Heydər Əliyev onun dəvətini qəbul edib Azərbaycana
rəsmi səfərə gəldiyinə görə Zati-Müqəddəsləri II İohann Pavelə
minnətdarlığını bildirdi.
Azərbaycan Respublikasının müstəqilliyinin Vatikan dövləti
tərəfindən rəsmən tanınmasının 10-cu ildönümü günü ərəfəsin
də Zati-Müqəddəslərinin ölkəmizə rəsmi səfərini tarixi hadisə
kimi qiymətləndirən Prezident Heydər Əliyev II İohann Paveli
dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, bü
tün insanların və xalqların dostu kimi tanıdığını vurğuladı.
1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı Müqəd
dəs Vatikanı ziyarət etdiyini, orada Zati-Müqəddəsləri ilə görüş
düyünü və ətraflı fikir mübadiləsi apardığını xatırlayan Prezi
dent Heydər Əliyev II İohann Pavelin Azərbaycana gəlməsindən
məmnunluq duyduğunu bildirdi.
Səmimi sözlərə, Azərbaycana rəsmi dəvətə və ona göstərilən
qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə minnətdarlıq
edən II İohann Pavel bu gözəl ölkəyə gəlməyindən böyük sevinc
duyduğunu nəzərə çatdırdı.
II İohann Pavel həzrətləri respublikamıza rəsmi səfərinin
Azərbaycan ilə müqəddəs Vatikan arasında diplomatik münasi
bətlər yaradılmasının 10-cu ildönümünə təsadüf etdiyindən çox
məmnun qaldığını vurğuladı.
Vatikan dövlətinin başçısı II İohann Pavel Azərbaycan ilə Va
tikan arasında qurulmuş əlaqələrdən razılıqla söhbət açdı, Prezi
dent Heydər Əliyev ilə 1997-ci ildə Vatikanda keçirdiyi görüşlə
ri, apardığı danışıqları həmişə xatırladığını söylədi.
452
НеуЈог Əliyev siyjsoli: TOLERANTLIQ
Prezident Heydər Əliyev müstəqillik qazandıqdan sonra
Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
sahəsində görülən işlərdən, aparılan islahatlardan ətraflı söhbət
açdı.
Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən dövlətimizin başçısı
Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticə
sində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon
dan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq
uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşadığını nəzərə çat
dırdı. Prezident Heydər Əliyev bu münaqişənin ATƏT-in Minsk
qrupu çərçivəsində sülh yolu ilə aradan qaldırılması sahəsində
görülən işlərdən, danışıqlar prosesindən söhbət açaraq bildirdi ki,
dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri münaqişə
nin tezliklə həll edilməsi sahəsində səylərini artırmalıdırlar.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki
tərəfi maraqlandıran bir sıra məsələlər barədə də geniş fikir mü
badiləsi aparıldı.
453