32
Ə.Həsənovla özəl münasibətləri də var. T.Rüstəmxanlı Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə
rəfiqəlik edir. Sona Vəliyeva şairədir. Onun sonuncu şeirlər kitabının ön sözünün müəllifi də başqası
deyil, T.Rüstəmxanlının həyat yoldaşı, xalq şairi Sabir Rüstəmxanlıdır. T.Rüstəmxanlı S.Vəliyevanın
həyat yoldaşı Ə.Həsənova həsr etdiyi "Qaragilə" şeirini türkiyəli milliyətçi müğənni Əhməd Şəfəqin
ifasında səsləndirib. Musiqisi Ə.Şəfəqə, sözləri isə S.Vəliyevaya aid olan "Qaragilə" mahnısına xüsusi
disk çıxarılıb və bu diskin maliyyəsini T.Rüstəmxanlı verib. Türkiyədə işıq üzü görən diskin
Azərbaycanda geniş təqdimatı olub. Və bundan sonra Azəri-Türk Qadınlar Cəmiyyətinin Heydər Əliyev
sarayında təqdimatı olub. Təqdimatda S.Vəliyeva və Ə.Həsənov iştirak ediblər. Təqdimatdan sonra
S.Vəliyeva ölkə mətbuatına müsahibə verib və "Qaragilə" şeirini həyat yoldaşı Ə.Həsənova həsr etdiyini
deyib. Məhz bu hadisədən sonra isə Əhməd Şəfəq Əli Həsənovun dəstəyilə “Tərəqqi” medalına layiq
görülüb. Təbii ki, bu haqda "Xural"da yazılar dərc olunub. Və bu yazıların dərcindən sonra
T.Rüstəmxanlı bizdən inciyib.
Çox ciddi şübhələrim var ki, əgər G.Əhmədova ilə bu şər alınmasaydı, Ə.Həsənov bu rolu ifa etmək
üçün T.Rüstəmxanlıdan istifadə edəcəkdi. Onun həm də belə işlərdə təcrübəsi var.
311.3.2 (TƏKRAR RÜŞVƏTALMA)
Hakimiyyət 311.3.3 və 311.3.4-cü maddəni Gülərin
əli ilə üzərimə yükləsə də, qısa müddət
sonra bunun
da bir işə yaramayacağını dərk etdi. Və hər ehtimala qarşı Ə.Həsənov daha üç "iş" tapdı. Bu epizodun
əsas oyunçusu Akif Məmmədov və onun şahidləridir. A.Məmmədov "Kurort" ASC-nin sabiq
direktorudur. Onun qanunsuz fəaliyyəti ilə əlaqədar 2006-2008-ci illərdə müxtəlif yazılar yazmış və bu
səbəblə də məhkəmə çəkişməsi keçirmişik. A.Məmmədov həm mülki qaydada, həm də xüsusi ittiham
qaydasında məni məhkəməyə verib, sonra isə ərizəsini geri götürüb, yəni barışmışıq. Son dəfə nə zaman
görüşdüyümüzü xatırlamıram. Heç son illər onun haqqında nəsə yazmamışıq da. İşin maraqlı tərəfi
ondadır ki, A.Məmmədov Ə.Həsənovun doğmaca qudası, Azərbaycan Həmkarlar Konfederasiyasının
sədri, deputat, "Ülfət" qəzetinin sahibi Səttar Mehbalıyevin iş ortağıdır. Uzun illər S.Mehbalıyevin
tabeçiliyində çalışıb. İndi də onun qarşısında tabeçilik münasibətləri var. A.Məmmədovun işi də
G.Əhmədovanın işi kimidir. Orada da bir şahid var ki, birbaşa Ə.Həsənovun təkərində fırlanır. Bu
mənim həmyerlim, uşaqlıq "dost"um, "Xəmsə" restoranının sahibi Mürvət Həsənlidir. M.Həsənli
Ə.Həsənovla KİVDF icraçı direktoru V.Səfərlinin vasitəsilə tanış olub. Müxtəlif vaxtlarda təmənnasız
olaraq KİVDF-nin tədbirlərini keçirib. M.Həsənli 19.12.2011-ci ildə mənim əleyhimə istintaqa ifadə
verib. Nə qəribədir ki, 29.12.2011-ci ildə KİVDF "Xəmsə"də tədbir keçirib. Baş rolda isə Ə.Həsənov.
Səhih məlumatlarım var ki, mənim həbsimdən əvvəl ən azı 5 dəfə Ə.Həsənov "Xəmsə"də görünüb və
mənim həbsimin detalları müzakirə olunub. Həm M.Həsənlidən mənim əleyhimə informasiya alıblar,
həm də ona mənim üzümə durmağı müqabilində vəzifə və yeni obyekt - imtiyazlar vəd olunub. Hətta
"Gülüstan" sarayını işlətməyin müqabilində ondan külli miqdarda pul tələb edib və alıblar. Sadəcə,
Prezident "Gülüstan" sarayının sahibini şəxsən tanıdığından Ə.Həsənovun planı pozulub.
Yəni A.Məmmədovla M.Həsənli Ə.Həsənov üçün lap göydəndüşmə olub. Bu qrupu "ələ verən"
M.Həsənli olub. Bunu həm A.Məmmədov, həm də X.Muxtarov ifadələrində təsdiq etdilər.
Akif Məmmədov işində qalan 2 şahid - Xanoğlan Muxtarov və Vüqar Məmmədov isə sadəcə Mürvətin
təqdimatında Ə.Həsənovun karvanına qoşulublar. V.Məmmədov ölkədən qaçıb getsə də və məhkəməyə
ifadə verməsə də, Mürvət öz ömrünə yazdığı qara ləkəni onun da ömrünə saldı. Təəssüf ki,
V.Məmmədov da həm mənim həmkəndlimdir, həm də dostum olub. Türkiyəyə də mənimlə bəhsə
girərək oxumağa gəlib. Vüqarın atası da atamla dost olub. İndi Vüqarın atası o dünyada - mənim atamın
üzünə necə çıxacağını, oğlu isə bu dünyada - mənim üzümə necə çıxacağını düşünür.
V.Səfərli Ə.Həsənov üçün necə əl telefonu funksiyasını icra edirsə, X.Muxtarov və V.Məmmədov da
M.Həsənli üçün elədir. Onlar da Mürvətin "əl telefonları"dır.
Sabir Tarverdiyev hakimiyyətyönümlü Milli Dövlətçilik Partiyasının sədridir. İqtidarın iş adamlarından
biridir və birbaşa Əli Həsənova bağlıdır. Bu işə də birbaşa onun direktivləri ilə daxil olub. S.Tarverdiyev
məhkəmədə də etiraz etdi ki, ona mənim üzümə durmaq üçün çox ciddi təpkilər olub. Onun mətbuat
33
xidmətinin rəhbəri isə Sabirin fikirlərinə şahid durub. Hər yalançının mütləq və ən azı bir şahidi
olmalıdır axı.
S.Tarverdiyev başqa bir xətlə də Ə.Həsənovdan asılıdır. Onun 2 qəzeti MŞ-nın üzvüdür və
S.Tarverdiyev hər ay Əflatun Amaşova "xüsusi haqq" göndərir və bunu hər yerdə deməkdən çəkinmir.
Ə.Həsənov bu məsələyə xüsusi diqqət edir. Həm S.Mehbalıyevin "Ülfət" qəzeti, həm M.Həsənlinin
"Xəmsə" qəzeti, həm S.Tarverdiyevin "Araz" və "Meridian" qəzetləri MŞ-nın üzvüdür və bəziləri hətta
MŞ-nın təsisçilərindəndir. Bu da təsirin bir növüdür. Yuxarıdakı T.Rüstəmxanlı olayı da belədir.
Ə.Həsənov həm T.Rüstəmxanlının, həm də onun həyat yoldaşı S.Rüstəmxanlının QHT-lərini
maliyyələşdirir. Bir ailədən 2 QHT Ə.Həsənovun təsirində olan Azay Quliyevin DDŞ-sindən maliyyə
alır.
311.3.2-nin 3-cü üzəduranı Aydın Heydərovdur. A.Heydərov isə S.Tarverdiyevin xalası oğludur -
doğmaca. Ə.Həsənovun bir zəngi ilə xalası oğlunu xalaoğlu işə qoşub, vəssalam...
Maraqlıdır ki, A.Heydərov KQMİ-yə 7 il bundan əvvəl MŞ-ya göndərdiyi ərizəni təqdim edib. Aydın
olur ki, bunu A.Heydərov yox, MŞ edib. Yəni Ə.Həsənov inhisarında olan MŞ-dan 7 il əvvəlin ərizəsini
çıxarıb və KQMİ-yə göndərib. Saxtakarlığın bu miqyasda olanına yalnız R.Mehdiyev və ya Ə.Həsənov
gedə bilərlər.
A.Heydərovun sürücüsünə gəlincə, onu mən tanımadım. O da məni tanımadı. İstintaqa ifadə verən
sürücü ilə məhkəməyə gələn sürücü arasında o qədər fərq var idi ki, sonradan şəxsiyyət vəsiqəsinə
baxarkən onu hakimlər və prokuror da tanımadılar.
Beləcə, Ə.Həsənov mənim işimdəki üzəduranların hamısı ilə birə-bir əlaqədə olub və onların hamısını
şəxsən təlimatlandırıb. Çünki 311.3.3, 311.3.4 və sonradan əlavə olunan 311.3.2-ci maddələrində olan
"şahid"lərin hamısını PA-nın şöbə müdiri şəxsən tanıyır.
Bütün bu çətinliklərə baxmayaraq, siyasi hakimiyyət bunların da fakt olmadığını gördü. S.Tarverdiyev
Gəncənin icra başçısı E.Vəliyevin adından danışır, halbuki onunla "Xural"ın məhkəmə prosesi olub və
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Eləcə də A.Heydərovla məhkəmə çəkişməmiz olub və
A.Heydərov xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Neyləməli? Ə.Həsənov daha bir ittiham
uydurmalı idi. Bu da vergi oldu.
PA VERGIDƏN - 213.1-CI MADDƏDƏN MƏDƏT UMUR
Bu qədər yalançı şahidlərə baxmayaraq, Ə.Həsənov və istintaq yenə rahat ola bilmədi. Onların
sərəncamında kifayət qədər üzəduran var idi, amma mötəbər sübutları kifayət etmirdi. Hətta müstəntiqin
özünün mənə etirafına görə, ilk günlər təxminən 100 nəfərə qədər üzəduran siyahısı hazırlasalar da,
sonradan bu plandan imtina olunub. İstintaq 100-dən çox adamdan 1.500.000 - 2.000 000 manat pul
yükləmək istəyirmiş boynuma.
Bütün bu komplo teorilərinin alınmadığını görən hakimiyyət və onun diqtəsi ilə çalışan istintaq ənənəvi
susdurma metodundan istifadə edir: Vergi ilə çökdürmək! Onlara elə gəlir ki, vergi ilə bizi sıradan
çıxarmaq daha asan olacaq. 306.2, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrindən kar aşmayacağını bilə-
bilə, bilərək bu dəfə vergini işə salmağa qərar verdilər. 14.11.2011-ci ildə müstəntiq Qabil Qasımov
təqdimatla müraciət etdi və KQMİ-nin heç bir hüquqi ixtiyarı olmaya-olmaya məhkəmə tərəfindən vergi
yoxlaması təyin etdi. Bu isə istintaqı o qədər bərbad duruma saldı ki, işin içindən özləri də çıxa
bilmədilər. Əlli min saxtakarlıq edərək, min hoqqadan çıxaraq, guya ödəmədən yayınan 7.300 manata
yaxın məbləğ açkarladılar ki, bunu da müstəntiqin özünün dəvət etdiyi ekspert 4.000 manata qədər
endirdi. Müstəntiq hey "bu bizim yanlışımızdır" deyirdi...