83
Ya Rəb, kəmali-mərtəbeyi-Mustəfa həqi!
Sidqeyi səfayi-silsileyi-ənbiya həqi!
(6. səh.173).
Ərəbcə “mustəfa”-seçmə, seçilmiş, bəyənilmiş deməkdir.
İmam Əliyə verilmiş adlardan biridir (1. səh.219).Bu ada “Dədə
Qorqud” dastaninda da rast gəlinir. Lakin dastandakı Mustəfa sü-
jetlə əlaqəli surət deyil. Bu ad yalnız boyların sonunda Məhəm-
məd adının sinonimi kimi çəkilir:
Yığışdırsun, duruşdursun, günahlarını
Adı görklü Məhəmməd Mustafa yüzi suyuna
Bağışlasın, xanım, hey!...
(5. səh. 51).
Bu xeyir dua, şübhəsiz ki, qədim dastanın sonralar üzünü kö-
çürən katibin əlavəsidir. Belə ki, “Kitabi-Dədə Qorqud”dakı hadi-
sələrin baş verdiyi vaxtlarda onun qəhrəmanları Məhəmmədi,
Mustafanı hələ tanımırdılar.
Füzuli poemasındakı Mustəfa da dini ad kimi işlənmişdir.
Zeynəb. Füzuli poemasında Zeynəb antroponiminə də rast
gəlirik:
Olmuşdur əsir bir nigarə,
Büt ziybli Zeynəb adlı yarə.
(6. səh. 142)
Ərəbcə “zeynəb” – kök, dolğun; gözəl, yaraşıqlı, bəzənmiş de-
məkdir. Zeynəb Məhəmməd peygəmbərin (s.a.s.) sevimli qızının,
həmçinin əziz arvadlarından birinin adı olmuşdur (1. səh. 347).
Bu ad şərq aləmində geniş yayılıb. Ona Ərəbistandan başqa İran-
da da, Türkiyədə də, Əfqanıstanda da çox rast gəlmək olar.
Azərbaycan xalqının məişətində Zeynəb adından bu gün də
geniş şəkildə istifadə edilir.
Nəvai. Poemada Nəvai adı ilə də rastlaşırıq:
Olmuşdur Nəvaiyi-süxəndan
Mənzuri-şəhənşəhi-Xorasan. (6. səh. 32)
Füzuli burada özbək şairi Əlişir Nəvaini nəzərdə tutur. Dahi
özbək şairi və mütəfəkkiri Əlişir Nəvai (1441-1501) bir müddət
Sultan Hüseyn Bayqaranın vəziri olmuşdur. Nəvai öz qiymətli və
zəngin kitabxanasını xalqın istifadəsinə vermiş və bir sıra
84
məktəblər təsis etmişdir. Onun özbək dilində “Xəmsə”si, dörd
divanı və başqa əsərləri vardır. Ədəbi yaradıcılıqda Nizami ədəbi
məktəbinə mənsub olmuşdur.
Farsca “nəva+i”-avazlı, səsli, muğama məxsus, nəğməyə
məxsus; varlı, sərvətli deməkdir (1. səh. 235).
Nizami. Füzuli “Leyli və Məcnun” əsərində dahi Nizami
Gəncəvini ehtiramla yad edir:
Bulmuşdu səfayi-dil Nizami,
Şirvanşəhə düşüb girami.
(6. səh. 32);
Kim söylər idi ögüb kəlami,
Övsafi-Cəliliyü Nizami.
(6. səh. 40).
Nizami təxəllüs kimi XII əsr Azərbaycan şairi və mütəfəkkiri
İlyas Yusif oğlu Gəncəviyə aiddir. Sonradan sənətkarımıza olan
ehtiram və hörmət bu təxəllüsün şəxs adı kimi məişətimizdə geniş
yayılmasına səbəb olmuşdur.
Ərəbcə “nizam+i”-nizamlı, qayda-qanunlu; qayda-qanun yara-
dan, nizama salan deməkdir (1.səh. 238). Nizami təxəllüsü həm
də, “şeir, poeziya” bildirən “nəzm” ilə eyni kökdəndir. Dahi Niza-
mi Gəncəvi də şeir mülkünün sultanı, hökmranı, qayda qoyanı idi.
Bu gün də söz sultanı Nizami Gəncəvi bütün dünyada məşhurdur.
Bu adlardan başqa “Leyli və Məcnun” poemasında Məsih, İsa,
Füzuli, Nəmrud, Xəlil, Əbunüva, Harun, Musi, Ali, Osman,
Sultan Süleyman, Əhməd, Veys, Səlman, Zeyd, İbni Səlam, Xızır
və s. antroponimlər də işlənmişdir.
Poemada işlənmiş bəzi yer adlarının semantikası haqqında
məlumat verək:
Bağdad. “Leyli və Məcnun” poemasında Bağdad coğrafi adı
işlənir:
Ancaq deməzəm ki, xaki-Bağdad
Alayişi-nəzmdəndir azad.
(6. səh. 30).
Bağdad Ərəb İraqının ən böyük şəhərlərindəndir. Hazırda İraq
Ərəb Respublikasının paytaxtıdır. Dəclə çayının sahilində yerlə-
şir. Mühüm dəmir yol, şosse yolu və çay nəqliyyatı mərkəzidir.
Şəhərin əsası xəlifə Mənsur tərəfindən 762-ci ildə qoyulmuş və
85
Abbasilər xəlifələrinin paytaxtına çevrilmişdir. Orta əsrlər Şərqi-
nin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdur.
Bağdad sözünün lüğəti mənası – “Allahın hədiyyəsi”, “Allah
tərəfindən verilmiş” deməkdir.
Xorasan. Poemada rast gəlinən coğrafi adlardan biri də
Xorasandır:
Nə Hind, nə Fars, nə Xorasan,
Nə Rumü Əcəm, nə Şamü Şirvan (6. səh. 30).
Xorasan orta əsrlərə qədər Orta Asiyanın ən böyük ölkələrin-
dən biri olmuşdur. Iranın şimal-şərqində bir vilayətdir; imamlar-
dan Əli Rzanın qəbri bu vilayətin mərkəzi olan Məşhəd şəhərində
olduğundan, bura müsəlmanların ziyarətgahıdır.
Qədim İran dövlətləri, yəni Pişdadyan və Kəyamyan za-
manında əsl İran, Xorasan və onun ətrafından ibarət olmuş və
Bəlx şəhəri İranın paytaxtı imiş. Xorasan adı bu ölkəyə sonralar,
Sasanilər zamanında verilmişdir. Mənası qədim fars dilində
(pəhləvi dilində) “Günəş Yurdu”, yəni Şərq deməkdir.
Məkkə. “Leyli və Məcnun” əsərində Məkkə və Mədinə topo-
nimləri də işlənmişdir:
Əbr istehsalü bərq kinə,
Şahənşəhi – Məkkəvü Mədinə. (6. səh. 34)
Məkkə - Səudiyyə Ərəbistanında şəhərdir. Hicaz əyalətinin
inzibati və ticarət mərkəzidir. Ərəbistan yarımadasında ən qədim
şəhərlərdən biridir. Müsəlmanların baş ruhani mərkəzi və ziyarət
ocağıdır. Buraya hər il minlərlə insan ziyarətə gəlir. Toponimin
mənası ərəb dilində “şəhərlər anası” deməkdir.
Mədinə. Səudiyyə Ərəbistanında qədim şəhərlərdən biridir.
Lüğəti mənası şəhər deməkdir. Əvvəlki adı Yəsribdir. Məhəm-
məd (s.a.s.) peygəmbərin qəbri oradadır.
Bəsrə. Poemada Bəsrə toponiminə də rast gəlirik:
Əmrinə ərəb mütiü münqad,
Cəh Bəsrə məqamı, gah Bağdad. (6.səh. 44).
Bəsrə-İraq Ərəb Respublikasının cənub-şərqində, Şəttəl-ərəb
çayının sahilində yerləşir. Ölkənin ən böyük dəniz limanıdır.
Dostları ilə paylaş: |