93
Hakkari, Qars, Malatya, Muş, Tunceli, Van, Ərdahan və Iğdır
Şərqi Anadolu bölgəsinə daxil olan İllərdir.
Ağrı. Ağrı ili, yayda alpinistlik və təbiət gəzintiləri, qış möv-
sümündə isə xizək idmanı üçün əlverişli şəraitə malik əfsanəvi
dağı ilə Şərq Anadolu Bölgəsinin turizm mərkəzləri arasındadır.
Bingöl. Şərqi Anadolu Bölgəsinin Yuxarı Fırat hissəsində
yerləşmişdir. Adı əfsanələrə keçmiş bu bölgəyə Bingöl adını ver-
mişlər. Qalaları, xizək mərkəzi və üzən adası ilə diqqəti cəlb edən
bir ildir.
Bitlis. Şərqi Anadolu Bölgəsində iştirak edən Bitlis, cənub-
dan Siirt, qərbdən Muş, şimaldan Ağrı illəri və Şərqdən Van Gölü
ilə həmsərhəddir. Bitlis, Qalaları və Türk İslam əsərləriylə əhə-
miyyətli bir ildir.
Elazığ. Şərq Anadoluda tarixi Harput Qalasının olduğu təpə-
nin ətəyində qurulmuş bir şəhərdir. Mövcud tarixi qaynaqlara gö-
rə Harputun ən köhnə sakinləri B.e.ə. 2000-ci ildən etibarən Şərqı
Anadoluda yaşayan Hurrilərdir.
Ərzincan. Şərqi Anadolu bölgəsində Fıratın yuxarı hissəsin-
də yerləşən Ərzincan, Anadolunun ən qədim mədəniyyət mərkəz-
lərindən biridir. Ərzincan mədəni zənginliyi qədər təbii gözəllik-
ləri, coğrafiyası, mətbəxi və həyat imkanları ilə tam bir turizm
cənnətidir.
Ərzurum. Şərqi Anadolu Bölgəsinin ən böyük şəhəri olan
Ərzurum olduqca köhnə bir məskunlaşma vahididir. Palandöken
Dağı ətəklərində yerləşən bu şəhər son illərdə qış turizmi baxı-
mından böyük əhəmiyyət qazanmışdır.
Hakkari. Dərin və uzun Zap Vadisinin cənub yamacında yer-
ləşən və dörd bir tərəfi dağlarla əhatəli Hakkari Anadolunun ən
uzaq ellərindən biridir. Türkiyə xəritəsinin Cənub-Şərq küncündə
ən ucqar nöqtədə mövqe tutan və İran–İraq sərhəddindəki 343
km-lik. sərhəddi ilə Türkiyənin ən strateji İli olduğu deyilə bilər.
Qars. Qars Şərqi Anadolunun ən Şərqində Ermənistan sər-
həddində yerləşir və eyni zamanda iqlim səbəbindən də ən soyuq
illərindən biridir. Ancaq məkanın bu mənfiliyi İlin sənaye inkişa-
94
fında nisbətən mənfi təsir etsə də il turizm potensialı baxımından
bölgənin başlıca illərindən biridir.
Malatya. Şərqi Anadolu Bölgəsinin Yuxarı Fırat Hövzəsində
yerləşən Malatya ili, coğrafi mövqeyi, tarixi karvan yollarının -
məşhur Kral Yolu və İpək Yolu - üzərində olması və sahib olduğu
zəngin su qaynaqları səbəbi ilə, Neolit dövründən bu yana məs-
kunlaşmalara səhnə olmuşdur.
Muş. Təbii, tarixi və mədəni dəyərlər baxımından böyük bir
turizm potensialına sahib olan Muş, Şərqi Anadolunun Yuxarı
Murat-Van hissəsində, Çar Adası və Korni Adası arasındakı dü-
zənlikdədir.
Tunceli. Şərqi Anadolu Bölgəsinin Yuxarı Fırat hissəsində
yerləşən Tunceli İli, Şimalda və Qərbdə Munzur Dağları ilə
Qarasu çayı, Şərqdə Bingöl Dağları və Pəri Suyu, cənubda Keban
Baraj Gölü ilə əhatə olunur.
Van. Van və ətrafı, ərazi baxımından əhəmiyyətli bir mövqe-
yi olduğu üçün çox köhnə dövrlərdən bəri məskunlaşma ərazisi
olmuş, bir çox sivilizasiyanın izlərini özündə qoruyub saxlamış-
dır. Urartu mədəniyyətinə paytaxtlıq edən Van, bu günə qədər,
Hurrilər, Hititlər, Farslar, Medes, Səlcuqlular, Osmanlılar kimi bir
çox mədəniyyəti bağrında daşımışdır.
Ardahan. Türkiyənin Şərqi Anadolu Bölgəsindəki sərhəd İl-
lərindən olan Ardahan, sərhədləri içərisindəki Damalı Dağlarında
meydana çıxan Atatürk silueti ilə məşhurdur. Hər il iyun ayının
15-dən İyul ayının 15-ə qədər saat 18-dən etibarən Qaradağın
üzərində Atatürkün bu silüeti dəqiq olaraq təxminən 20 dəqiqə
izlənilməkdədir.
Iğdır. Türkiyənin Şərq sərhəddində yerləşən Iğdır, əfsanəvi
Ağrı Dağı ilə həmsərhəd olan bir ildir.
Orta əsrlərin nəhəng şair və mütəfəkkirlərindən biri də Mə-
həmməd Füzuli olmuşdur. Professor M.Yusifov Füzuli haqqında
yazır. “Füzuli əslən Azərbaycan bayatlarının nəslindəndir. Azər-
baycan məkanında doğulub. Lakin sonrakı hadisələr Füzuli ailəsi-
ni və digər başqa ailələri Azərbaycan məkanından uzaqlara
köçməyə məcbur etmişdir”(3.s.55) Füzulinin əsərlərində bugünkü
95
Azərbaycan dili ilə səsləşən o qədər aydın fikir və ifadələr, xalq
deyimləri vardır ki, bunları Azərbaycan mühitindən, Azərbaycan
məişətindən, Azərbaycan həyatından və azərbaycançılıq təfəkkü-
ründən ayrı təsəvvür etmək mümkün deyildir. Onun əsərləri öz
vətəninin hüdudlarından kənarda ərsəyə gəlmiş olsa da onların
ruhu Azərbaycanla bağlıdır. Ona görə də bu dil asanca başa düşü-
lə bilir. Buradakı sözlər, ifadələr, cümlələrin quruluşu bilavasitə
Azərbaycan mühitini xatırladır. Şairin dilində Azərbaycan məka-
nında işlədilən çoxlu dialektizmlərə də rast gəlmək olur. Şairin
dilində belə ifadələr öz məkanından kənarda işlədilsə də öz milli
və yerli xüsusiyyətlərini saxlamaqdadır. Buna görə də Füzuli ya-
radıcılığında, əsasən də türkcə qəzəllərində Azərbaycan dilinə aid
dialektizmlər çox zəngindir. Onun yaradıcılığı təkcə Azərbaycan
poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya
ədəbiyyatı üçün əhəmiyyətlidir. Füzulinin zəngin ədəbi və fəlsəfi
irsi olmuşdur. Üç qəzəl divanı, azərbaycan, fars və ərəb dillərində
qəzəl divanları olmuşdur.Bunların içərisində Azəri türkcəsində
yazdığı qəzəllərinin özünəməxsus xüsusiyyətləri vardır. Odur ki,
həm Məhəmməd Füzulinin Türkcə qəzəllərindəki dialektizmlər,
həm də Türkiyə türkcəsinin Şərqi Anadolu bölgəsindəki dialek-
tizmlərin yüksək əksəriyyətinin araşdırmalar nəticəsində eyni mə-
nada işləndiyi ortaya çıxmışdır. Bu formalaşmada müxtəlif tay-
faların eyni ərazilərdə bərabər yaşamaları mühüm rol oynamışdır.
Bəhs edilən ümumiliyi göstərmək üçün Türkiyə türkcəsinin Şərqi
Anadolu bölgəsinin dialektləri ilə Məhəmməd Füzulinin Türkcə
qəzəllərində işlədilən bəzi sözləri müqayisəyə cəlb edirik.
Degil. İnkarlıq bildirən ədat. Deyil ədatı Füzuli qəzəllərində
degil şeklinde işlenmişdir.
Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,
Degil bihudə olmaq yox ikən ərzü səma peyda.(1.s.40)
...Oldu bazari-cahan rövnəqi bir dürri-yetim
Ki, degil iki cahan hasili ol dürrə bəha. (1.s.41)
Bu ədat Şərqi Anadolu dilalektlərində də aşağıdakı şəkillərdə
işlənməkdədir.
Dostları ilə paylaş: |