96
Professor, Doktor Efrasiyap Gemalmas Ərzurum dialektində
bu ədatın
Tagol hissələrindən yarandığını və
değil. // de:l // deel //
degül // dewül // deyel // deyıl // deyil // deyül şəkillərində
işləndiyini qeyd edir.(6.s.74) Degil//değil. Artvin dialektində də
eyni mənada işlənməkdədir.
Sana. Füzulinin türkcə qəzəllərində sən əvəzliyi bir çox
hallarda sana şəklində işlənmişdir.
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir,insan deməz hər kim ki,insandır sana.(1.s.44)
Bu əvəzlik Şərqi Anadolunun bir çox dialektlərində, əsas da
Ərzurum dialektində də Füzuli qəzəllərində işləndiyi kimi tələffüz
olunmaqdadı. Sen (6.s.269), Sene (6.s.275) Bu əvəzlik müasir
Türk dili qrammatikasında Sana şəklində işlənməkdədir.
Derlər. Burada səsdüşümü hadisəsi baş vermişdir. Deyirlər//
derlər.
Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana. (1.s.44)
ŞAD-da: De//deey-deyir//dersin-deyirsən//deyler//deyirlər
şəklində işlənməkdədir. (6.s.73) Füzulinin türkcə qəzəllərinə
baxaq. Bu qəzəldə göz xəstəliyi mənasındadır.
Çeşmin mərizi oldu könül, lə’ldən əm et,
Rənci-xumarə düşdü, dəvadır şərab ona. (1.s.45)
ŞAD-da: Ərzurum dialektində Çeşme-su, bulaq. (6.s.64) Fars
dilindən tərcümədə. Çeşm-göz, Çeçmə-bulaq, mənalarını verir.
(2.s.100)
Gez. FTQ-də işlənərək fars dilindən tərcümədə bir gəz-bir
kərə, dəfə mənalarını vermişdir. (2.s.210)
Min can olaydı kaş məni-dilşikəstədə
Ta hər birilə bir gəz olaydım fəda sana. (1.s.55)
Bu söz Kars ili dialektində Tərəkəmələrin dilində işlənərək
dəfə, kərə mənalarını verir. (10.s.377) Bundan başqa onu da qeyd
edək ki, bir sira başqa türk dialektlərində bu söz çox zəngin bir lü-
ğət tərkibinə malikdir Məsələn: 1.Odlu silahlarda nişan almaq
97
üçün işarələnmiş yer, kərtik. 2.Taxta evlərdə qapı pərvazlarını bir-
birinə keçirmək üçün uclarına açılan dəlik. 3. Bel, keçid. 4.Kərpic
hörgülərdə iki kərpic arasındaki boşluq. 5.Qala bürcü. 6.Toxun-
maqda olan bez, kilim və başqa şeyləri gərgin saxlamağa yarayan
və toxunan tərəfə əyilən iki ucu sivri ağac: Gez qırıldı və s. 7.Kəl-
bətin. 8.Sıra dağların uzanıb gedən təpələri. 9.Boyunduruğun ara-
lıq yerlərində olan kərtiklər. 10.Dəmir kəsməyə yarayan alət.
11.Corab şişi.12.Bir yaşında keçi, oğlaq. 13. Divar daşları arasına
qoyulan suvağ.14. Ayaqyolu, yüznumara. 15.Toxumada istifadə
olunan bir cür iplik. 16.Göz 17.Seslənmə forması: 18.Çuxur.
Bundan başqa, Bir yaşında keçi, oğlaq mənasında olan Gerzem
//Gezem //Gezen //Gezezan //Gezezen //Gezyazma sözləri, Ayaq-
yolu, yüznumara mənalarında Gezinti, gezme sözləri də işlənir.
Bunca//munca. Bildiyimiz kimi
ca, cə qoşması sözə qoşula-
raq qədər mənasını verir. Bunca-bu qədər. Füzulinin qəzəllərində
də bu mənanı verir.
Ey Füzuli, nə murad oldu müyəssər bilmən,
Bunca kim, həsrəti-lə’lilə cigər xun etdin? (1.s.184)
Xurşid cəmalından ol ay saldı niqabın,
Sübh oldu,dur ey bəxt, nədir munca şəkərxab? (1.s.61)
Bu qoşma ŞAD-da da eyni mənaları verməkdədir. Ərzurum
dialektində bu qədər mənasını verir. Ərzurum dialektində bunun
başqa variantları və mənaları da vardır. Buncucah //Buncuğaz
//Bunculah – bu kadarcık, bu kadar çok. (6. s. 51)
Bundan başqa Bu kez mənasında: Bunca, Bunâl, Buncal,
Buncalı, Bundası şəkillərində də işlənə bilir.
Yazı/yazu. Bu söz Azərbaycan dilinin qrammatikasında yazı,
yəni yazı yazmaq və köhnəlmiş söz kimi düzənlik, ovalıq
mənalarını verir. Füzuli qəzəlindən gətirdiyimiz nümunədə də bu
ovalıq, düzənlik mənasını verir.
Sən üzündən aləmi rövşən qılıb saldın niqab,
Yazıya salsın bu gündən böylə nurin afitab.(1.s.66)
ŞAD-dan Ərzincan, Elazığ, Malatya və başqa dialektlərdə bu
söz, alın yazısı, yayla, dağ mənalarını verir. ŞAD-da Yazı yaban-
98
da qalmaq–Sahibsiz, kimsəsi olmamaq mənalı frazeoloji birləş-
mələr də vardır. ŞAD-dan Ərzincan və ətraf dialektlərində: Tarla-
ların yerləşdiyi geniş sahə, ərazi. (9.s.428) Elazığ və ətraf dialekt-
lərində: Kır–bağ evinin həyəti, bayır. (7.s.239) Malatya və ətraf
dialektlərində: Düzlük, ova (8.s.424) Biz yazıya gedirdih, qazma
qazırdıh. (8.s.247,5-21)
Ənbər. Balinanın ifrazatından alınan ətir, gözəl iy, xoş rayi-
hə. (2.s.165) Füzuli də burada qeyd etdiyim nümunədə torpağın
verdiyi gözəl ətirdən söhbət açır.
Əks ruyin suya salmış sayə, zülfün toprağa,
Ənbər etmiş toprağın adın, suyun ismin gülab.(1.s.66)
ŞAD-da, əsasən də Ərzurum dialektində də bu sözə rast
gəlinir və aşağıdakı kimi tələffüz olunur. Ember//anber, amber-
gözəl iy, qoxu.(6.s.95)
Əndəlib. Bu söz fars dilindən tərcümədə bülbül mənasını ve-
rir (2.s.166) və nümunədə də şair bülbülün qəfəsdə qalmasindan
söhbət açır.
Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr,
Gəl gör, ey gül, kim, giriftari-qəfəsdir əndəlib.(1.s.67)
Şərqi Anadolunun bir sıra dialektlərində bu söz oyun, hiylə,
qalmaqal, sərsəm, uydurma, yalan və başqa mənaları verməkdə-
dir.
Yürü. Gətirdiyimiz nümunədə bu söz yerimək, yürümək
mənalarını verir.
Yürü, yetir mənə, ey simi-əşk, bidad et,
Gər aqçan ilə alınmış qul isəm, azad et! (1.s.74)
ŞAD-da, əsasən də Ərzurum dialektində yürü //yürüş //yürüyş
//yerimə//
yürümə (6.s.345) şəklində rast gəlinir.
Əgər, əgərçi-fars dilindən tərcüməsi, buna baxmayaraq, hər
nə qədər olsa mənalarını verir. (2.s.148) Bu söz aşağıdakı nümu-
nədə şərt bildirən bağlayıcı olaraq özünü göstərir.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,
Əgərçi su bürudət kəsbini eylər həva görgəc. (1.s.86)