26
Qalanın aşağı və yuxarı hissələrinin müxtəlif dövrlərdə tikil-
məsi barədəki fikir istisna olmaqla, burada deyilən mülahizələrin
heç biri ilə razılaşmaq mümkün deyildir. Məsələn, kimmer-skif
tayfalarının Azərbaycan ərazisində olması faktı heç də onların
Bakı ərazisində də olması demək deyildir. Bunun üçün bu mülahi-
zəni təsdiq edən sübutlar lazımdır. Belə məlumatlar isə nə qədim
mənbələrdə, nə də elmi ədəbiyyatda vardır. Digər tərəfdən, əgər
Qız qalası atəşpərəstlik abidəsidirsə, onda bəs nəyə görə nə qala-
nın içərisində, nə də ətrafında atəşdən və atəşpərəstlik mərasimlə-
rindən heç bir əsər-əlamət görünmür. Nəhayət, hər bir dinə mən-
sub məbədlərin özünəməxsus memarlıq xüsusiyyətləri olur (məs-
cidlərdə, kilisələrdə olduğu kimi). Atəşpərəstlik məbədləri də hə-
mişə kvadrat formasında tikilir və onların içərisində atəşin yan-
ması üçün yer olur (XVIII əsrdə hind atəşpərəstləri tərəfindən inşa
edilmiş Suraxanı atəşgədəsində olduğu kimi). Qız qalası isə ko-
nusvari silindr formasında tikilmişdir.
Sasanilərin Albaniyada tikdikləri müdafiə sistemləri isə Dər-
bənddə idi (3,26), çünki Şimali Qafqazdan Albaniyaya yeganə ke-
çid buradan mümkün idi (Cənubi Qafqaza digər keçid yolu Qaf-
qaz dağlarının qərb hissəsindəki Dəryalda idi). Dənizin sahilində
bir qala tikməklə köçərilərin Albaniyaya və İrana hücumlarının
qarşısını almağın mümkünlüyünü düşünməyin özü gülücdür.
Bakının tarixi barədə ən sanballı monoqrafiyanın müəllifi
S.Aşurbəyli də Qız qalası barədə deyilən belə fikirlərin çoxuna
haqlı olaraq etiraz edir. O, yazır ki, qalanın aşağı hissədə 5, yuxarı
hissədə isə 4 metr eni olan divarlara malik olması faktının özü be-
lə ehtimalların çoxunu rədd edir, çünki “nə atəşpərəstlik məbədi,
nə daxma, nə də rəsədxana üçün belə enli və hündür divarlar
lazım deyildir” (13, 151). Bundan sonra o, əlavə edir: “Qala üzə-
rindəki kitabə XII əsrə aiddir... Dəniz tərəfindən düşmənin hücum
təhlükəsi Şirvanşahı dəniz sahilində müdafiə qalası tikməyə
məcbur etmişdir” (13, 151).
Qeyd etmək lazımdır ki, S.Aşurbəylidən əvvəl də bir çox mü-
təxəssislər həmin daş kitabəyə əsasən qalanın XII əsrdə tikildiyini
ehtimal etmişlər. Ancaq onlar düşünməmişlər ki, XII əsrdə mü-
27
səlmanlar tərəfindən tikilmiş istehkam tipli qala nəyə görə “Qız
qalası” adlandırılmalı idi. Qalanın divarındakı kitabədə deyilir:
“Qulleyi-Məsud ibn Davud” (“Məsud ibn Davudun qülləsi”). Bu
sözlər qalanın bayır tərəfində, 14 metr hündürlükdə, yəni girintili-
çıxıntılı hörgü sistemi ilə tikilən hissəsindədir. Qalanın 12 metrə-
dək olan hissəsində isə divarlar hamar şəkildə hörülmüşdür. Kita-
bədə mütəxəssisləri çaşdıran ərəbmənşəli “qüllə” sözü olmuşdur.
Məsələ burasındadır ki, ərəb və fars dillərində “qüllə” sözü yalnız
hər hansı bir hündür əşyanın və ya obyektin ən yuxarı hissəsini,
təpəsini bildirir (26, 2 c., s.2724). Azərbaycan dilində də bu söz
“dağın qülləsi” kimi ifadələrdə həmin mənasını saxlamışdır. An-
caq müasir Azərbaycan dilində bu söz “qala”, “vışka” mənası da
kəsb etmişdir. Mütəxəssislər də “qüllə” sözünü sonuncu mənada
başa düşərək, bütün qalanın Məsud ibn Davud tərəfindən tikilmə-
si qənaətinə gəlmiş və buna görə də qalanın tikilmə tarixini XII
əsrə aid etmişlər. Halbuki həmin kitabədə memar qalanın məhz
yuxarı, yəni girintili-çıxıntılı hissəsinin ona mənsub olduğunu
yazmışdır. Əgər o, bütün qalanın onun tərəfindən tikildiyini de-
mək istəsəydi, onda kitabədəki “qüllə” sözü əvəzinə yenə ərəb-
mənşəli “qəl’e” sözünü işlətməli idi.
Zaman kedikcə sözlərin öz mənasını və ya formasını dəyiş-
məsi adi haldır; dil də canlı orqanizm kimi daima inkişaf edir və
dəyişilir. Məsələn, fars dilində indi də “yolunu azan”, “pis yola
düşən” mənasını bildirən “gümrah” sözü Azərbaycan dilində
“sağlam”, “qıvraq” mənası almışdır.
Bəzi tədqiqatçılar isə belə hesab edirlər ki, “Məsud ibn Da-
vud” adı qalanın memarına yox, səlcuq Sultanı Davudun nəvəsinə
mənsubdur və həmin kitabə “Sultan Məsudun adının əbədiləşdi-
rilməsi məqsədilə yerləşdirilmişdir” (7, 176). Ancaq bu əsassız
iddia ilə də razılaşmaq mümkün deyildir; məlumdur ki, memarlar
tikdikləri abidələrin üzərində adətən öz adlarını yazırlar.
Ümumiyyətlə, qədim dövrlərə aid belə mürəkkəb məsələlərin
həllində gümandan çox tarixi, arxeoloji, coğrafi, linqvistik, mifo-
loji, etnoqrafik və s. mənbələrə əsaslanmaq və onların kəsişmə-
sində elə bir nəticəyə gəlmək lazımdır ki, bu nəticə məlum tarixi
28
faktlarla ziddiyyət təşkil etməsin. Ən başlıcası isə, məsələnin və
ya problemin düzgün qoyuluşuna nail olmaq lazımdır, çünki təd-
qiqatın düzgün istiqamətdə aparılması problemin həllinin ən azı
yarısı deməkdir.
Həm Qız qalasının, həm də Bakının mənşəyi ilə bağlı olan
dəqiq və konkret tarixi faktlar hunlarla bağlıdır.
Hunlar Altay dilləri ailəsinin parçalanmasından (e.ə. III minil-
likdə) sonra onların varislərindən biri kimi tarix səhnəsinə çıxan
(e.ə. I minilliyin əvvəllərində) ilk türkdilli etnos olmuşlar. Göy-
türk, qıpçaq, oğuz və s. qədim türk xalqları da hunların varisləri-
dir. Ancaq sonuncular da artıq tarix səhnəsindən çıxaraq, öz
yerlərini müasir türk xalqlarına vermişlər. Başqa sözlə, müasir
türk xalqları hunların “nəvələridir”. Məsələn, əgər obrazlı şəkildə
desək, azərbaycanlıların, türklərin, türkmənlərin və qaqauzların
ataları oğuzlar, babaları isə hunlardır.
E.ə. III – b.e. I əsrlərində Mərkəzi Asiyada hökmran rol oyna-
yan Hun imperiyası I əsrin ortalarında parçalandı. Onların bir his-
səsi Çin və Syanbi (qədim monqol) dövlətlərinə tabe olaraq Mər-
kəzi Asiyada qaldılar, digər bir hissəsi isə tədricən qərbə doğru
irəliləyərək, b.e. II əsrində Şimali Qafqaza çatdılar. 375-ci ilə qə-
dər onlar Don çayından Karpat dağlarına qədər olan əraziləri də
tutaraq, Roma imperiyası ilə yanaşı Avropanın ən güclü iki döv-
lətindən birinə çevrildilər. Avropadakı hun dövlətinin ən qüdrətli
dövrü isə V əsrə, Atillanın hakimiyyəti illərinə (434-453) təsadüf
edir. Atillanın ölümündən sonra Hun dövləti parçalansa da, ayrı-
ayrı hun tayfaları hələ uzun müddət Şimali Qafqazda öz nüfuzunu
saxlayırdılar.
Bunu da qeyd etmək lazımdır ki, hunların adı onların öz dilin-
də “ğun” olmuşdur. Ancaq nə “Çin”, nə də əksər Avropa dillərin-
də “ğ” səsi olmadığına görə onların adı Çin mənbələrində “xun”,
Avropa və Qafqaz mənbələrində isə “qun”, bəzən də “un” şəklin-
də yazılmışdır. Qədim türk dilində “h” və “x” səslərinin olmaması
faktı aydın şəkildə göstərir ki, biz də indi öz qədim əcdadlarımı-
zın adını təhrif olunmuş şəkildə (hun) işlədirik, halbuki bizim
dilimizdə “ğ” səsi indi də işlənməkdədir.
Dostları ilə paylaş: |