1
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN
PRAKTĠKUM
2
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN
PRAKTĠKUM
Dərs vəsaiti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27
fevral 2013-cü il tarixli 322 saylı əmri ilə dərs vəsaiti
kimi təsdiq edilmiş və çapa icazə verilmişdir
Bakı - 2014
3
Müəlliflər: Rzayev Rza İsa oğlu,
Fərzəliyev Vamik İmamverdi oğlu
Azərbaycan Dövlət Aqrar Universitetinin dosentləri,
biologiya elmləri üzrə fəlsəfə doktorları
Elmi redaktor: F.N.Nəsibov Biologiya elmləri doktoru
Rəy verənlər: M.M.Əliyev ADAU- nun professoru,
biologiya elmləri doktoru
B.F.İsgəndərov AETH - institutunun şöbə müdiri,
biologiya elmləri üzrə fəlsəfə doktoru
V.F.Məmmədova
Gəncə
Dövlət
Universitetinin
anatomiya, fiziologiya və zoologiya
kafedrasının müdiri biologiya elmləri
üzrə fəlsəfə doktoru, dosent
Z.S.Əliyev GDU - nin dosenti, biologiya elmləri üzrə
fəlsəfə doktoru
4
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev Heyvanların fiziologiyasından
praktikum (dərs vəsaiti).
Bakı-2014
Dərs vəsitində sаğlаm tоxumаnın xаssələri, fiziоlоji
funksiyаlаrın sinir-humоrаl tənzimi, qаn sistеmi, qаnın fiziki-
kimyəvi xаssələri, ürəyin fiziоlоgiyаsı, həzmin, tənəffüsün, sidik
əmələgəlmənin fiziоlоgiyаsı müxtəlif lаbоrаtоriyа işləri misаlındа
gеniş şərh еdilmişdir.
Dərs vəsaiti baytarlıq, zootexniya, əczaçılıq, balıqçılıq, bio-
logiya ixtisasları üzrə ali təhsilin bakalavr və magistratura pillə-
sində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Dərs vəsai-
tindən həmçinin doktorantlar, elmi işçilər, praktik baytar həkim-
ləri, zootexniklər, əczaçılar, bioloqlar, ixtioloqlar, heyvandarlıq
sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.
5
GIRIġ
Fiziologiya- insan və heyvan orqanizminin hüceyrə, toxuma,
orqan və sistemlərinin funksiyasını, onların bir-biri ilə, eləcə də
orqanizmin xarici mühitlə qarşılıqlı əlaqəsini, fizioloji proseslərin
səbəbini və tənzimi mexanizmini öyrənir.
Fiziologiya yunan sözü olub, Phusis – təbiət, loqos – еlm,
təlim deməkdir. Hər bir elm metodlarının nailiyyətindən asılı
olaraq inkişaf edir. Müasir dövrdə fiziologiyanın inkişafı onun
qarşısında orqanizmin quruluş və funksiyalarının əsas qanuna-
uyğunluqlarının mexanizmini, vəziyyətini molekula, subhüceyrə,
toxuma, üzv, üzvlər sistemi və tam orqanizm səviyyəsində
analitik-sintetik üsullarla öyrənilməsini qoyur.
Həkim xəstəni müayinə edir, pozulmuş fizioloji funksiyaların
dərəcəsini təyin edir, həmin funksiyaları normaya qaytarmağı
qarşısına məqsəd qoyur.
Hazırda suni böyrək (hemodializ üçün), süni ürək, süni qan
dövranı, süni tənəffüs (ən çox cərrahi əməliyyatlar zamanı istifadə
olunur) aparatları hazırlanıb və onlardan geniş istifadə olunur.
Bioloji membranın funksiyası haqqında elm – membrano-
logiya adlanır və həmin elm fiziologiyanın əsas sahələrindən
birinə çevrilib. Fiziologiya və texnika elmlərinin nailiyyətləri
sayəsində yeni elm - bionika elmi yaradılıb.
Fiziologiya tibbin və baytarlığın nəzəri əsasını təşkil edir,
sağlam orqanizmin və onun hissələrinin həyat prosesslərini
öyrənir. Insan və heyvan fiziologiyası bioloji elmdir. Onun əsas
metodu eksprementdir. Deməli, fiziologiya - ekspremental elmdir.
Fizioloji tədqiqatlar klinik diaqnostikanın, müalicə meto-
dunun effektliyinin qiymətləndirilməsinin və proqnozunun əsasını
təşkil edir.
Müasir dövrdə fiziologiyanın əsas sahələrindən olan idman
fiziologiyası, aviasiya fiziologiyası, kosmik fiziologiya, kosmetik
fiziologiya, hərbi əmək fiziologiyası, ekoloji fiziologiya, qidalan-
manın fiziologiyası, əmək fiziologiyası, təkamül fiziologiyası, yaş
6
fiziologiyası sahəsində dəyərli elmi-tədqiqat işləri aparılır və
alınmış müsbət nəticələr geniş istifadə olunur.
Оrqanizm –xarici mühitin təsirlərinə cavab verən, müstəqil
mövcud olan, vahid mürəkkəb sistemdir. Orqanizim daim xarici
mühit ilə qarşılıqlı əlaqədə olur. Bu baxımdan xarici mühit
orqanizmin varlığını təmin edir.
I.M.Seçenov və U.P.Pavlov orqanizmin xarici mühit ilə
qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət vermişlər.
I.M.Seçenov qeyd etmişdir ki, «orqanizm onun varlığını
təmin edən xarici mühitsiz yaşaya bilməz, ona görə də orqanizmin
elmi tərifinə ona təsir edən xarici mühit də əlavə edilməlidir».
Fiziologiya orqanizmin funksiyalarına yaşın, cinsin, məhsul-
darlığın, eləcə də saxlama texnologiyasının və istismarının təsirini
öyrənir. Fiziologiya biologiya elminin əsas sahələrindən biridir və
onun son naliyyətlərindən biologiyada, tibbdə, baytarlıqda,
əczaçılıqda geniş istifadə olunur.
Göstərilənlərə əsasən, gələcəkdə baytar həkimi, bioloq, ixtio-
loq, zootexnik və əczaçı olan tələbələr kənd təsərrüfatı heyvan-
larının fiziologiyasını dərindən öyrənməlidirlər.
Heyvanların fiziologiyasını öyrənərkən tələbələr fiziologiya-
nın əsasını təşkil edən anatomiyanı, histologiyanı, zoologiyanı,
bioloji kimyanı, fizikanı, kimyanı yaxşı bilməlidirlər. Belə ki,
orqanizmin quruluşunu və onda gedən fiziki, kimyəvi prosesləri
bilmədən həmin orqanizmin funksiyalarını öyrənmək və dərk
etmək qeyri-mümkündür.
Ümumiyyətlə, fiziologiya baytarlıq və zootexniklik ixtisası-
nın əsasını təşkil edir. Оna görə fiziologiya ərzaq proqramının
həyata keçirilməsində, heyvandarlığın inkişafına dair dövlət tərə-
findən qarşıya qoyulan mürəkkəb qərarları həll etməyə layiq olan
baytar həkimlərinin, zootexniklərin və əczaçıların, ixtioloqların və
bioloqların ümumi bioloji hazırlığında əsas yer tutur.
Hər bir baytar həkimi, zootexnik və əczaçı orqanizmdə gedən
fizioloji prosesləri dərindən bilməlidir.
Dostları ilə paylaş: |