-
təsərrüfat subyekti və onun bölmələrinin maliyyə
fəaliyyətini təmin etmək;
-
malgöndərənlər, alıcılar və s. ilə hesablaşmaları
həyata keçirmək;
-
müxtəlif növ risklərdən sığortalanmanı həyata
keçirmək;
-
maliyyə sferasında mühasibat və statistik uçotun
apanimasını həyata keçirmək, müəssisə üzrə mühasibat
balansını tərtib etmək;
-
təsərrüfat subyekti və onun bölmələrinin maliyyə
fəaliyyətini təhlil edib qiymətləndirmək.
Müəssisənin maliyyə fəaliyyətinin idarə edilməsində
əsas fiqur kimi təbii ki, maliyyə meneceri çıxış edir. Maliyyə
menecerinin fəaliyyəti onun vəzifə təlimatına görə
reqlamentləşdirilir. Maliyyə meneceri, adətən, muzdlu işçi
olub, müqavilə əsasında işə cəlb edilir. Lakin o, müəssisənin
maliyyə nəticələrinə görə maraqlıdır. Ona görə də maliyyə
meneceri yalnız əmək haqqı almır, həm də mənfəətdən faiz
alır, maliyyə meneceri ilk növbədə yüksək peşə biliklərinə,
təşkilati qabiliyyətə və insanlar arasında ünsiyyət yaratmaq
məharətinə malik olmalıdır. O eyni zamanda yalnız sırf
maliyyə məsələlərini peşəkarlıqla araşdırmağı deyil, həm də
mikro- və makroiqtisadi məsələləri aydınlaşdırmağı, iqtisadi
nəzəriyyə, dövlətin iqtisadi siyasəti məsələlərini araşdırmağı
bacarmalıdır.
19
II.
MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN
QİYİMƏTLƏNDİRİLMƏSİ VƏ OPTİMAL
QƏRARLARIN SEÇİLMƏSİ
2.1.
Mövzunun nəzəri-metodoloji əsasları
Ödəmə qabiliyyəti müəssisənin öz borc öhdəliklərini
vaxtaşırı ödəmək üçün zəruri səviyyədə maliyyə
imkanlarının olmasını əks etdirir. Belə bir imkan son
nəticədə müəssisənin kifayət qədər vəsaitlərinin olması ilə
şərtlənir.
Maliyyə və pul axınlannm hərəkəti, adətən, paralel baş
verir. Burada maliyyə və pul axınlan arasındakı sərhəd
haqqında təsəvvürə malik olmaq lazımdır. Müəssisənin
fəaliyyəti prosesində pul vəsaitləri əmək haqqının
ödənilməsi və digər cari xərclər üçün istifadə edilir. Məlum
olduğu kimi, məhsulun satışı zamanı müəssisə öz alıcılarına
həmin məhsulu kredit kimi verir. Əgər məhsul nağd pulla
satılarsa, pul vəsaitlərinin axını həmişə mövcud olur.
İstehsal və satışın müəyyən səviyyəsi zamanı şəxsi və borc
kapitalın zəruri həcmini əldə etmək üçün müəyyən maliyyə
mənbələrinə malik olmaq lazımdır. Müəssisənin malik
olduğu kapital aşağıdakıların həyata keçirilməsi üçün kifayət
etməlidir:
a)
müəssisənin fəaliyyətinin fasiləsizliyinin təmin
edilməsi məqsədi ilə xammal ehtiyatlannm və bitməmiş
istehsalın yaradılması;
20
b)
sabit satışı təmin etmək məqsədi ilə hazır məhsul
ehtiyatlannm kifayətedici səviyyəsini əldə etmək;
c)
müəssisənin alıcılara məhsulu kredit formasında
vermək imkanları.
Bunlarla yanaşı müəssisə cari öhdəliklərin ödənilməsi
üçün həmişə müəyyən pul vəsaitlərinə də malik olmalıdır.
Müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
nisbi kəmiyyət olan ödəmə qabiliyyəti əmsalının köməyi ilə
apanlır. Bu göstərici müəssisənin borclannm dövriyyə
aktivinin bu və ya digər elementləri hesabına ödənilmə
imkanını xarakterizə edir. Aşağıdakı cədvəldə müəssisənin
balans məlumatlan əsasında ödəmə qabiliyyəti əmsalının
hesablanması metodikası verilmişdir (Cədvəl 2.1).
Mütləq pula çevrilə bilmə əmsalı qısamüddətli
borclann hansı hissəsinin dövriyyə aktivləri, yəni pul
vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları hesabına
ödənilməsini xarakterizə edir. Müəssisənin aktivinin pula
çevrilə bilmə qabiliyyəti onun daha tez pula çevrilmə
imkanlannı göstərir. Ödəmənin aralıq əmsalı müəssisənin
qısamüddətli borclannm hansı hissəsinin pul vəsaitləri və
qısamüddətli maliyyə qoyuluşu, habelə debitor bordan
hesabına ödənilməsini göstərir. Ödəmənin ümumi əmsalı isə
göstərir ki, müəssisənin dövriyyə aktivləri onun borclanm nə
dərəcədə qabaqlayır. Müəssisənin normal fəaliyyəti zamanı
bu əmsal vahiddən yüksək olmalıdır.
21
Cədvəl 2.1
Ödəmə qabiliyyəti əmsallannm hesablanması
G ö s t ə r i c i l ə r
Ölçü vahidi
Təhlil edilən
dövrün
əvvəlinə
sonuna
1
2
3
4
1.
İlkin məlumatlar
1.
Dövriyyə aktivləri, onlardan:
min man.
4299
5901
U.
Ehtiyatlar
828
1155
1.2.
İl ərzində ödənilmə müddətinə görə
debitor borcları
11
3232
4500
1.3.
Pul vəsaitləri və qısamüddətli maliyyə
qoyuluşları
11
122
84
1.4.
Gələcək dövrün xərcləri
32
190
2.
Müəssisənin qısamüddətli borcları
11
1787
1363
3.
Şəxsi dövriyyə kapitalı:
3.1.
Kapital və ehtiyatlar arasındakı fərq
1193
2540
3.2.
Uzunmüddətli passivlər və şəxsi mənbələr
uçota alınmaqla
2512
4537
II.
ödəmə qabiliyyəti əmsalı
4.
Mütləq pula çevrilə bilmə əmsalı Ijsət. 1.3
: sət.21
0,068
0,061
5.
Ödəmənin aralıq əmsalı rsət.(1.2+L3) :
sət.2I
1,876
3,364
6.
ödəmənin ümumi əmsalı [sət.(l.-1.4) :
sət.21
2,388
4,189
7.
Cari pula çevrilə bilmə əmsalı [sət.l :
sət.2]
2,405
4,328
8.
Şəxsi vəsaitlərlə təmin olunma əmsalı
[sət.3.1 : sət.l]
0,277
0,430
Dövriyyə aktivlərinin dövretmə sürətindən asılı
olaraq göstərilən əmsalların normal səviyyəsi aşağıdakı kimi
qəbul edilir. Mütləq pula çevrilə bilmə əmsalı - 0,l-f-0,2;
ödəmənin aralıq əmsalı 0,7^0,8; ödəmənin ümumi əmsalı -
l,5-?-3,0.
22
Dostları ilə paylaş: |