~ 74 ~
,
burada: x – pektin maddələrinin miqdarı, %-lə;
0,9235 – kalsium pektatın
pektin turşusuna çevirmə
əmsalı;
a – kalsium
pektat çöküntüsünün kütləsi, q;
20 – təyin edilən nəticənin 100 q-a çevirmə əmsalı.
Pektin maddələrinin ümumi miqdarı təyin edildikdə, başqa
sözlə, işçi məhlulun 500 ml ümumi həcmində sonuncu əmsal
fərqli - yəni 40 olur.
2.9.
Sellülozanın miqdarının tə
yini
Meyvə və tərəvəzlərin insan orqanizmi tərəfindən həzm olun-
mayan əsas hissəsi sellülozadır. Onlar qida dəyərinə malik olmasa
da, həzm orqanlarının normal işini tənzimləyir, onunla meyvə və
tərəvəzlərin mexaniki zədələrə davamlığı müəyyən olunur.
Sellülozanın təyini bütün digər üzvi maddələrin qatılaşdırılmış
nitrat turşusu ilə sirkə və üç xlor sirkə turşusu qarışığı ilə parça-
lanmasına əsaslanır.
İşin gedişi. Təyin etmək üçün 1 mq-a qədər dəqiqlikdə 5 q ma-
terial (əvvəlcədən daimi kütləyədək qurudulmuş) götürülür. Götü-
rülən çəki tutumu 300 ml-ə yaxın olan konusvari kolbaya keçiri-
lir, 100 ml turşu qarışığı əlavə olunur. Sonuncu sellülozadan baş-
qa bütün maddələri parçalayır. Kolba vertikal su hamamı ilə bir-
ləşdirilir (diyircəkli). Kolbanın soyuducu ilə birləşdirilməsi her-
metik şəkildə yerinə yetirilir. Lakin bunun üçün rezin tıxacdan
istifadə olunmalıdır. Kolba ehtiyatla qaynayana qədər qızdırılır və
30 dəqiqə qaynadılır.
Sonra kolbaya çox olmayan miqdarda qaynar destillə su, 0,3 q
dəqiq çəkilmiş quru asbest salınır. Asbestlə çalxalandıqdan sonra
kolbadakı kütlə çəkisi məlum olan məsaməli dibli farfor tigeldən
çökdürülməklə süzülür (tigelin diametri 3 sm, hündürülüyü 6 sm,
məsamənin diametri 90-150 mkm). Çökdürülməklə süzmək üçün
qurğu nasosdan, Bunzen kolbasından və tigeldən ibarətdir.