Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

~ 72 ~ 
0,004157 q fenol maddələrini oksidləşdirir). 
Reaktivlərin  hazırlanması.  0,1N  KMnO
4
  məhlulu  -  3,2  q 
KMnO
4
 1 litr qaynar suda həll edilir. Titr təqribən 2 həftədən son-
ra təyin edilir. Həmin müddətdə məhluldakı qarışıqların (ammon-
yak, üzvi birləşmələr və s.) 0,1N quzuqulağı turşusu ilə oksidləş-
məsi baş verir.  
Quzuqulağı turşusu məhlulu dəqiq çəkidə kimyəvi təmiz quru-
dulmuş  reaktivin  (1  litrə  6,302  q)  həll  edilməsi  ilə  hazırlanır. 
Reaksiya turş mühitdə qızdırılmaqla gedir. Hazır məhlul tünd şü-
şə altında xüsusi qablarda saxlanır. 
0,1%-li  indiqokarmin  məhlulu.  1  qram  reaktiv  kimyəvi  stə-
kanda  25  ml  qatı  sulfat  turşusunda  həll  edilir, 1  litr  tutumlu ölçü 
kolbasına keçirilir (kolbaya əvvəlcədən təqribən 0,5 l su tökülür). 
Turşunun yeni miqdarı (25 ml) kimyəvi stəkanda qalan indiqokar-
min  hissəciklərini  həll  etmək  üçün  istifadə  olunur  və  alınan 
məhlul  ölçü  kolbasına  keçirilir.  Kolbadakı  kütlənin  həcmi  ölçü 
xəttinə çatdırılır. 
   
2.8. Pektin madd
ə
l
ərinin miqdarının tə
yini 
Təzə  və  emal  olunmuş  meyvə  və  giləmeyvələrdə  pektin  mad-
dələri  həm  texnoloji,  həm  də  bəzi  məhsullara  (marmelad,  cem, 
povidlo,  jele)  jeleşəkilli  sıxlıq  verməsi  baxımından  əhəmiyyətli-
dir.  Şirə  və  şərabın  durulması  pektin  maddələri  ilə  əlaqədardır. 
Yığımdan sonrakı yetişmə dövründə bir sıra meyvə və tərəvəzlər-
də  protopektinin  həll  olan  pektinə  çevrilməsi  məhsulun  yumşal-
ması ilə nəticələnən səciyyəvi dəyişikliklə müşahidə olunur. Ona 
görə də onların miqdarı baxımından təyini elm və istehsalat üçün 
əhəmiyyət kəsb edir. 
İşin  prinsipi.  Pektin  turşusunun  kalsium  duzu  şəklində  (kal-
sium  pektat)  çökdürülməsinə  (əgər  lazım  gələrsə  protopektinin 
hidrolizindən  sonra)  və  onun  miqdarının  kütləyə  görə  hesablan-
masına əsaslanır. 
İşin gedişi. Meyvə yaxud tərəvəzlərdən 25 q çəki götürülərək 
kvars  yaxud  şüşə  qumu  ilə  həvəngdə  bircinsli  kütlə  alınanadək 
əzirlər. Onu təyin etməyə əngəl yaradan şəkərlərdən spirtlə üçqat 


~ 73 ~ 
çalmaqla azad edirlər (əvvəlcə 95%-li, sonra iki dəfə 80%-li spirt-
lə).  Çöküntü  asetonla  yuyulur  və  təqribən  100  ml  isti  su  ilə  (40-
45
0
C) konusvari kolbada çalınır və 30 dəqiqə saxlanır. Bu və ya 
digər növ məhsulun kütləvi təhlilində spirtlə işlənmə buraxıla bi-
lir. Sonra çöküntü və ekstrakt kağız filtrdən keçirilir, məhlul tutu-
mu 25 ml olan kolbaya yığılır. Filtrdəki çöküntü destillə edilmiş 
su ilə yuyulduqdan sonra kolbadakı həcm ölçüyə çatdırılır. Həmin 
materialda suda həll olan pektinin miqdarı təyin olunur. 
Protopektin  də  daxil  olmaqla  pektin  maddələrinin  miqdarını 
təyin  etmək üçün hidroliz aparılır. Çöküntü  filtrlə  konusvari kol-
baya keçirilir, 50 ml 0,3 N xlorid turşusu ilə çalınır və qaynayan 
su hamamında 30 dəqiqə qızdırılır. Bu zaman alınan ekstrakt ka-
ğız filtrdən keçməklə 500 ml-lik kolbaya keçirilir, çöküntü filtrdə 
qaynar destillə suyu ilə yuyulur. Filtr çöküntü ilə kolbaya keçiri-
lir, üzərinə 50 ml 1%-li amonnium sitrat əlavə olunur və 30 dəqi-
qə  qızdırılır.  Alınan  ekstrakt  filtrdən  həmin  500  ml-lik  kolbaya 
keçirilir,  isti  su  ilə  yuyulur,  soyudulur  və  ölçüyə  çatdırılır.  Belə-
liklə  də  pektin  maddələrinin  ümumi  miqdarını  təyin  etmək  üçün 
işçi məhlul hazırlanır. 
Pektin  maddələrinin  təyini  aşağıdakı  ardıcıllıqla  yerinə  yetiri-
lir. 50 ml işçi məhlula 50 ml 0,4%-li natrium hidroksid məhlulu 
əlavə olunaraq bir gecə saxlanır. Sonrakı gün üzərinə 50 ml 1 N 
sirkə turşusu əlavə olunaraq, 50 ml 11,1%-li kalsium xlorid əlavə 
etməklə pektin çökdürülür. 
Kalsium pektin çöküntüsü daimi kütləsi alınana qədər qurudul-
muş filtrdən keçirilməklə süzülür, 0,5%-li kalsium xlorid məhlulu 
və əvvəlcə soyuq, sonra isti destillə edilmiş su ilə yuyulur. 
Filtr  çöküntü  ilə  büksə  qoyulur  və  100-105
0
C  temperaturda 
daimi kütləyə qədər qurudulur. 
Kalsium pektat çöküntü kütləsi (filtrin çöküntü ilə kütləsindən 
filtrin  kütləsini  çıxmaqla)  0,3  qramı  keçməməlidir.  Kalsium 
pektatı  pektin  turşusuna  keçirmək  üçün  həmin  ədəd  0,9235-ə 
vurulur. Təyin etmək üçün götürülən 25 q çəkidə və 25 ml ümumi 
həcmdən  götürülən  50  ml  işçi  məhlulda  suda  həll  olan  pektin 
maddələrinin miqdarı formulla hesablanır: 


~ 74 ~ 
 
                 , 
 
burada: x – pektin maddələrinin miqdarı, %-lə; 
0,9235 – kalsium pektatın pektin turşusuna çevirmə  
əmsalı; 
   
a – kalsium pektat çöküntüsünün kütləsi, q; 
20 – təyin edilən nəticənin 100 q-a çevirmə əmsalı. 
Pektin  maddələrinin  ümumi  miqdarı  təyin  edildikdə,  başqa 
sözlə,  işçi  məhlulun  500  ml  ümumi  həcmində  sonuncu  əmsal 
fərqli - yəni 40 olur. 
 
2.9. 
Sellülozanın miqdarının tə
yini 
Meyvə  və  tərəvəzlərin  insan  orqanizmi  tərəfindən  həzm  olun-
mayan əsas hissəsi sellülozadır. Onlar qida dəyərinə malik olmasa 
da, həzm orqanlarının normal işini tənzimləyir, onunla meyvə və 
tərəvəzlərin mexaniki zədələrə davamlığı müəyyən olunur. 
Sellülozanın təyini bütün digər üzvi maddələrin qatılaşdırılmış 
nitrat turşusu ilə sirkə və üç xlor sirkə turşusu qarışığı ilə parça-
lanmasına əsaslanır. 
İşin gedişi. Təyin etmək üçün 1 mq-a qədər dəqiqlikdə 5 q ma-
terial (əvvəlcədən daimi kütləyədək qurudulmuş) götürülür. Götü-
rülən çəki tutumu 300 ml-ə yaxın olan konusvari kolbaya keçiri-
lir, 100 ml turşu qarışığı əlavə olunur. Sonuncu sellülozadan baş-
qa bütün maddələri parçalayır. Kolba vertikal su hamamı ilə bir-
ləşdirilir  (diyircəkli).  Kolbanın  soyuducu  ilə  birləşdirilməsi  her-
metik  şəkildə  yerinə  yetirilir.  Lakin  bunun  üçün  rezin  tıxacdan 
istifadə olunmalıdır. Kolba ehtiyatla qaynayana qədər qızdırılır və 
30 dəqiqə qaynadılır. 
Sonra kolbaya çox olmayan miqdarda qaynar destillə su, 0,3 q 
dəqiq çəkilmiş quru asbest salınır. Asbestlə çalxalandıqdan sonra 
kolbadakı kütlə çəkisi məlum olan məsaməli dibli farfor tigeldən 
çökdürülməklə süzülür (tigelin diametri 3 sm, hündürülüyü 6 sm, 
məsamənin diametri 90-150 mkm). Çökdürülməklə süzmək üçün 
qurğu nasosdan, Bunzen kolbasından və tigeldən ibarətdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə