Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

~ 96 ~ 
2.15.4. Dairəvi şkalalı yarımkölgəli polyarimerin köməyi ilə 
şəkərdə saxarozanın miqdarının təyini 
Şəkərdə  sararoza müxtəlif üsullarla təyin oluna bilər, ancaq ən 
tez  başa  gələn,  kifayət  qədər  dəqiq  və  geniş  yayılmış  üsul 
polyrimetriyadır. 
Çini fincanda 0,001 q şəkər çəkilib  (rafinad şəkər əvvəlcədən 
həvəngdəstədə  xırdalanır)  qıfın  köməyi  ilə  itkisiz  100  ml-lik 
ölçülü  kolbaya  keçirilir.  Fincanda  və  ya  qıfda  qalmış  şəkər 
destillə suyunda (80 ml) həll edilir. Daxilində şəkər məhlulu olan 
kolba cizgi  yerinə kimi  destillə suyu ilə doldurulub, temperaturu 
20
0
C  olan  su  hamamında  30  dəq  saxlanır.  Kolbanı  hamamdan 
çıxarmadan  cizgi  yerinə  kimi  bir  neçə  damla  destillə  suyu  ilə 
dəqiq  doldurulur.  Kolbadakı  məhlul  yaxşı  çalxalanıb,  qəfrəli 
kağız filtrdən quru kolbaya süzülür. Bu zaman suyun buxarlanma-
sı  və  məhlulun  konsentrasiyasının  dəyişməməsi  üçün  qıfın  ağzı 
saat şüşəsi ilə örtülür. Filtratın ilk miqdarı (bulanıq təhər) atılır.  
Uzunluğu  200  mm  olan  (su  ilə  soyudulmaq  üçün  futlyar) 
polyarimetrik qəlyan filtratla iki dəfə yaxalanır. Məhlul tökülmüş 
qəlyan  cihaza  yerləşdirilir  və  20
0
±0,1
0
C  temperaturu  olan  TS-75 
(və ya başqa tip) termostata qoyulur. 
15-20  dəq  keşdikdən  sonra  polyarimetrik  qəlyanda  məhlulun 
temperaturu  20
0
C  çatdıqda  filtrat  polyarizə  olunur.  Analizatorun 
vintini hərəkət etdirməklə baxılan sahənin bərabər dərəcələr şka-
lası üzrə hesablama aparılır. Nəticə beş təhlildən orta hesabı qay-
dada hesablanır.  
Bir  qayda  olaraq  nizamlanmış  cihazda  bütün  görünən  sahədə 
bərabər işıqlıq əsas və nonius şkalasında sıfır bölgülərinin uyğun 
bölünməsinə  səbəb  olur.  Əks  halda  düzəliş  edilir  və  ya  xüsusi 
açarın köməyi ilə cihaz nizamlanır. 
Polyarizasiya  səthinin  (müstəvisinin)  fırlanma  bucağını  bil-
məklə, əvvəlcə məhlulda aşağıdakı düstur üzrə saxarozanın qatılı-
ğı  hesablanır.  
 
   
     
    
  
 

 


~ 97 ~ 
Burada: C - 100 ml məhlulda şəkərin qatılığıdır, q-la; 
   
a – polyarimerin dairəvi şkalası üzrə (beş təhlildən orta)  
hesablama, dərəcə ilə
  
L – polyarizə qəlyanının  uzunluğu, dm-lə; 
   
  
  - polyarizə səthinin saxaroza üçün +66,5
0
 bərabər  
olan xüsusi fırlanma bucağı. 
Bundan  sonra  şəkərdə  quru  maddəyə  görə  saxarozanın  (X) 
miqdarı hesablanır. 
 
   
         
         

 
Burada: C – 100 ml məhlulda şəkərin qramla konsentrasiyası; 
 
  g - təhlil üçün götürülən şəkərin miqdarı, q-la;  
 
 W - şəkərin nəmliyi, %lə. 
 
 
2.15.5. Saxarometrin köməyi ilə şəkərdə saxarozanın təyini 
(standart üsul, DÖST 12571-67)  
Ləvazimatlar.  Saxarometr,  termostat  (TC-15),  termometr, 
ölçülü kolba, ağzı çıxıntılı fincan, qıf. 
İşin  gedişi.  Təhlil  üçün  şəkər  məhlulu  əvvəlki  işdə  olduğu 
kimi hazırlanır, lakin təhlil üçün normal hesab olunan miqdarda – 
26  q  şəkər  götürülür.  20
0
C-də  kalibrləşdirilmiş  100  ml-lik  ölçü 
kolbası  üçün  yol  verilən  xəta  ±0,05  ml-dən  çox  olmamalıdır. 
Şəkər məhlulunun polyarizəsi əvvəlki işdə olduğu kimi uzunluğu 
200  mm  (normal)  olan  qəlyan  vasitəsilə  aparılır  Əgər  uzunluğu 
100 mm (yarımnormal) olan qəlyandan istifadə olunarsa, cihazın 
göstəricisi 2-yə vurulur, 400 ml-lik qəlyandan istifadə etdikdə isə 
nəticə 2-yə bölünür.  
Şkalanın hər bölgüsü (1
0
) 100 ml məhlulda 0,25 q və ya təhlil 
olunan şəkərdə 1% saxaroza miqdarına müvafiqdir. Əgər 100 ml 
məhlulda  26  q  kimyəvi  təmiz  saxaroza  olarsa  və  təhlil  20
0

temperaturda  200  ml-lik  qəlyanda  istifadə  edilməklə  aparılarsa, 
saxarometr  100  şkala  bölgüsü  göstərəcəkdir.  Bilavasitə  saxaro-


~ 98 ~ 
metrin  (normal  qəlyanda)  şkalasında  alınmış  rəqəm  götürülmüş 
şəkər kütləsində saxarozanın faizlə miqdarını verir.  
Işin  nəticəsi  beş  təhlildən  alınmış  rəqəmlərin  orta  qiymətinə 
görə 0,01% dəqiqliklə təyin olunur. 
Saxarometrin göstəricisinin düzgünlüyünü yoxlamaq üçün pol-
yarizədən əvvəl cihaza əlavə olunmuş nəzarət kvars plastikasının 
köməyi ilə cihazda 100 nöqtəsi yoxlanılmalıdır. 
Şəkərdə  saxarozanın  quru  maddəyə  görə  %-lə  miqdarı  (X) 
aşağıdakı düstur üzrə hesablanır. 
 
   
     
     

 
Burada: P - saxarimetrin göstəricisi %-lə (beş göstəricidən orta  
qiymət); 
W - şəkərdə nəmliyin fazilə miqdarı. 
Paralel təhlillər zamanı icazə verilən fərq ±0,05-dən çox olma-
malıdır. 
 
 
2.15.6. Şəkərin rənginin təyini 
Rafinadlaşdırılmış şəkər tozunun rəngi KSM-1 kalorimetrində 
və ya Ştammer cihazında şəkər məhlulunun rəngi ilə standart sarı 
şüşənin  (normal,  yarımnorma  və  ya  dördə  bir  norma)  rəngi  mü-
qayisə edilməklə təyin olunur. 
Bu  cihazda  şəkərin  rənginin  təyini,  cihaza  qoyulmuş  etalon 
şüşənin işıqlanmasına ekvivalent olan şəkər məhluli qatının hün-
dürlüyünün təyininə əsaslanır. 
Toz  rəngi  100  q  quru  maddəyə  görə  Ştammer  şərti  vahidi  (və 
ya  dərəcə) ilə ölçülür. Şəkər tozu  üçün bu 0,8-dən çox olmamalı-
dır. Sənaye üçün rəngi 1,8
0
 Ştammer olan (rafinad – şəkərin rəngi 
standartda ancaq orqanoleptik normalaşdırılır) şəkərdən istifadəyə 
icazə verilir. 
Şəkərdə  qarışığın  miqdarının  artması  ilə  onun  rəngliyi  artır, 
deməli  bu  da  onun  təmizliyinin  dolayı  göstərcisi  ola  bilər.  Bir 
qayda olaraq şəkərin rənginin artması ilə onun hiqroskopiklik xas-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə