Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

~ 93 ~ 
 
Standart  məhlullar  üçün  alınan  məlumatlara  görə  kalibrləmə 
qrafiki  qurulur (ordinat  oxunda  –  optik sıxlıq,  absis oxunda isə  - 
zülalların qatılığı göstərilir). 
Kalibrləmə qrafikindən istifadə edərək tədqiq olunan məhlulda 
zülalların  qatılığı  tapılır.  Bitkinin  vegetativ  hissəsində  zülalın 
ümumi miqdarı (mq/q xam kütlənin) formula hesablanır: 
 
   
   
 

 
burada: c - tədqiq olunan məhlulda zülalların qatılığı, mq/ml; 
V - qələvi hidrolizatının həcmi, ml; 
m - bitki materialı nümunəsinin kütləsi, qramla. 
Nəticələr 2.9 saylı cədvəldə əks olunur: 
 
Cədvəl 2.9 
Bitki 
Nümunənin 
kütləsi, q 
Optik 
sıxlıq, D
750 
Məhlulda 
zülalın miqdarı, 
mq/ml 
Bitkidə 
zülalın 
miqdarı, 
mq/l 
 
 
 
 
 
 
Nəticəyə gəlinir.  
 
2.15. 
Şə
k
ə
rin keyfiyy
ə
tinin t
ə
yini 
2.15.1. Orta nümunənin götürülməsi 
 Şəkər  tozunun  keyfiyyəti  DÖST  21-78-ə,  rafinad  şəkərinin 
keyfiyyəti isə DÖST 22-78-ə görə müəyyən olunur. 
Şəkər tozundan ilk nümunə götürmək üçün daxil olmuş kisələ-
rin 10%-indən şup vasitəsilə şəkər götürülür. Hər kisədən şup va-
sitəsilə iki dəfə nümunə götürmək lazımdır. Götürülmüş toz şəkə-
ri yaxşı qarışdırıb 650 q miqdarında iki pay orta nümunə ayrılır. 
Bunlardan  biri  laboratoriyada  tədqiq  olunur,  o  biri  isə  ehtiyat 
olaraq  arbitraj  üçün  saxlanır.  Orta  nümunə  polietilen  kisəcik  və 
quru şüşə bankaya yerləşdirilib ağzı möhkəm bağlanır.  


~ 94 ~ 
Çəki ilə satılan rafinad qəndinin 5 vahid yerindən 2 kq-dan az 
olmayaraq orta nümunə götürülür. Çəkilib  bükülmüş rafinad qən-
dindən  isə  4  paçkadan  (0,5  kq-lıq)  az  olmayaraq  orta  nümunə 
ayrılır.  
Şəkər tozu  eynicinsli kristallardan ibarət olub kənar dad və iy 
verməməlidir.  Rəngi  ağ,  düyürsüz  və  kənar  qatışıqsız  olmalıdır. 
Şəkər tozu və rafinad rəndi quru olmalı və ələ yapışmamalıdır.  
Laboratoriyada  şəkər  tozu  və  rafinad  qəndinin  nəmliyi,  saxa-
rozanın  miqdarı,  rəngi  rafinad  əlavə  olaraq  suda  həll  olma  müd-
dəti təyin edilir. Standart üzrə reduksiyaedici maddələr, metal qa-
rışığı, külü, qranulometrik tərkibi, möhkəmlik və xırdalanmış his-
sənin miqdarı müəyyən edilir.  
 
2.15.2. Şəkərin orqanoleptik göstəricilərinin təyini 
Orqanoleptik üsulla qiymətləndirilmə şəkərin xarici görünüşü-
nü, iy və dadını həmçinin məhlulun təmizliyini müəyyən etməyə 
imkan verir.  
Xarici görünüşü. Təhlil olunacaq şəkər nümunəsini təbəqə şək-
lində kağız və ya lövhə üzərində yayıb  gün işığında baxırlar. Şə-
kər tozunun keyfiyyətini yoxladıqda bir-birinə birləşib ağarmamış 
yumruların və kənar qarışıqların olub-olmaması müəyyən edilmə-
lidir.  Preslənmiş  rafinad  qəndinin  tilləri  parlaq,  tökmə  rafinad 
qəndində isə qeyri parlaqdır. 
İy  və  kənar  dad.  Şəkərin  iyini  təyin  etmək  üçün  təmiz  şüşə 
bankanın ¾ hissəsinə qədər şəkərlə doldurub ağzı möhkəm bağla-
nır. Bir saatdan sonra bankanın ağzı açılıb dərhal iyi təyin edilir. 
Kənar dadı təyin etmək üçün 25 q şəkər 100 ml suda həll edilir və 
dadı yoxlanır. 
Şəkər  tozu  məhlulunun  təmizliyinin  təyini.  25  q  şəkər  tozu 
şəffaf kimyəvi stəkanda 100 ml isti destillə suyu ilə şüşə çubuqla 
qarışdırmaqla  həll  edilir.  Soyudub  stəkandakı  məhlula  gündüz 
işığında  baxırlar.  Çöküntü  və  asılı  hissəciklərin  olması  şəkərin 
çirkli olmasını göstərir.  
Rafinad  qəndi  məhlulunun  təmizliyinin  təyini.  50  q  rafinad 
qəndini kimyəvi stəkanda şüşə çubuqla qarışdırmaq və su hama-


~ 95 ~ 
mında  80-90
0
C  -dək  qızdırmaqla  50  ml  destillə  suyunda  həll  et-
məli. Məhlulu soyutduqdan sonra gündüz işığında baxmalı.  
Rafinad qəndi alınmış məhlulu göy rəngə çala bilər. 
 
2.15.3. Şəkərin nəmliyinin təyini 
Şəkərin nəmliyi onun saxlanılma qabiliyyəti ilə sıx əlaqədardır. 
Nəmliyin  miqdarı  toz  şəkərdə  0,14%-dən  çox  olmamalı,  rafinad 
şəkərdə  isə  çeşidindən  asılı  olaraq  0,1%-dən  0,4%-ə  qədər  ola 
bilər.  
Ləvazimatlar.  Kimyəvi  analitik  tərəzi,  ekskator,  quruducu 
şkaf, büks, maşa, şəkər nümunələri. 
Işin  gedişi.  10  q-a  qədər  şəkəri  (rafinad  qəndi  əvvəlcədən 
həvəng  dəstədə  toz  halında  xırdalanır)  təmiz  qurudulmuş  və 
anlitik  tərəzidə  kütləsi  müəyyən  olunmuş  şüşə  büksdə  150
0
C-də 
daimi kütlə alınana qədər qurutmaqla şəkərin nəmliyi təyin edilir. 
Qurutmaya 50
0
C-də başlanır və o tədricən göstərilən temperatura 
qaldırılır (30 dəq müddətində). 
Birinci çəkmə üç saatdan sonra, sonrakılar isə hər bir saat qu-
rutmadan sonra aparılır. İki axırıncı çəki arasındakı fərq 0,001 q-
dan çox olmadıqda, daimi çəki alınmış olur. Hər dəfə çəkməzdən 
əvvəl bükslər məhsulla birlikdə ekskatorda soyudulur. 
Nəmliyin miqdarı (X) %-lə aşağıdakı düstür üzrə hesablanır.  
 
   
  
 
  
 
     
 
 
  

 
Burada: g – büksün kütləsi, q-la; 
g
1
 – büksün şəkərlə birlidə qurutmadan əvvəlki kütləsi,  
q-la; 
g

–büksün şəkərlə birlikdə quruduqdan sonrakı kütləsi,  
q-la. 
Paralel  təhlillər  arasındakı  fərq  ən  çoxu:  nəmlik  0,2%  və  az 
olduqda ±0,01, nəmlik 0,2%-dən çox olduqda ±0,02% olmalıdır.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə