Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

~ 90 ~ 
buferi əlavə edərək bir saat saxlayırlar. 
pH  8  olan  0,1M  fosfat  buferi  hazırlamaq  üçün  95  ml  0,2M 
Na
2
HPO
4
·2H
2
O  məhlulu  götürülərək  üzərinə  5  ml  0,2 
NaH
2
PO
4
·H
2
O məhlulu əlavə olunur və həcmi 200 ml-ə çatdırılır. 
Homogenat miqdarı 100 ml-lik konusvari kolbaya keçirilir və 
həcmi fosfat buferi ilə 50 ml-ə çatdırılır. Kolbadakı məhlul 1 saat 
müddətində  rotoforda  qarışdırılır.  Sonra  kolba  götürülür  və  işçi 
məhlulun çökməsi üçün 15 dəqiqə sakit qoyulur. Sonra pipetkanın 
köməyilə homogenatın üst hissəsindən ehtiyatla 10 ml məhlul gö-
türülərək  sentrifuqa  sınaq  şüşəsinə  keçirilir.  Məhlul  15  dəqiqə 
otaq  temperaturunda  sentrufuqada  3000  dövr/dəq  sürətlə  hərəkət 
etdirilir.  Sentrifuqa  edildikdən  sonra  sınaq  şüşəsindən  1  ml 
çöküntü  üzərindəki  məhluldan  götürülərək  başqa  sınaq  şüşəsinə 
keçirilir.  Üzərinə  9  ml  pH  8  olan  fosfat  buferi  əlavə  olunaraq 
möhkəm  qarışdırılır,  ondan  sonra  zülalların  cəmi  məhlulu 
spektrofotometrləmə üçün hazır olur. 
2. Zülalların cəminin təyin edilməsinin spektrofotometrik me-
todu. Zülal məhlulu kvars küvetə tökülür və onun 280-260 nm-də 
optik  sıxlığı  (müqayisə  üçün  başlanğıc  fosfat  buferindən  istifadə 
olunur)  təyin  edilir.  Zülalların  tərkibindəki  areometrik  amin  tur-
şular – tirozin və triptofan işığı λ-280 nm sahəsində udur. Lakin 
bu  sahədə  udmaya  nuklein  turşuları  da  malikdir,  sonuncunun 
maksiumum uduculuğu  λ-260 nm dalğa uzunluğu təşkil edir. Ona 
görə də məhlulda zülalların qatılığını təyin etmək üçün, qeyd olu-
nan metodla – Varburq-Xristian bərabərliyindən istifadə olunur: 
 
C=1,55·D
280
-0,76·D
260 
 
Burada:   C - zülallın miqadrı, mq/l; 
D
280 
-D
260 
- məhlulların 280 və 260 nm dalğa uzunlu- 
ğunda optik sıxlığı, nm; 
       1,55 və 0,76 - hesabat əmsalları. 
Toxumun  nümunə  çəkisində  zülalların  cəmi  miqdarı  (mq/q 
quru kütləyə görə) formulla hesablanır: 
 


~ 91 ~ 
   
      
 
 
   
           

 
burada C – Varburq-Xristian formuluna görə tapılmış məhlulda  
zülalın miqdarı; 
V – işçi məhlulun miqdarı, ml; 
m – nümunə  çəkisinin kütləsi, qramla; 
10 – işçi məhlulun duruldulmasını nəzərdə tutan əmsal; 
86 – toxum nümunəsinin hava quru kütləsinin quru  
kütləsi, %; 
60 - cücərmiş toxumların quru kütləsi, %. 
Nəticələr cədvəl 2.7-də əks etdirilir. 
Cədvəl 2.7 
Bitki 
Numunənin 
kütləsi, q 
İşçi 
məhlulun 
həcmi, ml 
Optik sıxlıq 
Nümunədə 
zülalların 
qatılığı, 
mq/ml 
Bitkidə 
zülalın 
qatılığı, 
mq/q 
D
280 
D
260
 
 
 
 
 
 
 
 
 
Alınan nəticələrə müqayisəli təhlil verilir. 
3.  Bitkinin  vegetativ  orqanlarından  zülalların  ayrılması.  0,5  q 
təzə  bitki  materialı  çəkilir  (arpa  yarpağı,  kartof  yumruları) 
xırdalanır və farfor həvəngdə 4 qat (kütləyə görə) pH 8 olan fosfat 
buferi,  0,2%-li  natrium  busulfid  və  bir  neçə  damla  etil  spirti  ilə 
əzilir.  Homogenat  10  ml  soyuq  5%  ÜXS  əlavə  olunur,  möhkəm 
qarışdırılır  və  20  dəqiqə  soyuducuda  saxlanır.  Sonra  homogenat 
sentrifuqa  sınaq  şüşəsinə  keçirilir  və  15  dəqiqə  6000  dövr/dəq 
dövr  etdirilir  ki,  zülallar  çöksün.  Sentrifuqadan  sonra  çöküntü 
üzərindəki  məhlul  axıdılır.  Çöküntü  soyudulmuş  96%-li  etanolla 
çöküntü  üzərindəki  məhlulun  yaşıl  rəngi  tam  itənədək  yuyulur. 
Sentrifuqa edilmə təkrar olunur və yuyulmuş çöküntüyə 2 ml 0,5 
N  NaOH  əlavə  olunur.  Sınaq  şüşəsi  5  dəq  qaynayan  su  hama-
mında yerləşdirilir, sonra əlavə olaraq 5 ml 0,5N NaOH tökülərək 
qarışdırılır  və  10  dəqiqə  6000  dövr/dəqiqə  dövr  etdirilməklə 
sentrifuqadakı  çöküntü  üzərindəki  maye  ölçülü  silindrə  keçirilir 
və  qələvi  hidrozatın  ümumi  həcmi  ölçülür.  Nümunədə  zülalın 


~ 92 ~ 
miqdarı Louri metodu ilə təyin edilir.     
4.  Louri  metodu  ilə  zülalların  təyini.  Bu  metodla  zülalların 
miqdarını təyin etmək üçün əvvəlcədən məhlullar hazırlanmalıdır: 
A - 2% Na
2
CO

- 0,1 N NaOH-da
B – 0,5% CuSO
4
·5H
2
O – 1% K-Na şərab turşusunda
C – A və B məhlullarının qarışığı (50:1 həcmə görə); 
E – Folin reaktivi. 
1 ml qələvi  hidrolizat götürülür, 5 ml C məhlulu əlavə olunur, 
qarışdırılır və 10 dəqiqədən sonra 0,5 ml E məhlulu əlavə olunur. 
Qarışıq  30  dəqiqə  müddətində  otaq  temepraturunda  saxlanır, 
sonra  750  nm  dalğa  uzunluğunda  optik  sıxlıq  ölçülür.  Müqayisə 
məhlulu kimi qarışıqdan istifadə edilir: 1 ml 0,5N NaOH, 5 ml C 
məhlulu və 0,5 ml Folin reaktivi. 
Məhlulda  zülalın  miqdarını  təyin  etmək  üçün  albumin  yaxud 
kazeinə görə qurulmuş kalibrləmə qrafiki qurmaq lazımdır. 
Analitik tərəzidə 100 mq albumin çəkilir və 100 ml-lik fosfat 
buferində  həll  edilir.  Həmin  standart  məhluldan  zülalın  miqdarı 
0,05-1,0  mq/ml  olan  işçi  məhlul  hazırlanır.  Bu  isə  2.8  saylı  cəd-
vələ uyğun aparılır. 
  Ardıcıl şəkildə hər albumin məhlulundan 1 ml götürülür, əv-
vəlcədən  nömrələnmiş  sınaq  şüşələrinə  əlavə  olunur,  təcrübi  nü-
munələrində olduğu kimi 5 ml C məhlulu, 10 dəqiqədən sonra 0,5 
ml E məhlulu əlavə olunur. Hər bir sınaq şüşəsindəki kütlə ehti-
yatla qarışdırılır və otaq temperaturunda 30 dəqiqə saxlanır. Qeyd 
olunan  vaxtdan  sonra  məhlulun  λ-750  n/m  dalğa  uzunluğunda 
optik sıxlığı ölçülür.  
Cədvəl 2.8 
№ 
Zülalın miqdarı, 
mq/ml 
Albumin standart 
məhlulu, ml 
Fosfat 
buferi, ml 
Optik sıxlıq, 
D
750 

0,05 
0,5 
9,5 
 

0,1 
1,0 
9,0 
 

0,2 
2,0 
8,0 
 

0,3 
3,0 
7,0 
 

0,4 
4,0 
6,0 
 

0,5 
5,0 
5,0 
 

1,0 
10 

 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə