Dərs vəSAİTİ baki 013 ~ ~



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34981
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

~ 78 ~ 
2.11. 
Etil spirtinin miqdarının bixromat metodu 
il
ə
 t
ə
yini 
Bir  sıra  emal  məhsullarında,  məsələn  suya  qoyulmuş  almada 
etil spirtinin miqdarı standartla normallaşdırılır, təzə meyvə və tə-
rəvəzlərdə  isə  spirtin  toplanması  saxlanmada,  məsələn  polietilen 
qablamada anaerob proseslərin inkişafını göstərir. 
Etil spirtinin az miqdarını təyin etmək üçün bixromat metodun-
dan istifadə olunur. O, spirtin kalium bixromatla sulfat turşusunun 
iştirakı  ilə sirkə turşusuna oksidləşməsinə  əsaslanır. Kalium  bix-
romat  artıq  götürülür  və  onun  spirtlə  reaksiyaya  girməyən  əlavə 
miqdarı  qarışığa  reaktiv  kimi  əlavə  olunmuş  kalium  yediti  yoda 
qədər  oksidləşdirir.  Ayrılan  yodun  miqdarı  reaksiyaya  girməyən 
kalium  turş  iki  xromatın  miqdarına  uyğun  gəlməklə  natrium 
tiosulfatla titrləməklə təyin olunur. 
İşin gedişi. 10 q çəkisində nümunə yaxud 10 ml şirə itkisiz şə-
kildə tutumu azı 300 ml olan qovucu kolbaya (bu məqsədlə böyük 
Keldal kolbası əlverişlidir) keçirilir. Kimyəvi stəkan və pipet des-
tillə edilmiş su ilə yaxalanır. Qovma su soyuducusundan keçmək-
lə aparılır və destilyat 100 ml-lik ölçü kolbasına toplanır. Bu pro-
ses destilyat ölçü xəttinə çatanadək davam etdirilir. 
Sonra  iri  konusvari  kolbada  spirtin  oksidləşməsi  reaksiyası 
aparılır.  Oraya  10  ml  0,2N  kalium  bixromat  5  ml  qatılaşdırılmış 
sulfat  turşusu  əlavə  olunaraq  qarışdırılır  və  kolba  çalxalanmaqla 
damcılarla 10 ml destilyat əlavə olunur. 
Reaktiv  qarışığı  olan  kolba  saat  şüşəsi  ilə  örtülür  və  asbest-
məftil  tor  üzərində  10  dəqiqə  müddətində  zəif  qaynayana  qədər 
qızıdırılır. 
Sonra  məhlul  həcmli  konusvari  kolbaya  keçirilir,  iri  kolba  və 
saat  şüşəsi  destillə  edilmiş  su  ilə  yuyulur.  İri  kolbada  məhlulun 
həcmi  300  ml-ə  yaxın  olmalıdır.  1q  kalium  yodit  əlavə  olunaraq 
ağzı tıxacla bağlanır, reaksiyanın sonu 1-2 dəqiqə gözlənir. Çıxan 
yod  0,1  N  natrium  tiosulfatla  titrlənir.  Titrlənmənin  sonunda  işçi 
məhlul  sarı  rəng  aldıqda  indiqator  kimi  5  damla  1%-li  nişasta 
məhlulu  əlavə  olunur.  Məhlulun  göy  rəngi  zümrüdü-yaşıl  rəngə 


~ 79 ~ 
çevrildikdə titrləmə başa çatmış olur. 
Etil  spirtinin  miqdarı  (x)  %-lə  aşağıdakı  formula  uyğun 
hesablanır: 
 
              
 
    
 
    , 
 
burada a – reaksiya üçün götürülən 0,2N K
2
Cr
2
O
7
 məhlulunun  
miqdarı, ml; 
T
1
 – 0,2 N kalium bixromat məhlulunun titrinə düzəliş  
(0,1N məhlulu keçirmək üçün itkiyə vurulur); 
   
b - titrləşməyə sərf olunan 0,1 N natrium tiosulfatın miq 
darı, ml; 
  
T
2
 – 0,1 N natrium tiosulfat məhlulunun titrinə düzəliş
      0,00115 – kalium bixromatın millilitrlə miqdarını 1 q spirt  
çevirmək üçün əmsal. 
Reaktivlərin  hazırlanması.  0,2  N  kalium  bixromat.  9,808  q 
K
2
Cr
2
O
7
 reaktivi (təkrar kristallaşdırılmış) suda həll edilir və ölçü 
kolbasında 1 litrə çatdırılır. 
0,1  N  natrium  tiosulfat 
(bax:  şəkərlərin təyini). 
Titr  iki  həftə-
dən  sonra  bu  metodikada  göstərilən  şəraitdə  kalium  bixromatla 
müəyyən olunur. 
 
2.12
. Turşuların tə
yini 
2.12.1. Təzə və emal olunmuş meyvə-tərəvəzlərdə titrləşən 
turşuluğun təyini 
Qida  sənayesində  meyvə-tərəvəz  xammalının  keyfiyyətinin 
qiymətləndirilməsində  titrləşən,  fəal  və  uçucu  turşuların  miqdarı 
təyin  olunur. Titrləşən turşuluq altında məhsulun  qələvi məhlulu 
ilə titrlənən bütün turş tərkib hissələri başa düşülür. Konserv səna-
yesi üçün fəal turşuluğun təyini vacib olub, hidrogen və hidroksid 
ionlarının qatılığı ilə müəyyən olunur (pH). Fəal turşuluq göstəri-
cisi  konservlərin  təhlükəsizliyini  xarakterizə  edir.  Uçucu  turşular 
əsasən məhsul xarab olduqda əmələ gəlir və konserv sənayesində 
sirkə turşusu ilə təmsil olunur.  
Turşuluq həm təzə, həm də emal olunmuş meyvə və tərəvəzlə-


~ 80 ~ 
rin  vacib  göstəricilərindəndir.  O,  ilk  növbədə  dad  əhəmiyyətinə 
malikdir. Duza-turşuya qoyulmuş məhsullarda turşuluq standartla 
normalaşdırılır.  
Tapşırıq 1. Meyvə, giləmeyvə və duza qoyulmuş məhsullarda 
titrləşən turşuluğun təyini. 
Məhsulun xırdalanmış orta nümunəsindən 0,01 q dəqiqliklə 20 
q çəkilir və itkisiz şəkildə 200 ml-lik konusvari ölçü kolbasına ke-
çirilir. Nümunə götürülən stəkan bir neçə dəfə destillə edilmiş su 
ilə  yuyulur,  kolba  ölçü  xəttinə  çatdırılana  qədər  su  hamamında 
80
0
C  temperaturda  15  dəqiqə  müddətində  saxlanır.  Əgər  məhsul 
homogenləşirsə, o  zaman isti  işlənməni  5 dəqiqəyə  başa çatdırır-
lar.  Sonra  kolba  soyudulur,  destillə  edilmiş  su  ilə  ölçü  xəttinə 
çatdırılır və qarışdırılır. Pipetka ilə ehtiyatla 20 ml tədqiq olunan 
məhluldan götürülür və titrləmə üçün konusvari kolbaya keçirilir. 
Üzərinə  2-3  damla  indiqator  kimi  fenolfitalein  əlavə  olunur  və 
0,1N  natrium  hidroksid  məhlulu  ilə  çəhrayılaşmaya  qədər  titrlə-
nir.  
Neytrallaşma anını müəyyən etmək üçün rənglənmiş işçi məh-
lul üçün qırmızı  lakmus kağızından istifadə  etmək olar. Neytral-
laşmaya nail olduqdan sonra titrləmədə lakmus kağızı göyərir.  
Maye məhsuldan (şirə, duz məhlulu, zalivka) dərhal 20-25 ml 
titrləmə  üçün  götürülür.  Bu  halda  hesabat  formuluna  nümunənin 
miqdarı  və  tədqiq  olunan  işçi  məhlulunun  ümumi  həcmi  daxil 
edilmir. Titrləşən turşuluq aşağıdakı formulla təyin olunur: 
 
X=
       
  

 
burada: X – titrləşən turşuluq, %-lə; 
a – titrə sərf olunan 0,1 N natrium hidroksid məhlulunun  
miqdarı, ml; 
T – 0,1 N natrium hidroksid məhlulu titrinə düzəliş; 
c – işçi məhlulunun ümumi həcmi, ml; 
n – nümunənin çəkisi, qram; 
e – titrlənmək üçün götürülən işçi məhlulun həcmi, ml; 
k  -  0,1  N  natrium  hidroksid  məhlulunun  üstünlük  təşkil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə