~ 9 ~
hər iki borunun üzərindəki gözcüklər bir-birinin üzərinə salınır.
Kamera dolduqdan sonra əl dəstəyini hərəkət etdirməklə pəncərə-
lər bağlanır.
Silindrşəkilli şup bir dəfədə toxum partiyasının hər təbəqəsin-
dən dən götürülməsində olduqca əlverişlidir. Lakin bu halda pən-
cərələr bağlandıqda kameralarda qırıq dənlərin miqdarı artmış
olur. Bu da süni sürətdə partiyada qırıq dənlərin miqdarını artırır
ki, nəticədə qırıq dən zibil qarışığı kimi hesab edilir.
Kisə şupları kisələrdən nümunə götürülməsi üçün istifadə edi-
lir. İşçi hissəsinin uzunluğu 20-30 sm, əl dəstəyinin uzunluğu 10
sm-dir. Şup işlədilmədikdə taxta futlyarın içərisində saxlanılır.
Nümunə hissəciyinin götürülməsi. Şup vasitəsilə toxum parti-
yasından bir dəfədə götürülmüş dənin miqdarına nümunə hissəci-
yi deyilir.
İlk dəfədə dənin eyni tipli olmasını yoxlamaq lazımdır. Nümu-
nə hissəciyi toxum partiyasının ilk dəfə yuxarı, sonra orta və nə-
hayət aşağı qatından götürülür.Avtomobildən 5 nöqtədən (4 künc-
dən və ortadan) və iki qatdan 10 nümunə hissəciyi götürülür.
Toxumluq dənlərdən 15 nümunə hissəciyi götürülür (5 nöqtə-
dən və 3 təbəqədən). 16,5 tonluq vaqonlardan (bir qat yük tutan) 5
nöqtədən və 3 təbəqədən nümunə götürülərək aralarında fərq ol-
madıqda bir yerə tökülür. 33 tonluq vaqonlardan (iki qat yük tu-
tan) 8 nöqtədən (3 kq-a yaxın) nümunə götürülür. 50 tonluq va-
qonlardan (üç qat yük tutan) 11 nöqtədən 4,5 kq nümunə götürü-
lür.
+ +
+
+ +
+ + +
+ +
+ + +
16,5
tonluq
24 n.h.
33 tonluq
15 n.h.
~ 10 ~
Anbardan nümunə götürdükdə dənin üst hissəsi təqribən 100
m
2
-lik kvadrat seksiyalara bölünür.
Hər seksiyanın 5 yerindən 3 təbəqədən ibarət nümunə götürü-
lür. Nümunə hissəciklərinin cəmi kütləsi ən azı 2 kq olmalıdır.
Kisələrdən nümunə kisə şupları vasitəsilə, üst, orta və aşağı
hissələrdən götürülür. Kisədən nümunə hissəciyi götürmək üçün
kisənin ipləri ehtiyatla aralanaraq şup 40-45
0
bucaq altında kisəyə
salınır və nümunə götürülür (kisələrdən nümunə götürüldükdə on-
ları kəsməyə və açmağa icazə verilmir).
Kisələrin sayından asılı olaraq götürüləcək nümunə hissəciklə-
rinin miqdarı cədvəl 1.1-də verilir.
Cədvəl 1.1
Toxum partiyasında kisələrin miqdarından asılı
olaraq nümunə
götürüləcək kisələrin sayı
Toxum partiyasında kisələrin
miqdarı
Nümunə götürüləcək kisələrin
miqdarı
1-2
Hər kisədən
3-6
Hər kisədən bir
7-11
Hər 3 kisədən bir
12-19
Hər 4 kisədən bir
20-30
Hər 5 kisədən bir
31-41
Hər 6 kisədən bir
42-56
Hər 7 kisədən bir
57-71
Hər 8 kisədən bir
72-90
Hər 9 kisədən bir
91-100 və 100-dən yuxarı
Hər 10 kisədən bir
Əsas nümunənin təşkili. Nümunə hissəciklərinin cəminə əsas
nümunə deyilir. Nümunə hissəciyi brezent
və ya faner stol üzərinə
tökülərək diqqətlə yoxlanır. Dənlər eyni tiplidirsə, onları torbaya
töküb möhkəm qarışdırmaq lazımdır. Kisənin içərisinə yarlıq qo-
yulur və orada bitkinin adı, sortu, tipi, yığım vaxtı, müəssisənin
adı, dən saxlayıcılarının, vaqonun nömrəsi, bütün partiyanın çək-
isi, nümunə qeyd olunmalıdır. Əsas nümunə çox olduqda bölmə
yolu ilə ondan orta nümunə ayrılır.
Orta nümunənin təşkili. Əsas nümunənin laboratiyada təhlili