E L E K T R O N B İ Z N E S
ELEKTRON HƏRRACLARA NÜMUNƏLƏR
ABŞ poladəritmə sənayesinə aid 3 iri şirkət -
Weirton Steel, LTV Steel
Со. və /?/ш/77/с5 metallurgiya şirkətləri polad və digər metallurgiya
məhsullarının şaquli bazarında elektron hərracların keçirilməsinə yönəlik
MetalSite adlı informasiya serverinin ilk investorları olmuşlar.
İlk mərhələdə satıcılar hər ay bu elektron hərraca 50 milyon dollar
dəyərində mal çıxarırdılar. Hərraclar qapalı keçirilirdi, sifarişlərdə göstərilən
qiymətlər barədə informasiya gizli saxlanırdı. Elektron hərrac mal ehtiyatları
artıqlığını ləğv etmək funksiyasını icra edirdi. Bu hərraclara, bir qayda
olaraq, ən yüksək kateqoriyalara aid olmayan polad və digər metallurgiya
məhsulu çıxarılırdı.
İki illik uğurlu fəaliyyətdən sonra hərracın
MetalSite adlı informasiya
serveri öz iştirakçılarına sorğu kitablarının köməyi ilə bütün metal sortlarının
onlayn alqı-satqısını gerçəkləşdirdi. Onlayn preyskurantında böyük mal
partiyaları üzrə təcili saziş bağlayanlara satıcılar tərəfindən güzəştli
qiymətlər təklif edilirdi. Bu hərrac serveri əlavə olaraq, potensial
partnyorlarla saziş bağlamaq üçün onlayn danışıqları (sövdələşmələri)
aparmaq üzrə xidmət də göstərirdi.
Az ixtisaslaşdırılmış bazara yönəlik elektron hərraca nümunə olaraq
TradeOutcom göstərilə bilər. Bu hərraca artıqlıq edən avadanlıqlar çıxarılır.
Rusiyada
Ставка.ov (
www.stavka.ru
^i adlı elektron hərrac fəaliyyət
göstərir. Bu hərraca qeydiyyata düşmək sadə, interfeys cəlbedicidir. Burada
əsas mübarizə İlk növbədə İnternet və telekommunikasiya xidmətlərinin
qiymətləri ətrafında baş verir. Digər nümunə kimi,
mm.dostavka.ru adlı
66