E L E K T R O N
B I Z N E S
Elektron hərraclar biznes-partnyora yönəlik elektron- biznes
seqmentində informasion vasitəçiliyin təşkili üçün tipik nümunədir. Onlayn
hərracları təkcə informasiya vasitəçisi kimi çıxış etmir, həm də müəyyən
saziş şərtlərini təmin edir. Elektron hərraclar təşkil edən şirkətlər
malgöndərənlərlə sifarişçilər arasında real vaxt rejimində qiymət
razılaşmalarını təminetmə fəaliyyəti göstərir. Hərrac təşkilatçıları bəzi
hallarda məhdud çərçivədə saziş şərtlərinə zamin də dura bilirlər. Lakin
mövcud təcrübə göstərir ki, elektron hərraclar da, ənənəvi hərraclar kimi,
əsasən, yalnız şaquli bazarlarda istifadə ediiməklə, iqtisadiyyatın bir çox
sahələrində inkişaf tapmamışdır.
Hərrac fəaliyyətinin iqtisadi əsası, bir qayda olaraq, həyata keçirilən
transaksiyalara görə komission rüsumlarından ibarətdir. Hərracların
aparıldığı İnformasiya serverləri satıcılara texnoloji dəstək verir və öz artıq
qalan məhsullarını sata biləcəkləri yeri göstərir. Alıcılar hərraca çıxarılmış
mala qiymət qoymaq uğrunda bir-biri ilə rəqabətə girişirlər.
Alıcılar üçün hərracın cəlbediciliyi ondadır ki, onlar ucuz qiymətə mal
almaq imkanı qazanırlar. Satıcılar hərracdan mal ehtiyatları dövrüyyəsini
sürətləndirmək və yeni satış bazarları fəth etmək üçün istifadə edirlər.
ELEKTRON
HƏRRACLARIN APARILMASI
TEXNOLOGİYASI
Hərracda mal satmaq istəyən informasiya serverində qeydiyyata
düşür və öz məhsulu barədə bütün lazımi məlumatları:
malın sözlə
təsvirini, xarici görünüşünün
fotoşəklini, malgöndərmə şərtlərini, mal barədə ətraflı məlumat
6 0