1
Respublikanın ümumtəhsil məktəblərinin
4-cü sinifləri üçün “Həyat bilgisi” dərslik komplekti
ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
əsasında hazırlanmış yekun rəyə müəlliflərin cavabı
İradlar
Müəlliflərin cavabı
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün
metodik vəsaitdən ibarətdir. Dərslik komplek-
tindəki materiallar “Təbiət və biz”, “Fərd və
cəmiyyət”, “Mənəviyyat”, “Sağlamlıq və təh-
lükəsizlik” məzmun xətləri üzrə 15 əsas və 37
alt standartın tələblərinin reallaşdırılmasına yö-
nəlmişdir. Dərslik 2 bölmə (“Sənin cəmiyyət-
də yerin”, “Təbiət və cəmiyyət”) üzrə 48
mövzunu əhatə etməklə, 104 səhifədən ibarət-
dir.
Dərslik komplektində fənn kurikulumun-
dakı məzmun standartlarının tələbləri əsasən
reallaşmışdır. Tədris vahidlərinin və material-
ların sadədən mürəkkəbə doğru ardıcıllığı, fən-
daxili və fənlərarası inteqrasiya, tapşırıq və
çalışmalarda yaradıcılıq, rəngarənglik, yaş sə-
viyyəsinə uyğunluq əsasən nəzərə alınmışdır.
Qeyd etmək lazımdır ki, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən dərslik
komplektinin 2013-cü il nəşrinə dair hazır-
lanmış yekun rəydə göstərilən irad və təklif-
lərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır.
Lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və
dəyişikliklər zamanı isə yeni səhvlərə yol
verilmişdir. Bunlar aşağıdakılardır:
Məlum olduğu kimi ümumtəhsil məktəblə-
rinin I-IV sinifləri üçün fənn kurikulumlarının
ilk variantında
1
, o cümlədən “Həyat bilgisi”
kurikulumunda son illərdə müəyyən dəyişik-
liklər edilmişdir. Hazırda qüvvədə olan fənn
kurikulumu isə
http://www.kurikulum.az
say-
tında təqdim edilən variantdır. Lakin 2015-ci
ildə nəşr olunmuş komplekt həmin dəyişiklər
nəzərə alınmadan köhnə variant əsasında
hazırlanmışdır. Bununla belə, bu variantdan da
kənaraçıxmalar var. Belə ki, MMV-də səhifə
84-də “2.1.1” alt standartının (“ Azərbaycan
cəmiyyətini sadə şəkildə təsvir edir”) məzmunu
dəyişdirilərək “Azərbaycan cəmiyyətinin iqtisa-
diyyatını sadə şəkildə təsvir edir” kimi veril-
mişdir. Bu alt standartda nəzərdə tutulan bilik
və bacarıqların “Təbiət necə dəyişir?” (D.,
səh. 78-79) mövzusu çərçivəsində formalaşdı-
rılması nəzərdə tutulur. Lakin adından da
Dərslik tam tirajla çap edilərsə, MMV-yə aid
olan bu irad nəzərə alına bilər.
2
göründüyü kimi bu mövzunun alt standartda
təsbit olunmuş bilik və bacarıqlarla heç bir
əlaqəsi yoxdur.
Dərslik komplektində bəzi alt standartların
reallaşdırılması üçün müvafiq materiallar
verilməmişdir. Məsələn:
1.1.3. “İşıq", “səs" və “enerji" anlayışlarını
sadə şəkildə izah edir.
MMV-də səhifə 8-9-da verilmiş “Stan-
dartların reallaşdırılması və inteqrasiya”
cədvəlinə görə bu alt standartda nəzərdə tutu-
lan bilik və bacarıqlar 46-cı mövzunun (“Yaşıl
iqtisadiyyat”) tədrisi prosesində formalaş-
dırılmalıdır. Lakin adından da göründüyü kimi,
həmin mövzunun bu alt standarta heç bir
aidiyyatı yoxdur. Halbuki bu bilik və baca-
rıqlar gələcəkdə tədris olunacaq fizika fənni
üzrə bəzi təməl anlayışların aşılanması ilə
yanaşı, həm də şagirdin gündəlik həyatda
qarşılaşdığı fərqli suallara cavab tapması üçün
mühüm əhəmiyyət kəsb edir. Onların
reallaşdırılması ilə şagird “işıq”, “səs” və
“enerji” anlayışları haqqında ilkin təsəvvürlərə
malik olur, onların təbiəti və həyati əhəmiyyəti
barədə sadə bilgilər əldə edir. Məsələn, hər gün
rastlaşdığı rənglərin işıqla bağlı olmasını,
rənglərin bəzilərinin yaxşı, bəzilərinin pis əks
olunmasını, səsin necə yaranması və necə
yayılmasını, insanın yaşaması və fəaliyyəti
üçün zəruri olan enerjinin mahiyyətini və onun
fərqli mənbələrini öyrənir.
1.2.3. Coğrafi obyektləri xəritədə göstərir.
Bu alt standartın reallaşdırılması nəticəsin-
də şagird fiziki xəritənin Yer səthinin və ya
onun bir hissəsinin şərti işarələrin köməyi ilə
kiçildilmiş təsviri olduğunu anlayır. Belə təs-
virlərdə (fiziki xəritələrdə) dağlıq ərazilərin
qəhvəyi, yüksəkliklərin sarı, düzənliklərin ya-
şıl, dəniz, göl və çayların göy, buzlaqların ağ
rəngdə göstərildiyini, siyasi xəritələrdə isə
fərqli rənglərdən ayrı-ayrı dövlətlərin ərazilə-
rini göstərməkdə istifadə edildiyini, paytaxtla-
rın, böyük şəhərlərin və kiçik yaşayış məntəqə-
lərinin adlarının fərqli şriftlərlə verilməsinin
mənasını və s. öyrənir. Gələcəkdə coğrafiya
fənninin mənimsənilməsi üçün təməl təşkil
edəcək bu bacarıqların formalaşdırılmasına heç
bir mövzu verilməmişdir. MMV-dəki “Stan-
dartların reallaşdırılması və inteqrasiya”
cədvəlində bunun 35, 40 və 43-cü mövzular
çərçivəsində formalaşdırılması göstərilsə də,
həmin mövzuların bu alt standartla əlaqəsi
Təkmilləşdirilmiş variantda bu standart
belədir:
1.1.2. Təbii resurslardan,təbiət hadisələrindən
(“işıq”, “səs” və “enerji”) istifadədə elmin ro-
lunu izah edir. Dərslikdə “Yaşıl iqtisadiyyat”
mövzusunda bu alt-standartın reallaşdırılma-
sına isitiqamətlənmiş, 4-cü sinif şagirdlərinin
yaş səviyyəsinə uyğun kifayət qədər material
vardır.
Rənglərlə bağlı irada gəlincə, 3-cü sinifdən
artıq şagirdlər rənglərin işıqla bağlı olmasını
bilirlər. Çünki 3-cü sinif dərsliyində “Səma nə
üçün mavidir” adlı mövzu məhz bu məsələni
işıqlandırır.
2-ci sinifdən başlayaraq Həyat bilgisi dərsliklə-
rində şagirdlərə xəritə və qlobus barədə
məlumat verilir (2-ci sinifdə “Yer kürəsi”
mövzusu, 3-cü sinifdə “Materiklər” mövzusu).
Bu dərsliyin də 75, 77, 85-ci səhifələrdə
verilən xəritələr, “İqlim və canlılar aləmi”,
“Ekologiya nədir?” “Aral gölünün harayı”
mövzularının sonunda bu bacarığı inkişaf
etdirməyə istiqamətlənmiş sual və tapşırıqlar
vardır.
3
yoxdur.
3.2.1. Nağıl, film və tamaşa qəhrəman-
larının nümunəsində mənəvi keyfiyyətləri
izah edir.
Bu alt standart çərçivəsində şagirdlər
hansısa filmə (Məsələn, “Qaraca qız”a) və ya
uşaq tamaşasına (Məsələn, “Göyçək Fatma”ya)
baxmalı, yaxud da bir nağıl (Məsələn, “Xeyir
və Şər”i) oxuyub oradakı qəhrəmanların sahib
olduqları mənəvi dəyərlər barədə öz fikirlərini
ifadə etməlidirlər. “Standartların reallaşdırıl-
ması və inteqrasiya” cədvəlinə görə, bu alt
standartda nəzərdə tutulmuş bilik və bacarıqlar
6-cı (“Kitablardan öyrənirik”) və 20-ci (“İs-
lam dininin yayılması”) mövzuların tədrisi
prosesində formalaşdırılmalıdır. Lakin birinci
mövzuda nağıl əvəzinə Rəhilə Məmmədovanın
“Bayram zarafatı” adlı hekayəsi, ikinci mövzu-
da isə İslam dininin Şərqdə yayılması ilə bağlı
tarixi faktlar verilib. Bütün bunların alt stan-
dartda təsbit edilmiş nağıl, film və tamaşa an-
layışları ilə heç bir əlaqəsi yoxdur.
4.1.1. Əsəbi halların və digər emosional
gərginliklərin insan sağlamlığına mənfi təsirini
izah edir.
Şagird bu alt standart çərçivəsində əsəbi
hallar və emosional gərginliklər barədə ilkin
biliklərə yiyələnir, onların insan sağlamlığına
mənfi təsirinin qarşısını almaq üçün idarə
olunmasının əhəmiyyətini anlayır. Öz emosi-
yalarını düzgün idarə edə bildiyi halda bunun
nəinki bioloji, həm də sosial faydasını
görəcəyini dərk edir. “Standartların reallaş-
dırılması və inteqrasiya” cədvəlinə görə bu
alt standartda nəzərdə tutulan bilik və baca-
rıqlar “Yoluxucu xəstəliklər” (D., səh. 50-51)
və “Bədəni necə möhkəmləndirməli?” (D.,
səh. 60-61) mövzuları çərçivəsində formalaşdı-
rılmalıdır. Lakin birinci mövzunun bu bacarıq-
larla əlaqəsi yoxdur, ikinci mövzunun sonunda
qorxu hissi ilə bağlı verilmiş üç cümlə isə onun
formalaşdırılması üçün əsas ola bilməz.
4.3.3. Yerli şəraitə uyğun süni yaradılmış
ekstremal vəziyyətlərdə mühafizə və tibbi
yardım bacarıqları nümayiş etdirir.
Bu alt standart çərçivəsində şagird heç
olmasa, ayrıca bir dərsdə yerli şəraitə uyğun
süni yaradılmış ekstremal vəziyyətlərdə həm
özünü, həm yoldaşlarını mühafizə etmə, onlara
ilk tibbi yardım göstərmə bacarıqlarını praktiki
şəkildə nümayiş etdirməlidir. Məsələn, zədə-
Dərslikdə verilmiş “Bayram zarafatı” hekayəsi
mənəvi keyfiyyətlər haqqındadır. Mövzunun
sonunda şagirdlərin oradakı qəhrəmanların
sahib olduqları mənəvi dəyərlər barədə öz
fikirlərini ifadə etməsinə yönəlmiş sual-
tapşırıqlar verilmişdir.
Bu hekayə həm də, mənəviyyatın
formalaşmasında mütaliənin böyük rolu
olmasını nəzərə çatdırır və mütaliəni təbliğ
edir.
Dərslikdə “emosional gərginlik” ifadəsinin
ayrıca izahı verilmişdir. Yorğunluq, əsəbilik,
qorxu, həyəcan və narahatlığın orqanizmin
müdafiə qabiliyyətini aşağı salması qeyd
olunmuşdur.
Dərslik komplekti tam tirajla nəşr olunarsa,
MMV-yə aid iradla bağlı müvafiq düzəlişlər
edilə bilər.
Dərslikdə !İlk tibbi yardım” adlı mövzu
4
lənmiş yoldaşını hadisə yerindən uzaqlaşdır-
maq, ona respirator taxmaq, süni nəfəs vermək,
yarasını sarımaq və s. “İlk tibbi yardım” (D.,
səh. 58-59) mövzusundan açıq-aydın görünür
ki, nəzərdə tutulan “süni yaradılmış ekstremal
vəziyyət” sinifdən kənarda yaradıla bilər. Hə-
min dərsə məktəbin mülki-müdafiə üzrə səla-
hiyyətli şəxsini və həkimini də dəvət etmək
olardı.
Dərslikdə məzmun standartlarına göstərilən
səthi münasibət özünü mövzuların tərtibində də
nümayiş etdirir. Məsələn, “Standartların
reallaşması və inteqrasiya” cədvəlinə görə
“Kitabxana” mövzusu (D. səh. 14-15) 1.1.1.
(Varlıq və hadisələrin mahiyyəti haqqında
kiçik təqdimatlar edir) alt standartında nəzərdə
tutulmuş bilik və bacarıqların formalaşdırılma-
sı məqsədilə verilmişdir. Halbuki “Təbiət və
biz” məzmun xəttinin birinci istiqamətinə aid
olan həmin bacarıqlar fizika və kimyaya yönə-
likdir. Bundan başqa burada köhnə - artıq sıra-
dan çıxmaqda olan kataloqlar haqqında fikirlər
qeyd edilmişdir. Lakin müasir elektron kata-
loqları və şagirdlər üçün daha aktual olan uşaq
kitabxanaları barədə heç bir məlumat verilmir.
Halbuki yalnız Bakıda iyirmiyə yaxın uşaq
kitabxanası mövcuddur. Bu, həm də şagirdlərin
kitabxanalara yönləndirilməsi baxımından fay-
dalı olar bilərdi.
verilmişdir və bu mövzuda müxtəlif
situasiyalarda ilk yardım qaydaları şərh
olunmuşdur.
Rəydə də göstərildiyi kimi bu, əslində praktik
dərsdir. Praktik dərslərə aid tövsiyələr isə
əsasən MMV-də verilir.
Bu mövzunun verilməsində də məqsəd elə
şagirdlərin kitabxanalara yönləndirilməsidir.
“müasir elektron kataloqları” na gəlincə, qeyd
etmək istəyirik ki, paytaxtdakı 20-yə yaxın
uşaq kitabxanasında təəssüf ki, hələlik rəydə
göstərilən texniki imkanlar mövcud deyil.
Bakıda yalnız F.Köçərli adına Mərkəzi Uşaq
kitabxanasında müasir elektron kataloqlardan
istifadə olunur, Bakının digər uşaq
kitabxanaları və respublikanın rayon və
kəndlərindəki uşaq kitabxanaları hələlik köhnə
qaydalarla işləyir.
Səhifə 12. Səhifənin sonunda verilmiş
“Papirus-qədim dövrlərdə yarpağından ka-
ğız kimi istifadə edilən qamış bitkisi” cüm-
ləsi düzgün deyil. Çünki papirus qamış bitkisi
deyil, “Sipeyrus” cinsindəndir. Papirusun yar-
pağından deyil, gövdəsindən kağız hazırlanır.
Səhifədə verilmiş şəkil də göstərir ki, papi-
rusun yarpağı ondan kağız kimi istifadə olun-
masına imkan vermir.
Dərslikdəki izah “Azərbaycan dilinin izahlı
lüğəti”ndən götürülmüşdür.
Bax: III cild, səh 572.
Səhifə 14. Səhifənin sonunda “Arxiv -
qədim sənədlərin və yazılı abidələrin sax-
landığı müəssisə” fikri verilmişdir. Bu fikir
düzgün deyil. Çünki “Milli arxiv fondu haq-
qında” Azərbaycan Respublikası Qanununa
görə “arxiv - arxiv sənədlərinin məcmusu,
onların komplektləşdirilməsini, uçotunu, mü-
hafizəsini və istifadəsini həyata keçirən arxiv
təşkilatları və ya idarələrin, müəssisələrin
struktur bölmələridir”. Deməli, arxivlərdə
yalnız qədim sənədlər deyil, həm də müasir
sənədlər də saxlanılır. Bundan başqa, arxiv
idarə və müəssisələrin tərkibində də fəaliyyət
göstərə bilər.
Dərslikdəki izah “Azərbaycan dilinin izahlı
lüğəti”ndən götürülmüşdür.
Bax: I cild, səh 135.
Səhifə 23. 1-ci abzasda “Dövlətin büdcəsi Redaktor düzəlişi edildi.
5
ölkədə fəaliyyət göstərən müəssisələrin və
işləyən adi vətəndaşların dövlətə ödədiyi
vergilərin hesabına formalaşır” fikri qüsurlu-
dur. Belə ki, büdcə gəlirlərinin əhəmiyyətli his-
səsini gömrük rüsumları təşkil edir. Dərslikdə
“adi vətəndaş” ifadəsi dəfələrlə işlənir. Belə
çıxır ki, cəmiyyət adi və adi olmayan hansısa
vətəndaşlar kateqoriyasına bölünür.
Səhifə 24. 9-cu abzasda “Tez xarab olan
ərzaq mallarının üzərində məhsulun istehsal
edildiyi saat və tarix, saxlanma temperaturu
və son istifadə müddəti göstərilməlidir”
cümləsinin “Tez xarab olan ərzaq mallarının
üzərində məhsulun istehsal edildiyi saat və ta-
rix, saxlanma temperaturu, şəraiti və son isti-
fadə müddəti göstərilməlidir” kimi yazılması
tövsiyə edilir.
Tövsiyə nəzərə alındı. “Şərait” sözü cümləyə
daxil edildi.
Səhifə 27. 2-ci abzasda “Bu məqsədlə “Sı-
ğorta haqqında” Azərbaycan Respublikası-
nın Qanunu qəbul edilmişdir” cümləsinin
“Bu məqsədlə “Sığorta fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir” kimi yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı. “Fəaliyyət” sözü
cümləyə əlavə edildi.
Səhifə 31. 3-cü abzasda “Birləşmiş Millət-
lər Təşkilatı “Uşaq Hüquqları Konvensiyası”
adlı sənəd də qəbul etmişdir” cümləsinin “Bir-
ləşmiş Millətlər Təşkilatı “Uşaq Hüquqları
haqqında Konvensiya” adlı sənəd qəbul etmiş-
dir” kimi yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı. “Haqqında” sözü
cümləyə əlavə edildi.
Səhifə 32. Mövzunun adının “Hər şey mü-
nasibətdən başlayır” əvəzinə “Hər şey ətraf
aləmlə münasibətdən başlayır” kimi yazılması
tövsiyə edilir. Çünki mövzuda ətraf aləmlə
münasibətdən danışılır.
Dərslik tam tirajla nəşr olunarsa, bu tövsiyə
nəzərə alına bilər.
Səhifə 50. 2-ci abzasda “Məsələn, malyari-
ya və taun xəstəsini sancmış ağcaqanad sağlam
adamı da sancarsa, xəstəliyi ona ötürər” cümlə-
si düzgün deyil. Çünki taun xəstəliyinin daşıyı-
cıları ağcaqanadlar deyil, birələrdir.
İrad aradan qaldırıldı. “Taun” sözü cümlədən
çıxarıldı.
Səhifə 53. 1-ci abzasda “Onlar peyvəndlər,
vaksinlər kəşf etdilər” cümləsi düzgün deyil.
Çünki peyvənd və vaksin eyni anlayışdır.
İrad nəzərə alındı. “Vaksin” sözü cümlədən
çıxarıldı.
Səhifə 54. 1-ci abzasda “Onurğa sütunu
bir-birinə qığırdaqla birləşən hissələrdən –
fəqərələrdən təşkil olunmuşdur” cümləsi
düzgün deyil. Çünki insanın onurğa sütununda
fəqərələr üç növ birləşmə əmələ gətirir: hərə-
kətsiz (oma, büzdüm), hərəkətli (oynaq vasitə-
silə) və yarım hərəkətli-qığırdaq vasitəsilə (bo-
yun, döş və oma fəqərələri).
Redaktor düzəlişi edildi.
Səhifə 57. 5-ci abzasda qida zəhərlənməsi
zamanı müşahidə olunan hallar sırasında “tem-
peratur” əvəzinə “temperaturun artması”
Tövsiyə nəzərə alındı “artması” sözü mətnə
əlavə edildi.
6
yazılması məqsədəuyğundur.
“ temperaturun artması”
yazılmasıməqsədəuyğundur.
Səhifə 58. 1-ci abzasda “Yod və spirt kimi
vasitələr mikrobları öldürür” cümləsində
“yod” əvəzinə „„ yod məhlulu” yazılmalıdır.
Tövsiyə nəzərə alındı “məhlulu” sözü cümləyə
əlavə edildi.
Səhifə 60. Səhifənin sonunda “Emosional
gərginlik – insanın həyəcan, narahatlıq, qor-
xu hisləri keçirməsi” anlayışının izahı yarım-
çıqdır. Belə ki, emosional gərginlik yalnız
mənfi deyil, həm də müsbət mahiyyət daşıya
bilər.
Razı deyilik. Çünki emosionallıq gərginlik
həddində olanda müsbət mahiyyət daşıya
bilməz.
Səhifə 67. 3-cü abzasda “Nasazlıq aradan
qaldırılana qədər otaqda kibritdən, alışqan-
dan, elektrik cihazlarından istifadə etmə-
yin” cümləsinin “Nasazlıq aradan qaldırılana
qədər otaqda kibritdən, alışqandan, elektrik
cihazlarından istifadə etməyin və otağın işığını
yandırmayın” kimi yazılması tövsiyə edilir.
Tövsiyə nəzərə alındı.
Səhifə 70. 3-cü abzasda “Xlor kəskin
boğucu iyi olan göyümtül - sarı qazdır”
cümləsində “göyümtül-sarı” əvəzinə „„yaşı-
lımtıl-sarı” yazılması məqsədəuyğundur.
Yenə həmin səhifədə 3-cü abzasda “Orqa-
nizmdə kəskin ağrılar başlayır, quru öskürək,
qusma, nəfəs çatışmazlığı, gözlərdə yaşarma
əmələ gəlir” cümləsinin “Xlor qazı ilə
zəhərlənmə zamanı orqanizmdə kəskin ağrılar
başlayır, quru öskürək, qusma, nəfəs
çatışmazlığı, gözlərdə yaşarma əmələ gəlir"
kimi yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı. “Göyümtül-sarı”
əvəzinə “yaşılımtıl-sarı” yazıldı.
“Xlor qazı ilə zəhərlənmə zamanı” söz
birləşməsi mətnə əlavə edildi.
Səhifə 74. “İqlim və canlılar aləmi” möv-
zusunun “İnsan təbiəti dəyişir” tədris vahidi-
nə daxil edilməsinin məntiqi anlaşılmır. Belə
ki, mövzunun adından da göründüyü kimi, bu-
rada söhbət yalnız iqlim və canlılar aləmi haq-
qında gedir. Burada nəinki insanın təbiəti də-
yişməsi, ümumiyyətlə, onun heç bir fəaliyyəti
barədə danışılmır.
Yenə həmin səhifədə 5-ci abzasda “Bura-
da, əsasən, şibyə, mamır, tozağacı və bataq-
lıq otlarından ibarət bitkilər bitir” cümləsi-
nin “Burada, əsasən, şibyə, mamır, tozağacı və
bataqlıq otları bitir" kimi yazılması məqsədə-
uyğundur. Çünki şibyə bitki deyil.
Yenə həmin səhifədə 5-ci abzasda “Şimal
maralı, şimal tülküsü, ağ kəklik, suiti, morj
və başqa heyvanlar yaşayır” cümləsindən
“suiti, morj” ifadəsi çıxarılmalıdır. Çünki bu
heyvanlar bilavasitə tundrada yaşamır.
Bu mövzu 1.2.2. Yerin təbii zonalarını sadə
şəkildə təsvir edir – alt-standartının
reallaşdırılmasına xidmət edir.
Şagirdlər yerin təbii zonaları barədə məlumat
almalıdırlar ki, insan fəaliyyəti nəticəsində
təbiətdə baş verən dəyişikliklərin mahiyyətini
başa düşsünlər.
Tövsiyə nəzərə alındı müvafiq redaktor
düzəlişləri edildi.
Səhifə 80. 4-cü abzasda “Günəş enerjisi,
su və iqlim coğrafi təbəqədə baş verən bütün
proseslərdə iştirak edir” cümləsindən “Gü-
nəş enerjisi” söz birləşməsinin çıxarılması
Tövsiyə nəzərə alındı. “Günəş enerjisi” söz
birləşməsi cümlədən çıxarıldı.
7
tövsiyə edilir. Çünki günəş enerjisi məfhumu
elə iqlimə aiddir, yəni iqlimin qeyd olunduğu
halda günəş enerjisinin verilməsi artıqdır.
Yenə həmin səhifədə 4-cü abzasda “Məsə-
lən, heyvanlar ətyeyən və otyeyən olmaqla
iki yerə bölünür” cümləsi düzgün deyil. Çün-
ki hər şey yeyən heyvanlar da var. Məsələn,
ayı, yenot, donuz, siçovul, kirpi, qarğa, durna
hər şey yeyənlər qrupuna aiddirlər.
Səhifə 82. 4-cü abzasda “Ölkəmiz şimal-
dan Böyük Qafqaz dağları, cənubdan Kiçik
Qafqaz və Talış dağları ilə əhatə olunmuş-
dur” cümləsinin “Ölkəmiz şimaldan Böyük
Qafqaz dağları, qərbdən Kiçik Qafqaz və cə-
nub-şərqdən Talış dağları ilə əhatə olunmuş-
dur" kimi yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı.
Səhifə 100. “Bir pillə də ucaldıq” möv-
zusu düzgün olmayaraq “Cəmiyyətin qlobal
problemləri” tədris vahidinə aid edilmişdir.
Yenə həmin səhifədə 3-cü abzasda “Əsas
dinlərin peyğəmbərlərini və onların müqəd-
dəs kitablarını tanımağına, dinə sağlam mü-
nasibətinin formalaşmasına çalışdı” cümlə-
sində aşağıdakı ifadə xətalarına yol verilmişdir:
a) Dinləri əsas və əsas-qeyri əsas dinlərə böl-
mək olmaz. Səmavi və səmavi olmayan dinlər
var.
b) Peyğəmbərlər (elçilər) dinlərin deyil, Alla-
hın peyğəmbərləridir (elçiləridir).
c) Müqəddəs kitablar dinlərin, peyğəmbərlərin
deyil, Allahındır.
İradla razı deyilik. Çünki dərslikdə bu mövzu
müstəqildir və heç bir tədris vahidinə daxil
edilməmişdir.
Redaktor düzəlişi edildi.
Dərsliyin rus dilində olan variantında aşağı-
dakı qüsurlara rast gəlinir:
Səhifə 8. 3-cü abzasda “Благодаря этим
железам человек потеет” cümləsinin “Бла-
годаря этим железам осуществляется
потоотделение” kimi yazılması məqsədə-
uyğundur.
Yenə həmin səhifədə 3-cü abzasda “А по-
тение выводит из организма ненужные
вещества, а также излишнее тепло” cüm-
ləsinin “А благодаря потоотделению
выводятся
из
организма
ненужные
вещества, а также излишнее тепло” kimi
yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı.
Tövsiyə nəzərə alındı.
Səhifə 22. 1-ci abzasda “ Знаешь, что
прожитие семьи зависит от еѐ доходов”
cümləsində
“прожитие”
əvəzinə
“ благополучие” yazılması məqsədəuyğundur.
Qəbul olunur, amma – “прожитие” güzəran,
dolanışıq mənasındadır.
Səhifə 25. 5-ci abzasda “На нарушите-
лей этого закона подаѐтся в суд и они
Qəbul olunur, amma bu cümlədə heç bir qüsur
yoxdur.
8
несут наказание за причинѐнный потре-
бителю ущерб” cümləsinin “При нарушении
ваших прав вы можете обратиться в суд и
виновники будут наказаны за причинѐнный
потребителю ущерб” kimi yazılması tövsiyə
edilir.
Səhifə 54. 1-ci abzasda “В зависимости
от расположения, позвонки подразделя-
ются на 5 частей-шейные, грудные,
поясничные крестцовые и копчиковые
позвонки” cümləsinin “В зависимости от
расположения, позвоночник подразделяется
на 5 отделов-шейный, грудной, поясничный
крестцовый и копчиковый” kimi yazılması
məqsədəuyğundur.
Qəbul olunur.
Səhifə 55. Çərçivənin içərisində ürəyə aid
verilmiş “При помощи сердца кровь пере-
даѐтся венам и циркулирует по телу”
cümləsinin “При помощи сердца кровь пере-
даѐтся кровеносным сосудам и циркули-
рует по телу” kimi yazılması məqsədəuy-
ğundur.
Qəbul olunur.
Yenə həmin səhifədə çərçivənin içərisində
böyrəklərə aid verilmiş “Почки- выводят из
организма мочевину, различные соли,
вредные вещества, излишнюю жидкость
и т.д.” cümləsində “вредные вещества”
əvəzinə “ядовитые вещества”, “излишнюю
жидкость” əvəzinə “излишнюю воду" yazıl-
ması tövsiyə edilir.
Qəbul olunur.
Səhifə 63. “Вопросы и задания” bölmə-
sində “Что ты считаешь самым опасным
в правилах пользования мобильными
телефонами?” cümləsinin “Несоблюдение
каких правил может быть опасным
пользования мобильными телефонами?”
kimi yazılması məqsədəuyğundur.
Cümlə anlaşıqlı deyil!
Səhifə 69. Sonuncu abzasda “Соблюдая
эти правила, люди могут не только сох-
ранить свои жизни, но и предотвратить
дорожно-транспортные аварии” cümlə-
sində “дорожно-транспортные аварии”
ifadəsinin “дорожнотранспортные проис-
шествия” kimi yazılması məqsədəuyğundur.
Mənaca eynidir! Qəbul edilir.
Səhifə 74. 2-ci abzasda “В джунглях
произрастает более 4000 пород деревьев”
cümləsində “пород” əvəzinə “видов” yazıl-
malıdır.
Yenə həmin səhifədə 6-cı abzasda
“Северный олень, полярная лиса, белая
куропатка, тюлень, моржь и другие
животные-обитатели тундры” cümləsində
Qəbul edilir.
9
“полярная лиса” əvəzinə “песец” yazılması
məqsədəuyğundur.
Səhifə 81. 1-ci abzasda “Азербайджанс-
кие учѐные вывели различные сорта
пшеницы, хлопчатника, яблок, граната,
столового винограда, обладающих вы-
сокой урожайностью” cümləsində “яблок”
əvəzinə “яблонь” yazılmalıdır.
Qəbul olunur.
Səhifə
83.
1-ci
abzasda
“Здесь
произрастают
гирканский
инжир,
гирканский тополь, кавказская хурма,
шѐлковая акация, самшит и другие
редкие породы” cümləsinə “железного
дерева” ifadəsi əlavə edilməlidir.
Qəbul edilir.
Səhifə 84. 1-ci abzasda “Люди безжа-
лостно истребляют животных ради их
мяса, шкуры, меха, рогов, клыков,
бивней” cümləsində “клыков, бивней”
əvəzinə “зубов” yazılmalıdır.
Yenə həmin səhifədə 1-ci abzasda “Они
убивают барсов и гепардов из -за их
красивого меха , кайманов - ради дорог
ой кожи, носорогов, слонов - из-за бивней
и клыков” cümləsində “бивней и клыков”
əvəzinə “рогов и зубов” yazılmalıdır.
Yenə həmin səhifədə sonuncu abzasda “К
ним относятся муфлон, барс, пятнистый
олень, горный тур, джейран, косуля, куро-
патка, лебедь, турач, фазан и др.” Cüm-
ləsində “барс” əvəzinə “леопард”, “горный
тур” əvəzinə “безоаровый козел” yazılması
məqsədəuyğundur.
Qəbul edilir.
Qəbul edilmir. “Безоаровый козел” uşaqlar
üçün çətin qavranılar.
Səhifə 85. 2-ci abzasda “А в Загатальс-
ком заповеднике охраняются такие жи-
вотные, как дагестанский лось, олень,
косуля, кабан, бурый медведь, лесной
рысь, белка и др.” cümləsində “дагестанс-
кий лось” əvəzinə “дагестанский тур”,
“лесной рысь” əvəzinə “лесной кот”
yazılmalıdır.
Qəbul olunur.
2. Dil və yazı üslubu baxımından
Dərslikdəki təlim materialları dil və yazı
üslubu baxımından şagirdlərin yaş səviyyəsinə
əsasən uyğundur. Dil qaydalarına əsasən əməl
edilmişdir.
Bununla yanaşı, müəyyən qüsurlara rast
gəlinir. Bunlar aşağıdakılardır:
Səhifə 7. Hacı Zeynalabdin Tağıyev haq-
qında verilən əlavə məlumatda “Azərbaycanın
neft milyonçularından biri olan Hacı Zey-
nalabdin Tağıyev özü savadsız idi” cüm-
Tövsiyə nəzərə alındı.
10
ləsində “savadsız idi” ifadəsinin əvəzinə “ təh-
sil almamışdı” yazılması məqsədəuyğundur.
Səhifə 15. Sonuncu abzasda “Bitki və
heyvan bəsləmək, rəsm çəkmək, ilk tibbi
yardım göstərmək, düzgün qidalanmaq və
başqa mövzularda nə isə öyrənmək istəsən,
kitabxanaya müraciət et” cümləsində “bitki
və heyvan bəsləmək” əvəzinə “ bitkilərə
qulluq etmək və heyvan bəsləmək" yazılması
məqsədəuyğundur.
Yenə həmin səhifədə sonuncu abzasda
“Yadında saxla ki, çoxlu kitab oxuyan
insanın söz ehtiyatı zənginləşir” cümləsinin
“Yadında saxla ki, çoxlu kitab oxuyan insanın
söz ehtiyatı zənginləşir və dünyagörüşü artır”
kimi verilməsi tövsiyə edilir.
Tövsiyə nəzərə alındı.
Tövsiyə nəzərə alındı.
Səhifə 25. 3-cü abzasda “Satılan malın
pulu ödənilərkən, alıcıya malın satıldığını
təsdiq edən kassa çeki verilməlidir” cümlə-
sində “çeki” sözünün “qəbzi” sözü ilə əvəz
edilməsi məqsədəuyğundur.
“Çek” sözü həm Azərbaycan dilinin
orfoqrafiya lüğətinə (Bakı, Şərq-Qərb 2013.
səh. 131), həm də “Azərbycan dilinin izahlı
lüğəti”nə (I cild səh. 455) daxil edilmişdir.
Səhifə 33. 1-ci abzasda “Tum qabıqları,
dondurma, konfet kağızı, ilə ictimai nəqliy-
yatı, küçəni, parkı zibilləyirlər” cümləsində
“konfet kağızı” söz birləşməsindən sonra ver-
gül işarəsi qoyulmamalıdır.
Yenə həmin səhifədə 2-ci abzasda “Çünki
dünyada və cəmiyyətdə hər bir şey bir-biri
ilə əlaqəlidir” cümləsində “dünyada” əvəzinə
“təbiətdə” yazılması
Korrektor düzəlişi edildi.
Redaktor düzəlişi edildi.
Səhifə 54. 3-cü abzasda “Məktəbdə dərs
başlayır və sən hər bir dərsdə 45 dəqiqə par-
tada əyləşməli olursan” cümləsində “parta-
da” əvəzinə “ parta arxasında” yazılması tövsi-
yə edilir.
Tövsiyə nəzərə alındı.
Səhifə 74. 2-ci abzasda “Cəngəlliklərdə
4000 mindən çox ağac növü vardır” cümlə-
sinin “Cəngəlliklərdə 4000-dən çox ağac növü
vardır” kimi yazılması məqsədəuyğundur.
Korrektor düzəlişi edildi.
Səhifə 77. 2-ci abzasda “İnsanların
qidasının əhəmiyyətli hissəsini balıq və balıq
məhsulları təşkil edir” cümləsində “balıq və
balıq məhsulları” əvəzinə “balıq və digər dəniz
məhsulları” yazılması məqsədəuyğundur.
Tövsiyə nəzərə alındı.
Səhifə 84. 1-ci abzasda “Əgər yaxşı
qorunmasa, bir neçə ildən sonra böyük
panda, oranqutanq meymunu, Afrika fili,
Amerika bizonu, qara kərgədan və sair
heyvanlar da yer üzündən silinə bilər”
cümləsində “oranqutanq meymunu” ifadəsi
“oranqutan meymunu‟" kimi yazılmalıdır.
Bu heyvanın adı lüğətlərdə (“Azərbaycan
dilinin orfoqrafik lüğəti”ndə səh. 519;
“Azərbaycan dilinin izahlı lüğəti”ndə III cild.
Səh. 526) oranqutanqdır.
3. Dizayn və bədii tərtibat baxımından
11
Səhifə 12. Səhifənin sonunda “Gil lövhə”
adı ilə təqdim olunan şəkil Krit
adasında tapıl-
mış məşhur “Fest diski”dir. Bu şəklin əvəzinə
dərslik kimi istifadə olunan Şumer gil lövhələ-
rindən birinin verilməsi tövsiyə edilir.
“Fest diski”də elə bişmiş gil lövhədir.
Səhifə 19. Şəklin altında verilmiş “Müasir
dövrün monarxları - kral və kraliçalar” ifa-
dəsi düzgün deyil. Çünki şəkildəkilərin hamısı
monarx deyil. Buradakı monarxlardan biri qa-
dın (Böyük Britaniya), biri kişidir (Qətər əmi-
ri). Yəni Britaniyanın kralı yoxdur, şəkildəki
sadəcə olaraq kraliçanın həyat yoldaşıdır, kral
deyil.Monarxların adlarının fərqli olması (əmir,
sultan, imperator, şah və s.) barədə də mövzuda
əlavə məlumat verilməsi tövsiyə edilir.
Şəkilaltı sözdə redaktor düzəlişi edildi.
Səhifə 22. “Dövlət büdcəsinin formalaş-
ma mənbələri” şəklində soldan ikinci şəklin
əvəzinə vergi yığılmasını əks etdirən şəklin
verilməsi məqsədəuyğundur.
“Dövlət büdcəsinin xərclənmə istiqamətləri”
adlanan qrup şəkillər də, mövzuya tam
uyğundur.
Səhifə 71. Səhifənin sonunda “Nüvə partlayı-
şı” adı ilə verilmiş şəkil düzgün deyil. Çünki
nüvə partlayışı bir qayda olaraq göbələk for-
malı olur.
Dərslikdə verilmiş şəkil də nüvə partlayışını
əks etdirir. Lakin tövsiyə nəzərə alındı.
Səhifə 75. Azərbaycan Respublikasının fiziki
xəritəsində ölkənin üçüncü böyük şəhəri Sum-
qayıtın adının kiçik şriftlərlə verilməsi xəritə
tərtibinin qəbul edilmiş prinsipləri baxımından
düzgün deyil. Burada həmçinin Mingəçevir və
Yevlax şəhərlərinin adlarının Sumqayıt şəhə-
rinin adından daha böyük şriftlə verilməsinin
məntiqi anlaşılmır.
Xəritədə düzəliş edildi.
Səhifə 77. “Faydalı qazıntılar” xəritəsin-
də Sumqayıt şəhərinin adı Mingəçevir, Yevlax
və Şəki şəhərlərinin adından daha kiçik şriftlə
verilmişdir.
Xəritədə düzəliş edildi.
Səhifə 85. “Azərbaycan Respublikasın-
dakı milli parklar” xəritəsində 8 milli park
qeyd edilmişdir. Halbuki Azərbaycan Respub-
likasında 9 milli park var. Xəritədə Samur-
Yalama Milli Parkı göstərilməmişdir.
Dərslik komplekti hazırlanarkən bu Milli park
hələ yaradılmamışdı.
Samur-Yalama Milli parkı xəritəyə əlavə
edildi.
Səhifə 92. Ozon qatını əks etdirən şəkildə
Yer kürəsinin kosmosdan görünüşü düzgün
verilməmişdir. Burada Şimali Amerika və
Cənubi Amerika materiklərinin yerləşməsində
və konfiqurasiyasında yanlışlıq vardır. Şəklin
yenidən işlənilməsi tövsiyə edilir.
Bu şəkil Yer kürəsinin kosmosdan görünüşünü
əks etdirmir. Şəklin məqsədi Ozon qatı
barəsində təsəvvür yaratmaqdır.
Səhifə 95. “Səhralaşmanın səbəbləri”
şəklində torpaqların həddindən artıq becərilmə-
sini özündə əks etdirən şəklin də verilməsi
məqsədəuyğundur.
Bu amilin konkret hansı şəkillə təqdim
olunmasına dair tövsiyə verilsəydi, yaxşı
olardı.
Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslik komplektində verilmiş ev tapşırıq-
larının statistik göstəriciləri və məzmunu nə
pedaqoji baxımdan, nə də təhsilin humanistləş-
12
dirilməsi nöqteyi-nəzərindən məqbuldur. Belə
ki, burada şagirdlərə tədris ili ərzində 12 esse,
11 inşa, 3 rəy, 3 məqalə yazmaq, 1 təqdimat və
1 məktub hazırlamaq, 12 cədvəl çəkib doldur-
maq və çoxlu sayda digər ev tapşırıqları veril-
mişdir. Bundan başqa, tədrisin planlaşdırılma-
sına görə ilboyu 5 layihə-təqdimatın reallaşdı-
rılması nəzərdə tutulur (Bax: MMV, səh. 3).
Halbuki yazı vərdişlərinin inkişaf etdirilməsinə
bilavasitə “məsul olan” Azərbaycan dili dərsli-
yində şagirdlərə il ərzində cəmi 4 mətn tərtibi,
2 məruzə və 2 təqdimat hazırlamaq tapşırığı
nəzərdə tutulur. Dərslikdəki sualların böyük
əksəriyyəti bərpaedici və bir çox hallarda da
şagirdin cavabını hələ əvvəlki siniflərdə
dəfələrlə verdiyi suallardır (“Nə üçün insanlar
təhsil almalıdırlar?”, “Kitabxana nədir?”,
“Büdcə nədir?”, “İstehsal nədir?”, “İstehlak
nədir?”, “Sığorta nə deməkdir?”, “Komp-
yuter insanlara nə üçün lazımdır?” və s.).
Şagirdi müstəqil tədqiqata yönəldən, onun
tənqidi təfəkkürünü inkişaf etdirən suallar
isə yox dərəcəsindədir. Halbuki müasir dərsliyi
fərqləndirən başlıca xüsusiyyətlərdən biri də
məhz budur. Dərslikdəki bəzi mövzulardakı
(məs, 42, 45, 47, 55) sualların əksəriyyəti
düşündürücü deyil, sadə suallardır.
Səhifə 81. “Sual və tapşırıqlar” bölməsin-
də 3-cü sualın “Təbii komponentlər arasında
əlaqələrin qurulması nəyə səbəb ola bilər?”
cümləsinin “Təbii komponentlər arasında əla-
qələrin pozulması nəyə səbəb ola bilər?" kimi
yazılması məqsədəuyğundur.
5. “Müəllim üçün metodik vəsait”in (MMV) məzmununun
işlənməsi baxımından
Müəllim üçün metodik vəsait 120 səhifədən
ibarətdir. Burada “İzahat vərəqi”, “Qiymət-
ləndirmə vasitələrinə aid nümunələr”,
“Mövzular”, “Standartların reallaşması və
inteqrasiya”, həmçinin bölmələr üzrə kiçik
summativ qiymətləndirmə, I və II yarımil üçün
böyük summativ qiymətləndirmə verilmişdir.
MMV-də illik və gündəlik planlaşdırmaya aid
nümunələr, “Mündəricat” verilməmişdir.
“Dərsliklərin qiymətləndirilməsi meyar-
ları”nın 2.1.5-ci bəndi “dərs zamanı əlavə
vəsaitlərə (elektron resurslar, əyani vəsaitlər,
xəritələr, sxemlər və s.) istiqamətləndirmə”
tələbi qoyur. Lakin MMV-də əlavə vəsait kimi
göstərilən “internet”, “xəritə”, “ensiklopediya”
və s. kimi resurslar ümumi sözlər olaraq heç
bir konkret ünvanı bildirmir. Səhifə 70-də hətta
müəllimlər də resurslara aid edilmişdir.
13
“Dərsliklərin qiymətləndirilməsi meyar-
ları”nın 5.1-ci bəndi müəllim üçün vəsaitlərdə
“Mənbələrin və resursların təqdimolunma sə-
viyyəsi” ilə bağlı tələblər qoyur. Lakin vəsaitdə
heç bir mənbə göstərilməmişdir. Ona görə də
dərslik və vəsait hazırlanarkən hansı mənbələrə
əsaslandırıldığı məlum olmur.
“Dərsliklərin qiymətləndirilməsi meyar-
ları”nın 5-ci bəndi müəllim üçün vəsaitlərdə
müəllimlər üçün əlavə materialların verilməsi
tələbini qoyur. Lakin vəsaitdə əlavə material
verilməmişdir.
Səhifə 27. Dövlət büdcəsinə dair verilmiş sxem
tam deyil. Belə ki, büdcə anlayışı özündə xərc-
lərlə yanaşı gəlirləri (daxilolmaları) də nəzərdə
tutur. Bu isə sxemdə nəzərdə tutulmamışdır.
Yenə həmin səhifədə Venn diaqramı ilə
bağlı sxemdə dairələrin biri yarımçıq verilmiş-
dir. Belə olan halda diaqramın mahiyyəti itir.
Bu səhv səhifə 44, 45 və 57-də də təkrarlan-
mışdır.
Səhifə 47. “Məlumatın mübadiləsi və
müzakirəsi” hissəsində “İslam dinini yara-
dan şəxsiyyət haqqında biz nə öyrəndik?”
sualı qüsurludur. Çünki möminlərə görə din
Allaha məxsusdur, onu hansısa şəxsiyyət
yaratmamışdır.
Səhifə 74. Səhifənin sonunda cədvəldə
“Polis dəyənəyi” ifadəsinin “Yol hərəkəti
nizamlayıcısının çubuğu” kimi yazılması töv-
siyə edilir.
Yenə həmin səhifədə “Motivasiya” hissə-
sində və səhifənin sonunda verilmiş cədvəldə
“svetofor” sözünün “ işıqfor” ilə əvəz edilməsi
məqsədəuyğundur.
Səhifə 111. “Sənin hüquqların bölməsi
üzrə KSQ”də 4-cü tapşırığa görə şagird dövlət
büdcəsinə gəlir gətirən mənbələri müəyyən
etməlidir. Burada doğru cavab olaraq iki va-
riant (a və c) verilmişdir.
Səhifə 112. “Sənin hüquqların bölməsi
üzrə KSQ”də 9-cu tapşırığın (“İstehlakçı hü-
ququnun istehlakçı üçün faydası nədir?”)
düzgün cavabı kimi “bu hüquq istehlakçının
sağlamlığını ona ziyan vuran mallardan qo-
ruyur” fikri təqdim olunmuşdur. Halbuki is-
tehlakçı hüququ yalnız sağlamlıqla bağlı deyil,
məsələn, istehlakçı zay malı (ayaqqabı, paltar,
məişət əşyası və s.) satıcıya və ya istehsalçıya
qaytarmaq (maddi ziyan) hüququna da malik-
dir və s.
Səhifə 113. “Sənin mənəviyyatın bölməsi
14
üzrə KSQ”də 10-cu tapşırığın cavabında ( c)
bəndində) “Namaz qıldıqda Məkkə tərəfə
dua etmək” fikri düzgün ifadə olunmamışdır.
Belə ki, dualar bir qayda olaraq namazdan
sonra edilir. Namaz qılınarkən isə Qurandan
ayələr oxunur.
Səhifə 114. “Birinci yarımil üçün
BSQ”də 8-ci tapşırığa verilmiş cavabların hər
üçü doğrudur. Belə ki, mövhumat həm
müsəlmanların inkişafına mane olur, həm
onların arasında mübahisələrə səbəb olur,
həm də dini sadələşdirir.
Document Outline - bookmark0
- bookmark3
- bookmark4
- bookmark5
- bookmark6
- bookmark7
Dostları ilə paylaş: |