17
Döyüşdə qazanılmayan qələbə.
I Aleksandr 1801-ci ildə sa-
ray çevrilişi ilə hakimiyyətə (1801–1825) gəldi. Bu dövrdə bir sıra
islahatlar keçirildi. Kollegiyalar əvəzinə Avropa nümunəsində nazir-
liklər yaradıldı.
Azad taxılçılar haqqında qanuna əsasən, mülkə-
darların öz kəndlilərini ödənc müqabilində azad etməsi nəzərdə
tutulurdu. Lakin bu qanun tam olaraq həyata keçirilmədi. Sonradan
I Aleksandr hakimiyyətinin əvvəlində reallaşdırmaq istədiyi liberal
islahatlar siyasətindən uzaqlaşdı.
İstibdad rejimi tətbiq etdi. Xarici
siyasət sahəsində Rusiya əvvəlcə Fransaya qarşı koalisiyada işti-
rak etsə də, bir sıra döyüşlərdə məğlub oldu və 1807-ci ildə onunla
Tilzit sülh müqaviləsini imzaladı. Fransa Qərbi Avropaya, Rusiya isə
Şərqi Avropaya hakim olmalı idi. Rusiya Fransanın İngiltərə əleyhinə tətbiq etdiyi qitə bloka-
dasına qoşuldu. Bundan sonra Rusiya Osmanlı dövlətinə və İsveçə qarşı müharibələr apar-
dı, Bessarabiyanı və Finlandiyanı işğal etdi. Lakin Rusiya-
nın İngiltərə ilə ticarət əlaqələrini davam etdirməsi 1812-ci
ildə Fransanın Rusiyaya hücumuna səbəb oldu. Qısa
müddət ərzində I Napoleonun ordusu Moskvaya qədər irə-
lilədi və onu ələ keçirdi. Ruslar açıq döyüşdən ehtiyat edərək geri çəkilirdilər. Fransızlar bu-
rada möhkəmlənməsin deyə Moskva yandırıldı. Fransızların qalacaq yeri və ərzağı yox idi.
Rusların bu taktikası Azərbaycan tarixində hansı hadisə ilə oxşardır?
?
XIX əsr ərzində Rusiya işğalçı müharibələri davam etdirmiş və
yeni ərazilər ələ keçirmişdi. Özü böyük ordusu sayəsində Avropa-
nın güclü dövlətlərindən birinə çevrilmişdi. Lakin hərbi qüdrətinə
baxmayaraq, ölkənin sosial-iqtisadi vəziyyəti kəskinləşmişdi. So-
sial-iqtisadi gərginliyin dərinləşməsi XX əsrin əvvəllərində inqi-
laba səbəb oldu.
▪ Dekabristlər üsyanı
▪ "Avropanın jandarmı"
▪ Krım müharibəsi
▪ "Xalqlar həbsxanası"
▪ Stolıpin islahatları
RUSİYA
3
AÇAR SÖZLƏR
I Aleksandr
45
1
1
0,5
4
6
42,5
SOSİAL TƏBƏQƏLƏŞMƏ
Rusiya cəmiyyətinin ən xarakterik xüsusiyyəti şaxələnmiş təbəqələşmənin saxlanması idi. Rusiya
imperiyasının əsas sosial təbəqələri:
XIX əsrin əvvəllərində Rusiya
imperiyasının əhalisi (faizlə)
Kazaklar – xüsusi imtiyazlı
hərbi zümrə
Şəhər
əhalisi
Tacirlər
Ruhanilər
Zadəganlar
Dövlət kəndliləri
Təhkimli
kəndlilər
Diaqram əsasında Rusiyanın sosial və iqtisadi quruluşunu təhlil edin.
!
İstibdad rejimi – özbaşınalığa
və zorakılığa əsaslanan idarə
üsulu
LAYİHƏ
18
I Napoleona qarşı heç bir açıq döyüşdə qalib gələ bilməyən rus ordusu ölkənin təbii
coğrafi şəraitindən və partizan müharibəsi taktikasından istifadə etdi. Fransız ordusu-
nun təchizatının pisləşməsi və soyuqların düşməsi I Napoleon ordusunun geri çəkil-
məsinə səbəb oldu. Bundan yararlanan Rusiya Polşanı, Balkanları və başqa əraziləri iş-
ğal edərək Avropada hakim rolunu ələ keçirmək istəyirdi.
Çar bu məqsədini “Avropa xalqlarını I Napoleon zülmündən xilas etmək” bəhanəsi
ilə həyata keçirmək fikrində idi. Hətta bunu dini
mistisizmlə əlaqələndirir, özünün “Tanrı
tərəfindən seçilmiş” olduğunu irəli sürürdü. Məhz
bunun təsiri ilə o hər cür azadlıq düşüncələrinə
qarşı çıxırdı.
Dekabristlər üsyanı.
I
Napoleona qarşı mü-
haribə zamanı Qərbi Avropada
yürüşlərdə iştirak
edən rus zabitlərinin bir hissəsi Rusiyada həyat
şəraitinin, dövlət idarəçiliyinin və sosial qurulu-
şun çox geridə olduğu nu gördü. İstibdad rejimi
və kəndlilərin təh kimli və ziyyəti xüsusilə narazılıq
yaradırdı. Ona görə də Avropa idarə sistemini və
sosial qu ruluşunu Rusiyada tətbiq etmək üçün
gizli cə miyyətlər qurulmağa başlandı. Bu cəmiy-
yətlər Rusiyada çar rejimini devirməyi və konsti-
tusiya qəbul edilməsini qarşıya məq səd qoymuş-
dular. Onlar 1825-ci ilin dekabrında çarın vəfat etməsindən
istifadə edərək hərəkətə keçdilər. Lakin Rusiya tarixində
çar rejiminə qarşı ilk açıq nümayiş və silahlı üsyan rəhbər-
lərin ləng hərəkət etməsi səbəbilə uğursuz oldu. Beləliklə,
I Nikolay (1825–1855) hakimiyyətini möhkəmləndirdi. O,
hakimiyyəti dövründə Rusiyanı istibdad rejimində idarə etdi.
Dekabristlər üsyanından sonra I Nikolayın zadəganlara eti-
madı azaldı. Dövlət idarəsinə möhkəm nəzarət üçün bürok-
ratiya rejimi bərqərar edildi.
Məktəb və universitetlərə nəzarət artırıldı. Elm adamla-
rının Avropaya getmələri qadağan edildi. Yalnız zadəgan və
məmur övladları orta təhsil ala bilərdilər. Kitablar və mətbuat
üzərində senzura gücləndirildi. I Nikolayın hakimiyyəti döv-
ründə Rusiyada feodal-təhkimçilik iqtisadiyyatının tənəzzülü
dərinləşmişdi. Ticarət və sənaye sahələrində
nisbi inkişaf kəndlilərin təhkimliliyinə əsasla-
nan mülkədar təsərrüfatının səmərəsizliyini
göstərirdi. Təhkimli kəndlilərin əməyinə əsas-
lanan manufakturalar iflas edirdi. Beləliklə,
ölkənin siyasi və iqtisadi quruluşu təsərrüfatın
inkişafına mane olurdu. Lakin buna baxma-
yaraq, XIX əsrin 30–40-cı illərində Rusiyada
sənaye çevrilişi başladı. Qərbi Avropa ölkələ-
rindən fərqli olaraq, Rusiyada sənaye çevrilişi
Sizcə, bu hadisə Rusiyanın beynəlxalq nüfuzuna necə təsir göstərdi? Rusiyanın bu qələbə-
sinin Azərbaycanın gələcək taleyinə təsiri oldumu?
?
I Nikolay
Dekabristlər üsyanı
“Rusiyanın nisbi gücü ən çox 1815-ci ildən
sonra dünyada sülh və sənayeləşmə döv-
ründə gerilədi. Lakin bu vəziyyət Krım mü-
haribəsinə (1853–1856) qədər tam şəkildə
aşkar olmadı. ...Rusiya iqtisadi və texniki
sahələrdə 1815–1880-ci illərdə Avropanın
digər böyük dövlətlərinə nisbətən geri qa-
lırdı”.
Paul Kennedi, "Böyük güclərin
yüksəliş və çöküşü". səh. 215.
Mistisizm – fövqəltəbii hadisələrə inam
LAYİHƏ