illərdə Yunan məsələsi barədə Rusiya ilə fikir birliyi yarada
bilmişdi.
I
Nikolayın dövründə Rusiyanın xarici siyasəti. 1825- ci
ilin noyabr aymda Rusiya imperatoru I Aleksandr Taqanroq
şəhərində qəflətən vəfat etmişdir. Onun xai'atkerində olan
müəyy'ən ziddiyyətlərə baxmayaraq, hər halda çox çətin
beynəlxalq
şəraitdə belə o, mahir bir
diplomat kimi özünü göstərə
bilirdi. I Nikolay yeni imperator seçilmişdir. O, xarici siyasət
problemində təcrübəsiz olsa da, bu sahəyə çox diqqətlə yanaşırdı.
Xarici siyasət sahəsində iki cəhəti əsas götürürdü:
1.
Türkiyə ilə mübarizə və Rusiyanın Balkana
yaxınlaşması;
2.
İstənilən hər bir inqilabi hərəkatın yatırılması.
Yunan məsələsində I Nikolay İngiltərə və Fransa ilə
yaxınlaşmağa (həmfikir olmağa) üstünlük verirdi.
Rus imperatorunun mövqeyi belə idi ki, Rusiyanın
Türkiyə üzərinə hərbi əməliyyatı mümkündür. Lakin bu, ancaq
İngiltərə ilə birlikdə olmalıdır. Türkiyənin gələcək taleyi isə uzun
müddətdən sonranın işidir. Bununla yanaşı I Nikolay Türkiyəyə
ultimatum xarakterli bir məktub göndərmişdir. Məktubda
aşağıdakı şərtlər qoyulmuşdur:
1. Dunay knyazhqlarında 1821-ci ilə qədərki kimi
muxtariyyat idarəçiliyini bərpa etmək (siyasi, hərbi və vətəndaşlıq
baxımından); 2. 1812-ci ildə Buxara sülh müqavi-ləsinə əsasən
Serbiyaya aid olan əraziləri qaytarmaq; 3. Bütün depu- tatlan
həbsdən azad etmək; 4.Türk nümayəndələri ilə danışıq aparmaq
üçün Rusiya sərhəddinə gəlmək.
Məktuba cavab vermək üçün 6 həftəlik vaxt müəyyən
edilmişdir.
Ultimatum göndərdikdən sonra I Nikolay İngiltərə ilə
müqavilə bağlamağa hazırlaşırdı. Beləliklə, 1826-cı il aprel ayının
4-də Peterburqda Böyük Britaniya ilə Rusiya arasında protokol
imzalanmışdı. Orada qeyd edilmişdir ki,
Yunanıstan müstəqil
dövlət olmalıdır.
167