E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   47   48   49   50   51   52   53   54   ...   106

Konqres  çox  mürəkkəb  xarici  siyasi  vəziyyətdə  keçirdi. 
İspaniyada  inqilabi  vəziyyət,  Almaniyada  tətillər,  rus-türk 
münaqişələri  kimi  qanşıq  dövr  idi.  Eləcə  də  Cənubi  Amerikada 
İspaniya müstəmləkələrinin taleyi məsələsi də müzakirə edilirdi. 
Rusiya,  Avstriya  və  Prussiya  təcili  olaraq  İspaniyada  üsyanlan 
əzmək  və  monarxiyanı  bərpa  etməyi  təklif  edirdilər.  Fransa 
qoşunlarını İspaniyaya göndərməyə tələsirdilər. Eləcə də Cənubi 
Amerikadakı 
İspan 
müstəmləkələrinə 
ordu 
yeritməyi 
planlaşdırırdılar. Qəbul edilmiş qərara əsasən 1823-cü ilin fevral 
ayında Fransa ordusu üç aydan sonra Madridə daxii oldu. Payız 
İspan Kralı VII Ferdinand yenidən Kral oldu. 
İspaniyanın  Cənubi  Amerikadakı  müstəmləkələrinin 
vəziyyətinə gəldikdə, əvvəla İngiltərə bu planın əleyhinə idi. O, bu 
məsələni səfir vasitəsilə ABŞ -a çatdırmışdı. İngiltərə Amerika ilə 
birlikdə əməliyyat aparmağı təklif edirdi. 
Amerika Prezidenti C.Monro 1823-cü ilin dekabr ayında 
Konqresə  məktub  göndərmişdi.  O  göstərirdi  ki,  biz  Avropanın 
işinə qarışmırıq. Avropa da Şimali və Cənubi Amerikanın işinə 
qarışmamalıdır. Bu siyasət «Monro doktrinası» adlanır. O qeyd 
edirdi  ki,  biz  özümüz  bu  ölkələrdə  əməliyyat  apararıq.  Əlbəttə, 
İngiltərə  bundan  razı  qalmamışdır.  «Monro  doktrinası»  ispan 
müstəmləkələrinin öz müstəqilliyi uğrunda mübarizə apannasma 
zəmin  yaratmışdı.  «Müqəddəs  Ittifaqın»  dağılmasında  da 
«Monrodoktrinası»nm rolu az olmamışdı. 
«Monro doktrinası» obyektiv olaraq ABŞ-ın öz iqtisadi 
üstünlüklərindən  istifadə  etməsinə, 
İspaniyanın  keçmiş 
müstəmləkələri  ilə  ticarət  əlaqələrinin  genişlənməsinə  şərait 
yaradırdı. Bütün bunlar İngiltərə-Amerika münasibətlərini daha da 
genişləndirirdi. 
C.
 
Kanninqin xarici siyasi kursu (Böyük Britaniya 
xarici işlər naziri). Qeyd etməliyik ki, Kanniniq Fransadakı səfiri 
Ç.Stuarta 
İspaniyanın 
Amerikadakı 
müstəmləkələri 
və 
İngiltərənin onlara qarşı münasibəti barədə öz fikrini yazmışdı. 
165 


7 aydan sonra 1823-cü ilin oktyabr ayında iki günlük konfransda 
o,  Fransanın  səfiri  knyaz  Polinyak  ilə  görüşmüşdür.  Hər  ikisi 
İspaniyanın  Latın  Amerikasmdakı  müstəmləkələri  barədə  öz 
fikirlərini açıqlamışdır. 
Onların  hər  ikisi  bildirmişlər  ki,  İspaniyanın  Latın 
Amerikasındakı ərazilərlə heç bir əlaqə yaratmaq fikirləri yoxdur. 
Sonralar  Kanninq  Argentina  ilə  (o  vaxt  Buenos  Ayres 
Respublikası  idi)  ticarət  əlaqələri  yaratmaq  barədə  müqavilə 
bağlamağı təklif etmişdir. 1825-ci ilin əvvəlində İngiltərə rəsmi 
olaraq  Argentina,  Kolumbiya  və  Meksikanın  müstəqilliyini 
tanımışdır.  Bu  məsələdə  Avstriya,  Prussiya  və  digər  dövlətlər 
Kanninqin  siyasətini  o  qədər  də  alqışlamırdılar.  I  Aleksandr  isə 
əksinə onları dəstəkləmirdi. Kanninqin nailiyyətləri «MUqəddəs 
İttifaqa» da zərbə idi. 
Yunan  məsələsi.  1821-1822-ci  illərdə  yunanlar  türk 
zülmünə  qarşı  üsyana  başlamışlar.  Türklər  üsyançılara  böyük 
zərbə endirmişlər. Bu vaxt II Sultan* Mahmud Konstantinopolun 
Patriarxının asılmasına da əmr verdi, əlbəttə Avropa dövlətləri və 
Rusiya buna çox pis baxmışlar. Kanninq bütün bu hadisələrə çox 
tez əks hal kimi baxaraq 1823-cü il mart ayının 25-də açıq-aşkar 
bəyan etdi ki, müharibə edən hər iki tərəf (türk və yunan) bərabər 
hüquqlu tərəfdirlər. Yunanların üsyanları da qanunidir. 
Kanninqin  bu  siyasəti  (üsyan  edən  yunanları  müdafiə 
etməsi)  I  Aleksandrı  Türkiyəyə  münasibətdə  fikirləşməyə  vadar 
etmişdir. 1823-cü ildə Türkiyənin əyaləti olan yunan ərazilərinin 
bölgüsü barədə Rusiya plan hazırlamışdı. Bu plana əsasən yıman 
ərazisi üç hissəyə bölünməli idi. Ona muxtariyyət verilməsi təklif 
edilirdi  ki.  Tabeçilik  Türkiyədə  qalmaqla  idarəçilik  Avropanın 
nəzarəti  altında  olmalı  idi.  Rusiyanın  nüfuzunun  artmasını 
istəməyən  Mettemix  (Avstriya)  bu  fikrin  əksinə  idi.  Kanniq  də 
(İngiltərə)  başqa  fikirdə  idi.  O,  Yunanıstanı  müstəqil  görmək 
istəyirdi. Odur ki, 1824-1825-ci 
166 


illərdə  Yunan  məsələsi  barədə  Rusiya  ilə  fikir  birliyi  yarada 
bilmişdi. 
I
 
Nikolayın dövründə Rusiyanın xarici siyasəti. 1825- ci 
ilin  noyabr  aymda  Rusiya  imperatoru  I  Aleksandr  Taqanroq 
şəhərində  qəflətən  vəfat  etmişdir.  Onun  xai'atkerində  olan 
müəyy'ən  ziddiyyətlərə  baxmayaraq,  hər  halda  çox  çətin 
beynəlxalq şəraitdə belə o, mahir bir diplomat kimi özünü göstərə 
bilirdi.  I  Nikolay  yeni  imperator  seçilmişdir.  O,  xarici  siyasət 
problemində təcrübəsiz olsa da, bu sahəyə çox diqqətlə yanaşırdı. 
Xarici siyasət sahəsində iki cəhəti əsas götürürdü: 
1.
 
Türkiyə  ilə  mübarizə  və  Rusiyanın  Balkana 
yaxınlaşması; 
2.
 
İstənilən hər bir inqilabi hərəkatın yatırılması. 
Yunan məsələsində I Nikolay İngiltərə və Fransa ilə 
yaxınlaşmağa (həmfikir olmağa) üstünlük verirdi. 
Rus  imperatorunun  mövqeyi  belə  idi  ki,  Rusiyanın 
Türkiyə  üzərinə  hərbi  əməliyyatı  mümkündür.  Lakin  bu,  ancaq 
İngiltərə ilə birlikdə olmalıdır. Türkiyənin gələcək taleyi isə uzun 
müddətdən sonranın  işidir. Bununla  yanaşı  I Nikolay Türkiyəyə 
ultimatum  xarakterli  bir  məktub  göndərmişdir.  Məktubda 
aşağıdakı şərtlər qoyulmuşdur: 
1.  Dunay  knyazhqlarında  1821-ci  ilə  qədərki  kimi 
muxtariyyat idarəçiliyini bərpa etmək (siyasi, hərbi və vətəndaşlıq 
baxımından);  2.  1812-ci  ildə  Buxara  sülh  müqavi-ləsinə  əsasən 
Serbiyaya  aid  olan  əraziləri  qaytarmaq;  3.  Bütün  depu-  tatlan 
həbsdən azad etmək;  4.Türk nümayəndələri ilə  danışıq aparmaq 
üçün Rusiya sərhəddinə gəlmək. 
Məktuba  cavab  vermək  üçün  6  həftəlik  vaxt  müəyyən 
edilmişdir. 
Ultimatum  göndərdikdən  sonra  I  Nikolay  İngiltərə  ilə 
müqavilə bağlamağa hazırlaşırdı. Beləliklə, 1826-cı il aprel ayının 
4-də  Peterburqda  Böyük  Britaniya  ilə  Rusiya  arasında  protokol 
imzalanmışdı.  Orada  qeyd  edilmişdir  ki,  Yunanıstan  müstəqil 
dövlət olmalıdır. 
167 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə