E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   55   56   57   58   59   60   61   62   ...   106

dırırdılar,  digər  tərəfdən  isə  Rusiya  onların  təkidlərinə  məhəl 
qoymurdu.  Bütün  bunlara  baxmayaraq,  Rassel  bir  nota  da 
hazırladı.  O,  Rusiyanı  günahlandırırdı  ki,  götürdüyü  öhdəçiliyə 
əməl  etmir.  Lakin  bu  nota  ünvanına  çatdırılmamışdır.  III 
Napoleon  bu  notanın  məzmunu  ilə  tanış  olan  kimi  Rusiya 
əleyhinə  müharibəyə  qoşulmaqdan  imtina  etdi.  Vəziyyəti  belə 
görən  Rassel  də  1863-cü  ilin  sentyabr  ayında  açıq-aşkar  bəyan 
etdi  ki,  onun  ölkəsi  Polşaya  görə  Rusiya  ilə  müharibə  etmək 
fikrində deyil. Beləliklə II Aleksandr və Qorçakov III Napoleon 
(Fransa),  Polrnerston  və  Rassel  (İngiltərə)  üzərində  diplomatik 
qələbə  çalmış  oldular.  Hər  halda  İngiltərənin  Rusiyaya  qarşı 
düşmənçiliyi  özünü  biruzə  vermiş  oldu.  III  Napoleon  isə  öz 
hərəkətləri ilə Fransanı daha da zəiflətdi. Gələcəkdə Bismark bu 
cəhətlərdən istifadə etməli oldu. 
189 


X
 
Fəsil. 
ŞİMALİ AMERİKADA VƏTƏNDAŞ MÜHARİBƏSİ VƏ 
AVROPA DÖVLƏTLƏRİNİN MÖVQEYİ 
XIX
 
əsrin  ortalarında  Şimali  Amerikamn  cənub  ştatları 
müəyyən ərazilər ələ keçirmişlər. 1845-ci ildə Meksikadan Texası 
qoparmışlar, iki illik müharibədən sonra 1848-ci ildə Meksikanın 
məhsuldar kənd təsərrüfatı ərazilərinə sahib olmuşlar. Birləşmiş 
Ştatların  özündə  sənaye  şimalı  ilə  kənd  təsərrüfatı  cənubu 
arasında müəyyən ziddiyyətlər yaranırdı. 
Şimal  ştatlan  daha  çox  siyasi,  iqtisadi  və  sosial 
üstünlüklərə malik idi. 23 şimal ştatında 23 mln. nəfər, 11 cənub 
ştatında isə 9 mln. nəfər əhali yaşayırdı (bunun da 4 mln. nəfəri 
qul-zənci  idi).  Deməli,  ölkənin  bütün  sənayesi  şimalda 
mərkəzləşmişdi.  Şimal  ilə  Cənub  arasında  münaqişə  getdikcə 
güclənirdi.  Hər  iki  tərəf  öz  qələbəsinə  inanırdı.  Cənublular 
İngiltərə ilə Fransanın köməkliyini də istisna etmirdilər. 
İngiltərənin mövqeyi Qısaca desək, İngiltərə heç də güclü 
sənaye  dövləti  yaranmasını  istəmirdi.  O,  Şimali  Amerika 
ştatlarının zəifləməsini və yaxud məhv edilməsini, müstəmləkəyə 
çevrilməsini istəyirdi. 1861-ci ildə rus diplomatları Vaşinqtondan 
və  Londondan  müharibə  şəraitində  İngiltərənin  mövqeyi  barədə 
Peterburqa  məlumat  verirdilər.  Onlar  göstərirdi  ki,  ancaq 
pambığın  xatirinə  İngiltərə  Cənuba  hərbi  yardım  etməyi  qərara 
almışdır.  İngiltərə  istəyirdi  ki.  Şimali  Amerikada  iki  bərabər 
hüquqlu respublika yaransın və onlar biri-birinə nəzarət etsinlər. 
Cənub  və  Şimal  qarşıdurması.  Qarışıq  dövr  olmasına 
baxmayaraq,  1860-cı  ildə  prezident  seçkisi  keçirilmişdir. 
Respublikaçılar  partiyasından  A.  Linkoln  qalib  gəlmişdir.  O, 
güclü siyasi xadim idi. Onun əsas daxili və xarici siyasəti Şimalda 
burjuaziya demokratiyasının qalib gəlməsindən ibarət 
190 


idi.  Cənub  isə  Şimaldan  ayrılmaq  uğrunda  mübarizəni  davam 
etdirirdi. 
1861-
 
ci  ildə  (fevralda)  plantasiya  sahibkarları  olan 
cənublular Konqres keçirərək Amerika ştatlarında Konfederasiya 
elan  etmişlər.  Böyük  plantasiya  sahiblərindən  biri  polkovnik 
C.Denis  Konfederasiyanın  prezidenti  seçilmişdir.  Cənub  öz 
hökumətini yaratmaqla Şimal ilə müharibəyə hazırlaşırdı. Şimal 
isə sülh yolu ilə vahid dövlət yaratmağın tərəfdarı idi. Artıq gec 
idi.  Vətəndaş  müharibəsi  başlanmışdı.  1861-ci  il  aprel  ayının 
11-də cənublular müharibəyə başlamışlar. 
Prezident Linkoln cənub torpaqlara blokada elan edərək 
75  min  könüllü  ordu  səfərbərliyə  almışdı.  Cənubun  müharibə 
iştirakçılarına  müharibəni  dayandırmaq  və  öz  yaşayış  yerlərinə 
qayıtmaq üçün 20 günlük möhlət verildi. 
Avropa  dövbtbrinin  siyasəti  Bütün  başqa  dövrlərdə 
olduğu  kimi,  ABŞ-da  olan  vətəndaş  müharibəsi  şəraitində  də 
Avropa dövlətlərinin siyasətində torpaqlar, ərazilər tutmaq, hərbi 
müdaxiləni genişləndirmək əsas məqsəd idi. Kubada İspaniyanın 
hərbi  meydanı  olduğu  üçün  San-Donino  zənci  respublikasının 
şərq hissəsi hesabına öz ərazisini genişləndirmək istəyirdi. 
İspaniya  zənci  respublikasının  qəsb  edilməsi  barədə 
rəsmi məlumat vermişdi. İngiltərə və Fransa da öz mənafelərinə 
bu vəziyyətdən istifadə etməyə çalışırdılar. İngiltərə belə güman 
edirdi ki. Birləşmiş Ştatlardakı bu ittifaq pozularsa, onlar iqtisadi 
cəhətdən İngiltərədən asılı vəziyyətə düşə bilərlər. Həmin ilin may 
ayında  bu  müharibəyə  münasibətdə  İngiltərə  özünün  neytar 
olmasım bildirmişdir. 
Beləliklə, Cənubda  yaranan Konfederasiya qiyam deyil, 
müharibə edən tərəflər kimi qəbul edilmişdir. İngiltərədən som'a 
Fransa  da  neytral  olduğunu  bildirmişdir.  1861-ci  ilin  oktyabr 
ayında  Böyük  Britaniya,  Fransa  və  İspaniya  Meksikaya  birgə 
müdaxilə barədə müqavilə imzalamışlar. Çox keçmədən 
191 


ispan  ordusu  Meksika  sahillərinə  daxil  olmuşdur.  1862-ci  ilin 
yanvar ayında isə İngiltərə ilə Fransanın ordusu gəlmişlər. 
Cənub ştatlarına İngiltərənin köməkliyi nəticəsində Şimal 
ştatlarına  mənsub  olan  65  gəmi  batırılmışdır.  Bununla  da 
Birləşmiş  Ştatlara  ciddi  ziyan  dəymişdi.  Beləliklə,  London  və 
Paris Şimali Amerikadakı hadisələri çox diqqətlə izləyirdilər ki, 
əlverişli bir bəhanə yaranan kimi müharibəyə başlasınlar. 
Linkolun  faaliyyəti.  Aydındır  ki,  Şimal  ştatlarında  çox 
ciddi  vəziyyət  yaranmışdır.  İngiltərə  və  Fransanın  köməkliyi 
sayəsində  cənublular  qalib  gələrdilərsə  siyasi  mübarizənin 
güclənəcəyi gözlənirdi. Odur ki, radikal respublikaçıların bir qrup 
nümayəndələri  hökumətdən həlledici tədbirlər  görülməsini  tələb 
edirdilər.  Belə  bir  şəraitdə  1862-ci  ilin  may  ayında  Linkoln 
hökuməti yeni bir qanun qəbul etmişdir. Qanunda göstərilirdi ki, 
hər  bir  ABŞ  vətəndaşı  10  dollar  ödəməklə  160  akr'  torpaq  ala 
bilər. Hər bir şəxs 5 il həmin torpağı ardıcıl becərərsə, onun tam 
sahibinə  çevrilə  bilər.  Beləliklə,  fermerlərin  və  müstəqil 
təsərrüfatçıların hesabına Linkoln tərəfdarları artmışdır. 
Hərbi zərurətlə bağlı olaraq, 1862-ci ilin sentyabr ayında 
Linkoln  «azad  edilmə»  barədə  bəyannamə  imzaladı.  Bu  sənəd 
1863-cü  il  yanvar  ayının  1-dən  qüvvəyə  minmişdir.  Nəticədə  4 
min  zənci  azad  edilmişdir  (öz  sahiblərinə  heç  nə  ödəmədən). 
Linkolnun  bu  qərarı  ancaq  daxili  mənada  deyil,  çox  beynəlxalq 
mənada da böyük əhəmiyyət kəsb etmişdir. Avropada Birləşmiş 
Ştatlara və onun Prezidentinə qarşı hörmət - rəğbət artmışdır. 
III
 
Napoleonun  Cənuba  münasibəti.  1862-ci  ilin 
payızında III Napoleon təklif edirdi ki, Fransa, İngiltərə və Rusiya 
birlikdə  cənub  respublikalarına  köməklik  göstərsinlər.  Bununla 
da,  təkid  edərək  6  aylıq  müddətinə  barışıq  yaratsınlar.  Cənub 
ştatlarına qoyulan blokada aradan  götürülsün.  Avropa dövlətləri 
ilə ticarət aparmaq üçün Amerika limanları açılsın. 
Akr - təqribən 4000 kv.m 
192 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə