E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

IX
 
Fəsil. 
1848-
 
Cİ İL İNQİLABİ VƏ KRIM 
MÜHARİBƏSİNİN BEYNƏLXALQ 
MÜNASİBƏTLƏRƏ TƏSİRİ 
1848-Cİ il fevral ayının 22-də Fransada fəhlələr, tələbələr 
və peşə məktəblilərinin güclü  çıxışları başlanmışdır. Bu inqilabi 
hərəkatlar genişlənərək Avstriyaya, Prussiyaya, Alman İttifaqının 
bütün  şəhərlərinə  yayılmışdır.  Avstriyanın  baş  naziri  Mettemix 
qaçmışdır. Ferdinand hakimiyyətdən düşmüşdür. 18 yaşlı Frans 
İosif  Avstriyanın  imperatoru  olmuşdur.  Martın  15-də 
Macarıstanda inqilab olmuşdur. 1848- 
1849-
 
cu  illərdə  beynəlxalq  münasibətlərdə  silahlı  mübarizələr 
diplomatiyanı əvəz etmişdir. 
Avstriya  —  Alman  münasibətləri.  Alman  dövlətlərində 
olan  çıxışlar  Prussiyaya  birləşmək  uğrunda  gedirdi.  Alman 
dövlətlərində və İtaliyanın şimalında inqilabi hərəkatların artması 
artıq  Avstriya  hakim  dairələrini  məcbur  edirdi  ki,  üsyan  edən 
macarlarla olan rəftarı zəiflətsinlər. 
İnqilab  istəməyənlər  Avstriya  ətrafında  birləşməyi 
nəzərdə  tuturdular.  Belə  bir  mürəkkəb  şəraitdə  Alman 
dövlətlərində  Milli  Məclisə  seçkilər  keçirilirdi.  Birinci  iclas  18 
may 1848-ci ildə Mayn üzərində Frankfurtda keçirilmişdir. Bu 
vaxt  Avstriyanın  yeni  baş  naziri  knyaz  Şvarsenberq  Frankfurt 
parlamentinə  nota  göndərmişdir.  O  qeyd  edirdi  ki,  birinci 
Avstriyanın  məqsədi  Avstriya  imperiyası  ilə  tam  vahid  şəklə 
düşməkdir. 
İkinci 
Avstriya 
imperatoru 
Almaniyanın 
konstitusiyasında  müəyyən  dəyişiklik  etmək  hüququ  qazanarsa 
Almaniyanın  konstitusiyasını  tanıyacaqdır.  Aydındır  ki,  bu  nota 
Alman İttifaqı ilə Avstriya arasındakı münasibətlərin pisləşməsinə 
səbəb olmuşdur.  Alman  imperiyası  yaradılmasında mərkəz kimi 
Prussiyanın rolu isə nisbətən artmışdır. Elə bu 
177 


vaxtdan  da  Alman  dövlətlərinin  birləşdirilməsində  O,  Fon 
Bismarkın rolu artmışdır. 
Avstriya və Rusiya münasibətləri. Avstriyanın imperatoru, 
Frans  İosif  və  yeni  baş  nazir  Şvarsenberq  həmişə  özlərinin 
iqtisadi  və  siyasi  inkişaf  planlarını  Rusiya  ilə  əlaqələndirirdilər. 
Çətin  vəziyyətə  düşən  Avstriya  Macarların  üsyanını  yatırmaq 
üçün Rusiyadan köməklik istəyirdi. Peterburqa bu barədə vahid 
fikir  yox  idi.  Bir  qisim  diplomatlar  Avstriyaya  kömək  etməyin 
əleyhinə  idi.  Çünki  lazım  gələndə  onlar  Rusiyaya  kömək 
etmirdilər.  Buna  baxmayaraq,  1849-cu  il  ilin  may  ayında  I 
Nikolay  öz  əsgərlərini  Avstriyaya  göndərmişdir.  Beləliklə, 
Qabsburq monarxiyası  macar üsyançılarından azad edildi. Daha 
doğrusu,  Rusiya  öz  düşmənini  inqilabçılardan  azad  etmişdir. 
Buna baxmayaraq sonralar Avstriya dəfələrlə Rusiyaya qarşı əks 
mövqedə  çıxış  etmişdir.  Macarların  da  ruslara  qarşı  inamı 
pisləşmişdi. 
1850-
 
ci  il  London  və  Olmyus  müqaviləsi.  Çoxlu 
miqdarda  olan  Alman  dövlətlərinin  birləşdirilməsi  məsələsi 
həmişə  gündəlikdə  dayanırdı.  Avropa  dövlətləri  isə  buna  yol 
vermirdilər.  Odur  ki,  1850-ci  il  avqust  ayının  2-də  Böyük 
Britaniya,  Fransa,  Rusiya  və  Avstriya  Londonda  Alman 
dövlətlərinin birləşməsi əleyhinə müqavilə imzalamışlar. Bu dörd 
dövlət belə qərara gəlmişlər ki, Danimarkanı Qolşteynə versinlər. 
Bununla  da  Prussiyanın  işini  çətinləşdirməli  olurdular.  Sonra 
yenə də Avstiya - Macar münaqişəsi şəraitində 1850-Cİ il noyabr 
ayının 29-da Avstriya ilə Prussiya arasında  Olmyus  müqaviləsi 
imzalanmışdı.  Avstriya  Rusiyanın  köməkliyi  ilə  Almaniyanın 
bəzi  şəhərlərində  olan  inqilabi  üsyanları  yatırda  bilmişdir. 
Beləliklə,  Rusiyanın  və  bəzi  dövlətlərin  köməkliyi  ilə 
Almaniyanın birləşməsinə yol verməmişdir. 
1S50-Cİ illərdə Rusiya diplomatiyasının bəzi məqamları. 
Demək olar ki, 50 ilə qədər Rusiya ordusu ən güclü ordu olmaqla 
bir  çox  hərbi  və  diplomatik  nailiyyətlər  əldə  etmişdir.  Həmin 
dövrdə İngiltərə və Fransa Rusiyanın xarici siyasi 
178 


fəaliyyətini dəqiqliklə izləyirdilər. Rusiyanın çox tezliklə cənuba 
yürüş  etməsi  onun  ən  böyük  taktiki  və  strateji  səhfı  kimi 
qiymətləndirilir.  Belə  ki,  1849-cu  ilin  avqust  ayında  I  Nikolay 
Türkiyə sultanı  Əbdül-Məciddən tələb  edirdi ki,  Türkiyədə olan 
Polşa və Macar inqilabçılarını Rusiyaya versin. İngilis və fransız 
diplomatları  isə  məsləhət  görürdülər  ki,  Əbdül-Məcid  bundan 
imtina etsin. 
Britaniya  hökuməti  -  Avstriya  və  Rusiyaya  məsləhət 
görürdü  ki,  Türkiyəyə  təzyiq  göstərməyə  son  qoysunlar.  Həmin 
dövrdə  I  Nikolayın  Fransa  ilə  olan  münasibətləri  də  pisləşirdi. 
1848-ci  ilin  dekabr  ayında  Lui  Napoleon  Fransanın  prezidenti 
seçilmişdir  (inqilab  vaxtı  Kral  Lui  Filip  İngiltərəyə  qaçmış. 
Monarxiya devrilmişdi). Napoleonun bacısı oğlu Lui Bona- part 
hamıdan çox səs qazanmışdı. 
Dörd  ildən  sonra  Fransa  yenə  imperiyaya  çevrilmişdi. 
Belə  bir  şəraitdə  Rusiya,  İngiltərə  və  Fransa  Şərqə  və  xüsusilə 
Türkiyəyə  münasibətdə  öz  mənafelərindən  əl  çəkmirdilər. 
İngiltərə və Fransa Rus ordusunun Dunay knyazlıqlanna tərəf olan 
hərəkətini izləyirdilər. Rusiya İngiltərə ilə müəyyən razılaşmalar 
əldə etməyə çalışırdı. O, İngiltərəyə məsləhət görürdü ki, Misiri və 
Krit adasını tutsun. Rusiya isə Bolqarıstanı, Serbiya, Vanaxiya və 
Moldovanı öz protektoratı etsin. 
1853-
 
cü ilin əvvəllərində Rusiya  İngiltərəni Türkiyə ilə 
müharibəyə  cəlb  etmək  istəyirdi.  İngiltərə  isə  buna  razılıq 
verməmişdi.  İngiltərə  əwəla  Türkiyəni  (Rusiyanın  hesab  etdiyi 
qədər) o qədər də zəif hesab etmirdi. İkincisi - İngiltərə istəmirdi 
ki,  Rusiya  Konstantinopolu  tutsun.  Üçüncü  isə  Fransa  ilə 
Avstriyanın  rolunu  qiymətləndirməmək  olmazdı.  Nikolayın  bu 
səhfı  üzündən  Rusiya  ilə  Avropa  dövlətləri  arasındakı 
münasibətlər  pisləşmişdir.  Bundan  əlavə  müqəddəs  yerlər. 
Slavyan və Katolik kilsələrinin üstünlüyü barədə olan məsələlərdə 
də Fransa və Türkiyə ilə olan münasibətlərində gərginlik mövcud 
idi. Müqəddəs yerlər üstündə də Türkiyə ilə mübarizə aparırdı. Bu 
məqsədlə I Nikolay Dəniz naziri 
179 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə