E d. professor Rəyçilər: M. C. Atakişiyev


Beləliklə, Fransa əleyhinə olan üçüncü ittifaq



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   44   45   46   47   48   49   50   51   ...   106

Beləliklə, Fransa əleyhinə olan üçüncü ittifaq 
dağıldı. Rus və Avstriya ordusu çoxlu itki vermiş, 20 min əsgər və 
zabit fransızlara əsir düşmüşdü. Beləliklə, ruslar Napoleon ilə sülh 
danışıqları aparmağa məcbur olmuşdur. 1805-ci il dekabr ayının 
26-da Fransa ilə Avstriya arasında da  Presburq  sülh müqaviləsi 
bağlanmışdı. 
Rus-türk  müharibəsi.  Napoleon  ilə  müharibədə  rus 
ordusunun  ağır  məğlubiyyətindən  sonra  Avropada  onun 
beynəlxalq  vəziyyəti  xeyli  pisləşmişdir.  Rusiya  ilə  Türkiyə 
arasında  ittifaq  mövcud  idi.  Lakin  Türkiyə  tez-tez  Fransanın 
təsirinə məruz qalırdı. Napoleon diplomatiyası Rusiya ilə Türkiyə 
arasında  olan  ittifaqın  pozulmasına  yönəldilmişdir.  Fransa 
Türkiyəyə söz vermişdi ki, Rusiya müharibəyə başlasa ona kömək 
edəcək  və  Krım  ilə  Gürcüstanın  da  qaytarı’lmasına  kömək 
edəcəkdir.  Türkiyənin  maraqlarına  uyğun  olmasa  da  ruslarla 
müharibəyə  başladı.  Lakin  nə  Gürcüstana,  nə  də  Dunay 
knyazlığına (Moldova və Valaxiyaya) girə bilmədi. 
Prussiyada hərbi kompaniyaİngiltərənin baş naziri 
U.Pit  öldükdən  sonra  İngiltərə  ilə  Fransa  arasında  müəyyən 
yaxınlaşma  müşahidə  olunurdu.  Bu  isə  Prussiyanın  vəziyyətinin 
pisləşməsinə  səbəb  olurdu.  Onun  sərhədlərində  çoxlu  miqdarda 
Napoleon  ordusu  toplanmışdır.  Odur  ki.  Prussiya  kralı  kömək 
üçün  I  Aleksandra  müraciət  etmişdir.  İsveç  və  İngiltərə  də 
köməklik göstərməyə razılıq vermişlər. Beləliklə Fransa əleyhinə 
yeni  dördüncü  ittifaq  yaranmışdır.  Lakin  bu  proses  uzun 
çəkmədi.  1806-cı  ilin  oktyabr  ayında  Napoleon  ordusu,  çox 
asanlıqla Saksoniya və Prussiyaya və oradan da Berlinə daxil oldu. 
Bu  1806-cı  il  kompaniyası  hərbi  mahiyyətindən  başqa,  istər 
Fransa  və  istərsə  də  bütün  Avropa  üçün  böyük  siyasi  nəticələrə 
səbəb olurdu. Böyük Britaniya əleyhinə iqtisadi və siyasi tədbirlər 
həyata keçirilməsi barədə Napoleonun dekreti yayılmış oldu. 
Beləliklə,  o,  Britaniya  adalarının  necə  deyərlər  qitə 
baxımından blokadaya alınmasının əsasını qoymuş oldu. 
155 


Dekretdə açıq-aşkar yazdırdı ki, «Britaniya adaları blokada 
vəziyyətində  elan  edilir».  Avropa  ölkələrinin  İngiltərə  ilə  olan 
bütün əlaqələri qadağan edilir. Fransa ilə müttəfiq olan ölkələrin 
ərazilərində  olan  bütün  ingilislər  həbs  olunsun  və  bütün  ingilis 
malları müsadirə edilsin. 
I  Aleksandrın  xarici  siyasi  A«rÄ«.1806-1807-ci  illərdə 
Rusiya  Türkiyə  və  İran  ilə  müharibə  aparırdı  və  eləcə  də 
Avropanın  mərkəzi  və  Balkan  da  müharibə  şəraitində  idi. 
Qafqazda Gürcüstan üstündə müharibə gedirdi. 1806-cı ildə Rus 
ordusu  Dərbəndi  və  Bakım  zəbt  etmişdi.  I  Aleksandr  öz  xarici 
siyasətində  İngiltərənin  siyasi  xəttinə  də  yeni  nəzər  salmışdır. 
Fransaya qarşı münasibətdə Rusiya rəhbərliyində fikir birliyi yox 
idi. Hər halda çoxlannm fikri belə idi ki, müharibəni qurtarmaq və 
sülh yaratmaq lazımdır. Onlar Rus- Türkiyə məsələsinə Fransanın 
qarışmasının  da  əleyhinə  idilər.  Napoleon  da  Rusiya  ilə  ittifaqa 
üstünlük verirdi. Lakin onun əsas şərti Rusiyanın İngiltərənin qitə 
blokadasına qoşulması idi. 
Napoleon  İngiltərə  ilə  mübarizədə  Rusiyadan  istifadə 
etməsi ilə həm də onu zəiflətməyə çalışırdı. 1807-ci ildə iyunun 
8-də Rusiya ilə Fransa arasında yenə hərbi müqavilə bağlandı. Bu 
sülh  müqavilələrində  bir  çox  məxfi  razılaşmalar  da  nəzərdə 
tutulmuşdur.  Rusiya  qitə  blokadasına  qoşulmağa  razılıq 
vermişdir.  Napoleon  Polşanın  bərpa  edilməsini  və  Prussiyanın 
tamam  parçalanmasım  təklif  edirdi.  Rusiya  çarı  I  Aleksandr  bu 
məsələdə  Napoleonla  razılaşmamış  və  Prussiyanın  torpaqlarının 
qajdarılması, 
millətlər 
arasında 
dostluq, 
qardaşlaşma 
münasibətləri yaradılmasını istəmişdir. Napoleon hörmət əlaməti 
olaraq 
onu 
eşitmiş 
və 
ərazilərini, 
sərhədlərini 
müəyyənləşdirmişdir. 
Erfurtdə  görüş.  1808-ci  ildə  Napoleon  İspaniya  üzərinə 
hücuma keçməyi qərara almışdır (Portuqaliya üzərində asanlıqla 
qələbə  qazandığı  halda).  İspaniya  Napoleona  çox  güclü 
müqavimət göstərirdi. Bu çətinlikdən istifadə edən Avstriya yeni 
qüv\'ə toplayırdı. Prussiyada da Fransa siyasətinə 
156 


qarşı  müəyyən  narazılıq  yaranırdı.  Odur  ki,  Avstriyanın 
hücumunu  gözləyirdilər.  Napoleon  Avstriyanın  məqsədini  başa 
düşdüyü üçün öz yeni müttəfiqi olan Rusiyanı bu məsələyə cəlb 
etmək qərarına gəldi. 
Odur ki, Napoleon I Aleksandrı görüşə dəvət etdi. Görüş 
1808-ci il oktyabr ayının 12-də Almaniyanın Erfurt şəhərində baş 
vermişdir.  Fransa  nümayəndəsi  J.B.de  Şapani  və  Rusiya 
nümayəndəsi  N.P.  Rumyansev  Rus  -  Fransa  müttəfiqliyi 
müqaviləsini imzaladılar. Burada bəzi ərazi məsələləri ilə yanaşı 
Rusiya ilə Fransanın Türkiyə və Avstriyaya olan münasibəti də öz 
əksini  tapırdı.  Orada  göstərilirdi  ki,  Avstriya  Fransaya  qarşı 
müharibəyə  başlayarsa,  Rusiya  Fransa  ilə  birləşərək  Avstriyaya 
qarşı çıxış edəcəkdir. 
Şenbrun (Vyana) müqaviləsi. Növbəti dəfə Napoleon ilə 
Avstriya  arasında  gedən  müharibədə  Rusiya  iştirak  etmirdi. 
Napoleon  Avstriya  üzərində  qəti  qələbə  qazandı.  1809-cu  il 
oktyabr  ayının  14-də  Vyanada  Şenbrun  sarayında  sülh 
müqaviləsi  bağladılar.  Müqaviləyə  əsasən  Avstriyanın  ərazisi 
xeyli azaldıldı. Rusiya müharibədə iştirak etməsə də Avstriyadan 
Tamapol və Tamapol vilayəti ona verildi (bununla da Napoleon 
Rusiya  ilə  Avstriya  arasında  gələcəkdə  ixtişaş  yaratmağa  yer 
qoyurdu). 
Rus - İsveç müharibəsi Bütün bu amillər onu göstərirdi ki, 
rus  fransız  münasibətləri  nisbətən  pisləşirdi.  I  Aleksandr 
Finlandiyanı tutmaqla öz ərazisini artırmağa çalışırdı. Finlandiya 
İsveçə  tabe  idi.  Odur  ki,  1809-cu  ildə  Rusiya  ilə  Finlandiya 
arasında  müharibə  başlandı.  Ruslar  isveçliləri  Finlandiyadan 
qovub  çıxardılar.  Finlandiya  və  Aland  adası  Rusiyanın  əlinə 
keçdi. 
Rusiyanın  Şərqə  qarşı  siyasəti  1807-ci  ildə  Rusiya  ilə 
Türkiyə  və  İran  arasında  olan  müharibə  qurtarmış  və  Parisdə 
barışıq  danışıqları  başlamışdır.  Danışıqlar  uzanmış  və  1809-cu 
ildə  Rusiyanın  Türkiyəyə  qarşı  hərbi  hücumu  yenidən 
başlanmışdır. 1811-ci ildə Dunay ordusunun baş komandam 
157 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə