E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

İngiltərə  də  müqavilə  bağlayaraq  Fransaya  müəyyən  qadağalar 
qoymuşlar). Hər halda Fransa ordusu xarici müdaxilə təhlükəsinin 
qarşısını  almış,  daxili  və  beynəlxalq  vəziyyəti  sabitləşdirə 
bilmişlər. 
Polşada  vəziyyət.  (Polşanın  üçüncü  dəfə  bölgüsü) 
Avropanın  başqa  dövlətlərində  də  beynəlxalq  gərginlik  mövcud 
idi.  Belə  ki,  1794-cü  ildə  Polşanın  Krakov  şəhərində  üsyan  baş 
verərək  bütün  Polşam  bürümüşdü.  Bu  hərəkata  general  Tateuş 
Kostyuşko rəhbərlik edirdi. A.V.Suvorovun komandantlığ altında 
rus ordusu, Prussiya kralının  və Avstriya imperatorunun ordusu 
üsyançılara  qarşı  vuruşurdu.  Üsyanın  yatırılmasmdan  sonra 
Polşanın  üçüncü  dəfə  bölgüsü  baş  verdi.  Bu  bölgü  nəticəsində 
Litva,  Kurlyandiya,  Neman  və  Buqa  qədər  olan  Belo-  rus  və 
Ukrayna torpaqları Rusiyaya verildi. 
Varşava  ilə  birlikdə  Polşanın  bütün  şimal  hissəsi 
Prusiyaya,  Lyublin  və  Krakov  isə  (vilayətlərlə  birlikdə) 
Avstriyaya  verilmişdir.  Beləliklə,  Polşanın  bölüşdürülməsi 
Prussiya,  Rusiya  və  Avstriya  arasındakı  ziddiyətləri  nəzərə 
çarpacaq dərəcədə tənzimləmiş oldu. 
1794-cü  il  Termidorian  çevrilişindən  sonra  Fransanın 
xarici siyasəti. 1794-cü ilin iyul ayının 27-də Fransada çevriliş baş 
vermiş,  iri  burjuaziya  nümayəndələri  hakimiyyətə  gəlmişlər. 
Danışıq  proseslərinin  aparılması  üçün  real  zəmin  yaranmışdır. 
1794-1795-ci illərdə müharibə iştirakçılarının bir çoxları ilə sülh 
müqavilələri bağlanırdı. 1795-ci ilin aprel ayında Bazeldə Fransa 
- Prussiya müqaviləsi bağlanmışdır. 
Yenə  Bazeldə  1795-ci  ilin  may  ayında  Fransa  ilə 
Hollandiya  arasında,  iyul  ayında  İspaniya  ilə  müqavilə 
bağlanmışdı. 1795-ci ildə Termidorion məclisi yeni konstitusiya 
hazırlamalı  olmuşlar.  İcra  hakimiyyəti  direktorluga  keçmişdir. 
Direktorluq  beş  üzvdən  ibarət  idi.  Direktorluğun  hakimiyyəti 
dövründə Fransa Almaniya və İtaliya ilə müharibə vəziyyətində 
idi.  Bu  vaxt  general  Bonapart  meydana  gəlmişdi.  O,  İtaliyada 
müəyyən qələbələrdən soma Misir üzərinə getmişdi. 
148 


Misir  ekspedisiyası  da  İngiltərə  əleyhinə  yönəldilmişdi. 
Bu  isə  İngiltərənin  Hindistana  qarşı  olan  planı  üçün  təhlükə 
yaradırdı.  İngilis  eskadrası  admiral  Nelsonun  komandanlığı 
altında Aralıq dənizində Fransa flotunu darmadağın edə bilmişdi. 
Rusiyanın  Fransa  əleyhinə  2~ci  İttifaqda  iştirakı. 
Fransaya  qarşı  ittifaq  yaradılması  məsələsində  İngiltərə  yenə  də 
aparıcı  rol  oynayırdı.  Bu  İttifaqa  İngiltərə,  Rusiya,  Avstriya, 
Türkiyə  və  Neapolitan  Krallığının*  daxil  edilməsi  nəzərdə 
tutulurdu.  Lakin  II  Yekaterinanın  ölümündən  sonra  (1796) 
hakimiyyətə  gələn  I  Pavel  Rusiyanın  müharibələrdə  iştirak 
etməsinin əleyhinə idi. 
Buna  baxmayaraq  A.V.Suvorovun  komandanlığı  ilə  rus 
ordusu İtaliya üzərinə göndərilmişdir. Onlar bir həftə müddətində 
İtaliyanın şimalını fransız inqilabçılarından təmizləmişdilər. Rus 
ordusunun  güclü  olmasına  Avstriya  ild  mənada  yanaşırdı.  Bir 
tərəfdən buna yaxşı hal kimi baxdıqları halda, digər tərəfdən isə 
Avropanın  mərkəzində  Rusiyanın  güclənməsini  heç  də 
istəmirdilər.  Elə  həmin  vaxtlar  Bonapart  Misir  yürüşündən 
Fransaya  qayıtmışdır.  Onun  da  şöhrəti  günbəgün  artırdı. 
Respublikanın  müdafıyəsi  şüaıa  altında  1799-cu  ildə  müəyyən 
çevrilişlər edərək özünü hakimiyyətə yaxınlaşdırırdı. 1799-cu ildə 
Fransa  artıq  rəsmi  olaraq  respublika  idi.  1799-cu  il 
konstitusiyasına əsasən Respublikanı üç səfir idarə edirdi. 
Birinci  səfir  qoşun  qəbul  edir,  daxili  və  xarici  siyasətə 
rəhbərlik edir. Bununla yanaşı o, ordunun ali baş komandam hesab 
olunurdu.  Bu  vəzifələr  Napoleon  Bonaparta  həvalə  edilmişdir. 
Bonapart  çox  tezliklə  özünü  qabiliyyətli  bir  diplomat  kimi 
nümayiş etdirirdi. O, Roma papası ilə, Avstriya ilə, Rusiya ilə və 
bir çox digər yerlərlə sülh müqavilələri bağlayırdı. Bütün bu kimi 
işlərdə diplomat, xarici işlər naziri. 
*  Neopalitan  krallığı  Apenin  yarımadasının  cənub  hissəsində  dövlət  (1282-  1504) 
Siciliyə, krallığının dağılması nəticəsində yaranıb 
149 


Ş.M.Taleyran  və  polis  naziri  J.Fuşe  ona  köməklik  edirdilər. 
Taleyran  1797-ci  ildə  Fransamn  xarici  işlər  naziri  təyin 
edilmişdir.  O,  məşhur  bir  kübar  ailədən  olmuş,  XIX  əsrin  ən 
tanınmış xarici siyasi xadimlərindən biri hesab edilirdi. Taleyran 
dəfələrlə  başqa  ölkələrin  nümayəndələri  ilə  xəlvəti  danışıqlar 
aparılmasına yol vermişdir. 
Həmin  dövrdə  Rusiyanın  vəziyyətinin  şərhinə  gəldikdə 
qeyd  etməliyik  ki,  o  dövrdə  Rusiya  artıq  Avropanın  ən  güclü 
dövlətlərindən  birinə  çevrilirdi.  O,  diplomatik  yollarla  da,  hərbi 
yollarla  da  yüksək  qələbələrə  nail  olurdu.  A.V.Suvorovun, 
M.İ.Kutuzovun,  F.F.Uşakovun  rəhbərlik  etdiyi  rus  ordusunun 
qələbələri ölkənin nüfuzunu yüksəklərə qaldırırdı. Bütün bunlara 
baxmayaraq XVIII əsrin axırları, XIX əsrin əvvəllərinə Rusiyanın 
beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Onun cənub sərhəddində 
olan Türkiyə, İngiltərə və Prussiya ilə birlikdə Dunay və Qafqaz 
rayonlarında bəzi torpaqları tutmağa çalışırdılar. Şimalda İsveç də 
İngiltərəni dəstəkləyirdi. 
Hələ  1787-ci  ildə  Türkiyə-Rusiyaya  ultimatum  verərək 
Knmm  qaytarılmasım  və  Gürcüstanı  Türkiyənin  vassalı  kimi 
tanımasını  tələb  edirdi.  Nəhayət,  1788-ci  ildə  Türkiyə  150  min 
nəfərlik  ordu  ilə  Rusiya  üzərinə  hücum  etmiş  və  məğlub 
olmuşdur.  1791-ci  ildə  Rusiya  ilə  Türkiyə  arasında  sülh 
müqaviləsi  bağlanmışdır.  Türkiyə  bəzi  iddialarından  imtina 
etmişdir. Bundan bir qədər əvvəl - 1790-cı ildə Rusiya ilə İsveç 
arasında Versal sülh müqaviləsi imzalanmışdır. 
Rusiya  ilə  Fransanın  münasibətinə  gəldikdə  qeyd 
etməliyik  ki,  Rusiya  Fransa  inqilabından  ehtiyatlanırdı.  Lakin 
Kralın tərəfdarlarına siyasi sığınacaq verməmək barədə inqilabçı 
Fransanın tələblərindən imtina edirdi. Bonapartm təşəbbüsü ilə bu 
iki ölkə arasında danışıqlar gedirdi. 1800-cü ildə I Pavel Fransa 
ilə müttəfiqliyə girdi. Bütün bunlar Rusiyanın Hindistan üzərinə 
yürüşünə  hazırlıq  idi.  Bu  isə  Rusiya  ilə  İngiltərə  arasında  olan 
münasibəti pisləşdirirdi. 1801-ci ildə I Pavelin oğlu I Aleksandr 
Rusiya çan olduqdan sonra Rusi 
150 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə