E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

IV
 
Fəsil. 
XVIII
 
ƏSRİN 
ORTALARINDA HƏRBİ 
MÜNAQİŞƏLƏR 
XVIII əsrin əvvəllərində İspan vərəsəliyi uğrunda gedən 
müharibələrdən  və  Şimal  müharibəsindən  sonra  Avropada 
prinsipcə yeni qüvvələr nisbəti formalaşmışdır. Yeni ziddiyyətlər 
məskəni  və  mənafelər  müəyyənləşirdi.  Beləliklə,  Avropada 
beynəlxalq münasibətlər tarixində yeni mərhələ meydana gəlirdi. 
Bu mərhələdə üç əsas münaqişəni qeyd etmək olar
-
 
İngiltərə və Fransa arasında gedən dəniz və 
müstəmləkəçilik liderliyi üstündə olan münaqişə
-
 
Mərkəzi Avropada üstünlük qazanmaq uğrunda Avstriya 
ilə Prussiya arasında olan münaqişə
-
 
Baltikdə tam qərarlaşmaq və Qara dənizə çıxış uğrunda 
Rusiya münaqişəsi. 
Yeni  dövlətlər sisteminin bərqərar olmasında  beş dövlət 
daha hakim rol oynamışdır: Fransa, İngiltərə, Rusiya, Avstriya 
və Prussiya. 
Müharibələrin  əksəriyyəti  ittifaq  xarakterinə  malik  idi. 
Lakin blok və ittifaq yaratmaq prinsipi də dəyişmişdir. XVI əsrin 
ortalarından  Vestfal  sülh  müqaviləsinədək  Avropa  dövlətləri 
əsasən dini prinsip baxımından iki bloka ayrılırdı: Habsburqların 
“Ümumdünya Monarxiya” yaratmaq planına qarşı blok. Burada 
əsas  rolu  Fransa  oynayırdı.  Fransa  əleyhinə  yaranan  blok: 
burada isə əsas rolu Hollandiya oynayırdı. Beləliklə, 1715-ci ildən 
sonra  dövrlər  arasındakı  mübarizə  bu  iki  qruplaşma  arasında 
gedirdi.  Bu  qruplaşmalar  qüvvələr  balansı  prinsipi  əsasında 
yaradılmışdır. Burada hər bir dövlət öz məqsədini, öz mənafeyini 
nəzərdə tuturdu. 
XVIII  əsrin  beynəlxalq  münasibətlərində  Avropanın 
tarazlığı ideyası yaranmışdır. 
137 


Belə ki, Utrext sülhü Fransanın liderliyinin qeyri-mümkünlüyünü 
göstərmiş, Niştdat  sülhü  isə İsveçin böyük-güclü dövlət olması 
statusunu ləğv etmişdi. 
Avstriya və Prussiya arasındakı qarşıdurma hətta Mərkəzi 
Avropada  onların  heç  birinə  üstünlük  əldə  etməyə  imkan 
verməmişdi.  Qeyd  etdiyimiz  əsas  münaqişələrlə  yanaşı,  bəzi 
Avropa  ölkələrində  olan  qarşılıqlı  problemlər  də  müharibələr 
vasitəsilə  həll  edilirdi.  Bunlardan:  Cənubi  Niderlandda  Fransa- 
Avstriya  qarşıdurmasını;  Balkan  uğrunda  Avstriya  ilə  Osmanlı 
İmperiyası  arasındakı  mübarizəni;  Qərb  yarımkürəsində 
müstəmləkəçilik  üstündə  İngiltərə  ilə  İspaniya  arasındakı 
münaqişəni;  Şimali  Amerikada  Britaniya  müstəmləkəçiliyi 
müharibəsi və s. qeyd etmək olar. 
Qüvvələr  balansı  prinsipində  -  yəni  dövlətin  qüdrətli 
olmasında  ölkənin  ərazisi;  əhalinin  sayı;  işçi  qüvvəsinin  qədəri; 
ordunun formalaşması imkanları; təbii ehtiyatlar; iqtisadi inkişaf 
səviyyəsi; xarici ticarətdəki nailiyyətlər; ordunun və hərbi flotun 
sayı;  müstəmləkələrin  mövcudluğu  və  s.  Elementlər  əsas 
götürülürdü.  Hər  bir  dövlətin  digər  real  imkanlarının 
qiymətləndirilməsi, 
siyasi 
gedişlərin 
proqnozlaşdırılması 
problemləri, diplomatiyanın inkişafını tələb edirdi. Daha doğrusu, 
diplomatik  qulluğun  inkişafı,  diplomatik  sahədə  mahirlik  və 
peşəkarlıq göstərilməsi kimi cəhətlər nəzərdə tutulurdu. Beləliklə, 
bütün əsas ölkələrdə daimi diplomatik işçilərin sayı artırdı. 
XVIII
 
əsrdən fransız dili beynəlxalq diplomat dili 
hesab  edilmişdir  (Latın  dilini  əvəz  etmişdir).  Çox  tez-tez 
Avropanın bütövlüyündən söhbət gedirdi, Fransanın İngiltərə ilə 
barışmazlığı bir neçə müharibələrə səbəb olmuşdur. İngiltərə ilə 
Fransa  arasında  gedən  müharibə  35  ilə  bərabər  olmuşdur. 
İngiltərənin  siyasəti  planlı  surətdə  ticarətin  genişlənməsi  və 
müstəmləkə ələ keçirməkdən ibarət idi. Özünün əsas düşməni olan 
Fransanın rəqiblərinə köməklik göstərməyə 
138 


üstünlük verirdi. Fransa yenə də Avropada ən güclü orduya malik 
bir dövlət olaraq qalırdı. 
XVIIl əsrin ortalarında Mərkəzi Avropanın beynəlxalq 
münasibətləri  tarixində  Avstriya  ilə  Prussiya  qarşıdurması  və 
digər  dövlətlərin  də  bura  qanşması  mərkəzi  yer  tuturdu.  Burada 
Avstriya  ilə  Prussiya  arasında  olan  qarşıdurma  Ümumavropa 
miqyaslı  iki  müharibə  ilə  nəticələnmişdir:  Avstriya  vərəsəliyi 
uğrunda  (1740-1748  və  1756-1763-cü  illər)  yeddi  illik 
müharibələri qeyd etmək olar. 
1730-cu illərdə (1733-1738) baş verən müharibələr Polşa 
vərəsəliyi uğrunda gedən müharibələr idi. Bura da bir neçə dövlət 
cəlb edilmişdir. Bu müharibənin əsas səbəbi 1733- cü ildə Polşa 
kralı  II  Avqustun  ölümü  olmuşdur.  Hakimiyyət  uğrunda 
mübarizə  başlamışdır.  Hakimiyyətə  keçməyə  ölən  Kralın  oğlu 
Fridrix  Avqust  və  Stanislav  Leşinski  (bu  artıq  bir  dəfə  Polşa 
hakimiyyətində olmuşdur) iddialı idi. Fransa Leşinskini müdafiə 
edirdi.  Leşinski  XV  Lüdovikin  qızı  Mariya  ilə  evlənmişdi. 
Nəticədə Stanislav  Leşinski  Polşa hakimiyyətinə  seçilmişdir (bu 
seçki 3 milyon livrə başa gəlmişdi). Lakin onun hakimiyyəti ancaq 
üç  həftə  çəkmişdi.  1733-cü  ilin  noyabr  ayında  Rus  ordusunun 
nəzarəti altında Fridrix Avqust yeni kral seçilmişdir (III Fridrix adı 
ilə). 
Bu  hadisəyə  cavab  olaraq  Fransa  Avstriyaya  müharibə 
elan  etmişdir.  İsveç  və  Türkiyəni  isə  Rusiyaya  qarşı  yönəltmək 
istəyirdi (bu nijyət baş tutmamışdı). Rus flotu Fransa flotuna qalib 
gəlmişdi. Beş ildən sonra 1738-ci ildə Avstriya ilə Fransa arasında 
Vyana  müqaviləsi  bağlanmışdır.  1739-cu  ildə  Rusiya  da  bu 
müqaviləyə  qoşulmuşdur.  Avstriya  İtaliya  və  Almaniyadan  bəzi 
əraziləri  Fransaya  güzəştə  getmiş  və  hər  iki  Silezi-  yanın 
krallığından imtina etmişdir. Fransa III Avqustun Polşa krallığını 
tanımışdır.  Stanislav  Leşinski  ömürlük  kral  tituluna  layiq 
görülmüşdür. 
İngilis-fransız qarşıdurması bütün XVIII əsr boyu gərgin 
olmuşdur. Fransa Prussiya ilə ittifaqda olduğu halda, İngil 
139 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə