qoşulması demək idi. Beləliklə 1914-cü ilin avqustımda Avropada
başlanan müharibə çox tezliklə dünya müharibəsi xarakteri
almışdı. Bəzi ölkələr Almaniya tərəfdə, bəziləri isə «Antanta»
tərəfdə idilər.
Müharibədə çevriliş prosesi. Müharibənin başlaması və
gedişi diplomatik fəaliyyəti daha da gücləndirmişdir. Müharibənin
bütün gedişində
«Uçlər ittifaqı» iştirakçıları arasında «Antanta»
iştirakçılan arasında, Balkanda, Yaxın və Uzaq Şərqdə damşıqlar
gedirdi. Hər bir qruplaşma özünə müttəfiq axtarırdı. Almaniya
Türkiyədə öz təsirini artırmağa çalışırdı.
1914-
cü ildə (avqustun 2-də) Almaniya ilə Türkiyə arasında
müttəfiqlik müqaviləsi bağlanmışdı. Belə bir şərt nəzərdə
tutulurdu ki, Türkiyə ordusu tamamilə Almaniyanın tabeçiliyinə
keçsin. Alman hərbi missiyası isə daimi Türkiyədə qalsın.
Müqavilədə qeyd edilirdi ki, əgər Rusiya Avstriya-Macarıstan və
Serbiya münaqişəsinə qarışarsa, onda Almaniya öz müttəfiqlik
borcunu yeminə yetirməlidir. Belə olduqda Türkiyə də öz
növbəsində Rusiyaya müharibə elan etməlidir. Bu müqavilə
imzalandıqdan sonra Türkiyə səfərbərlik elan etməli olmuşdu.
Türkiyə sahillərini müdafiə etmək məqsədilə Almaniyanın iki
hərbi gəmisi -
«Herben» və «Breslau» Dardanel bağazmdan
keçmişdilər. Tədricən Türkiyə ordusu və hərbi- dəniz flotu Alman
zabitlərinin komandanlığı altında hərəkət edirdi. Türkiyə flotu
Sevostopolu, Odessanı, Novorossiyskini, Feodesiyanı atəşə
tutmuşdu. Bu vaxt Rusiya Türkiyə ilə münasibətləri kəsərək
noyabrın 2-də Türkiyəyə müharibə elan etmişdilər. Üç gündən
sonra İngiltərə və Fransa da Türkiyəyə müharibə elan etmişdilər.
Elə həmin vaxt İtaliya uğrunda diplomatik mübarizə başlanmışdı.
Belçikada Almanların fəal hərəkəti, müharibənin əvvəlində
Fransada olan üstünlükləri İtaliya hökumətinə təsir edirdi.
İtaliyanı öz tərəflərinə çəkmək üçün Antranta Triyesti, Trentino və
Volonu, İtaliyaya, Almaniyaya isə Fransanın Şimali Afrikada və
Aralıq dənizi sahilində olan torpaqlarından verməyi təklif
edirdilər.
Uzun müddətli
245