E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

qoşulması demək idi. Beləliklə 1914-cü ilin avqustımda Avropada 
başlanan  müharibə  çox  tezliklə  dünya  müharibəsi  xarakteri 
almışdı.  Bəzi  ölkələr  Almaniya  tərəfdə,  bəziləri  isə  «Antanta» 
tərəfdə idilər. 
Müharibədə  çevriliş  prosesi.  Müharibənin  başlaması  və 
gedişi diplomatik fəaliyyəti daha da gücləndirmişdir. Müharibənin 
bütün gedişində «Uçlər ittifaqı» iştirakçıları arasında «Antanta» 
iştirakçılan arasında, Balkanda, Yaxın və Uzaq Şərqdə damşıqlar 
gedirdi.  Hər  bir  qruplaşma  özünə  müttəfiq  axtarırdı.  Almaniya 
Türkiyədə öz təsirini artırmağa çalışırdı. 
1914-
 
cü  ildə  (avqustun  2-də)  Almaniya  ilə  Türkiyə  arasında 
müttəfiqlik  müqaviləsi  bağlanmışdı.  Belə  bir  şərt  nəzərdə 
tutulurdu ki,  Türkiyə ordusu tamamilə Almaniyanın  tabeçiliyinə 
keçsin.  Alman  hərbi  missiyası  isə  daimi  Türkiyədə  qalsın. 
Müqavilədə qeyd edilirdi ki, əgər Rusiya Avstriya-Macarıstan və 
Serbiya  münaqişəsinə  qarışarsa,  onda  Almaniya  öz  müttəfiqlik 
borcunu  yeminə  yetirməlidir.  Belə  olduqda  Türkiyə  də  öz 
növbəsində  Rusiyaya  müharibə  elan  etməlidir.  Bu  müqavilə 
imzalandıqdan  sonra  Türkiyə  səfərbərlik  elan  etməli  olmuşdu. 
Türkiyə  sahillərini  müdafiə  etmək  məqsədilə  Almaniyanın  iki 
hərbi  gəmisi  -  «Herben»  və  «Breslau»  Dardanel  bağazmdan 
keçmişdilər. Tədricən Türkiyə ordusu və hərbi- dəniz flotu Alman 
zabitlərinin  komandanlığı  altında  hərəkət  edirdi.  Türkiyə  flotu 
Sevostopolu,  Odessanı,  Novorossiyskini,  Feodesiyanı  atəşə 
tutmuşdu.  Bu  vaxt  Rusiya  Türkiyə  ilə  münasibətləri  kəsərək 
noyabrın  2-də  Türkiyəyə  müharibə  elan  etmişdilər.  Üç  gündən 
sonra İngiltərə və Fransa da Türkiyəyə müharibə elan etmişdilər. 
Elə həmin vaxt İtaliya uğrunda diplomatik mübarizə başlanmışdı. 
Belçikada  Almanların  fəal  hərəkəti,  müharibənin  əvvəlində 
Fransada  olan  üstünlükləri  İtaliya  hökumətinə  təsir  edirdi. 
İtaliyanı öz tərəflərinə çəkmək üçün Antranta Triyesti, Trentino və 
Volonu, İtaliyaya, Almaniyaya isə Fransanın Şimali Afrikada və 
Aralıq  dənizi  sahilində  olan  torpaqlarından  verməyi  təklif 
edirdilər. Uzun müddətli 
245 


çəkişmələrdən sonra 1915-ci ilin yazında İtaliya Antantaya tərəf 
meyilli olduğunu bildirmişdi. Beləliklə, aprelin 26-da Londonda 
Rusiya,  Böyük  Britaniya  və  Fransa  ilə  xəlvəti  müqavilə 
imzalamışlar. 
İtaliya  öz  müttəfiqləri  ilə  birgə  vuruşacağı  barədə 
öhtəçilik götürdü. Müttəfiq dövlətlər isə sülh müqaviləsinə görə 
Trentino,  Sizolpiyskiy  Tirol  və  Triyest,  Qorisu  qraflıgı  və 
Qradisku  və  digər  əraziləri  İtaliyaya  vennəli  idilər.  1915-ci  ilin 
may  ayında  İtaliya  Avstriyaya  müharibə  elan  etmişdir. 
Almaniyaya  isə  1916-cı  ildə  müharibə  elan  edilmişdir.  İtaliya 
«Üçlər ittifaq»mdan çıxıb «Antanta»ya daxil olduqdan sonra hər 
iki blok Bolqarıstan uğrunda mübarizə apannağa başlamışlar. İstər 
hərbi və istərsə də coğrafi mövqeyinə görə Bolqarıstan Balkanda 
əsas  yerlərdən  birini  tuturdu.  Bolqarıstan  üçün  isə  Serbiya  daha 
maraqlı idi. «Antanta» dövlətlərinin Bolqarıstanla olan danışıqları 
heç bir nəticə verməmişdi. 
Bolqarıstan  «Üçlər  ittifaqı»na  qoşulmuşdu.  1915-ci  ilin 
oktyabrında  Türkiyə  ilə  də  müqavilə  imzalamışdı.  Az  sonra 
Bolqarıstan,  Türkiyə  və  Avstriya  arasında  müttəfiqlik  barədə 
müqavilə  imzalanmışdı.  Beləliklə,  Almaniya  Bolqarıstan  ərazisi 
vasitəsilə birbaşa Türkiyəyə çıxış əldə etdi. Oktyabr ayının 14-də 
Bolqarıstan Serbiyaya da hücum etmişdi. Bolqarıstan məsələsində 
«Antanta»  uduzduğu  halda  Rumıniya  ilə  danışıqlar  başqa  cür 
oldu. Belə ki, 1916-cı ilin avqust ayında Rumıniya, Rusiya, Fransa 
və  İtaliya  arasında  müqavilə  bağlanmışdı.  Müqaviləyə  əsasən 
Rumıniya  Avstriya  Macarıstanla  müharibəyə  başlamalı  idi  (Bu, 
avqustun  28-də  baş  vermişdi).  Bunun  müqabilində  ona 
Transilvaniya, Elukavin və Banatın bir hissəsi verilməli idi. Sonra 
Avstriya  Macarıstanın  ərazisi  ilhaq  edilməli  və  sərhəddi 
müəyyənləşdirilməli idi. 
Belə bir müharibə şəraitində müəyyən təminat əldə etmək 
üçün  1915-ci  ilin  sentyabr  ayında  Rusiya,  Böyük  Britaniya  və 
Fransa arasında müqavilə bağlamnışdı. Belə razılığa 
246 


gəlmişlər  ki,  müharibə  şəraitində  heç  bir  separat  danışığa  yol 
verilməsin. 
Gahcək  sülh  planı.  1914-cü  ilin  sentyabr  ayında 
Rusiyanın  xarici  işlər  naziri  Sazonov  İngiltərənin  və  Fransanın 
səfirləri  ilə  görüşmüşdür.  Görüşdə  gələcək  sülh  planının  əsas 
cəhətləri  açıqlanmışdı.  Onun  təqdim  etdiyi  layihədə  müəyyən 
ərazi bölgüləri nəzərdə tutulurdu: Belə ki, Neman və Qalisi- yanın 
aşağı hissəsi Rusiyanın tərkibinə verilir, Rusiyanın tabeçiliyində 
Polşa  Muxatriyyəti  bərpa  edilir  (Poznan,  Sileziya  və  qərbi 
Qolisiya onun tərkibində olur). 
Fransa  üçün  Elzas  və  Lotaringiya  Fransaya  verilir. 
Belçika üçün Almaniya hesabına Belçikanın ərazisinin artırılması 
nəzərdə tutulur. 
Avstriya üçün Avstriya, Macarıstan və Çexiya üçlükdən 
ibarət Monarxiya təşkil edilir. 
Serbiya  üçün  Bosniya,  Herseqovina,  Daimasıya  və 
Albaniyanın bir hissəsi Serbiyaya birləşdirilməli olur. 
Bolqarıstan  üçün  Makedoniya ona verilir. Yunanıstana 
da  Albaniyanın  cənub  hissəsinin  verilməsi  nəzərdə  tutulurdu. 
Rusiya üçün Qaradəniz boğazı məsələsi çox əhəmiyyətli idi. Bu 
məsələ  barədə  Sazonov  nə  qədər  cəhd  etmişdisə,  müttəfiqlərin 
səfirlərinin  heç  birisi  razılığa  gəlməmişdir.  Sazonov  formal  da 
olsa  müəyyən  öhdəçilik  götürməyi  də  təklif  etmişdi.  Eyni 
zamanda  müəyyən  dərəcədə  hədələmək  elementlərinə  də  yol 
verdi. Özünün istefaya gedəcəyini və onun yerinə «Üç imprerator 
ittifaqı»nın tərəfdarlarının gələ biləcəyini bəyan etmişdir. 
Odur  ki,  London  və  Paris  az  da  olsa  fikirlərini 
dəyişmişlər.  İngiltərə  1915-ci  ilin  aprel  ayında  nota  verərək 
göstərmişdir  ki,  müharibə  qurtardıqdan  sonra  Konstantinopol 
(Bosfor  və  Mərmərə  dənizinin  sahilində  müəyyən  torpaq  sahəsi 
ilə). Mərmərə dənizinin bəzi adaları Rusiyaya çatacaqdır. Fransa 
da çox tezliklə İngiltərə - Rusiya razılaşmalarına qoşulmuşdu. 
247 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə